
Yenidən Almaniya millisinin heyətinə geri qayıtmaqla gündəmdən silinmədiyini göstərdi. Söhbət Almaniya millisi və "Valensiya"nın qapıçısı Tim Hildebranddan gedir. "Çərçivə" qoruyucusu İspaniyaya yollanandan sonra bir müddət millidən kənar qalsa da, yenidən komandada öz yerini tutub. Gedişi böyük söz-söhbətlərə səbəb olan qapıçının İspaniyada uğursuzluğa düçar olacağını düşünrdülər. Hətta ilk mərhələdə problemlə də üzləşmişdi. Tezliklə bütün işlərini qaydasına saldıqdan sonra komandada əsas oyunçuya çevrildi. İspaniya kubokunun qalibi olan kiper kifayət qədər oyun praktikası və təcrübə yığdığını bildirir. Bundan başqa, qapıçı DÇ-2010-da seçmə mərhələdə komandasının əsas qapıçısı olacağına əmindir. Almaniyanın isə qrupun əsas favoriti olduğunu düşünür.
- Günəş və dəniz - Valensiya həyat üçün çox gözəl şəhərdir. Elə deyil?
- Döğru deyirsininz. Plaj və dəniz birbaşa evimin qarşısındadır. Son illərdə şəhər çox inkişaf edib. Burada çoxlu görməli yerlər, müasir tikililər inşa edilib. İstədiyim kimi yaşaya və istirahət edə bilirəm. Ona görə də burda hər şey ürəyimcədir.
- Valensiyaya gəlişinizə görə peşman deyilsiniz?
- Xeyr! Bu fikirlə heç vaxt razılaşa bilmərəm. İstər həyatda, istərsə də futbolda "Valensiya" karyeram üçün yeni mərhələdir.
- Birinci mövsümün əvvəllərində azarkeşlərin sevimlisi Santyaqo Kanizareslə probleminiz olub?
- Xaricdə oynamaq üçün hər zaman allaha dua edirdim. Həmçinin yeni müvəffəqiyyətlər qazanmaq mənim ən böyük arzum idi. Mənsə bu addımı atdım. həmişə öz-özümə sual verirəm: bura gəlməkdən peşmançılıq çəkirəmmi? Cavab isə həmişə birmənalı olub - yox! Gəldiyim mövsüm çox ağır keçdi. Ancaq ölkə xaricində oynamaq bəzən əlavə problemlər də gətirir. Bunlarla mübarizə aparıb, arzuma çatmalı idim. Sevinirəm ki, bu gün arzularımı həyata keçirə bilmişəm. Amma Kanizareslə problemim olmayıb.
- Xaricdə oynamaq, daha doğrusu, transferdən sonra əsas çətinlik nə ilə bağlı olub?
- Əlbəttə, dil. Başlanğıcda, demək olar ki, heç nə başa düşmürsən. Komandadaxilində fəal iştirak edə bilmirsən. Bununla belə, uğur qazanmalısan. Bu, həmçinin Bundesliqaya transfer olunan əcnəbi oyunçulara da aiddir. Bunun nizama düşməsi üçün vaxt lazımdır. Ona görə də ilk başda problemlərin olması normal haldır. Bunu qloballaşdırmağa ehtiyac yoxdur.
- Yeni mövsümdə komandanızın ambisiyalarını necə dəyərləndirirsiniz? Ötən mövsüm kuboku qazandıqdan sonra bu mövqeyi qorumaq tələb olunacaq...
- Fikrimcə, sonuncu dövrənin klubumuz üçün müstəsna əhəmiyyəti var. Ötən mövsüm komandanın yaşadıqları - məşqçi dəyişikliyi və prezident postuna yenisinin gəlməsi... Əlbəttə, bunlar kadrarxası görüntülər olsa da, meydanda ortaya qoyulan oyunun təməl daşıdır. Odur ki, problemin haradan gəldiyini yaxşı araşdırmaq lazımdır. İndi isə hər şey fərqlidir. Əla məşqçimiz və komandamız var. Ona görə də fikirləşirəm ki, hər şey yaxşı olacaq. Biz yenidən yüksək yerlərə oynamaq istəyirik.
- Ancaq Superkubokun finalında çempion "Real"a məğlub oldunuz (4:2). Hətta qonaqlar uzun müddət meydanda azlıqda olsalar da...
- Bu, ağlabağan deyildi. Qəribə oyun oldu. 9 nəfərə qarşı məğlub olmaq bizim kimi komandaya heç yaraşmaz.
- Yeni stadionun tikintisi nə qədər davam edəcək? Nə vaxt hazır olacaq?
- Növbəti mövsümdən. Bu, futbolda yeni mərhələ olacaq.
- Avropa çempionluğunu qazanandan sonra ölkədə vəziyyət necə dəyişib?
- Hamı fəxr edir ki, İspaniya titul qazanıb.
- AÇ-dan qabaq milliyə dəvət alsanız da, meydanda oynamadınız. Bu, nə ilə əlaqədar idi?
- Son mövsüm yaxşı formada idim. Lövlə danışmışdım. Sadəcə olaraq, vaxtımı gözləyirəm. Millidə çalışmağa hər zaman hazıram. Ən böyük məqsədim bir nömrəli olmaqdır.
- Tim Hildebrand üçün nə danışılmalıdır?
- Yaxşı olan hər şeü. İki ildə iki titul qazanmışam.
- Almaniyanın qapıçılar üzrə məşqçisi Andreas Köpke Belçika matçından sonra bəzi fikirlərini açıqlayıb. Görüləsi işlərin çoxluğunu qeyd edib. Sizcə, o, bununla nə demək istəyib?
- Avropa çempionatından iki ay keçib. Burada da qələbə son anda əldən çıxdı. Heç nə tarixi geri qaytarmayacaq. Hər şey geridə qalıbsa, bunları yenidən ortalığa çıxarmağın elə də əhəmiyyəti yoxdur.
- Avropa çempionluğunu televizor qarşısından izləmək necə idi?
- Turniri tam izləyə bilmədim. Amerikada nigah mərasimində iştirak edirdim. Yalnız final oyununu izləməyə nail oldum.
- Avropa çempionluğunu doğru komanda qazandı?
- Əlbəttə, İspaniya yarışda ən yaxşı kollektiv idi. Qələbəni qazanmaqla bunu bir daha sübut etdilər.
- Valensiyada münasib iş yeriniz olsa da, günəş və dəniz möhtəşəm olsa da, yəqin ki, nə vaxtsa yenidən Bundesliqaya geri qayıdacaqsınız?
- Bu aydındır. Futbolda hər şey mümkündür.
- DÇ-2010 barədə nə deyə bilərsiniz?
- Qrupumuzun lideri Almaniya və Rusiyadır. Bununla belə, digər rəqibləri də məndən qaçırmaq olmaz. Seçmə mərhələnin başlamasına lap az qalıb. Yaxında hər şey bilinəcək.
- DÇ-nın qalibi olmağa hazırsınız?
- Bunu hər zaman arzulamışam. Və gələcəyə ümidlə baxıram.