02/09/2010 N 105(692)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Gündəm
Keçid
Milli
HadisÉ™
Persona
Qol+
Futbolçu
V.İ.P.
Kubok
UEFA
Top
Titul
Niderland
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Mario "X-L"da ikiqat qazanacaq
Braziliyalı Karanın iradlarını qəbul etdi
Mario Souza 8 ay əvvəl Azərbaycana gəlib. 2007-ci ilin dekabrında "Xəzər-Lənkəran"la anlaşan braziliyalı əsl bacarığını "Birlik Kuboku"nda nümayiş etdirdi. Azərbaycan çempionu məhz onun vurduğu həlledici qolla (4:3) "Paxtakor"u udub, kuboku ölkəmizə gətirdi. Premyer Liqanın ikinci dövrəsində "sambaçı"dan eyni oyunu görmədik. Bunun səbəbi mövsümün sonunda bilinəcəkdi.
   Məlum olacaqdı ki, yarımmüdafiəçi Lənkəran klubundan ayrılmaq iddiasındadır. Əvvəlcə paytaxt komandaları ilə danışıqlar apardı. Biri ilə hətta ilkin razılığa da gəlmişdi. Son anda Mübariz Mənsimov amili qarşılarını kəsdi. "X-L"nın fəxri prezidentinin Marionu Almaniyada cərrahiyyə əməliyyatı etdirdiyi barədə xəbər tutan həmkarı transferi reallaşdırmadı. Vəziyyətin qarışdığı bir məqamda "Paxtakor" araya girdi. Özbəklər onları "Birlik Kuboku"ndan məhrum edən cənubi amerikalını Daşkəndə çağırdı. Bir aydan artıq müddətdə Orta Asiyada qalan futbolçu hətta ailəsini də ora aparmışdı. Bizdə olan məlumata görə, xanımı Azərbaycana qayıtmağın əleyhinə çıxıb. Daşkənddə evlə təmin edilən oyunçuya təxminən 700 min dollar təklif olunub. İki il üçün. "X-L"da isə Marionun illik qazancı 250 mini keçməyib. O da bunu əsas gətirərək, Özbəkistanda qalmaq istəyirdi. Problemin bir ucu da Roberto Santosa gedib çıxırdı. Həmyerlisinin ilə 350 min dollar aldığını eşidən havbekin narazılığı hər halda haqlıydı. İkinci dövrədə çıxdığı matçların heç birində qol vurmayan hücumçu aldığı pula dəymirdi. Çanaq Elvar Quliyevin başında çatladı. Klubda cənubi amerikalılara tərcüməçi işləyən Elvar bəyin braziliyalı ilə "Paxtakor" arasında vasitəçilik etməsindən şübhələnən rəsmilər, onunla yollarını ayırdı. Səbəbkar isə 2 aylıq fasilədən sonra yenə "Xəzər-Lənkəran"ın düşərgəsindədir. Türkiyəyə səfər öncəsi komandaya qayıdan "sambaçı"nın məqsədinə çatdığını deyə bilərik. Rəhbərliklə ikinci dəfə danışıqlar masası arxasına keçdi və qiymətini qaldırdı. Müqaviləsini də 2 il müddətinə uzatdı. İndi isə ətrafında baş verənlərə özünün münasibətini öyrənək: "Birlik Kuboku"ndan sonra Özbəkistandan sərfəli təklif gəlmişdi. Həm mənim, həm də ailəm üçün münasib idi. Bir müddət Daşkənddə qaldım. Amma "Paxtakor"da qalası olmadım. Karyeramı Lənkəranda davam etdirəcəm. "Paxtakor" haqqında geniş danışmaq istəmirəm. O artıq tarixdə qalıb. Mən hazırda "Xəzər"dəyəm və heç yana getməyəcəm. Yeni müqavilə bağlamışam. Şərtlər əvvəlkinə baxanda daha yaxşıdır. Ailəmi də Azərbaycana gətirmişəm. Hər şeyə rəğmən, məni burda yaxşı qarşıladılar. Rəhbərlikdən də, futbolçulardan da razıyam. Özümü indi daha rahat hiss edirəm". Söhbətin bu yerində Marioya bir sual verdik. Soruşduq ki, "Lənkəran klubunun sənə görə "Paxtakor"dan 1 milyon təzminat istəməsi doğrudur?". Qıcıqlandı. Sifətini turşutdı. Dedi: "mən pul işinə qarışmıram. Bu məsələlərlə menecerim məşğuldur. "Xəzər"in nə qədər pul istəməsini bilmirəm. Axı bu nəyə lazımdır? Mən artıq geri qayıtmışamsa, deməli, "Paxtakor" söhbəti bağlanıb. Futbolçu ömrü qısadır. Hamı istəyir ki, bacardıqca çox pul qazansın. "Paxtakor" yaxşı pul verirdi. Daşkənd də gözəl yerdir. Lakin Lənkəranı Özbəkistana dəyişmədim".
