
Avqustun 28-də keçirilən qalan qarşılaşmalarla Çempionlar Liqasının ardından, UEFA Kubokunun da növbəti mərhələsinin iştirakçılarının adları müəyyənləşdi. İlk görüşlərdə bir sıra gözlənilməz nəticələr qeydə alınsa da, həlledici matçlarda sensasiyaların baş verməyəcəyi güman edilirdi. Elə qeydə alınan hesablar fikirləri məntiqi sonluğuna çatdırdı. UEFA Kubokunun üçüncü mərhələsinə layiq komandalar Avropanın ikinci nüfuzlu klub turnirində iştirakını davam etdirir.
Rusiya təmsilçisi "Moskva" vəzifənin öhdəsindən hələ Polşada gəlmişdi. Varşavada "Legia"nı 2:1 hesabı ilə məğlubiyyətə uğradan rusların növbəti mərhələyə adlayacağına şübhə yox idi. Elə belə də oldu. "Moskva" futbolçuları cavab matçında əldə etdiyi 2:0 hesablı qalibiyyətlə rəsmən növbəti mərhələyə vəsiqəni qazandı.
Digər postsovet məkanı təmsilçisi "Dnepr" UEFA Kubokundan kənarda qaldı. Ukrayna futbolçuları ilk qarşılaşmada İsveçrədə "Bellinzona"ya 1:2 hesabı ilə məğlub olmuşdular. Səfərdə vurulan qola görə, kiyevliləri evdə minimal hesablı qələbə də qane edirdi. Lakin ukraynalılar fürsəti əldən verdilər. Beləliklə, isveçrəlilər növbəti mərhələdə iştirak hüququ qazandılar.
Bundesliqa klubu "Herta" hələ ilk qarşılaşmada minimal tapşırığı yerinə yetirmişdi. Sloveniyada "Lyüblyana"nı minimal hesabla məğlub edən berlinlilər cavab görüşündə də rəqibdən üstün oldular. Cütün aşkar favoriti kimi qələmə verilən "Herta" adını növbəti mərhələyə yazdırdı.
UEFA Kubokunda mübarizəni davam etdirən klublar siyahısına "Zalsburq"un da adı əlavə olundu. Avstriya təmsilçisinin evdəki matçda "Suduva"ya 4:1 hesabı ilə qalib gəlməsi, vəziyyəti onların xeyrinə dəyişdi. Litva klubu avstriyalıları evdə məğlub etsə də, 1:0 hesablı nəticə "Zalsburq"u növbəti mərhələyə çıxardı.
İsveçrənin digər təmsilçisi "Yanq Boys" da "Bellenzona" kimi UEFA Kubokundakı çıxışlarını davam etdirir. Birinci görüşdə Macarıstan səfərində "Debresen"ə 4:1 hesabı ilə qalib gələn isveçrəlilər cavab oyunundan da rəqibdən üstün oldular. "Yanq Boys" bu dəfə 3:2 hesablı qələbə qazandı.
Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edən "Rusenborq" cavab matçında birinci görüşdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxdı. Norveçlilərin ilk oyunda İsveçdə "Yurqorden"ə minimal hesabla məğlub olmasına baxmayaraq, növbəti mərhələyə çıxacağı şübhə doğurmurdu. Maraqlıdır ki, İsveç klubu evdə darmadağına məruz qaldı. Rəqib qapısından 5 cavabsız top keçirən "Rusenborq" adını növbəti mərhələyə yazdırdı.
"Kuinn"-"Norsellan" cütünün qalibi danimarkalılar oldular. Hər iki qarşılaşmada eyni hesabla, 1:2 hesabı ilə qələbə qazanan skandinaviyalılar şotlandları UEFA Kubokundan kənarlaşdırdılar.
İlk görüşdə səfərdə "Kalmar"a qalib gələn "Gent" üstünlüyünü qoruya bilmədi. Belçikalıra birinci matçda 2:1 hesabı ilə qələbə qazansalar da, İsveç klubu cavab görüşündə bunun əvəzini artıqlaması ilə çıxdı - 0:4.
