10/09/2012 N 109(696)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Milli
Gündəm
Proses
Qol+
Klub
İdman
Məşqçi
V.İ.P.
DÇ-2010
DÇ-2010
DÇ-2010
Persona
Baxış
Ay-ulduz
Son Səhifə
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Yeniləşən yığmanın köhnə-təzə problemləri
"Supermen"lə 1 xal qazanmağa nə çatmadı?
Uels - Azərbaycan 1:0 (0:0)
   6 sentyabr. Kardiff."Millenium" stadionu. 17106 tamaşaçı.
   Hakimlər: Aleksandr Stavrev, Maryan Kirovski, Lübomir Krstevski, Dimitar Mekrakovski (hamısı Makedoniya).
   Hakim-inspektor: Laslo Vaqner (Macarıstan).
   UEFA nümayəndəsi: Gerhard Seger (İsveç).
   Qol: S.Vokes 83.
   Sarı vərəqələr: Q.Bale 59, C.Kumas 63 // E.Baxşıyev 12, F.L.Ramim 48, 68, R.Sadıqov 66, S.Abbasov 70, K.Ağayev 82.
   Qırmızı vərəqə: F.L.Ramim 68.
   Qolla nəticələnməyən penalti: C.Kumas 67 (qapıçı).
   Uels: 1.Ueyn Hennesney, 2.Kris Qunter, 3.Qaret Bale, 4.Karl Fletçer, 5.Kreyq Morqan, 6.Eşli Uilyams, 7.Simon Deyvis (k), 8.David Edvards (15.Sem Vokes 72), 9.Ceyson Kumas (18.Karl Robinson 88), 10.Robert Ernşou (14.Çed Evans 62), 11.Co Ledli.
   Ehtiyat oyunçular: 12.Boaz Meyhil, 13.Stiv Evans, 16.Pol Perri, 17.Sem Rikkets.
   Baş məşqçi: Con Toşak.
   Azərbaycan: 1.Kamran Ağayev, 2.Rail Məlikov, 3.Saşa Yunisoğlu, 6.Elmar Baxşıyev, 8.Cavid Hüseynov (5.Aqil Nəbiyev 46), 9.Samir Abbasov, 10.Branimir Subaşiç, 14.Rəşad Sadıqov (k), 15.Nodar Məmmədov (13.Usim Nduka 76), 16.Elvin Məmmədov, 17.Fabio Luis Ramim.
   Ehtiyat oyunçular: 12.Rauf Mehdiyev, 4.Mahir Şükürov, 7.Mahmud Qurbanov, 11.Vaqif Cavadov, 18.Leandro Qomeş.
   Baş məşqçi: Berti Foqts.
   Daha bir başlanğıc. Sayca 8-ci, Dünya Kuboku seçmələrində 4-cü. Hər dəfə ümid işığı bir cür yanır. Bu dəfə də belə oldu. 2 qrupa böldüyümüz rəqiblərdən biri şərtsiz favorit, digəri iddialı kimi futbolçularımızdan yüksəkdə dayanırlar. Qalan 3-cü ilə həm evdə, həm də səfərdə bacarmaq mümkündür. Komanda bunu ilk sınağında əyani göstərib ümid inama çevirə bilərdi.
   Uels millisi əvvəl gördüklərimizdən xeyli fərqlidir. Snid, Kiqqz kimi bir neçə oyunçu karyerasını başa vurub. Onların yerini tutacaq nəsilsə hələ yetişməyib. Ölkələr, klublar saymış Toşak hələ də axtarışdadır. Üstəlik, Bellami, Qəbbidon, Kollizin zədəli olması onun işini çətinləşdirib.
   Eyni vəzifə və problemlər Foqtsun da üzərinə düşüb. O, debütantlarla zəngin yeniləşmiş komanda ilə ilk dəfə Afrikada keçiriləcək mundial yolçuluğuna başladı. Amma ilk sınağı məğlubiyyət oldu.
