10/09/2010 N 109(696)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Milli
Gündəm
Proses
Qol+
Klub
İdman
Məşqçi
V.İ.P.
DÇ-2010
DÇ-2010
DÇ-2010
Persona
Baxış
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
İnam və inamsızlıq
2010-cu ildə CAR-da keçiriləcək mundiala vəsiqə qazanmaq uğrunda mübarizə başladı. Doğrudur, bu, azərbaycanlı olan kəslərə sirayət etmir. Çünki bizim ölkənin futbol oynamaq istəyənləri hələ ki üzümüzü ağ etməyə çalışırlar. İndiyə qədər bizi məyus etməkdən başqa heç nə bacarmayanlar indən belə qabağa getmək istəyirlər, özü də "Alman maşını" ilə. Doğrusu, əvvəllər bu sözdən xoşum gəlmirdi. Amma sonralar onun həqiqət olduğunu çəhrayı gözlərimlə görəndə anladım ki, doğrudan da almanların icad etdiyi "maşın" lazım olanda "sürət" yığır. Azərbaycanda stadionlar kələ-kötür gündə olduğu üçün hələ ki alınmır. Bizlər buna onsuz da adət etmişik. Bir də ki, islanmışın yağışdan nə qorxusu...
   Hər halda açılış görüşlərdə qanıqaralanlar təkcə bizlər olmadıq - sevinən də oldu. Elə götürək qardaş Türkiyəni. Avropa, o cümlədən dünyada özündən söz etdirən türklər əbədi düşmənlərimiz - Ermənistana İrəvanda qalib gəlməklə, bizim az da olsa, qisasımızı aldılar. Buna görə "imperator" ləqəbini doğruldan Fatih Terimin "ay-ulduzlu ordusuna" ürəkdən alqış və təşəkkürlər düşür. Bravo, bravo, yenə də bravo!!!
   Böyük Vətən müharibəsi
   Milli komandamızın yer aldığı 4-cü qrupda da iki oyun keçirildi. Uels üç xalı doğma publika önündə çətinliklə qazandısa, qrupun aşkar favoriti Almaniya qələbəni səfərdə bayram etdi, özü də artıqlamasıyla. Hər iki görüşün nəticəsini əvvəldən təxmin etmək çətin deyildi. Nə olsa belə, cırtdan Lixtenşteynin Almaniyaya müqavimət göstərəcəyi inandırıcı olmazdı. Qələbə barədə fikirləşənləri ömürlük həbs gözləyə bilərdi. Heç-heçəni arzulayanlar isə bədənində iki-üç gülləyə yer ayırmalı idi. Bir sözlə, əgər ani gözlənilməzlik baş versəydi, bu, qəti şübhəsiz, dünyanın yeddinci möcüzəsi kimi "qırmızı kitab"a düşəcəkdi. Amma nə qoyub, nə axtarırlar. Deyəsən, onlar "nemes" məsəlini yada salmırlar. Asan yem görən kimi, Böyük Vətən müharibəsini yada salaraq, rəqibi sözün hər mənasında atəşə tutan Almaniyanın növbəti qurbanı Lixtenşteyn oldu. Vay-vay, gör bizi nə gözləyir? Bundestim "alman maşını"nı hələ səfərdə belə işə salırsa, onda gör evdə rəqibinə nə toy tutar. Deyəsən, Azərbaycan yığmasını daha bir fəlakət gözləyir. Almanların səfər meydanında zəifləri darmadağın etməsi, bir növ bizə nota oldu. Çünki həmin fiaskodan bizi də gözləyir. Yoahim Lövün komandası səfərdə özünü qətiyyən qonaq kimi aparmırdı, sanki evdə oynayırdılar. Vurulan altı cavabsız qola başqa ad tapmaq mümkün deyil. Lixtenşteyn futbolçularının "qara səhifə"sinin əsasını 21-ci dəqiqədə Lukas Podolski qoydu. Polşa əsilli alman dublunu rəsmiləşdirincə, qol yağışı başlandı. Əvvəlcə, Simon Rolfes, ardından Bastian Şvaynştayger, sonra isə Vestermann rəqibi sözün hər mənasında bombardmana tutdu.
