02/09/2010 N 105(692)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Keçid
Milli
HadisÉ™
Persona
Qol+
Futbolçu
V.İ.P.
Kubok
UEFA
Top
Titul
Niderland
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Alman Gede "Neftçi"nin baş məşqçisi oldu
ADR-in ən yaxşı futbolçusu...
Dünən "Neftçi"yə yeni baş məşqçi təyin olunub. Bundan sonra flaqmanı almaniyalı Hans-Yurgen Gede çalışdıracaq. O, ötən həftə istefa vermiş Anatoli Demyanenkonu əvəzləyib. Ukraynalının xələfi may ayından etibarən millimizin baş məşqçisi Berti Foqtsun köməkçisi işləyir. Yurgen Gede 1951-ci il yanvarın 25-də Hersliçe şəhərində anadan olub. 1968-ci ildə Drezden "Dinamo"sunda futbolçu həyatına başlayıb. Keçmiş ADR-in ən tanınmış klubunda altı il çıxış edib. Bu müddətdə beş dəfə ölkə çempionu və kubokun sahibi olub. "Dinamo"da kapitan sarğısını daşıyan Gede komandasını Çempionlar Kubokunun, UEFA Kubokunun və Kuboklar Kubokunun 1/4 final mərhələsinə çıxarıb. 1976-cı ildə Monrealda keçirilən Yay Olimpiya Oyunlarında ADR yığmasının heyətində çempion titulunu qazanıb. Millidə 100 matç keçirən Yurgen üç dəfə ölkənin ən yaxşı futbolçusu seçilib.
   ... ən uğursuz məşqçisi
   1985-ci ildə ADR-nın olimpiya seçməsinə ikinci məşqçi kimi təyinat alıb. Lakin AFR-sı ilə birləşmədən sonra postunu itirməli olub. Baş məşqçi karyerasına isə 1992-ci ildə "Fortuna"da (Düsseldorf) başlayıb. Lakin o, Almaniya Bundesliqasında qələbə qazanmağı bacarmayıb (7 oyunda 3 heç-heçə və 4 məğlubiyyət). Belə ki, rəhbərlik cəmi iki aydan sonra onunla əməkdaşlığı kəsib. Daha sonra "Fortuna"da idman direktoru vəzifəsində çalışıb. 1998-ci ildə bir neçə ay İranda həm yığma, həm də kluba baş məşqçilik edib. Misirin "Əl-Əhli" komandasında uğursuz mövsüm keçirəndən sonra müqaviləsi birtərəfli şəkildə pozulub. Gede ötən əsrin son illərindən başlayaraq, Almaniyanın aşağı dəstə klubları "Lipştadt", "Essen", "Rot Vays" və "Oberhauzen"i çalışdırıb. 2005-ci ildə ona Özbəkistan milli komandasının baş məşqçisi postu təklif olunub. Amma Gede Orta Asiyada da uğursuzluqla üzləşib. O, dünya çempionatının seçmə mərhələsində Cənubi Koreyaya məğlubiyyətdən sonra tutduğu vəzifədən azad edilib.
   "Bunharte ilə söhbətimiz olmuşdu"
   Klubun vitse-prezidenti İlqar Quluzadə yeni baş məşqçinin seçiminə belə aydınlıq gətirib: "Demyanenkonun yerinə çoxdan məşqçi axtarırdıq. Kifayət qədər namizədi gözdək keçirdik. Müxtəlif ölkələrdən mütəxəssislər təklif olunmuşdu - Hollandiya, Türkiyə, Almaniya, Serbiya, hətta Rusiyadan. Sonda Yurger Gedenin üzərində dayandıq. "Çelsi"də işləmiş məşqçilərdən birini də gətirmək variantı var idi. İngiltərə klubunda məşqçi-seleksiyaçı işləmiş Bunharte ilə söhbətimiz olmuşdu. Faktiki olaraq anlaşmışdıq. Son anda müqavilə bağlamaqdan imtina etdik. Məşqçi seçimində gərək səhv etməyəsən".