   Yenilmənin obyektiv və subyektiv səbəbləri var. Açığı, qəti bu fikirdə idim ki, komanda hətta indiki vəziyyətində belə, Uelsdən xalsız dönməməlidir. Buna hər cür şərait var idi. Məğlubiyyətin dərin səbəbləri məhz bunda - subyektiv səbəblərdədir: Foqts iyundan bəri formalaşdırmaq istədiyi heyətin müsbət və mənfilərini, oyunçuların məqam potensialını axıradək dəyərləndirə bilməyib. Matça ən uğurlu seçimi, 90 dəqiqənin də göstərdiyi kimi, qapıçı idi. Ön xətdəki problemləri isə çözülə bilmədi. Avropalı məşqçinin həll edə bilmədiyi məqamlar arasında hücum quruculuğu da var. Tək Subaşiç problem olmadı. Qarşılaşma boyu bir düşünülmüş hücum planı həyata keçmədisə, "Millenium"da 1 xalın özü belə böyük nəticə olardı. Künc zərbəsindən sonra ənənəvi zərbəni yerinə yetirən Rəşad Sadıqovun yaratdığı təhlükə "standart" hesabına yazıldı. Digər ev tapşırıqlarına, xüsusən, cərimə meydançası həndəvərində qayda pozuntularına isə rəqib imkan vermədi. Daha doğrusu, komandamızın onları buna məcbur etməyə gücü çatmadı. Cavid Hüseynovun keçidi, Subaşiçin zərbəsi heç də düşünülüb inkişaf etdirilən planlı quruculuq məhsulu deyildi.
   Bu rəqibi susdurmağın yolu yaradıcılıq idi. Bizim futbolçularda bu var, rəqibdə isə yoxdur. Onlar fiziki imkanları və ənənəvi Britaniya futbolçu əlifbasını əzbərləmələri ilə status-kuboku bərpa edirdilər. Hücumları da elə bu hesaba gerçəkləşdirdilər. Amma o yeganə qol olmasaydı, yəqin ki, Britaniya mətbuatı qapıçımızın başına and içəcəkdi. Kuşasın 7 metrdən baş zərbəsinə fantastik reaksiyası, offsayd qərarlı olsa da, yaxın məsafədən zərbəyə ecazkar sıçrayışı onu qəhrəman etmişdisə, hakimin doğru qərarı ilə verilən penaltini dəf etməsi, təkrar zərbəni isə "ağuşuna alması" onu "supermen" zirvəsinə çıxarmışdı. Di gəl, alınmaz qalanın tilsimini də elə referi özü qıra bildi. Epizodlardan birində o, Kamranın artistizmlə özünü yerə atmasına "sarı" qiymətini verdisə, rəqibin kobudluğunu görmədi. "Qara geyimli"nin gözə gətirdiyi qolkiperi elə o dəqiqədə, künc zərbəsindən sonra, cərimə meydançasındakı basabasda 18 yaşlı debütant Vouks cəzalandırdı - 1:0
   Maraqlıdır ki, oyun ərəfəsi bir çox Britaniya "guşənişinlər"i məhz Vouksu misal gətirib, belə yetişməmiş cavanlarla Toşakın nailiyyət əldə edə bilməsini şübhə altına almışdılar. Matçdan sonra isə ona "superəvəzləyici" adı verdilər.
   Görüşün bu nəticəsində həlledici məqam hələ xeyli əvvəl baş vermişdi. Onsuz da quruculuq zəif olan komandada əsas ötürücü qüvvə - Ramim yersiz qırmızı vərəqə ilə meydanı tərk etdi. Bu andan sonra "dözüm dərsi" başladı və cəmi 15 dəqiqə çəkdi. Lakin məğlubiyyəti tək "qırmızı"ya bağlamağ olmaz. Foqtsun əsas səhvi məhz bu anda nizami hərəkətləri tənzim edəcək əvəzləmələrə əl atmaması oldu. Hələ fasilədən sonra onun niyə məhz Aqili meydana salması, "əsl müəmma" qırmızı vərəqənin tendensiyaya çevrilməməsi üçün Mahmudun oyuna salınması vacibkən o, Nodarı dəyişdi. Son əvəzləməyə isə məmnuniyyətlə əl atmadı. Rəqib hesabı açdıqdan sonra komandanın irəli atılmamaq, 0:1-lik məğlubiyyəti qorumaq absurdu da onu yerindən tərpətmədi. Əlbəttə, bütün səhvləri baş məşqçinin hesabına yazmaq olmaz. 80-ci illərin əvvəllərində onun Almaniya gəncləri ilə iş prosesinə az-çox bələd oduğumdan, həyata keçirmək istədiklərinin sistemli tədbir olduğunu bilirəm. Lakin futbolçularımızın "futbolçu necə oynamalı" müasir əlifbanı bilməməsi onu ehtiyatlandırmalı idi. Çünki mütəxəssisin təklif etdiyi varianta komandamızın mərkəzdən arxada - xüsusən cinahlarda yerləşən potensialı hələ hazır deyil. Elvinlə Cavid hələ hücum quruculuğu zamanı qısa ötürməni necə verməyi öyrənməlidirlərsə, müdafiə olunub təhlükədən özünü itirən Nodar bunu necə etsin? Komandanın indiki vziyyətdə mühərrik lingi kimi işləməsi, çətin ki, mümkün olsun. Bunun üçün vaxt lazımdır. Vaxtın özünə isə vaxt qalmayıb. Çünki artıq bütün azarkeşlərin əvvəlcədən görüb əmin olduqları qələbə qazanılmalıdır.