   Çempionun şübhəli uğuru
   Beşinci qrupun bir qədər çətin rəqiblərdən təşkil olunduğu heç kimə sirr deyil. Sonuncu Avropa çempionu İspaniya, eləcə də qitə birinciliyinin bürünc medalçısı Türkiyənin eyni yerə düşməsi vəziyyətin mürəkkəbliyindən xəbər verir. Ermənistan yığmasının güclü rəqiblərə müqavimət göstərəcəyi həqiqətdən uzaqdır. Eyni sözləri Estoniya yığmasına da aid etmək olar. Amma ilk baxışdan adamda elə təəssürat yaranır ki, səfərdə güclü Belçika yığmasının qapısından iki top keçirən Estoniya futbolçuları evdə rəqiblərə əməlli-başlı problem yarada bilər. Hər halda baltikalıların Belçikadan fərqli, amansız Türkiyə və İspaniyadan xal almaq fikrinə düşməsi ac toyuğun yuxuda darı görməsi kimi qiymətləndirilməlidir. Ən azı iki məqama görə: İspaniya yığması sonuncu qitə çempionatının qızıl medalçısıdır və heyəti yetərincə optimaldır. Həmçinin Türukiyə, Fatih Terimin komandası uğura yanıqdır. "Ay-ulduzlular" bunu elə İrəvandakı ilk qarşılaşmada ortaya qoydular.
   Qrupun ən maraqlı görüşülərindən biri Brüsseldə baş tutdu. Doma divarlar arasında Baltika təmsilçisi Estoniya futbolçularını qəbul edən Belçika yığmasının asan qalib gələcəyi gözlənilsə də, keçmiş Sovetlər Birliyinin nümayəndəsi az qala sensasiyaya imza atacaqdı. Rəqibin amansız müqavimətilə rastlaşan belçikalılar 39-cu dəqiqədə Sonqla hesabı açsalar da, onların sevinci cəmi 18 dəqiqə çəkdi. Fasilədən sonra fəallığı artıran Estoniya Zenyofla status-kvonu bərpa etdi. Bu qol oyuna əlavə maraq qatdı. Sən demə əsl həngamə qabaqda imiş. Vur-vurum prinsipini əsas tutan tərəflərin başlanğıcının əsasını Defur qoydu. Minimal üstünlüklü qalibiyyətlə kifayətlənmək istəməyən meydan sahibləri 5 dəqiqə sonra növbəti dəfə qonaqları meydanın mərkəzinə dəvət etdilər. Sonq dublunu rəsmiləşdirməklə yanaşı, belçikalıların qələbəsini bir qədər möhkəmlətmək fikrində idi. Amma bu da matçda vurulan son qol olmadı. Məğlubiyyətlə barışmayan estoniyalılar görüşün final fitinə az qalmış hesab arasındakı fərqi yenidən minimuma endirdilər. Hesabı bərabərləşdirməyə isə vaxt kifayət etmədi. Hər halda Estoniya yığmasını əzmkar oyununa görə alqışlamağa dəyər. Son Avropa çempionu İspaniya yığmasının qələbəsi isə bir qədər şübhə doğurur. Pireneylilər doğma azarkeşlər önündə Bosniya və Herseqovina millisini yalnız bir qolla üstələməklə ictimaiyyəti düşündürməyə məcbur etdilər. Doğrudur, ispanları başa düşmək olar. Baş məşqçi yenidir və komandaya tam uyğunlaşmaya bilər. Ancaq istənilən halda onlara haqq qazandırmaq çətindir. Əgər İspaniya yığması ev matçında belə çətinliklə üzləşirsə, bəs çətin səfər oyunlarında nə edəcək? Düzdür, hesab bir qədər böyük ola bilərdi. Çünki yeganə qolun müəllifi David Vilya vurduğu topa qədər penaltidən istifadə edə bilməmişdi. Digər tərəfdən, adam fikirləşir ki, belə görüşlərdə komandaya lazım olan üç xaldır. Del Boske də işinin öhdəsindən gəldi. Yaxşı-pis təcrübəli mütəxəssis bunu etdi. Necə deyərlər, qalib komandanı mühakimə etməzlər.