   Almaniyalı az qazanacaq
   Məlumdur ki, millinin baş məşqçisi Berti Foqts milliyə çağırdığı futbolçuların fiziki hazırlığındın narazıdır. O, bu iradını AFFA rəhbərliyi ilə görüşlərində də bildirib. Bu üzdən Foqts federasiyanın əli ilə aparıcı klublarda öz həmyerlilərini yerləşdirmək fikrindədir. "Neftçi" Rövnəq Abdullayevin keçmiş komandası olduğu üçün Anatoli Demyanenkonun qəfl gedişini də bununla əlaqələndirirlər. Yəni AFFA prezidentinin flaqmana əli çatır. Eyni prosesin tezliklə "Xəzər-Lənkəran" və "Bakı"da da təkrarlanacağı deyilir. İlqar bəysə Gedenin yığmanın baş məşqçisi tərəfindən kluba təklif olunduğu təsdiqləyib: "Prezident Əkbər Hacıyevlə bir gün əvvəl görüşüm oldu və namizədləri müzakirə etdik. Mən ona dedim ki, tanınmış məşqçinin komandada işləməsini istəmirəm. Bu "Neftçi" ətrafında arzu olunmayan ajiotaj yaradardı. İndi futbolçular psixoloji cəhətdən çətin vəziyyətdədir. Artıq söz-söhbətin olmaması üçün düzgün seçim etməli idik. Uzun çəkən müzakirədən sonra Gede ilə müqavilə bağladıq. Yeni baş məşqçiyə gələn kimi öz sözümü demişəm. Onun eyni vaxtda klubda və yığmada çalışmasını istəmirik. Ona görə də Gede yığmadakı işindən ayrılacaq. Almaniyalı sabahdan rəsmi işə başlayacaq. Şəxsən mən istəyirəm ki, Gede ilə uzunmüddətli müqavilə bağlayaq. Qısa vaxtdan sonra yeni məşqçi axtarmaq düzgün olmazdı. Haradasa iki-üç il müddətinə müqavilə bağlayacağıq. Maddi cəhətdən geri düşməmişik. Ona nə qədər pul verəcəyimizi deməyəcəm. Gede Demyanenkonun aldığından qat-qat az qazanacaq".
   Ağayev və Getman qaldı
   Vitse-prezidentin sözlərinə görə, ukraynalının xələfi bu gün "Simurq"la matçı tribunadan izləyəcək. Köməkçiləri isə gələn həftə Bakıda olacaq. Əvvləki məşqçi korpusuna daxil olanlardan Böyükağa Ağayev və İqor Getman fəaliyyətini davam etdirəcək. Elbrus Məmmədov isə ikinci komandaya göndərilib. Flaqman "Simurq"la görüşöncəsi "Musado" otelinə yığışıb. Zədəli Aleksandr Çertoqanovla yanaşı, millidən dönən futbolçular da hazırlıq prosesinə qatılıb. Yarımmüdafiəçi Dmitri Kruqlov isə Estoniya yığmasına dəvət alıb. Baltika ölkəsi DÇ-2010-un seçmə mərhələsində səfərdə Belçika, evdə isə Bosniya və Herseqovina milliləri ilə qarşılaşacaq. İlk matç sentyabrın 6, növbəti oyun isə 10-da keçiriləcək.
   Ukraynalı Foqtsu "ağ yuyub, qara sərdi"
   "Berti Foqtsu tanısam da, mənim yerimə "Neftçi"nin baş məşqçisi təyin olunan Yurgen Gede haqqında heç nə bilmirəm". Hazırda vətəni Ukraynada olan "Neftçi"nin sabiq çalışdırıcısı Anatoli Demyanenko belə deyib. Tutduğu vəzifədən azad edildikdən sonra bir neçə gün Bakıda qaldığını söyləyən 49 yaşlı mütəxəssis bildirib ki, onu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisinin əvəzləyəcəyindən məlumatsız olub. A.Demyanenko flaqmandan kənarlaşdırılmasının "pərdəarxası oyunlar"ın nəticəsi olmadığını vurğulayıb. Bundan başqa, ukraynalı Foqtsu klubların işinə müdaxilə etməkdə suçlayıb: "Foqts milli komanda ilə yanaşı, klubları da öz nəzarətinə almaq istəyir. Halbuki belə hallara futbolun orta səviyyədə inkişaf etdiyi ölkələrdə də rast gəlinmir. O, bir şeyi anlamaq istəmir ki, yığmanın inkişafı klubların güclənməsindən asılıdır".