   Berti Foqts (Azərbaycan millisinin baş məşqçisi): "Məğlubiyyətə baxmayaraq, komandamızın oyunundan razıyam. Bəxt bu gün tərəfimizdə deyildi. Heç nədən qol buraxdıq. Uels aqressiv və sərt oynayırdı. Komandanın səviyyəsi hiss olunurdu. Kamran isə dünya səviyyəli qapıçıdır. Yeganə oyunçu idi ki, təkbaşına fədakarlıq göstərdi. Əsas heyətə bir neçə yeni oyunçu buraxmışdım. Gələcəyi olan futbolçulardır. Hakim haqqında heç nə deməyəcəm. Özüm hakim olmadığım üçün onun işinə qiymət verməyəcəm. Lixtenşteynlə oyuna gəlincə, məni yalnız qələbə qane edir. Başqa nəticə barədə düşünmürəm. "Azərbaycanlı futbolçular günü-gündən daha yaxşı olurlar. Onlar hələ çox şeyi öyrənməlidirlər. Nəzərə almaq lazımdır ki, oyunçularımızın əksəriyyəti ilk dəfədir belə nəhəng arenada meydana çıxırdı. Həm də onlar belə meydanda oynamağa öyrəşməyiblər. Azərbaycandakı meydanlarda ot örtüyü ağırdır. Həmin vaxt Uels yığması qarşısında daha güclü komanda görəcək. Mən realist insanam. Qrupumuzda Almaniya və Rusiya aşkar favoritdir. Hesab edirəm ki, Uelsin dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı yoxdur. Növbəti oyunda mütləq qələbə qazanmalıyıq. Hər halda, Lixtenşteynlə Bakıdakı oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur".
   Con Toşak (Uels millisinin baş məşqçisi): "Azəri futbolçulardan birinin meydandan qovulması xeyrimizə işləyən amil oldu. Məhz bu an başa düşdüm ki, qələbə qazana bilərik. Qələbə çətinliklə əldə olundu. Vurulmayan penaltidən sonra biz psixoloji cəhətdən quyunun dibinə düşmüşdük. Bizim üçün qol vurmaq çox çətin idi. Oyunun ən yaxşı futbolçusuna gəlincə, rəqibin qapıçısının hamıdan yaxşı olduğuna kimsə şübhə edə bilməz. Üç il əvvəlki ilə müqayisədə Azərbaycan yığması xeyli irəli gedib. Hər şey bizim üçün yaxşı qurtardı. Qələbə haqqımız idi. Azərbaycanı hesabdan silmək futbolçularımıza baha başa gələcəkdi. Müdafiədə çox diqqətli və cəld idilər".
   Vüsal
   Kamran və Beyt
   Uels mətbuatı hər iki komandadan ən yaxşı oyunçunu müəyyənləşdirib. Millimizdən qapıçı Kamran Ağayev, meydan sahiblərindən isə Qarel Beyt hamını qabaqlayıb.
   
 
Yoldaşları məğlubiyyəti Fabioda axtardı
Fabio Luis Ramim: "Pis oynamadıq. Sadəcə, uğursuz bir an yaşadıq. Hakim mənə ikinci sarı vərəqəni göstərməyə bilərdi. Meydandan çıxmaqla komandamı pis vəziyyətdə qoydum. İndi Lixtenşteyni düşünmək lazımdır. Evdə oynayırıq, qələbə qazanmağa çox yaxınıq. İnanıram ki, komanda yoldaşlarım mənsiz də uğur əldə edəcəklər".
   Rail Məlikov: "On nəfərlə oynayıb uduzduq. Makedoniyalı hakim ev sahiblərinə simpatiya bəsləyirdi. Penaltini qaçırandan sonra fikirləşdim ki, hər şey yaxşı olacaq. Lakin çox asan bir qol buraxdıq. Oyunun sonluğu belə olmamalıydı. Fabio qırmızı vərəqə almasaydı, Uelsdən bir xal qoparacaqdıq".
   Fərhad Vəliyev: "Oyunu zədəyə görə buraxdım. Məşqdə qolum ağrıdığından Foqts Kamrana güvəndi. O, əla dayandı və penaltini çıxardı. Kardiffdəki oyun ağır keçsə də, Kamran özünü itirmədi".
   Elmar Baxşiyev: "Oyunun taleyini Fabionun meydandan çıxması həll etdi. Uels kimi rəqibə qarşı on nəfərlə mübarizə aparmaq çox çətindir. Bakıya bir xalla dönməyə bir anlıq çaşqınlıq mane oldu".