   Çətin-asan qələbə
   Seçmə mərhələnin ilk turunda altıncı qrupda da iki görüş keçirildi. Ukrayna yığması evdə Belarusu qəbul etdisə, Fabio Kapellonun başçılıq etdiyi İngiltərə millisi səfərdə Andorra seçməsinin qonağı oldu. Bir neçə ay əvvəl yoxlama matçında millimizə məğlub olan Andorranın ingilislər qarşısında tab gətirə bilməyəcəyi əvvəlcədən məlum idi. Ancaq Kiyevdə baş tutan oyun barəsində öncədən fikir yürütmək bir qədər çətin məsələydi. Odur ki, Ukrayna - Belarus arasında qarşılaşmanın maraqlı ssenaridə keçəcəyini təxmin etmək olardı. "Göy-sarılar" qələbə qazansalar da, buna çətinliklə nail oldular. 90-cı dəqiqədə penalti ilə cəzalandırılan belaruslar məğlubiyyətdən qaça bilmədilər. Onbirmetrəni dəqiq yerinə yetirən Andrey Şevçenko açılış oyununda komandasına vacib üç xalı qazandırdı. Hərçənd oyunun gedişində qonaqlar bir neçə epizodda hesabı açmağa yaxın oldular. Doğrudur, meydan sahibləri də bekar qalmamışdılar. Amma etiraf edək ki, Belarus futbolçularının təşkil etdiyi hücumlar daha təhlükəli və effektli alınırdı. Məğlubiyyəti bir qədər bəxtsizliklə də əlaqələndirmək olar. Hər nə isə məğlub olsa da, Bernd Ştangenin komandasının seçmə mərhələyə yaxşı başladığını demək olar. Qrupun digər oyununda, az əvvəl dediyim kimi Britaniya nəhəngi - İngiltərə Andorra səfərinə üç xal üçün yollanmışdı. Ona görə Kapellonun komandasının ilk dəqiqələrdən təşəbbüsü ələ alacağı gözlənilən oldu. Doğrudur, qol bir qədər gec vuruldu. Amma meydan sahibləri elə ilk görüşdəcə göstərdilər ki, güclü rəqiblərlə mübarizə aparmaq hələ onlarlıq deyil. Eynilə Azərbaycan yığması kimi. Fabionun yetirmələri ilk qolu fasilədən sonra vurdular. Fəallığı ilə seçilən Co Koul 49-cu dəqiqədə hesabı açmağa nail oldu. Buraxılan qoldan özünə gəlməyə imkan tapmayan Andorra yığması 6 dəqiqə sonra ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Bu dəfə də fərqlənən "Çelsi"li forvard Koul dublunu rəsmiləşdirməklə yanaşı, matçda yekun nöqtəni qoydu.
   
   Qrup 4
   Almaniya, Uels, Rusiya, Finlandiya, Azərbaycan, Lixtenşteyn
   Uels - Azərbaycan 1:0
   Qol: Vouks, 83.
   İstifadə edilməmiş penalti: Kumas, 67.
   Lixtenşteyn - Almaniya 0:6
   Qol: Podolski, 21, 48, Şvaynştayger, 64, Rolfes, 65, Hitslşperger, 75, Vestermann, 86.
   Lixtenşteyn: Yele, Ştoklasa, Ritsberger, D"Elia, Gerster, Burqmayer, Buxel, Polverino, Kristen (Bek, 74), Fişer (Byuşel, 87), Frik.
   Almaniya: Enke, Frits, Taski, Vestermann, Lam, Hitslşperger, Rolfes (Marin, 70), Şvaynştayger, Troxovski, Kloze (Qomes, 63), Podolski (Kurani, 76).
   Sarı vərəqə: Burqmayer, 18, D"Elia, 57.
   
   Növbəti tur. 10 sentyabr
   Rusiya - Uels
   Finlandiya - Almaniya
   Azərbaycan - Lixtenşteyn
   Qrup 5
   Türkiyə, Belçika, İspaniya, Estoniya, Bosniya və Herseqovina, Ermənistan
   İspaniya - Bosniya və Herseqovina 1:0
   Qol: Vilya, 57.
   İstifadə olunmamış penalti: Vilya, 37.
   İspaniya: Kasilyas, Ramos, Puyol, Albiol, Kapdevila, Senna, Sesk (Xabi Alonso, 64), Xavi, İnyesta, Kapel (Kasorla, 71), Vilya (Güiza, 85).
   Bosniya və Herseqovina: Hasagiç, Berberoviç (İbişeviç, 65), Nadareviç, Radeliç, Rahmiç, Damyanoviç (İbriçiç, 80), Salihoviç, Misimoviç, Muratoviç, Zeko (Pyaniç, 84), Vlaaviç.
