02/09/2010 N 105(692)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Keçid
Milli
HadisÉ™
Persona
Qol+
Futbolçu
V.İ.P.
Kubok
UEFA
Top
Titul
Niderland
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Xalidu Sissoko Hacıyevskidən 1 şans istəyir
"10 il də keçəcək, mənim kimisi bura gəlməyəcək"
Hazırkı "Bakı"da əvvəlki heyətdən cəmi 2-3 nəfər qalıb. Xalidu Sissoko 2004-cü ildən Azərbaycan çempionatında çıxış edir. Komanda bu müddətdə ölkə çempionu və kubokunu qazanıb, çempionatda bürünc medal əldə edib. Seneqallı qpapıçının bu uğurlarda müstəsna payı var. Azərbaycana gələn azsaylı səviyyəli legionerlər arasında onun adını xüsusi vurğulamalıyıq. Kiper üçün lazım olan hər şey onda var: Boy, əla fiziki göstəricilər, düzgün mövqe seçimi və ən nəhayət, cəldlik. Təbii ki, bəzi futbolçular kimi onun da "zəif yeri" var. Amma bu, "Bakı" rəhbərliyini afrikalını saxlamaq fikrindən daşındırmayıb. Qyoko Hacıyevskinin fikirləri isə fərqlidir. Ötən mövsüm yaşanan olaylardan sonra Sissokonu ikinci plana atan baş məşqçisi Marko Şarliyaya güvənir. Mövsümlərarası fasilədə Xorvatiyanın "İnter" klubundan gələn "əlcək sahibi" çempionatın ilk 3 turunda 270 dəqiqə meydanda olub. Qaradərili həmkarının nə vaxtadək ehtiyatda qalacağı isə bilinmir. Düşdüyü qeyri-müəyyənlik, əlbəttə ki, Sissokonu sıxır. Bunu söhbətin gedişində da sezdim.
   Srağagün həm də ad günü idi. 30 yaşını qeyd edən Sissokonun şərəfinə futbolçular tort kəsdi. O isə bir kənara çəkilib Fernando Peresin itinə "Koka-Kola" içizdirirdi. Başı balaca "buldok"a qarışan qapıçının xoşhal olduğu gözlərindən oxunurdu.
   - Əsas heyətdən kənarda qalmağımın səbəbini özüm də bilmirəm. Bunu baş məşqçiyə də sual verə bilərsiniz.
   - Heç bu haqda Hacıyevski ilə söhbətin olmayıb?
   
- Mən futbolçuyam, o isə məşqçi. Hacıyevskinin işinə müdaxilə edə bilmərəm. Mənim üzərimə düşən hazırlaşmaqdır. Məşqlərdə var gücümlə çalışıram. İndi əla formadayam.
   - Şarliyanı özündən güclü sayırsan?
   
- O da yaxşı qapıçıdır. Mən isə özümü daha güclü sayıram.
   - Bəs Hacıyevski niyə ona şans verir, sənə yox? Bəlkə başqa səbəb var?
   
- Bilmirəm. Dörd ildir ki, burdayam. Komanda üçün nələr etmişəm, bunu hamı bilir. Sissoko zəif qapıçı deyil. Mən "Bakı"da ardıcıl 12 oyun qapıdan top buraxmamışam. Dəfələrlə komandanı məğlubiyyətdən qurtarmışam, qələbə qazandırmışam. "Bakı"ya gələn qapıçılardan heç biri məndən güclü olmayıb. Bu gün kənarda qalmağım mənim özümə də pis təsir edir.
   - Şans gözləyirsən?
   
- Özümə çox inanıram. Qoy, Hacıyevski mənə bircə dəfə şans versin. Çox demirəm, bircə dəfə.
   - Ondan sonra nə olacaq?
   
- Nə olacaq? Bir dəfə qapıda durandan sonra "bir nömrə" adı məndə qalacaq. Ondan sonrakı oyunlara yalnız özüm çıxacam. Mənim necə qapıçı olduğumu Hacıyevski də bilir.
   - Bu vəziyyət nə vaxtadək davam edəcək.
   
- Bilmirəm. Mən gözləyirəm.
   - Mövsümün əvvəlində "Bakı"nı tərk edə bilərdin. Səni saxlayan nə oldu?
   
