02/09/2010 N 105(692)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Keçid
Milli
HadisÉ™
Persona
Qol+
Futbolçu
V.İ.P.
Kubok
UEFA
Top
Titul
Niderland
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Kimdənsə borc almamışam"
Röya Xaqani Məmmədovu yatmağa qoymayıb
Biz onu hakim, uzağı, FİFA referisi kimi tanıyırıq. 11 il beynəlxalq dərəcə daşıyıb. Son 3 ili sevimli peşəsindən uzaq keçirsə də, 3 ay əvvəl istəyinə çatıb. Bu dəfə fərqli bir ampluada. Əgər buna fərqli demək olarsa. Xaqani Məmmədovdan gedir söhbət. Hakimlər Komitəsinin köhnə-yeni sədri persona olaraq, elə də mürəkkəb insan deyil. İki-üç saat davam edən söhbətdən sonra məndəki bu fikir qətiləşdi. Açıq danışdıq. Hərtərəfli. Fikrimcə, Xaqani bəyi bu yöndən tanımaq heç də pis olmazdı...
   - Səhv eləmirəmsə, yaşınız 40-ı keçib?
   
- 45-i arxada qoymuşam. Ömür yavaş-yavaş gedir. Hərdən özüm-özümə inanmıram. Deyirəm ki, doğrudan mənim 45 yaşım var.
   - Bəs nəyi gözləyirsiniz?
   
- Başa düşmədim, nə mənada?
   - Niyə ailə həyatı qurmursunuz?
   
- ... (bir qədər fikrə gedir). Dərdimi təzələdin. Heç özüm də bilmirəm.
   - Məncə, problem olmamalıdır axı...
   
- Elə bilirsən Hakimlər Komitəsinin sədriyəm, hər şey yaxşıdır? O qədər dərd-sər var ki! Bilmirsən ki, nədə başlayıb, nədə qurtarasan.
   - Evdən demirlər ki, evlən?
   
- Demirlər nədir, gündə o sözü eşidirəm. Anam məni görən kimi deyir ki, bala, tələs.
   - Nə vaxtadək gözləmək fikrindəsiniz?
   
- İdeal qız tapanadək.
   - İdeal qızı necə təsəvvür edirsiniz?
   
- İdeal qız yoxdur.
   - Olmayan bir şeyi nəyə görə axtarırsınız?
   
- Nə bilim. Özüm də bilirəm ki, hər qızın bir mənfi cəhəti var. Lakin yenə də axtarışdayam.
   - Bilə-bilə ki, belə qız yoxdur, özünüzə əziyyət verməyin.
   
- Görək də. Qismətdə nə var, bilmək olmaz.
   - Ailədə necə nəfərsiniz?
   
- Üç.
   - Bacınız var?
   
- Üç qardaşıq. Mən ortancılam.
   - Onlar da sizi tələsdirmir?
   
- Hər kəsin öz şəxsi həyatı var. Üç qardaşdan yalnız böyüyü evlidir.
   - Demək, kiçik qardaşınız da subaydır?
   
- Onun 39 yaşı var.
   - O kimi gözləyir?
   
- Məni. Deyir ki, sən evlən, mən də sonra tərpənərəm.
   - Kiçik qardaşınızın da problemi evlə bağlıdır?
   
- Mən anamla bir yerdə yaşayıram. O isə tək.
   - İşləyir?
   
- Bekar deyil.
   - Evi, işi varsa, niyə evlənmir?
   
- Evi olsa da, şəraiti yaxşı deyil.
   - Heç ananız deməyib ki, gəl mən sənə qız tapım?
   
- Neçə ildir deyir. Mənə bir neçə qız da göstərib. Gedib görüşmüşəm də.
   - Dil tapa bilmədiniz?
   
- Bir-iki dəfə görüşəndən sonra xoşuma gəlməyən cəhətlər oldu.
   - Heç həyatınızda istədiyiniz qız olmayıb?
   
- Çox olub. Bir qız da olmayıb ki, ona qeyri-ciddi yanaşım. Hər şey asan olsaydı, bu həyatın da mənası qalmazdı.
   - Görəndə ki, valideyn balaca uşağın əlindən tutub yolla gedir, ürəyinizdən nə keçir?
   
