02/09/2010 N 105(692)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Keçid
Milli
HadisÉ™
Persona
Qol+
Futbolçu
V.İ.P.
Kubok
UEFA
Top
Titul
Niderland
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Platinidən italyanlara xəbərdarlıq
İtaliya stadionlarında tez-tez baş verən xoşagəlməz insidentlər UEFA rəhbərliyini narahat edir. 2009-2010-cu illər mövsümünün Çempionlar Liqasının finalını Romaya tapşıran Avropa Futbol təşkilatının rəhbərliyi italyanları bundan məhrum edə bilər. Prezident Mişel Platinin sözlərinə görə, əgər qalmaqallara birdəfəlik son qoyulmasa, ÇL-nın həlledici oyunu İtaliyada keçirilməyəcək. Bu arada fransız başqan maraqlı çıxışla diqqəti cəlb edib. UEFA rəhbəri qış transfer pəncərəsini ləğv etmək istəyir. Onun fikrincə, bir futbolçu eyni mövsümdə iki klubda çıxış etməməlidir. Bundan başqa, yay transfer pəncərəsinin vaxtını azaldılıb-artırılmayacağını da müzakirə edəcəklərini vurğulayıb.
   
 
"Tottenhem" "Saraqosa"lı futbolçu ilə anlaşdı
"Saraqosa"nın heyətində çıxış edən müdafiəçi Sezar Sançes hazırkı komandası ilə yollarını ayırıb və karyerasını İngiltərənin "Tottenhem" klubunda lavam etdirəcək. Artıq o "Tottenhem" ilə yeni müqavilə imzalayıb. Lakin nədənsə müqavilənin şərtləri hələ ki gizli saxlanılır. "Tottenhem" rəsmiləri ilə yeni müqaviləyə imzaladım. Artıq indidən özümü komandanın bir üzvü kimi hiss edirəm. Belə bir komandada çıxış edəcəyim üçün çox xoşbəxtəm. Komandanın mənə olan etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Hər bir futbolçunun arzusu öz karyerasında başarılı olmaqdır. "Saraqosa"da qazana bilmədiyim uğurları bu komandada qazanmaq üçün əlimdən gələni edəcəyəm"- deyə təcrübəli futbolçu bəyan edib. Nəzərinizə çatdırırıq ki, Xuande Ramosun komandası "Derbi Kaunti"li qolkiper Stiven Boyuterlə də yaxından maraqlanırdı. Lakin bu futbolçunu transfer etmək mümkün olmadı.
 
"Bordo" itki ilə üzləşdi
"Bordo"nun heyətində çıxış edən mərakeşli hücumçu Maruan Samax yaşıl meydanlardan kənar qalmalı olacaq. Məsələ burasındadır ki, Samax "Kan" ilə qarşılaşmada sağ ayağından ciddi zədə alıb. Həkimlər isə onun ən azı 2 həftə istirahət etməsini məsləhət görüblər. "Mən ayağımda ağrılar hiss edirəm. Hansı ki, mənə rahat oynamağ mane törədir. İlk öncə sandım ki, ayağımdakı ağrılar yüngül xəsarətdən irəli gəlir. Lakin təlim-məşq prosesi zamanı ağrılar şiddətli artdı və mən bu ağrılara tab gətirə bilməyəcəyimi anladım. Həkimlərin müayinəsindən sonra isə məlum oldu ki, bir neçə müddət istirahət etməli olacağam. Meydana nə zaman dönəcəyim tam olaraq məlum deyil. Həkimlərin tapşırıqlarına əməl edərək, tez bir zamanda sağalacağımı düşünürəm".
 
"Qalaksi" başsız qaldı
Amerikanın "Los-Anceles Qalaksi" klubu hal-hazırda baş məşqçi axtarışındadır. Belə ki, komandanın çalışdırıcısı olan Ruud Qullit öz postundan istefa edərək ayrılıb. UEFA-nın rəsmi internet ünvanının yaydığı xəbərlərə əsasən, Qullitin komandadan ayrılmasının səbəbləri hələ ki gizli saxlanılır. Hələlik komandanı Qullitin 37 yaşlı köməkçisi Kobi Cons çalışdıracaq. Çox güman ki, yaxın günlər ərzində "Qalaksi" rəhbərliyi komandaya yeni baş məşqçi gətirəcək. Xatırladaq ki, niderlandlı çalışdırıcı "Los-Anceles Qalaksi"yə ötən ilin noyabr ayında gəlmişdi və ingiltərəli futbolçu Devid Bekhemin Madrid "Real"ından "Qalaksi"yə transfer olunmasında məhz Qullitin böyük dəstəyi olmuşdu.
 
Hyuz "Siti"dən ayrılmayacağını dedi
"Mançester Siti"nin çalışdırıcısı olan Mark Hyuz bu yaxınlarda mətbuat konfransında açıqlama verərək, hazırkı postundan ayrılmayacağını bəyan edib. Belə ki, sözügedən çalışdırıcı ilə bir neçə yerli ingilis klubları yaxından maraqlanır və ona öz təkliflərini etməkdədirlər. Lakin Hyuz "Mançester Siti"dən razı olduğunu və burdan ayrılmaq niyyətinin olmadığını bildirib. "Hazırda karyeramın bəlkə də ən uğurlu vaxtlarını keçirdirəm. "Mançester Siti" əla komandadır və mən burda baş məşqçi olduğum üçün özümlə fəxr edirəm. Karyeramın hələ bir neçə ilini də "Mançester Siti"yə həsr etmək fikrindəyəm. "Bləkbörn" də yaxşı komandadır, onların heyətində olduqca təcrübəli futbolçular çıxış edir. Bəlkə də nə vaxtsa yenidən "Bləkbörn"ə məşqçilik etmək istəyəcəm. Lakin hal-hazırda belə bir istəyim yoxdur. İstəyim olsa belə, komandamın razılığı olmadan bu keçid baş tutmayacaq. Çünki klubla müddəti hələ bitməmiş bir müqaviləmiz var".
   
   
   
   
   
   
Seymur Səfərli