   
Şahin
 
Heç biri qalmadı
Ukraynalılar - Viktor Barçuk, Æenya Çuprina və Mixail Konçabryuk "Karvan"a lazım olmayıb. Baş məşqi Yunis Hüseynovun bildirdiyinə görə, legionerlərin səviyyəsi onu qane etməyib. Avqustun 31-dək yeni oyunçular alacaqlarını istisna etməyən çalışdırıcı hazırkı heyətlə birinci dövrəni uğurla keçməyin mümkün olduğunu bildirdi. Qapıçı sarıdan problemi birtəhər yoluna qoymaq üçün Nadir Şükürovun adı iştirak ərizəsinə salınıb. İki il əvvəl karyerasını bitirən Şükürov Vitali Kovalyov zədələnəcəyi təqdirdə onu əvəz edəcək. Türkmənistanlı qapıçılardan biri ilə aparılan danışıqlar isə təxirə düşüb. Adı açıqlanmayan kiper müqaviləsinin bitmədiyini deyərək, yalnız qışda Azərbaycana gələ biləcəyini söyləyib. Yunis bəyin dediyinə görə, "Standard"la matç çətin keçəcək, bununla belə, qələbəyə inamları böyükdür: "Altı ay bu komandada işləmişəm. "Standard"ın heyəti çox dəyişsə də, oyun tərzi eynidir. Üç xal bizim olmalıdır. Güzəştsiz mübarizə izləyəcəyik. "Olimpik"ə də uduzmayacaqdıq. Aqil Məmmədov, Kamal Quliyev və Ruslan Qafitulin xəstələndiklərindən, meydana iynəylə çıxmışdılar. Vüqar Nadirov, Əziz Quliyev və Tural Nərimanov da olimpiya yığmasından yorğun dönmüşdülər. Heç nədən qol buraxdıq. Anatoli Doroş hələ istədiyim formada deyil. Ona görə də əlinə düşən fürsətləri qaçırdı".
 
Sedat "Olimpik"də
"Olimpik" heyətini gücləndirmək üçün çalışmalarını sürətləndirib. Arif Daşdəmirovu transferə çıxaran "təyyarəçilər" iki legionerə dəvət göndərib. Onlardan biri yaxınlarda "Antalyaspor"da baxışdan keçən Sedatdır. Müdafiə və yarımmüdafiə eyni səviyyədə çıxış edən türkiyəlinin adı iştirak ərizəsinə salınacaq. Digər namizəd Kamerundandır. Ölkəsinin gənclər yığmasının formasını geyinmiş futbolçunun adı mətbuatdan gizli saxlanılır. Baş məşqçi Əsgər Abdullayevin dediyinə görə, o, Yovan Drobnyakı geri qaytarmayacaq. Mövsümlərarası fasilədə Serbiyaya qayıdan hücumçu "Vayvodina" ilə danışıqlar aparsa da, keçidi alınmayıb.
 
Feyzullanın səhvi nə olub?
Hakimlər Komitəsi son bir həftədə sayca beşinci hakimi cəzalandırıb. Anar Niyazov, Anar Salmanov, Əmrah İbrahimov və Zahid Musayev kimi Feyzulla Feyzullayevin də səhvi matçın protokolunu düzgün tərtib etməməsidir. "Turan" və NBC-nin əvəzedici komandaları arasında keçirilən görüşdə diqqətsizliyə yol verən referi tovuzluların heyətində Nodar Novruzov adlı futbolçunun meydana çıxdığını sənədə qeyd edib. Hərçənd, bu adda oyunçu ümumiyyətlə iştirak ərizəsində yoxdur. Feyzullayev Hakimlər Komitəsinin "nizam-intizam kodeksi"nin 1-ci maddəsinin "K" bəndinə uyğun olaraq, qarşıdakı iki turda Premyer Liqa klublarının əsas və əvəzedici, həmçinin Azərbaycan kuboku ilə birinci divizion komandalarının oyunlarını idarə etməkdən kənarlaşdırılıb.
 
Axtyamov "Torpedo"dan getdi
İlin əvvəlində "İnter"i "Torpedo"ya dəyişən Daniel Axtyamov Moskva klubunda da qərar qutmayıb. Rusiyanın birinci divizionunda uğursuz mövsüm keçirən klub Olimpiya yığmamızın sabiq üzvünü icarəyə verib. O, karyerasını ikinci divizionda "Şeksne" komandasında keçirəcək. Axtyamov Azərbaycandan dəvət gözləsə də, heç bir Premyer Liqa təmsilçisi onun xidmətində maraqlı olmayıb.