- Mən də istəyirəm ki, ailəm, uşaqlarım olsun, evə gedəndə kimsə qarşıma çıxsın. Qismətdən artıq yemək olmaz. Gözləyirəm ki, qismətim nə vaxt qarşıma çıxacaq.
   - İndi deyəsən, bu haqda çox fikirləşmirsiniz?
   
- Düz tapdız. İnan, vaxt olmur. Səhər 9-dan axşam 12-dək işləyirəm. Heç bilmirəm gün necə gəlib keçir. Hakimlər Komitəsinə rəhbərlik etmək sizə asan gəlməsin. Problemlər başdan aşır. Belə getsə, yaxın illərdə də subaylığın daşını atmayacam. Deyirlər ki, subaylıq sultanlıqdır. Bu söz mənə aid deyil. Subay şəxs əyləncəyə meyl edər, bütün günü orda-burda olar. Neçə vaxtdır beləyəm: səhər işə, axşam evə. Alim tanıyıram, 42 yaşı olsa da, hələ evlənməyib. Soruşuram ki, sən nəyi gözləyirsən? Cavab verir ki, özümü saxlaya bilmirəm, evə necə baxacam. Düz deyir də. Fikir ver, son illər evlənən kişilərin sayı azalıb. 35 yaşı keçməmiş tərpənmirlər.
   - Gənc oğlanlar belə öz cinsi tələbatını ödəməyə çalışır. Ola bilməz ki, Xaqani bəy...
   
- Mən də kişiyəm, təlabatımı ödəməliyəm. Yox, gəl sən o mövzuya keçmə. Ona qalanda... Bəyəm biz kişi deyilik?! (gülür).
   - Üç il işləmədiniz. Nə işlə məşğul idiniz?
   
- Boş dayanmağı xoşlamıram. Heç yerdə işləməsəm də, başımı qatırdım. Hər gün məşq edirdim, formamı saxlayırdım. Mütaliədən qalmırdım. Hərdən də tanış adamlarla görüşürdüm.
   - İşsizlik sizə nə verdi?
   
- Dost və düşməni tanıdım.
   - Heç şübhə eləmirəm ki, dostlarınızın sayı xeyli azalıb.
   
- Elədir. Bir çox insanlar varıydı ki, mənim yanımdan əl çəkmirdi. Hər şey edirdilər ki, təki onlardan xoşum gəlsin. Hakimlikdən gedəndən sonra çoxu məndən üz döndərdi. Aylarla itirib-axtarmadılar. Allaha şükür edirəm ki, mənə yaxşı və pis insanları tanıtdı. Pis günün dostu azdır.
   - Yaxşı günün dostları bu gün yenə sizdən əl çəkmir?
   
- Onlar da var. Elə bilirlər ki, mən dünən baş verənləri unutmuşam. Kinli adam deyiləm. Amma həyatın acı dərslərindən nəticə çıxarıram. Dünənədək mənimlə maraqlanmayan bəzi "dostlar" bu gün yenə mənimlə yaxınlıq eləməyə çalışır.
   - Səmimi adamsınız?
   
- Saxtakarlığı bacarmıram.
   - Bəs nədən bilirsiniz ki, qarşınızdakı şəxs sizin barənizdə ürəyində nə fikirləşir?
   
- Universitetdə yaxşı oxumuşam. Fəlsəfə və məntiq elmlərini pis bilmirəm. Adamın bircə sözündən, hərəkətindən tuturam ki, xasiyyəti necədir.
   - Ancaq bunu büruzə vermirsiniz.
   
- Yan-yörədə dolaşan insanların heç də hamısı məni istəmir. Təmiz ürəklə yaxınlaşanlar bir neçə nəfərdir. Mənim öz səviyyəm, mədəniyyətim var. O adamlara qarşı da mədəni davranıram.
   - Həyatda kimə oxşamağa çalışırsınız?
   
- Atama.
   - Oxşaya bilmisiniz?
   
- Çox cəhd edirəm. Hələ alınmır. Atama 10 faiz oxşasaydım, özümü dünyanın ən xoşbəxti sayardım. Rəhmətlik kişi ayrı bir aləm idi.
   - O da çox sakit adam idi?
   
- Bircə dəfə görmədik ki, ağzından bir pis söz çıxarsın. Bizi çox istəyirdi. Yadımdadır, alim dostlarından biri demişdi ki, onun üzündə qadın həyası var. Kişi başımızın tacıydı. Artıq üç ildir aramızda yoxdur.
   - Nədən dünyasını dəyişdi?
   
