02/09/2010 N 105(692)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Keçid
Milli
HadisÉ™
Persona
Qol+
Futbolçu
V.İ.P.
Kubok
UEFA
Top
Titul
Niderland
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Qartal" şahə qalxdı
"Kayserispor"un bəxti gətirmədi
Türkiyənin UEFA Kubokundakı təmsilçisi "Beşiktaş" Avropanın ikinci nüfuzlu turnirində çıxışını davam etdirir. İkinci seçmə mərhələnin ilk oyununda Bosniya səfərində "Şiroki Briyeq"ə qalib gələn Ərtoğrul Sağlamın komandası növbəti mərhələ işini asanlaşdırsa da, üçüncü etapa vəsiqə rəsmən "İnönü"dəki cavab görüşündən sonra qazanıldı. Doğma publika önündə möhtəşəm oyun nümayiş etdirən "qara qartallar" rəqibi darmadağın edərək adını növbəti mərhələyə yazdırdı. Hadisələri qabaqlayıb deyək, dünən Monkoda UEFA-nın üçüncü təsnifat mərhələsinin püşkatmasında digər klublar kimi, "Beşiktaş", "Kayserispor" və "Qalatasaray"ın rəqibləri bəlli oldu. Bu mərhələdə "qara qartallar" Ukraynanın "Metallist"i ilə münasibətlərə aydınlıq gətirəcəklər. "Kayserispor"u bəxtsiz hesab etmək olar, çünki tanınmış PSÆ ilə qarşılaşacaq. Çempionlar Liqasında mübarizəni dayandıraraq, UEFA Kubokuna qatılan "Qalatasaray"ın rəqibi isə İsveçrə "Bellinzona"sı olacaq. Üçüncü mərhələnin ilk görüşləri sentyabrın 18-i, cavab oyunları isə iki həftə sonra, oktyabrın 2-də keçiriləcək.
   "Beşiktaş"ın baş məşqçisi Ərtoğrul Sağlam "Şiroki Briyeq"ə qarşı dəyişikliklə çıxmışdı. Superliqanın ilk turunda "Antalyaspor"la oyunda meydana çıxan Gökhan Zan, Əli Tandoğan və Aydın Qarabludun əvəzinə bu dəfə Zapatoçnı, Sərdar Qurtuluş və Sərdar Özkan oynamaq imkanı qazanmışdı. Matça sürətli başlayan meydan sahibləri növbəti mərhələyə vəsiqəni rahat təmin etmək üçün ilk dəqiqələrdən qol vurmağa çalışdılar. Nəticə özünü çox gözlətmədi. 14-cü dəqiqədə Holoskodan idel ötürmə alan Uğur İncəman iki müdafiəçidən sıyrılaraq qapını dəqiq nişan aldı. Məlum məsələydi ki, bosniyalılar mərhələ adlamaq üçün heç olmasa, daha buraxmadan iki qol vurmalıdılar. Bu isə ümumiyyətlə inandırıcı görünmürdü. İlk matçda Bosniyada qeydə alınan hesab belə düşünməyə tam əsas verirdi. Digər tərəfdən, "İnönü"də möhtəşəm azarkeş dəstəyi ilə ürəkdən oynamamaq ən azı günah olardı. Meydanda, demək olar ki, bütün futbolçular baş məşqçinin tapşırıqlarını layiqincə yerinə yetirirdilər. Çatışmayan bircə zədəli Nobrenin yoxluğu idi. Qonaq komanda ilk təhlükəli vəziyyəti 28-ci dəqiqədə yaratdı. Sol cinahdan irəliləyən Aleksandr cərimə meydançasına yaxşı ötürmə etsə də, Vaqnerin "başı" dirəyə tuş gəldi. İtiriləcək bir şeyin olmadığını anlayan bosniyalılar bütün komanda ilə hücuma atıldıqları üçün arxa xətdə xeyli boşluqlar yaranmışdı. Təbii ki, bu, "Beşiktaş"ın sürətli əks-hücumlar qurub, hesabı artırmaq şansını yüksəldirdi. Lakin fasiləyə qədər tablodakı nəticəni dəyişmək mümkün olmadı. İkinci hissə başladı, nə başladı. Meydanda fantastik "Beşiktaş" vardı. Azarkeşlərin möhtəşəm şousuna rəng qatan Sərdar Özkan elə hissənin başlanğıcında vurduğu qolla sanki qarşıdakı dəqiqələrdə meydançada əsl şou olacağından xəbər verdi. Holoskonun başladığı hücumu davam etdirən Bobo sağ cinahdan irəliləyərək, Sərdarı tapdı. sonuncu bir toxnuşla topu tora qovuşdurdu. Meydana mərkəzdən başlamaq məcburiyyətində qalan qonaqlar, deysən, artıq məğlubiyyətlə barışmışdılar. Bununla belə, "Şiroki Briyeq" təslim olmaq fikrində deyildi. Hər halda səviyyə də öz sözünü dedi. İkinci qoldan üç dəqiqə sonra Delqado fərqlənə bilərdi, əgər Bobonun ötürməsini argentinalı qola çevirsəydi. Ardınca cənubi amerikalı yenidən qol vurmağa yaxın oldu. Hesab dəyişməyincə səhnəyə Bobo çıxdı. Sərdar Özkan-Tello-Bobo kombinasiyasını "sambaçı" məntiqi sonluğa çatdırdı. Bu dəqiqələrdə növbəti qolu buraxmamağa çalışan qonaqlar dördüncü dəfə mərkəzə dəvət olunmaqdan qaça bilmədilər. Sona 4 dəqiəqə qalmış Bobodan ötürmə alan Tello matçda sonuncu, dördüncü nöqtəni qoydu. Beləliklə, "Beşiktaş" hər iki görüşdə qalib gəlməklə, zəif bosniyalılara yerini göstərdi.
 
