10/09/2010 N 109(696)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Milli
Gündəm
Proses
Qol+
Klub
İdman
Məşqçi
V.İ.P.
DÇ-2010
DÇ-2010
DÇ-2010
Persona
Baxış
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Gözlənilməz nəticələr və uğurlu debütlər
DÇ-nın seçmə mərhələsinin Avropa zonasında 7, 8, 9-cu qruplarda bir neçə gözlənilməz nəticə qeydə alındı. Fransa Avstriyaya, Rumuniya Latviyaya, Şotlandiya isə Makedoniyaya məğlub oldu. Kipr - İtaliya qarşıdurması da sensasiya ilə nəticələnə bilərdi. Lakin adalıların ələ düşən fürsətlərdən yararlana bilməməsi, Di Natalenin əlavə vaxtda vurduğu qol apenninlilərin qələbəsini təmin etdi. Eyni zamanda təsnifat mərhələsinin start turu yeni vəzifələrində debüt edən məşqçilər Covanni Trappatoni (İrlandiya), Karel Brükner (Avstriya), Æoze Kouseyru (Litva) və yenidən "Skuadra Azzurra"ya geri qayıdan Lippinin qələbəsi ilə yadda qaldı.
   Bir qrupda iki sensasiya
   Fransa və Rumuniya təsnifat mərhələsinə məğlubiyyətlə başladılar. "Enst Happel"də avstriyalıların qonağı olan "üçrənglilər" ilk hissədə iki dəfə kapitulyasiya etməli oldular. Əvvəlcə Yanko sonra isə Aufhazuer Mandandanı məyus etdi. Hər iki qol oxşar ssenari üzrə, İvanşitsin yerinə yetirdiyi cərimə zərbəsindən sonra fransızların qapısı həndəvərində yaranan qarışıqlıq nəticəsində mümkün oldu. İlk epizodda Mekses demək olar ki, avtoqola imza atdı, lakin top istiqamətini əsaslı şəkildə dəyişdirmədiyindən rəsmi protokola Yankonun adı qeyd olundu. İkinci halda isə Aufhazuerin zərbəsindən sonra top Qallasın ayağına dəyərək qapıdan keçdi. Fasiləyə qədər fransızlar da "kuryoz" qolla fərqlənə bilərdilər: Evranın zərbəsindən sonra Poqatesə səkən top qapı dirəyinə tuş gəldi. İkinci hissə Qovu ilə fərqi azaldan qonaqlar yenidən Meksesin yol verdiyi səhv nəticəsində qapılarında qol gördülər. Bu dəfə "Roma"lı müdafiəçi cərimə meydançasında Yankoya qarşı qeyri-məcburi qayda pozuntusuna yol verdi və İvanşits penaltini dəqiq yerinə yetirdi - 3:1.
   Beləliklə, Avstriya yığmasının baş məşqçisi postunda debüt edən Karel Brükner ilk rəsmi oyununda Fransanı üstələyə bildi.
   Rumuniya - Litva matçına fəal başlayan pribaltikalılar ilk 25 dəqiqədə Çesnauskas və Danilyaviçusla hesabı açmağa yaxın oldular. Qonaqların təzyiqi artırması öz bəhrəsini verdi və Stanyakaviçus 25 metrdən qapı torunu silkələdi - 1:0. Hissənin sonlarına yaxın fəallaşan meydan sahiblərindən Dike iki dəfə fərqlənə bilərdi. İlk epizodda zərbəsi qapı dirəyinə tuş gələn rumıniyalının əlavə olunmuş dəqiqələrdə fərqlənməsinə qapıçı Karçemarskas imkan vermədi. Fasilədən sonra böyük güclə hücuma atılan Pitsurkanın komandası heç nəyə nail ola bilmədi. Öz növbəsində, əks-hücum taktikası seçən pribaltikalılar 62-ci dəqiqədə fərqi artırdılar. Oyuna sonradan daxil olan Kalonas bir neçə oyunçunu geridə qoyaraq topu Mikolyunasa ötürdü, o isə 17 metrdən "çərçivə"ni dəqiq nişan aldı. Maçtda son nöqtəni isə Kolunasın özü qoydu - 3:0.