- Üç dəfə infarkt keçirdi. Heç vaxt əsəbini büruzə vermirdi. Nə olurdusa, salırdı ürəyinə. Durduğu yerdə də ondan "getdi".
   - Böyük qardaşınız da onun yerini verə bilmir?
   
- Nəinki o, heç kim atanın yerini verə bilməz. Hərdən kişinin məsləhətlərinə elə ehtiyac duyuram ki... Deyiləsi deyil.
   - Üç il işsiz qalmaq asan məsələ deyil. Necə dolanırdınız?
   
- Soruşma, sən Allah! Necə olacaq, çox pis. Keçmiş AFFA rəhbərliyi mənə qarşı düzgün mövqe tutmadı. Heç bir əsas olmadığı halda hakimlikdən çıxardılar. Mükafata layiq görülmüşdüm, birinci yeri əlimdən aldılar. Hakimlikdən gedəndə 3200 dollar pulumu verdilər. Vəssalam, bununla qurtardı.
   - 3200 dollarla üç il dolanmaq olar?
   
- Gör də, neçə çətin günlər keçirmişəm. Qayışımı çox sıxdım ki, birtəhər vəziyyətdən çıxım. O günlər getsin bir də gəlməsin. Heç düşmənimə də bunu arzulamıram.
   - Bəzən pul lazım olurdu, kimdən borc istəyirdiniz?
   
- Pul həmişə lazımdır, amma kimdənsə borc almamışam. Başqasının yanında minnətçi düşmək istəmirəm. Eybi yox, pendir-çörək yeyim, mənə xoşdur.
   - Boş vaxtlarınız olanda nə edirsiniz?
   
- Müsiqiyə qulaq asıram. Həzin və lirik musiqiyə.
   - Daha çox kimə qulaq asırsınız?
   
- Korifeylərə günlərlə qulaq asaram. Şövkət Ələkbərova, İslam Rzayev və Məmmədbağır Bağırzadə mənim gözümdə dahi sənətçilərdir.
   - Bildiyimə görə, Məmədbağır Bağırzadənin fanatısınız.
   
- O vaxt Şövkət xanım Məmmədbağıra demişdi ki, sən böyük sənətkarsan. Mən onun bütün mahnılarını yığıb saxlamışam. Hətta elələri var ki, heç "qızıl fond"da yoxdur. Oğlu ilə yaxın tanışam. O da atasının heç yerdə getməyən mahnılarını, arxivini mənə verib.
   - Realistsiniz?
   
- Utopiya mənlik deyil. Oxuduğum kitablar da reallıqla bağlıdır. Ümumiyyətlə, mən çox kitab oxuyanam. İkinci dəfə dünyaya gəlsəydim, yenə bu yolu seçərdim.
   - Həyatda nəyi bildiyinizə əminsiniz?
   
- Arximedin sözünə bax: mən bir şeyi bilirəm ki, heç nə bilmirəm. Qəbir evinədək oxumalıyıq.
   - Allaha inanırsınız?
   
- Əlbəttə!
   - Onun buyurduğu şərtlərə necə, riayət edirsiniz?
   
- Çalışıram ki, onun əksinə gedən bir iş görməyim. Açığı, dini kitablar oxumuram.
   - Ölüm barədə fikirləşirsiniz?
   
- Ölüm haqdır. Hamımız bir gün torpağın altına gedəcəyik.
   - O biri dünyaya inanırsınız?
   
- Hər şəxsin öz fikri var. Heç nə deyə bilmərəm.
   - İmkan olsaydı, hakimliyi şəxsi həyatınıza qurban verərdiniz?
   
- Onsuz da, qurban vermişəm də. Hakimliyə gəlməsəydim, çoxdan ailə qurmuşdum. Peşman deyiləm.
   - Hakimlik sizə nə verib?
   
- Az-çox tanınmaq. Bəzən küçədə, avtobusda gedəndə insanlar mənə yaxınlaşıb salam verir, hal-əhval tutur. Bu, mənim üçün fəxrdir.
   - Tanınmış insanlardan kiminləsə münasibətiniz var?
   