- Bu kluba artıq öyrəşmişəm. "Bakı"da yaxşı günlərim çox olub. Rəhbərlik məni qiymətləndirir. Prezident Hafiz Məmmədov və qardaşı Zeynal Məmmədov qalmağımı istədilər, mən də razılq verdim. Mən "Bakı"da iz qoymuşam. Hələ 10 il də keçəcək, Sissoko kimisi bura gəlməyəcək.
   - Kənardan oyunu izləmək necə hissdir?
   
- Çox ağır. Şəxsən mənə ağır gəlir. Oynadığım klubların heç birində ehtiyatda qalmamışam. "Sissoko, sənə güvənirəm" deyən bütün məşqçilərin heç birnin üzünü qara eləməmişəm. Düşdüyüm vəziyyətə çox üzülürəm. Çoxlarından eşitmişəm ki, mənə "sən Aəzrbaycanda oynayan ən yaxşı qapıçılardan birisən" deyir. Onlar havadan danışmır. Dörd ildə nəyə qadir olduğumu görüblər. Komanda üçün çəkdiyim zəhmət əksər futbolçulardan daha artıqdır.
   - Ötən mövsümün gedişində bəzi klubların səninlə maraqlandığını eşitmişdik. Yaxınlarda necə, dəvət göndərən olub?
   
- Azərbaycan klublarından təklif gəlməyib. İki xarici ölkədən dəvət almışam. Dubay və İrandan. Sərfəli müqavilə təklif eləsələr də, Azərbaycandan getmədim. "Bakı"nı tanıyıram, ikinci evimdir. Ailəm də, özüm də bura öyrəşmişəm. Mən özümü naxçıvanlı sayıram. Hafiz Məmmədovu özümə qardaş bilirəm.
   - Çempionat yeni başlayıb. Bir çox komandalar iddialıdır. Sənin proqnozların nədən ibarətdir?
   
- Hələ heç nə demək olmaz. Üç tur keçib. Son illər hansı komandanın çempion olması son turda bilinir. Mübarizə sonadək getdiyindən, çempionatın bitməsini gözləməliyik. Verdiyiniz suala ən yaxşı cavabım bu ola bilər. "Bakı"nın məqsədi həmişə yüksək yerlərdən birini tutmaqdır. Bu dəfə necə olacağını zaman göstərəcək.
   - Neçə ildir klubdasan. Hazırkı heyət keçən mövsümki komandadan güclüdür?
   
- Çempionatın gedişində görəcəyik. İlk üç tur komandanın real gücünü bilmək üçün tezdir.
   
İlkin
 
"Bakı" Antalyaya gedir
Bir neçə gün əvvəl "Bakı"ya gələn Bruno Betselli geri qaytarılıb. Braziliyanın "Santos" klubunun keçmiş hücumçusunun fiziki və taktiki hazırlığı Qyoko Hacıyevskini qane etməyib. Makedoniyalı baş məşqçi Besart İbrahimin saxlanılmasını istəyib. Blaje İliyevskinin karyerasını Azərbaycanda davam etdirməsi isə AFFA-dan asılıdır. Klub 17 yaşlı qapıçının milliləşdirilməsi üçün federasiyaya müraciət edib ki, hələlik rəsmi cavab alınmayıb. İliyevskinin ölkəmizə gəlməsi Makedoniyada narazılıqla qarşılanıb. Futbol ictimaiyyətinin nümayəndələri Hacıyevski ilə əlaqə saxlayaraq, futbolçunun milliləşdirilməsinə etirazlarını bildiriblər. Lakin qarşı tərəf fikrində qətidir. "Bakı" sentyabrın 5-də Türkiyəyə yola düşəcək. 10 gün ərzində Antalyada qalacaq həmyerlilərimiz üç yoxlama görüşündə qüvvəsini sınayacaq.
 