   Sarı vərəqə: Puyol, 48 - Berberoviç, 4, Damyanoviç, 13, Radeliç, 61.
   Belçika - Estoniya 3:2
   Qol: Sonk, 40, 80, Defur, 75 - Zenev, 57, Oper, 90.
   Belçika: Steynen, Kompani, Van Büyten, Vermalen (Van Damm, 70), Fertonqen, Defur, Fellaini, Simons, Vitsel, Mirallas (De Sutter, 76), Sonk (Hüysegems, 90).
   Estoniya: Londak, Berenqrub, Yaager, Piiroya (Stepanov, 44), Dmitriyev, Klavan, Lindpere, Purye, Vassilyev, Oper, Zenev (Vunk, 60).
   Sarı vərəqə: Purye, 89.
   Ermənistan - Türkiyə 0:2
   Qol: Tuncay Şanlı, 61, Semih Şəntürk, 77.
   Ermənistan: Berezovski, Arakelyan, Hovspeyan, Arzumanyan (Xaçatryan, 35), Tadevosyan, Voskanyan, Art.Karamyan, Mxitaryan (Zebelyan, 65), Manuçaryan (Anniaramyan, 75), Arm.Karamyan, Paçayan.
   Türkiyə: Volkan Dəmirəl, Gökhan Gönul, Sərvət Çətin, Hakan Balta, Gökhan Zan, Əmrə Bəlözoğlu, Arda Turan, Məhmət Aurelio, Tuncay Şanlı (Ayhan Akman, 65), Mölut Erdinq (Kolin Kazım-Riçards, 55), Semih Şəntürk (Gökhan Ünal, 82).
   Sarı vərəqə: Mxitaryan, 57, Gökhan Zan, 70.
   
   Növbəti tur. 10 sentyabr
   İspaniya - Ermənistan
   Türkiyə - Belçika
   Bosniya - Estoniya
   Qrup 6
   Xorvatiya, İngiltərə, Ukrayna, Qazaxıstan, Belarus, Andorra
   Xorvatiya - Qazaxıstan 3:0
   Qol: N.Kovaç, 14, Modriç, 35, Petriç, 80.
   Xorvatiya: Pletikoşa, R.Kovaç, Şimuniç, Çorluka, Praniç, N.Kovaç, Modriç (Pokrivaç, 84), Srna, Rakitiç, Oliç (Leko, 88), Klasniç (Petriç, 68).
   Qazaxıstan: Loriya, Kuçma, Smakov, Æalmaqambetov, İrismetov, Bayjanov (Çiçulin, 56), Baltiev, Æumaskaliyev, Skorıx (Karpoviç, 81), Byakov, Ostapenko (Uzdenov, 85).
   Sarı vərəqə: R.Kovaç, 77 - İrismetov, 24, Çiçulin, 90.
   Ukrayna - Belarus 1:0
   Qol: Şevçenko, 90-pen.
   Ukrayna: Pyatov, Timoşuk, Yarmaş, Rusol, Kaliniçenko (Aliev, 46), Voronin (Seleznyov, 58), Şevçuk, Milevski (Şevçenko, 74), Kravçenko, Mixalik, Nazarenko.
   Belarus: Æevnov, Kulçiy, Filippenko, Omelyançuk, Korıtko (Çuxley, 68), Bulıqa (V.Qleb, 72), Straxanoviç, A.Qleb, Kutuzov, Putilo (Pavlov, 81), Verxovçov.
   Sarı vərəqə: Timoşşuk, 44 - Korıtko, 7, Kutuzov, 28, Kulçiy, 88.
   Andorra - İngiltərə 0:2
   Qol: C.Koul, 49, 55.
   Andorra: Koldo, Çema, Ayala, Soneji, A. Lima, İ. Lima, Puyol (Valas, 90), Ximenes, Andorra, Vyeyra, Silva (Toskano, 66).
   İngiltərə: Ceyms, Conson, Leskott, Terri, E. Koul, Uolkott, Lempard (Bekhem, 78), Barri, Dauninq (C.Koul, 46), Runi, Defo (Heski, 46).
   Sarı vərəqə: Silva, 48, Vyeyra, 52, Lima, 57.
   
   Növbəti tur. 10 sentyabr
   Xorvatiya - İngiltərə
   Qazaxıstan - Ukrayna
   Andorra - Belarus
Elvin