İlk görüşdə səfərdə "Midtyulland"a məğlub olan "Mançester Siti" mərhələni güclə adladı. Mark Hyuzun başçılıq etdiyi kollektivin danimarkalıları evdə asanlıqla üstələyəcəyi gözlənilsə də, "şəhərlilər" yalnız bir qol vura bildilər. Bu da nöbvəti mərhələ üçün kifayət etmədi. Hakimin əlavə etdiyi artırma dəqiqələri də hesab dəyişməyincə qalib penaltilər seriyası ilə müəyyənləşdi. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ingilislər üçüncü seçmə mərhələyə vəsiqə qazandılar.
Norveçdə Finlandiya təmsilçisi "Honka"nı məğlub edə bilməyən "Vikinq" tapşırığın öhdəsindən səfərdə gəldi. 2:1 hesablı qalibiyyət norveçliləri növbəti mərhələyə çıxardı.
Danimarkanın digər təmsiliçisi "Brondbü" də Finlandiya klubunu turnirdən uzaqlaşdırdı. Hər iki görüşdə "Haka"nı asanlıqla üstələyən danimarkalılar cavab görüşündə səfərdən vurduğu iki cavabsız qolla qalib ayrıldı.
Fransanın UEFA Kubokundakı təmsilçilərindən "Renn" mərhələni güclə adladı. Evdə "Stabek"ə 1:2 hesabı ilə məğlub olan fransızlar tapşırığın öhdəsindən səfərdə gəldilər. Norveçdə "Renn"in vurduğu iki cavabsız qol Fransa klubunu növbəti mərhələyə daşıdı.
"Koppenhagen"- "Lilleström" cütünün qalibi şübhəsiz birincilər oldular. Danimarka klubu məsələnin taleyini hələ birinci görüşdə həll etmişdi. Səfərdə 3:1 hesablı qalibiyyət cavab matçını formallığa çevirsə də, paytaxtlılar arxayınlaşmayıb, bu matçda da 3 xala oynadılar.
İrlandiyada "Elfsborq"la 2:2 hesablı bərabərliklə razılaşan "Sent Patriks" məsələnin taleyini səfərdə həll etdi. İsveçdə meydan sahiblərini 2:1 hesabı ilə məğlubiyyətə uğradan irlandiyalılar növbəti mərhələyə çıxdılar.
İngiltərənin digər təmsilçisi "Aston Villa" tapşırığın öhdəsindən evdə gəldiyi üçün səfərə bir qədər arxayın yollanmışdı. İlk matçda "Hafnarfyordur"un qapısından 4 cavabsız qol keçirən ingilislər İslandiyada 1:1 hesabı ilə razılaşdılar. Buna baxmayaraq, növbəti mərhələyə adlayan tərəf məhz "Aston Villa" oldu.
Eyni sözləri "Beşiktaş"a da aid etmək olar. Birinci görüşdə səfərdə "Şiroki Briyeq"ə 1:2 hesabı ilə qalib gələn "qara qartallar" "İnönü"də bosniyalıları darmadağınla yola saldılar- 0:4.
Portuqaliyanın UEFA Kubokundakı yeganə təmsilçisi "Braqa" adını növbəti mərhələyə yazdırdı. İlk görüşdə səfərdə "Zrinski"yə minimal hesabla qalib gələn portuqaliyalılar cavab oyununda da bosniyalılardan üstün oldular - 2:0.
"Olimpik"i UEFA Kubokundan kənarlaşdıran "Voyvodina" da çox irəli gedə bilmədi. Serbiya klubu ilk görüşdə 0:0 hesablı nəticə qazansa da, cavab matçında "Hapoel.T" rəqib qapısından üç cavabsız top keçirdi.
Yunanıstan təmsilçisi "Aris" UEFA Kubokundan kənarda qaldı. İlk görüşdə "Slaven" üzərindəki minimal hesablı qalibiyyətə baxmayaraq, xorvatiyalılar cavab matçında məğlubiyyətin əvəzini çıxdılar.
İsrailin digər təmsilçisi "Hapoel.KŞ" isə ikinci nüfuzlu klub turnirindəki çıxışını yekunlaşdırdı. İlk görüşdə evdə "Liteks"lə qolsuz heç-heçə ilə razılaşan israillilər cavab oyununda Bolqarıstanda ev sahiblərinə məğlub oldular.
İlk görüşdə İspaniyada sensasiyaya imza atan "Deportivo" "Hayduk"la qolsuz heç-heçəyə razılaşmışdı. Mütəxəssislər cavab görüşündə lakorunyalıların şansını yüksək qiymətləndirməsələr də, Şotlandiya klubu qələbə qazana bilmədi. Səfərdə vurulan iki cavabsız qol ispanları üçüncü mərhələyə çıxardı.