Mikayıl kimə lazımdır?
"Mikayıl bizə lazımlı qapıçıdır. Millidə və "Kartalspor"da oynadığını bilirəm. Təmiz rəqabət üçün komandada mütləq üç qapıçı olmalıdır". Bu sözləri "Futbol+qol"a açıqlamasında "Standard"ın baş məşqçisi Kaxaber Çxadadze deyib. Türkiyədə karyerasını davam etdirmək istəməyən Mikayıl Yusifovla anlaşdıqlarını söyləyən mütəxəssis baxışa gələn litvalı müdafiəçi Çepauskası geri qaytardığını bildirib. Onun sözlərinə görə, baltikalı sol cinahda çıxış edir ki, bu mövqedə də rəqabət böyükdür. Braziliyalı mərkəz müdafiəçisi Vilson isə hələ Bakıda olsa da, böyük ehtimalla saxlanılmayacaq. Komanda Yevlaxa itkisiz yollanır. Camal Məmmədovun burnu, David Çiçiaşvilinin ayağı əzilsə də, meydana çıxmalarında ciddi problem yoxdur. Futbolçularının "İnter"ə böyükhesablı məğlubiyyətini unutduğunu deyən Çxadadze "Karvan"la səfər görüşündə yaxşı nəticəyə ümid bəsləyir: "Biz evdə daha yaxşı oynayırıq. Kənara çıxanda isə səfər sindromu hiss olunur. "Karvan" haqqında məlumatım kifayət qədərdir. İstidə oynamaq çətinlik yaradacaq. Uğurlu çıxışı davam etdirmək istəyiriksə, hər şeyə dözməliyik".
 
Qurbanov Saşaya vəd verib
"Transfer pəncərəsi"nin bağlamasına bir neçə gün qalmış "Qarabağ" daha bir futbolçunu sıralarına qatıb. 2005-ci ildən "Bakı"nın şərəfini qoruyan Aleksandr Qoqoberaşvili klubunu dəyişib. Gürcü yarımmüdafiəçi keçmiş komandasının köklü futbolçularından hesab olunsa da, cari mövsüm meydana çıxmaq imkanı qazanmayıb. Yeni transferlərdən sonra əsas heyətdəki yerini itirən Saşanın Qyoko Hacıyevski ilə münasibətləri də əvvəlki səviyyədə olmayıb. Makedoniyalı baş məşqçi ötən mövsüm "Olimpik"ə uduzduqları ikinci matçdan sonra başqa cür düşünməyə başlayıb ki, bunu da qarşı tərəf hiss etməmiş deyil. "Qarabağ"da problem yaşayacağı isə az inandırıcıdır. Baş məşqçi Qurban Qurbanov Saşaya daim əsas heyətdə oynaması ilə bağlı vəd verib.
 
4 oyuna 1 qol düşdü
Əvəzedici komandaların çempionatı çərçivəsində dünən 4-cü tur start götürüb. Dörd matçda yalnız bir qol qeydə alınıb ki, bu da "Neftçi"nin "Simurq" üzərində qələbəsini rəsmiləşdirib. "Xəzər-Lənkəran" - NBC 0:0, "Neftçi" - "Simurq" 1:0, "İnter" - "Qəbələ" 0:0, "Qarabağ" - "Bakı" 0:0.
   MOİK - "Turan"
   30 avqust. "Şəfa" stadionu. IV meydança
   Hakimlər: Venera Muradova, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Şamil Baxşəliyev.
   Hakim-inspektor: Rafiq Pənahpur.
   "Karvan" - "Standard"
   30 avqust. Yevlax. Şəhər stadionu. Ehtiyat meydança.
   Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Əli Həsənov, Rasim Əhmədov.
   Hakim-inspektor: Novil İsmayılov.
   "Bakılı" - "Olimpik"
   30 avqust. Lökbatan qəsəbə stadionu.
   Hakimlər: Zahid Musayev, Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qəmbərov.
   Hakim-inspektor: Qürbət Həsənov.
   Bütün oyunlar saat 18:00-da başlayacaq.
   1.Qarabağ 4 3 1 0 8-3 10
   2.Neftçi 4 3 1 0 6-3 10
   3.İnter 4 2 1 1 2-2 7
   4.Simurq 4 2 0 2 6-4 6
   5.MOİK 3 2 0 1 2-1 6
   6.Qəbələ 4 1 2 1 2-2 5
   7.NBC 4 1 2 1 2-3 5
   8.Bakılı 3 1 1 1 4-5 4
   9.Bakı 4 1 1 2 2-2 4
   10.Olimpik 3 1 0 2 5-6 3
   11.Karvan 3 0 2 1 4-3 2
   12.Xəzər-Lənkəran 3 0 1 1 2-4 2
   13.Turan 2 0 1 1 3-5 1
   14.Standard 3 0 0 3 2-5 0