   
 
"X-L"da istefalar davam edir
Mahirin ümidi isə Allaha qalıb
Tuyqun Nadirovun "Xəzər-Lənkəran"ın vitse-prezidenti postundan getməsi son iki-üç günün ən gözlənilməz hadisəsi kimi yadda qaldı. 27 yaşlı klub rəsmisi bundan sonra klubun himayədarı - "Palmali" şərkətlər qrupunda çalışacaq. Aldığımız məlumata görə, fəxri prezident Mübariz Mənsimov onun getməsini istəməyib. Nadirovun cavabdehlik olduğu sahədə ciddi yoxlamalar aparılsa da, onun işində heç bir ciddi nöqsan aşkarlanmayıb. Fəxri prezident bu üzdən işini davam etdirməsində maraqlı olsa da, Tuyqun bəy fikrindən dönməyib. Bir neçə həftə əvvəl "X-L"dan uzaqlaşdırılan Bəxtiyar Musayev və Vüsal Cəlilovun işində hələ ki irəliləyiş yoxdur. Maliyyə fırıldağında suçlanan cütlüyün işini İstanbuldan gələn "Palmali"nin təhlükəsizlik xidmətinin əməkdaşları araşdırır. Təkcə bu yox, klubun digər maliyyə işləri də nəzarətə götürülüb. Nadirov son bir ayda "X-L"dan gedən yeddinci şəxs olsa da, zəncirvari halqa tamamlanmayıb. Klubun bəzi üzdə olmayan rəsmiləri də vəzifəsini tərk edib. Lənkəran stadionunda maliyyə yeyintilərinin olması ilə bağlı xəbərlər hələ üç il əvvəl - tikinti işləri başa çatmamış yayılmağa başlayıb ki, söz-söhbətlər Mübariz Mənsimovun da diqqətindən qaçmayıb. Arenanın direktoru Höccət Hacıyev eyni zamanda klubun gündəlik fəaliyyətində yaxından iştirak edənlərdəndir. Fəqin ki, ortalığa çıxan şayiələr təsdiqini tapsa, fəxri prezident xalası oğluna da öz sərt üzünü göstərəcək. Prezident Mais Mənsimov son həftələrdə kölgəyə çəkilsə də, onun postundan gedəcəyi az ehtimal olunur. Böyük qardaşının Türkiyədən dəvət etdiyi İhsan Kalkavan və digər sabiq "Beşiktaş"lı rəsmilər "Xəzər-Lənkəran"da ikinci-üçüncü dərəcəli vəzifələr tutacaqlar.
   Mübariz bəylə görüşdən sonra özünü rahat hiss edən Rasim Kara öz işindədir. Futbolçuları cərimələməklə ciddi nizam-intizam yaradacağına işarə edən türkiyəli Rəşad Abdullayevlə də vidalaşmaq fikrindədir. Sözügedən yarımmüdafiəçinin xidmətində "Neftçi" və "İnter" maraqlıdır. Karanın Lənkəran publikası önündə ikinci debütü NBS ilə matça təsadüf edir ki, o da qələbə qazanacaqlarına əmindir. Ondan da xəbəriniz olsun ki, Rasim bəy rəhbərlikdən futbolçuların maliyyə təminatını daha da yüksəltməyi istəyib. Mübariz Mənsimov tərəfindən transferə çıxarılan Mahir Şükürov karyerasını harada davam etdirəcəyini bilmir. "Xəzər-Lənkəran" onun qiymətini iki dəfə aşağı endirsə də, "Neftçi" və "İnter" iddiasını geri götürüb. Müdafiəçi hazırda "Karvan" və "Olimpik"lə danışıq aparır: "Mənim işim Allaha qalıb. "Xəzər" 150 min istəyir. Hələ də bilmirəm ki, hansı klubda oynayacam. "Karvan" da, "Olimpik" də deyir ki, bir gün də gözlə. Vaxt isə mənim xeyrimə işləmir. Rusiya və Ukraynadan da təkliflər almışam. Bu il xaricə getmək fikrində deyiləm".
Vüsal