"Vlajniya" - "Napoli" cütünün favoriti heç şübhəsiz ikincilər idi. "A" Seriyası təmsilçisi hələ ilk qarşılaşmada albaniyalıları üç cavabsız qolla üstələmişdi. Ona görə cavab matçında rəqibin məğlubiyyətin əvəzini çıxacağı qeyri-mümkünsüz kimi qiymətləndirilirdi. Neapollular sensasiyaya imkan verməyərək, ikinci oyunda da albanlara böyük hesabla qalib gəldilər - 0:5.
İsrailin üçüncü təmsilçisi "Makkabi" UEFA Kubokundakı iştirakını başa vurdu. İlk görüşdə "Çerno More" ilə 1:1 hesabıyla razılaşan netanyalılar ikinci qarşılaşmada Bolqarıstan klubuna məğlub oldular - 0:2.
Cavab görüşünün maraqlı qarşılaşmalarından biri Avstriyada baş tutdu. "Ştrum" - "Sürix" arasında keçirilən ilk oyunda qeydə alınan 1:1 hesablı nəticə ikinci matçda da təkrarlandı. Hakimin əlavə etdiyi 30 dəqiqədə də qalib müəyyənləşmədi. Penalti zərbələrindən daha yaxşı istifadə edən isveçrəlilər üçüncü seçmə mərhələyə vəsiqəni təmin etdilər.
İntertoto Kubokunda "Neftçi"ni üstələyərək, UEFA Kubokuna yüksələn "Vasluy" ikinci nüfuzlu klub turnirindəki çıxışlarını davam etdirir. Rumıniya klubu növbəti mərhələnin taleyini hələ birinci görüşdə həll etmişdi. Səfərdə Latviya "Metallurq"unu 0:2 hesabı ilə üstələyən rumınlar cavab görüşündə də rəqibi məğlubiyyətə uğratdılar 3:1.
"Xəzər-Lənkəran"ı UEFA Kubokundan uzaqlaşdıran "Lex" növbəti mərhələyə adını hələ ilk görüşdə qeydə alınan nəticədən sonra yazdırmışdı. Birinci matçda polşalıların "Qrasshopper"in qapısından keçirdiyi 6 cavabsız top "Lex"i növbəti mərhələyə çıxardı.
"Vit Corciya"- "Austriya" cütünün qalibi isə bir oyunla müəyyənləşdi. Gürcüstandakı məlum hadisələrdən sonra UEFA Tbilisidəki ilk oyunun keçirilməsinə icazə verməmişdi. Ona görə qalib Avstriyadakı görüşün nəticəsinə əsasən müəyyən olunacaqdı. Doğma arenada gürcülərin qapısından iki cavabsız top keçirən "Austriya" adını növbəti mərhələyə yazdırdı.
Elvin ƏHƏD
UEFA Kuboku. II təsnifat
mərhələsi. Cavab görüşləri
Lillestrem (Norveç) - Kopenhagen (Danimarak) 2:4
Osean, 29, Brene, 76 - Santin, 10, Almeyda, 24, Hatçinson, 79, Æunior, 87.
İlk görüş: 1:3
Slaven (Xorvatiya) - Aris (Yunanıstan) 2:0
Qarsiya, 14-öz qap., Vruçina, 64.
İlk görüş: 0:1
Zalsburq (Avstriya) - Suduva (Litva) 0:1
Yasaytas, 78.
İlk görüş: 4:1
Herta (Almaniya) - İnterblok (Sloveniya) 1:0
Ebert, 3.
İlk görüş: 2:0
Zrinski (Bosn.Hers.) - Braqa (Portuqaliya) 0:2
Peyxoto, 56, Mateus, 90.
İlk görüş: 0:1
Hapoel T.Ə. (İsrail) - Voyvodina (Serbiya) 3:0
İboa, 29, Vermont, 57, Abutbul, 76.
İlk görüş: 0:0
Hapoel K.Ş. (İsrail) - Liteks (Bolqarıstan) 1:2
Sarfati, 8 - Popov, 21, Sandrinyo, 53.
İlk görüş: 0:0
Midtyulland (Danimarka) - Mançester Siti (İngiltərə) 0:1 Pen.ilə-1:4
Kaliff, 89-öz qap.