   Saşa Yunisoğlu: "Matçın sonuna yaxın adi bir vəziyyətdən qol buraxmaq mənə çox ağır gəlir. Lixtenşteyni Bakıda udsaq belə, bu, Kardiffdəki oyunun əvəzini vermir. Bunlar fərqli anlam kəsb edən oyunlardır".
   Elvin Məmmədov: "Uels gözəl oyun sərgilədi. Olduqca sürətli və iti ötürmələr verirdilər. Onlara sürət çatdırmaq çox çətin idi. Qapımıza qol vurulanda hamımız şokda idik. Təsadüfi bir top buraxdıq".
   Aqil Nəbiyev: "Məğlubiyyətə layiq oyun göstərmədik. Bu oyunla daha yaxşı nəticə qazana bilərdik. Fabio meydandan çıxandan sonra başa düşdüm ki, məğlubiyyətdən qaçmaq çox çətin olacaq. Özümdən və komandanın oyunundan razı qaldım".
   Nodar Məmmədov: "İlk dəqiqələrdə özümü itirsəm də, sonra oyunumu tapdım. Komandamız birinci hissədə daha inamlı çıxış etdi. Lixtenşteynlə görüşdə də meydana çıxmaq istəyirəm. Berti Foqts mənə güvənsə, onu peşman etmərəm".
   
 
Dərəlioğlu Kamranı təriflədi
Vaqif Sadıqov: "Oyun haqqında pis danışmaq olmaz. Komandamız sonadək döyüşdü. Qırmızı vərəqəyə qədər qol vurula bilərdi. Müdafiə xəttimiz inamlı oynadı. Rəqibin hücumları zamanı özümüzü itirmir, düzgün oynayırdıq. Berti Foqtsun millidə rəsmi debütünə pis qiymət verməzdim. Lixtenştyen - Almaniya oyununa da baxdım. Fikrimcə, Uelsi də, Lixtenşteyni də qrupda qabaqlaya bilərik".
   Rasim Kara: "Azərbaycan yığması birinci hissədə daha yaxşı oynadı, nəinki ikincidə. Komandanız əksər beynəlxalq matçlarda bu cür vəziyyətlərlə üzləşir. Oyunu başladığı futbolçularla bitirmir. Lazımsız və heç nədən alınan vərəqələr sonda öz təsirini hiss etdirir. Kardiffdə xal qazanmaq olardı. Nəticəyə baxmayaraq, əminəm ki, bütün ölkə Kamran Ağayevdən razı qaldı. Keçmiş qapıçı kimi o öz profesionallığını göstərdi. Kamran məni bu mənada təəccübləndirmədi".
   Oktay Dərəlioğlu: "Azərbaycana bir xal qazanmaq üçün təcrübə çatmadı. Uels qonaqların müdafiədən çıxmayacağını görəndən sonra hücumlarını daha da artırdı. Foqtsun komandasını Kamran Ağayev xilas etdi. Mən onu Lənkəran klubundan yaxşı tanıyıram. İndi o, Dmitri Kramarenkonun əvəzedicisidir. Kamran bu çıxışı ilə Avropanın tanınmış klublarının birində oynaya bilər. Ağıllı klub rəhbərləri bu qapıçını əlindən qaçırmaz".
   Valentin Xodukin: "Qolsuz heç-heçəni sonadək saxlamaq olardı. Komandalar arasındakı səviyyə fərqi axırıncı məqamda özünü göstərdi. Azərbaycan demək olar ki, təhlükəli qol vəziyyəti yaratmadı. "İnter"in oyunçularına gəlincə, Elvinlə Cavid bir qədər yorğun görünürdülər. Samir Abbasov isə bir qədər rahat görünürdü və öz üzərinə düşənin öhdəsindən gələ bildi".
   Şahin Diniyev: "Hücumda bir sıra problemlər gözə çarpdı. Bu oyunda müdafiənin üzərinə çox yük düşdü. Mərkəzdə və bir qədər irəlidə top saxlaya bilmədiyimizdən, rəqib ard-arda hücumlar təşkil edirdi. Axırıncı dəqiqələrdə qol buraxmaq çox üzücüdür. Buna baxmayaraq, komandamızın oyunundan narazı qalmadım".
   Qyoko Hacıyevski: "Düzü, oyuna baxa bilməmişəm. Milli oyuna çıxdığı vaxt, biz məşqdə idik. Sonra mənə Fabio zəng etdi, dedi ki, qırmızı vərəqə almışam. Səbəbini heç özü də bilmirdi. Makedoniyalı hakimlər barədə müxtəlif söz-söhbətlər eşidirəm. Mən Aleksandr Stavrevi ölkənin ən təmiz hakimlərindən biri kimi tanıyıram".