   İtalyanların "düşündürücü" qələbəsi
   Kipr - İtaliya oyunu gözlənildiyinin əksinə adalıların ərazi üstünlyü ilə başladı. İlk 10 dəqiqədə apenninlilərin qapısı ağzında üç real qol vəziyyəti yaradan meydan sahiblərinin hesabı açmasının qarşısını dünya çemionları Buffon və Kannavaronun fərdi ustalığı sayəsində ala bildilər. Oyunun ilk dəqiqələrindən Lippinin işini çətinləşdirən məqamlardan biri də, italyanların müdafiə xəttinin iki siması: Qamberini və Qrossonun zədə alması ilə bağlı idi. Belə ki, onların yerinə oyuna girən Barzali və Kasseti öz funksiyalarını icra etməkdə çətinlik çəkir və tez-tez kobud səhvlərə yol verirdilər. Buna baxmayaraq, hesabı açan tərəf "Skuadra Azzurra" oldu: sol cinahda topu qəbul edən Di Natale Nakolaounun pressinqindən azad olaraq yaxın küncü nişan aldı, 0:1. Meydan sahibləri 28-ci dəqiqədə hesabı bərabərləşdirdilər, sağ cinahdan edilən ötürməni qəbul edən Haralambidesin zərbəsini Buffon geri qaytarsa da, Kassetini qabaqlayan Aloneftisin qarşısını heç kəs ala bilmədi, 1:1. Fasiləyə qədər italyanlardan Kamoronezzi, Cillardino və Kasseti, kiprlilərdən isə Xristofi ələ düşən imkanları reallaşdıra bilmədilər. İkinci hissə Tonini Qatuzzo ilə əvəzləyən Lippi orta xətdə nisbi balans yarada bilsə də, ərazi üstünlüyü yenə də kiprlilərin tərəfində idi. Adalıların müdafiəçisi Haralambus künc zərbəsindən sonra iki dəfə qol vurmağa yaxın olsa da, hər iki halda top qapıdan azacıq aralı keçdi. Öz növbəsində, apenninlər rəqib qapısı ağzında üç təhlükəli vəziyyət yaratdılar. Əvvəlcə, qapıçı ilə üz-üzə qalan Cillardinonun zərbəsini qapıçı zərərsizləşdirdi, De Rossinin yaxın məsafədən vurduğu aşırtma zərbəsi isə qapının yanından keçdi. Pirlonun yerinə yetirdiyi cərimə zərbəsindən sonra kiprlilərin qapıçısı topu əlindən buraxdı, təkrar epizodda isə Barzalinin vuruşu yetərincə sərt olmadı və müdafiəçilər təhlükəni sovuşdurdular. Nəhayət, matçın əlavə olunmuş vaxtında dünya çempionları məqsədlərinə çata bildilər. Cərimə meydançasında topu qəbul edən Cila dabanı ilə Kamoraneziyə ötürmə etdi, o isə öz növbəsində sol cinahda boş olan Di Nataleni gördü və "Udineze"li oyunçu topu qapıdan keçirdi. Minimal hesablı qələbəyə baxmayaraq, italyanların inamsız təsir bağışladıqlarını və nəinki öz səviyyələrindən, hətta istənilən orta statistik Avropa komandası miqyasından aşağı oyun nümayiş etdirdiklərini qeyd etmək lazımdır. "Skuadra Azzurra" ilə bağlı qeyd olunan problemli məqamları bir neçə istiqamətdə izah etmək olar. İlk növbədə, oyunun ilk 20 dəqiqəsində iki müdafiə oyunçusunun zədə alması apenninlilərin arxa xəttində balansın itməsinə səbəb oldu. Belə ki, məhz yeni girən oyunçuların "yarıtmaz" oyunu sayəsində kiprlilər xüsusi gərginlik vəd etməyən epizodları təhlükəli vəziyyətlərə çevirə bildilər, elə adalıların vurduğu qol da, oyuna sonradan girən Kassetinin kobud səhvi nəticəsində baş tutdu. Digər tərəfdən, Kiprlə keçirilən oyun italyanların müdafiə xətinin mərkəzində Kannavaronun layiqli partnyorunun olmadığını bir daha nümayiş etdirdi. Qeyd edilən mövqeyə əsas namizədlərdən olan Qamberininin məlum səbəblərdən meydançanı 4-cü dəqiqədə tərk etməsi, AÇ-da uğurlu oyunu ilə seçilən Kyellininin isə zədə səbəbindən ümumiyyətlə, siyahıya salınmaması nəticədə italyan müdafiəsinin problemlərini bir daha üzə çıxmasına səbəb oldu. Lippinin yarımmüdafiədə iki hücumameyilli cinah oyunçusuna yer verməsi apenninlilərin orta xətinin dayaq zonasına mənfi təsir etdi. Fasilədən sonra Tonini Qatuzzo ilə əvəzləyən "maestro" bu çatışmamazlığı qismən də olsa, aradan qaldıra bildi. Eyni zamanda Lippinin qayıdışından sonra "10" nömrəli futbolkaya sahib olan Pirlonun da ümidləri doğrultmamasını həlledici məqamlardan biri kimi qeyd etmək olar. "Skuadra"nın heyətində yaxşı təsir bağışlayan oyunçulardan isə Di Natale, Buffon və Kamoronezi gösttərilə bilər.