İlk görüş: 1:0
Rusenborq (Norveç) - Dürqorden (İsveç) 5:0
İversen, 42, 67, 86, Konan, 65, Skeylbred, 75.
İlk görüş: 1:2
Bellinzona (İsveçrə) - Dnepr (Ukrayna) 2:1
Qaşi, 1, La Rokka, 76 - Samodin, 9.
İlk görüş: 2:3
Moskva (Rusiya) - Legiya (Polşa) 2:0
Strelkov, 7, Kuzmin, 49.
İlk görüş: 2:1
Debresen (Macarıstan) - Yanq Boyz (İsveçrə) 2:3
Olax, 42, Dudu, 72 - Şnyuvli, 32, Reqassoni, 56, Yapi-Yapo, 67.
İlk görüş: 1:4
Austria (Avstriya) - VİT-Corciya (Gürcüstan) 2:0
Hattenberger, 27, Okotie, 73.
İlk görüş: ləğv olunub.
Æilina (Slovakiya) - Slovan (Çexiya) 2:1
Belak, 81, Eez, 87 - Nezmar, 90.
İlk görüş: 2:1
Qrasshoppers (İsveçrə) - Lex (Polşa) 0:0
İlk görüş: 0:6
Dyor (Macarıstan) - Ştuttqart (Almaniya) 1:4
Bayzat, 81 - Laniq, 31, Hitslşperger, 41, Qomes, 55, 60.
İlk görüş: 2:1
Şturm (Avstriya) - Sürix (İsveçrə) 1:1 Pen.ilə-2:4
Abdi, 5 - Helsl, 11.
İlk görüş: 1:1
Vasluy (Rumıniya) - Metallurq L. (Litva) 3:1
Burduyan, 4, Kanu, 6, N"Doy, 29 - Antonio, 85.
İlk görüş: 2:0
Omoniya (Kipr) - AEK (Yunanıstan) 2:2
Duro, 11, 70 - Blanko, 16, Pavlis, 89.
İlk görüş: 1:0
Çerno More (Bolqarıstan) - Makkabi N. (İsrail) 2:0
İlk görüş: 1:1
Napoli (İtaliya) - Vlajnya (Albaniya) 5:0
Rinaudo, 42, 55, Pia, 52, Lavessi, 80, Hamşik, 87.
İlk görüş: 3:0
Srvena Zvezda (Serbiya) - HAPOEL (Kipr) 3:3
Subaşiç, 77, Miliyyas, 85, 103 - Kosovski, 54, Pintu, 57, Miroslavleviç, 117.
İlk görüş: 2:2
Hayduk (Xorvatiya) - Deportivo (İspaniya) 0:2
Riki, 42, Verdu, 87.
İlk görüş: 0:0
Beşiktaş (Türkiyə) - Şiroki Briyeq (Bosn.Hers.) 4:0
İnseman, 14, Ozkan, 49, Bobo, 58, Tello, 85.
İlk görüş: 2:1
Aston Villa (İngiltərə) - Hafnarfyordur (İslandiya) 1:1
Qardner, 27 - Börnsson, 30.
İlk görüş: 4:1
Sent-Patriks (İrlandiya) - Elfsborq (İsveç) 2:1
Gevin, 86, Kviqli, 90 - İşizaki, 63.
İlk görüş: 2:2
Renn (Fransa) - Stabek (Norveç) 2:0
Leroy, 38, 80.
İlk görüş: 1:2
Brondbü (Danimarka) - Haka (Finlandiya) 2:0
Madsen, 31, Holmen, 40.
İlk görüş: 4:0
Vikinq (Norveç) - Honka (Finlandiya) 1:2
Qorde, 8 - Hakanpyaya, 20, Lepola, 55.
İlk görüş: 0:0
Kalmar (İsveç) - Gent (Belçika) 4:0
Suler, 4-öz qap., İngelsten, 54, 86, 90.
İlk görüş: 1:2
Nordselland (Danimarka) - Kuin (Şotlandiya) 2:1
Bernburq, 85, 90 - Harris, 2.
İlk görüş: 2:1
Lokomotiv S. (Bolqarıstan) - Borats (Serbiya) 1:1
Atanasov, 17 - Stoyanoviç, 36.
İlk görüş: 0:1