Debütantlar yığmada
Türkiyə yığmasının baş məşqçisi Fatih Terim 2010-cu ilin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan və Belçika ilə oyunqabağı heyəti açıqlayıb. "Ay-uluduzlular"ın düşərgəsində böyük dəyişiklik olmasa da, yeni adlar var. Bunlar "Antalyaspor"dan Uğur Kavuq, "Qaziantepspor"dan Məhmət Polad və "Dənizlispor"dan Çağlar Birincidir. Maraqlıdır ki, yeni dəvətlilərin ikisi superliqanın debütant klublarının şərəfini qoruyur. Türkiyə yığması ilk oyununu ermənistana qarşı keçirəcək. Görüş sentyabrın 6-da İrəvanda baş tutacaq. Türklər dörd gün sonra isə İstanbulda Belçika yığmasını sınağa çəkəcək. zədəli olduqları üçün Həmid Altıntop, Nihat Kahveci, Səbri Sarıoğlu, Əmrə Güngör və Canər Erkin yığmaya çağrılmayıblar. Terimin yığmaya dəvət etdiyi oyunçuların siyahısı aşağıdakı kimidir:
   Qapıçılar: Volkan Dəmirəl ("Fənərbağça"), Sərdar Kulbilgə ("Kocaelispor"), Tolqa Zəngin ("Trabzonspor").
   Müdafiəçilər: Gökhan Könül ("Fənərbağça"), Uğur Kavuk ("Antalyaspor"), Sərvət Çətin ("Qalatasaray"), İbrahim Kaş ("Xetafe", İspaniya), Məhmət Polat ("Qaziantepspor"), Gökhan Zan ("Beşiktaş"), Hakan Balta ("Qalatasaray"), Çağlar Birinci ("Dənizlispor"), Uğur Boral ("Fənərbağça").
   Yarımmüdafiəçilər: Kazım Kazım ("Fənərbağça"), Sərdar Özkan ("Beşiktaş"), Gökdəniz Qaradəniz ("Rubin", Rusiya), Məhmət Topuz ("Kayserispor"), Ayhan Akman ("Qalatasaray"), Məhmət Aurelio ("Betis", İspaniya), Əmrə Bəlözoğlu ("Fənərbağça"), Səlçuk İnan ("Trabzonspor"), Nuri Şahin ("Borussiya"D., Almaniya), Məhmət Topal ("Qalatasaray"), Tuncay Şanlı ("Middlsbro", İngiltərə), Arda Turan ("Qalatasaray").
   Hücumçular: Xəlil Altıntop ("Şalke", Almaniya), Mövlud Ərdinc ("Soşo", Fransa), Semih Şəntürk ("Fənərbağça"), Gökhan Ünal ("Trabzonspor").
 
Sonq yığmaya çağırıldı
Uzun zamandır seneqallı qapıçı Toni Silvanın transferi üçün çalışan "Trabzonspor" hələ bir nəticəyə hasil ola bilmir. İndi də afrikalının transfer hüququnu əldə etmək üçün Qara dənizlilərin bir qrup nümayəndəsi Fransaya üz tutub. Məlumata görə, tərəflər arasında razılıq əldə olunub. Sadəcə, müzakirə ediləcək bir-iki detal qalıb.
   Yeri gəlmişkən, Qara dəniz klubunun yeni transferi Riqober Sonq Kamerun yığmasına dəvət alıb. Dünya çempionatı 2010-nun seçmə mərhələsində sentyabrın 6-da qüvvəsini sınayacaq Afrika təmsilçisinin heyətində təcrübəli müdafiəçi də yer alacaq.
   