   Neytral meydançada, Almaniyanın Maynts şəhərində keçirilən Gürcüstan-İrlandiya matçında nominal qonaqlar 1:2 hesabı ilə qələbə əldə etdilər. Sözügedən oyun bir çox səbəblərlə yanaşı üzləşən komandaların baş məşqçiləri Kuper və Trappatoninin rəqabəti baxımından da maraq doğururdu. 13-cü dəqiqədə qafqazlıların qapıçısı Loriya çıxışda səhvə yol verdi və nəzarətsiz qalan Doyl çətinlik çəkmədən hesabı açdı. 10 dəqiqə sonra Kuperin yetirmələri stutus-kvonu bərpa edə bilərdilər, lakin İaşvili fürsətdən yararlana bilmədi. İkinci hissədə gürcülərin ərazi üstünlüyü müşahidə olunsa da, real qol vəziyyəti baxımından xüsusi heç nə baş vermədi. 70-ci dəqiqədə Uilan 35 metrdən vurduğu zərbə ilə fərqi artırdı. Qalan dəqiqələrdə gürcülər yalnız bir qol vura bildilər, "Şalke" ilə müqavilə imzalayan 17 yaşlı Levan Keniya fəqi azaltdı, 1:2. Qrupun digər qarşıdurmasında isə Çernaqoriya və Bolqarıstan oyunu 2:2 hesabı ilə yekunlaşdı. Qonaqlardan Petroviçin qoluna Vuçiniç və Yovetiçlə cavab verən meydan sahibləri tarixi qələbə qazanmaq üzrə idilər, lakin son dəqiqələrdə Qeorqiev buna imkan vermədi.
   Naumoskinin qolu və skandinaviya bərabərliyi
   Skopyedə Şotlandiyanı qəbul edən Makedoniya 5-ci dəqiqədə Naumoskinin vurduğu qolla hesabda önə çıxdı. Birinci hissənin bitməsinə az qalmış Maznovun fərqi artırmasına britaniyalıların müdafiəçisi Keldvell mane oldu. Fasilədən sonra fəallaşan qonaqlar bir neçə təhlükəli epizod yaratsalar da, Miloşevskinin inamlı oyunu meydan sahiblərinin qələbə hesabını qorumalarını təmin etdi. 56-cı dəqiədə isə Şumilkovskinin zərbəsindən sonra Qordan makedoniyalıların fərqi artırmasına imkan vermədi. Digər matçda Norveç və İslandiya komandalarının oyunu 2:2 hesabı ilə nəticələndi. Meydan sahiblərindən İversenin vurduğu iki qola qonaqlar Helquson və Qudyonsenlə cavab verdilər.
   
   Qrup 7
   Litva, Avstriya, Serbiya, Fransa, Farerlər, Rumıniya
   Avstriya - Fransa 3:1
   Qol: Yanko, 8, Aufhauzer, 42, İvanşits, 73-pen. - Qovu, 61.
   Avstriya: Manninger, Poqates, Ştransl, Predl, Qariş, Aufhauzer, Şarner, Fuhs, Harnik (Stendvest, 90), İvanşits (Leytqeb, 82), Yanko (Meyrhofer, 89).
   Fransa: Mandanda, Sanya (Qurkuff, 71), Qallas, Mekseş, Evra, Tulalan, Dyarra, Nəsri (Anelka, 80), Qovu, Anri, Benzema.
   Sarı vərəqə: Yanko, 14, Aufhauzer, 45.
   Serbiya - Farerlər 2:0
   Qol: R.Yakobsen, 29-öz qap., Æigiç, 87.
   Serbiya: Dişlenkoviç, Toşiç (Yankoviç, 76), Vidiç, Draqutinoviç, Rukavina, Krasiç, Stankoviç, Miliyas (İliç, 61), Obradoviç, Panteliç, Æigiç.
   Farerlər: Mikkelsen, Nes, Davidsen, Danielsen, Ya.Yakobsen, Tomassen, Borq, R.Yakobsen, Samuelsen (Lokin, 69), Flotum, Bo.
   Sarı vərəqə: Æigiç, 69 - Lokin, 83, Nes, 84.
   Qırmızı vərəqə: Nes, 84.
   Rumıniya - Litva 0:3
   Qol: Stankeviçyus, 33, Mikulinas, 70, Kalonas, 86.
   Rumıniya: Lobont, Sapanaru, Qoyan, Radoi (Lazar, 73), Kontrya, Vasiliç, D.Nikulae, Dike, Tamaş, Radu (M.Nikulae, 46), Marika (Bratu, 53).
   Litva: Karçemarkas, Dedura, Klimaviçyus, Ksanaviçyus (Kalonas, 62), Şemberas, Zelmikas, Çesnauskis, Pilibaytis (Savenas, 74), Stankeviçyus, Mikulinas, Danilyaviç.