- Tanışlar çoxdur. Bilməzdim ki, Zahid Oruc da məni tanıyar. Deputatlarla "Neftçi"nin veteranlarının oyununu idarə edəndə münasibətini gördüm.
   - Röya qonşunuz olub?
   
- Bir binada qalmışıq. Mən altıda, o da yeddidə.
   - Necə qızdır?
   
- Sadə, ürəyiyumşaq.
   - Şəxsən sizi tanıyır?
   
- Deyə bilmərəm.
   - Adi həyatda da hay-küyçüdü?
   
- Evə gec gəlirdi. Səhərədək musiqi səsi gəlirdi. Qoymurdu yatmağa. O səs-küy indiyədək qulağımdadır.
   - İndi sakitlikdir?
   
- Əvvələ baxanda, hə. Röya köçsə də, viziajisti Kristina orda qalır. Röya olanda dostlarını yığırdı başına, çalıb-oxuyurdular.
   - Qonşular şikayət eləmirdi?
   
- Mənası nə idi ki, bir gün sonra yenə eyni şey təkrarlanırdı.
   
İLKin
 
Türklər üstün oldu
19 yaşadək qızlardan ibarət yığma (U-19) Türkiyə ilə yoldaşlıq görüşü keçirib. Şamil Heydərovun yetirmələri Riva şəhərinin "Maltəpə" stadionunda təşkil olunan oyunda türkiyəli həmyaşıdlarına uduzublar. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qola 8-ci dəqiqədə Arzu Karabulut imza atıb. Sabah tərəflər arasında növbəti yoldaşlıq matçı oynanılacaq. Türkiyə səfəri U-19 üçün Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyır.
 
Subaşiç fərqləndi, amma...
Millinin üzvü Branimir Subaşiç Serbiyanın "Srvena Zvezda" klubunun heyətində ilk qolunu vurub. 26 yaşlı hücumçunun şərəfini qoruduğu komanda UEFA Kubokunun ikinci təsnifat mərhələsinin cavab oyununda "Apoel"i (Kipr) qəbul edib. Oyunun 73-cü dəqiqəsində, "Srvena Zvezda" 0:2 hesabı ilə geridə qalarkən meydana daxil olan B.Subaşiç tezliklə fərqlənib. O, 77-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. Final fitinə 5 dəqiqə qalmış daha bir qol vuran serbiyalılar tarazlığı bərpa ediblər - 2:2. İki həftə öncə Kiprdə keçirilən qarşılaşma da eyni hesabla başa çatdığından əlavə hissələr təyin olunub. 103-cü dəqiqədə "Bane" yenə komandasına yardım edib. Məhz ona qarşı kobudluğa görə "Apoel"in qapıçısı qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan başqa, elə həmin an "Srvena Zvezda" üçüncü topu rəqibin qapısından keçirib. Əvəzetmə limiti qurtaran kiprlilər say azlığına və hesabda geri olmalarına baxmayaraq, 117-ci dəqiqədə həlledici qola imza atıblar - 3:3. Nəticədə "Apoel" səfərdə daha çox fərqləndiyindən növbəti mərhələyə adlayıb. Subaşiçin komandası isə UEFA Kubokunda mübarizəni dayandırıb. Milli komandamızın oyunçusu indiyədək Belqrad təmsilçisinin heyətində 4 oyun keçirib.
 
Hakimlər məlum oldu
Xəbər verdiyimiz kimi, "Araz" futzal üzrə UEFA Kubokunun əsas mərhələsində 6-cı qrupda mübarizə aparacaq. Təmsilçimizin çıxış edəcəyi qrupun oyunları sentyabrın 11-dən 14-dək Bakıda keçiriləcək. Artıq bu oyunların hakimləri müəyyənləşib: Yatsek Liqienza (Polşa), Petros Panaidis (Kipr), Sreten Vasiç (Serbiya), Sergey Veliki (Rusiya). Hakim-inspektor Patrik Villemark (Belçika), UEFA nümayəndəsi Aleksandru Burlakdır (Makedoniya). "Araz"ın oyunlarının təqvimi:
   11 sentyabr. "Araz" - "Şkövde"
   12 sentyabr. "Araz" - "Nadin"
   14 sentyabr. "Slov-Matik" - "Araz"
   Oyunlar Bakı İdman Sarayında keçiriləcək və saat 21:00-da başlayacaq.