 
"Gənclər" qələbəyə oynayacaq
Superliqanın ikinci turunda səfərdə "Bursaspor"la qarşılaşacaq "Gənclərbirliyi" meydana qələbə üçün çıxacaq. Son yığıncaqda klubun baş məşqçisi Məsud Baqqal belə deyib. Mütəxəssisin fikrincə, ilk turda "Kocaelispor"la oyunda qeydə alınan 1:1-lik hesab uğurlu nəticədəir: "Mövsümqabağı yaxşı hazırlıq prosesi keçdik. Yeni transferlər çətinlik çəkmədən uyğunlaşıblar. "Kocaelispor"la oyunun nəticəsindən razıyam. Xüsusən birinci hissədə göstərdiyimiz oyun məni qane etdi. "Bursaspor"la görüşdə meydana 3 xal üçün çıxacağıq. Arenanın tamaşaçısız olacağı bizim xeyrimizədir. Qələbələr seriyasının əsasını elə bu oyunda qoymaq istəyirik".
 
Paçeko "qazi" oldu
Yeni mövsümün start götürməsinə baxmayaraq, "Qaziantepspor" hələ də heyətini gücləndirməklə məşğuldur. Məlumata görə, Körfəz klubu daha bir braziliyalı ilə anlaşıb. Bu, Eduardo Abdo Ferreyra Paçekodur. Klub rəhbəri İbrahim Qızılın iştirak etdiyi tədbirdə cənubi amerikalı ilə 3 illik müqavilə imzalandığı bildirilir. 21 yaşlı hücumçu Türkiyəyə "Atletiko Mineyro"dan gəlib. Hələlik icarə əsasında oynayacağı üçün rəsmi müqaviləyə qol çəkməyib. Əgər bu mövsüm özünü doğrultsa, "Qaziantepspor" Paçekonu alacaq.
 
"Finalda "Milan"la qarşılaşacağıq"
Çempionlar Liqasındakı uğursuzluqdan sonra mübarizəni UEFA Kubokunda davam etdirmək imkanı qazanan "Qalatasaray" turnirdə çempionluq uğrunda mübarizə aparacaq. Klub rəsmisi Haldun Üstünəl bu fikirdədir. Onun sözlərinə görə, "aslanlar" finala vəsiqə qazanacaqlar: "Komandamızın missiyası avrokuboklarda uğurla çıxış etməkdir. "Styaua"ya məğlubiyyətə baxmayaraq, məqsədimiz dəyişməyib. Hədəf ikinci dəfə UEFA Kubokunu qazanmaqdır. Finala çıxacağımıza şübhə etmirəm. Fikrimcə, həlledici oyunda "Milan"la qarşılaşacağıq".
   Bu arada "Cim-Bom"un yeni transferi Milan Baroş İstanbula təşrif buyurdu. Çex hücumçunu Atatürk Hava Limanında 250-ə yaxın azarkeş ordusu qarşılayıb. Türkiyədəki ab-havadan tam razı olan futbolçu bildirib ki, bu cür qarşılanma dünyanın heç bir ölkəsində yoxdur. Fiziki formasına gəldikdə, tam hazırdır və komandanın uğuru üçün əlindən gələni edəcək. Türkiyədə klubun həkimi Murad Çevikin nəzarəti ilə tibbi müayinədən keçən futbolçuya, nə qədər qəribə olsa da, "Fənərbağça"nın rənglərində, "sarı-lacivərd" buts bağışlanıb.
 
Siqaret çəkmək olmaz!
İlk turda "Antalyaspor" - "Beşiktaş" oyununda baş verən məlum qalmaqaldan sonra, Türkiyə Futbol Federasiyası hadisəyə aydınlıq gətirib. Nizam-İntizam Komitəsinin qərarına əsasən, "qara qartallar"ın prezidenti Yıldırım Dəmirörən stadionda siqaret çəkdiyi üçün 62 YTL cəzalandırılıb. Bundan başqa, hər iki komandanın birlikdə 9 rəsmisi müvafiq cəzaya məruz qalıb. Bundan sonra heç bir klub nümayəndəsi fəxri tribunada siqaret çəkməyəcək.
Hazırladı: Şahin