   Sarı vərəqə: Qoyan, 37, D.Nikulae, 69 - Çesnauskis, 27, Mikulinas, 44.
   
   Növbəti tur. 10 sentyabr
   Fransa - Serbiya
   Litva - Avstriya
   Farerlər - Rumıniya
   Qrup 8
   İrlandiya, İtaliya, Bolqarıstan, Çernoqoriya, Kipr, Gürcüstan
   Gürcüstan - İrlandiya 1:2
   Qol: Keniya, 90 - Doyl, 13, Uilan, 70.
   Gürcüstan: Loriya, Lobyanidze, Kaladze, Şaşiaşvili, Xizanişvili (Asatiani, 83), Keniya, Kobiaşvili, Odikadze, Menteşaşvili, Aleksidze (Siradze, 62), İaşvili (Mçelidze, 78).
   İrlandiya: Given, Finnan (Makşeyn, 80), O"Şi, Dann, Kilbeyn, Uilan, Makqidi (Keo, 87), Rid, Hant, Doyl (Miller, 77), Kin.
   Sarı vərəqə: Xizanişvili, 26, Aleksidze, 54.
   Çernoqoriya - Bolqarıstan 2:2
   Qol: Vuçiniç, 62, Yovetiç, 81-pen - S.Petrov, 11, Georqiyev, 90.
   Çernoqoriya: Polekşiç, Paviçeviç, Batak, Tanasieviç, Bojoviç, Drinçiç, Boşkoviç (Bursanoviç, 83), Pekoviç, Boqavaç (Vukçeviç, 53), Yovetiç, Vuçiniç (Caloviç, 85).
   Bolqarıstan: İvankov, Milanov (Tomasiç, 48), Tunçev, İliyev, Angelov, Dimitrov, Gençev (Georgyev, 67), S.Petrov, Lazarov, Popov (Yankov, 40), Berbatov.
   Sarı vərəqə: Yovetiç, 13, Paviçeviç, 16, Vuçiniç, 21, Pekoviç, 68 - Dimitrov, 34, Angelov, 62.
   Qırmızı vərəqə: Angelov, 81.
   Kipr - İtaliya 1:2
   Qol: Aloneftis, 29 - Di Natale, 8, 90.
   Kipr: Georqallides, Qarposis, Nikolau, Haralambus, Paraskevas, Mixail (Yasumis, 72), Haralampidis, Makridis, Aloneftis, Okkas (Pavlu, 74), Konstantinu (Kristofi, 63).
   İtaliya: Buffon, Zambrotta, Kannavaro, Qamberini (Barsali, 4), Qrosso (Kassetti, 18), Kamoranezi, Pirlo, De Rossi, Di Natale, Toni (Qattuzo, 46), Cilardino.
   Sarı vərəqə: Qarposis, 36, Nikolau, 69, Haralampidis, 74, Makridis, 90 - Toni, 34, Kassetti, 38, Kamoranezi, 85.
   
   Növbəti tur. 10 sentyabr
   İtaliya - Gürcüstan
   Çernoqoriya - İrlandiya
   Qrup 9
   Makedoniya, İslandiya, Norveç, Niderland, Şotlandiya
   Makedoniya - Şotlandiya 1:0
   Qol: Naumoski, 5.
   Makedoniya: Miloşevski, Noveski, Petrov (Gençarov, 79), Sedloski, Mitreski, Lazarevski, Georgiyevski, Şumulikoski, Maznov, Pandev (Tasevski, 83), Naumoski (Trayanov, 68).
   Şotlandiya: Qordon, Aleksander, Naysmit, Makmanus, Kolduell, Hartli (Kommons, 64), Fletçer, Braun, Robson (Meloni, 76), Miller (Boyd, 80), Makfadden.
   Sarı vərəqə: Naumoski, 7, Şumulikoski, 27, Pandev, 62 - Makfadden, 71.
   Norveç - İslandiya 2:2
   Qol: İversen, 36-pen, 50 - Helgüson, 39, Qudyonsen, 68.
   Norveç: Yarsteyn, Hangeland, Hoqli, Reginussen, Vinsnes, Skyelbred (Qrindheym, 70), Riise, Andresen, Karyu (Pedersen, 65), İversen, Helstad.
   İslandiya: Sturluson, Siqurdsson, Sevarsson, Eyriksson, Xreydarsson, Steynsson, Qislason, Hallfredson (Steynarsson, 75), A.Qunnarson (Palmason, 67), Qudyonsen, Helgüson (V.Qunnarson, 85).
   Sarı vərəqə: Steynsson, 35, Qislason, 55, Xreydarsson, 90.
   
   Növbəti tur. 10 sentyabr
   Makedoniya - Niderland
   İslandiya - Şotlandiya
   
   Shekil - gur-irland
   Shekil - rum-lit
Orxan Amaşov