   Ağasəlim Mircavadovla probleminin olmadığın söyləyir. Onun sözlərinə görə, geri qayıtmasının keçmiş baş məşqçi ilə bağlılığı yoxdur. Mircavadovun gedişinin səbəblərini bilmədiyini iddia edən futbolçu, bunu rəhbərliyin daxili işi adlandırır. Müsahibimizin Rasim Kara haqqında fikri də müsbətdir. Məşqçilər arasında müqayisə aparmağın əleyhinə olan Marioya qulaq asaq: "Biz futbolçuyuq. Hansı məşqçi gəlirsə, onunla işləməliyik. Mircavadov güclü məşqçidir. Karanın da professional məşqçi olduğunu görürəm. Qısa vaxtdır bir yerdə olsaq da, onunla anlaşmamız əladır. Mən Lənkərandan Mircavadova görə getməmişdim. Qayıdan ərəfədə eşitdim ki, baş məşqçi dəyişib. Bu da normal haldır. Heç kim bir yerdə uzun müddət qalmır. Məşqçi dəyişikliyinə həmişə normal baxıram". Braziliyalı ilk dəfə Azərbaycan çempionu olmaq fikrindədir. Komandasının gücünə inanır və hesab edir ki, məlum dəyişiklik futbolçulara mənfi təsir göstərməyəcək. Lənkəran azarkeşləri üçün xüsusi darıxıb. Onların sevimlisi olmasını bilir. Bu da onu daha da motivasiya edir. Roberto mövzusuna da toxunduq. Yenə söhbətdən qaçdı. Pul adı gələndə Marionun sifətini necə turşutduğunu bir görmək lazımdı! Həmvətəninin Azərbaycanda oynaya bilməməsinin səbəbini də fərqli cür izah etdi: "Hər futbolçu getdiyi yerə uyğunlaşa bilmir. Roberto Braziliyada tanınan futbolçudur. Lənkərandan gedəndən sonra harda olduğunu bilmirəm. Əlaqəmiz kəsilib. Məni yalnız özüm düşündürür. Ailəm rahatdırsa, bu, hər şey deməkdir".
   "Beşiktaş"la yoldaşlıq görüşünün iştirakçıları arasında o da varıydı. Bir çox komanda yoldaşlarından fərqli, Mario rəqibdən çəkinmirdi. Basqı altına düşmədi, rahat oynadı. Uzaqdan təhlükəli zərbələri və standart vəziyyətlərdən yerinə yetirdiyi vuruşlarla qapıçı Hakan Arıkana 2-3 dəfə həyacan yaşatdı. Bir epizodda isə qapı dirəyi "qara qartallar"ı qoldan xilas elədi. "X-L" matçdan 0:4 məğlub ayrılsa da, "sambaçı" üç kəlməylə pis təsir bağışlamadıqlarını deyir: "Normal oynadıq. Qarşılaşma barədə bundan artıq heç nə söyləyə bilmərəm. Baş məşqçilən soruşun".
   Yarımmüdafiə xəttində ciddi rəqabət yaranıb. Ceyhun Sultanov və Æuninyo Osvaldo zədəsini sağaldıb. Dieqo Souza və Devran Ayhan da da formadadır. Demək ki, Mario əsas heyətdəki yerini qaytarmaq üçün çox çalışmalı olacaq. "Bakılı" ilə görüşdə formada olmadığı üçün meydana çıxmadı. Rəqabətdən qorxmadığını bildirən havbekin fikrindən keçən təkcə oynamaqdır: "Bura ona görə qayıtmışam. Öz səviyyəmə bələdəm və heç kimdən çəkinmirəm. Kim özünü göstərəcəksə, Kara da ona şans verəcək. Cərrahiyyə əməliyyatı olunandan sonra bir ara məşq etmədim. Kara düz deyir, hələ formada deyiləm. Özümə gəlmək üçün bir az vaxt lazımdır".
   
İlŞah
 
Mahmud niyə oynamır?
Qyoko Hacıyevski Mahmud Qurbanovu "Bakı"da görmək istəyir. Bu barədə "Futbol+qol"a makedoniyalı baş məşqçi bildirib. Onun sözlərinə görə, futbolçu "İnter"dən ayrılarsa, təklif irəli sürəcəklər: "Azərbaycana gəldiyim gündən Mahmud haqqında ancaq yaxşı sözlər eşitmişəm. Millidə rəhbərliyim altında oynayıb. Bir insan və futbolçu kimi çox xoşüma gəlir. "Bakı"ya keçmək istəsə, qapımız üzünə açıqdır. "İnter"də niyə oynamadığını deyə bilmərəm. Bu məni maraqlandırmır. O mənə məlumdur ki, Mahmud kimi futbolçular hər komandaya lazımdır".
   Qurbanov ən yaxşı halda dövrələrarası fasilədə "İnter"i tərk edə bilər. Premyer Liqanın ilk iki turunda meydana çıxmayan yarımmüdafiəçi "Bakı"ya qarşı son matçın ikinci hissəsini yaşıl sahədə keçirib. Moldovalı İon Testimianunun yerinə "döyüş"ə atılan "professor" yaxşı təsir bağışlayıb. Lakin Valentin Xodukinlə münasibətləri əvvəlki səviyyədə deyil. Ukraynalı yeni gətirdiyi futbolçulara etimad göstərdiyi halda, ona etinasız yanaşır. "Olimpik"lə matçda adı iştirak ərizəsinə salınmayan orta sahə oyunçusunun bundan sonra Xodukinlə münasibətləri lap sərinləşib. "İnter"də təmiz rəqabətin olmadığı hər kəsə bəllidir. Mahmud son açıqlamasında da buna işarə vurub. "Qarabağ", "Neftçi" və "Karvan" da gəncəli pleymekerin elçiləri sırasındadadır. Rasim Kara da onu "Xəzər-Lənkəran"a qaytarmaq fikrindədir. Axı Qurbanovu 3 il əvvəl Cənub bölgəsinə o aparıb.
   Yarışların keçirilmə əsasnaməsinə görə, futbolçu 1 dəqiqə də olsa, meydana çıxsa, dövrə bitməmiş başqa kluba keçə bilməz. Artıq Mahmud üçün mövsümün yarısı başa çatıb. Bizdəki məlumata görə, Andrey Rubinin alınması məhz bu futbolçunun yerini doldurmaq məqsədi daşıyır. Petar Zlatinov da digər yandan. Valentin Belkeviçin gətirilməsini də bu cür başa düşməliyik. "İnter" legionerlərə üstünlük verdiyi üçün "professor" onlara sərf eləmir. Komandanı yararsız əcnəbilərlə dolduran Valentin Mixayloviç özünü rahat hiss edir. Çempion olandan sonra klubun sponsorlarının yanında reytinqi qalxan ukraynalı Mahmudu çıxarsa belə, "gözün üstdə qaşın var" sözünü eşitməyəcək. Burda odur, Bağdadda kor xəlifə.