10/09/2010 N 109(696)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Milli
Gündəm
Proses
Qol+
Klub
İdman
Məşqçi
V.İ.P.
DÇ-2010
DÇ-2010
DÇ-2010
Persona
Baxış
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Yerlipərəstlikdən xoşum gəlmir"
"Real"ın vuran ayağı hesab olunan Ruud van Nistelrooy sözün əsl mənasında ikinci cavanlığını keçirir. Bu yaxınlarda yığma karyerasını başa vuran təcrübəli forvard hesab edir ki, Niderland millisində çıxışlarını başa vurmaqla, klubuna daha çox kömək etmək imkanı qazanacaq. Madrid klubunu tərk etmək fikrində olmayan futbolçu son açıqlamasında bildirib ki, hələ uzun müddət "qalaktikos"un uğurları üçün çalışmaq istəyir. Bundan başqa, start götürən yeni mövsüm haqqında fikirlərini bildirən Nistelrooy komandasının Primeronun ilk oyununda məğlub olmasına baxmayaraq, qarşıdakı turlarda uğur qazanacağını vurğulayıb.
   - Artıq yay transfer pəncərəsi bağlandı. Komandanızın çempionluq uğrunda mübarizə aparması üçün heyətin yetəirncə komplektləşdirildiyini desmək olar?
   
- Mənə elə gəlir ki, qızıl medallara oynamaq üçün heyətimiz yetərlidir. Bizdə çıxış edən yüksək səviyyəli futbolçuların potensialı imkan verir ki, komandamız çempionluq uğrunda mübarizə aparsın. Komandamızın əsas məqsədi bütün turnirlərdə nailiyyət qazanmaqdır. Bilirəm, bu, çox ağır tapşırıqdır. Amma nə etmək olar, bizim həmişə məqsədimiz eyni olub. Ona görə heyətə həddindən çox oyunçuların gətirilməsi əhəmiyyətli deyil.
   - Çempionlar Liqasının favoritləri müəyyənləşib?
   
- Çempionlar Liqasının nə dərəcədə çətin turnir olduğunu bilirsiniz. Amma biz rəqiblərə necə qalib gəlməyin yollarını bilirik. Çünki komandamızda çıxış edən futbolçuların kifayət qədər təcrübəsi var. İstər Çempionlar Liqası, istərsə də digər yarışlarda biz artıq dəfələrlə sözümüzü demişik. Hesab edirəm ki, bu amillər bizə kömək edəcək. Uzun müddətdir ki, Çempionlar Liqasında uğur qazana bilmirik. Ona görə mövsümü "Real" üçün həlledici adlandırmaq olar. Əlbəttə, Primerada da uğur əldə etmək əsas vəzifələrdən biridir. Lakin etiraf etməliyik ki, Çempionlar Liqasında qazanılan nailiyyət hamısından üstündür.
   - Baptişta, Soldado və Robinyo komandadan ayrıldı. "Real" bu mövsüm hücum planında çətinlik çəkməyəcək, enyi zamanda sizə elə gəlmirmi ki, Raulla qarşınızda böyük tapşırıq dayanacaq?
   
- İstənilən halda dörd hücumçumuz var və tam əminliklə deyə bilərəm ki, Savyola ilə İquain komandaya çox kömək edəcək. Fikrimcə, indiki məqamda başaq yol yoxdur. Heç kimi də gətirmək olmaz. Heyətdə kim varsa, onunla sona qədər mübarizə aparmaq və komandamıza istənilən nəticəni qazandırmağa çalışacağıq.
   - Əgər bu mövsüm Robben yenə zədələnsə, komanda cinahsız qalacaq. Düşünmürsünüz ki, bu, istənilən nəticəni qazanmağa problem yarada bilər?
   
- İstənilən halda hər şey ola bilər, bunu danmıram. İndi vəziyyət elə gitirib ki, bizim yalnız bir cinah yarımmüdafiəçimiz var. Ümid edirəm ki, bu mövsüm Robben zədələrə məruz qalmayacaq. Buna baxmayaraq, cinahda oynaya biləcək bpşqp futbolçumuz var. Misal üçün, İquain həmin mövqeydə çıxış edə bilər. Ona görə çətinlik olacağını düşünmürəm. Əgər belə bir çatışmazlıq olsaydı, rəhbərlik mənə deyərdi ki, cinahda oynamaq üzərində çalışım.
   - Üç il əvvəl siz Madridə gələndə braiziliyalı futbolçular heyətdə çoxluq təşkil edirdilər. Hazırda isə vəziyyət çox dəyişib və indi komandada beş niderlandlı çıxış edir. Bilmək maraqlı olardı, niderlandlıların braziliyalılardan fərqi nədir?
   
- Çoxları belə düşünür. Amma mən müqayisə etməyi xoşlamıram. Nə braziliya, nə də ki, niderlandlıları fərqləndirmək fikrində deyiləm. İndiki məqamda əgər futbolçu "Real"a gətirilirsə, deməli, burada çıxış etməyə layiqdir. Əsas olan da məhz budur. Söhbət heç də kimin haralı olmasından, hansı ölkəni təmsil etməsindən getmir. Buraya gələn bütün futbolçuların eyni məqsədi olur - "Real"ın uğurları üçün çalışmaq. Əslində yerlipərəstlik etməkdən də xoşum gəlmir. Kimin haralı olmasının fərqinə varmadan, yoldaşlarımın hamısı mənim üçün əzizdir. Ona görə tam məsuliyyətlə deyə bilərəm ki, "Real"ın bütün oyunçuları loyaldır və hamısı da bu komanda üçün əlindən gələni etməyə hazırdır. Heyətdə olan bütün futbolçular bir-birinə kömək edir. Çünki uğur bundan başlayır. Əgər kollektivdə mehribanlıq, səmimiyyət olsa, istənilən zirvəni fəth etmək mümkündür. Bir də ki, hər şey zamanın gedişindən asılıdır.
   - Robinyo kimi futbolçunun nə vaxtsa "Real"ı tərk edəcəyi ağlınıza gəlirdi?
   
- Əlbəttə. Çünki hər bir insanın şəxsi istəyi, azad seçimi var. Ona görə istənilən oyunçunun fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Ümid edirəm ki, Robinyo seçiminə görə peşman olmayacaq və "Çelsi"yə keçid ona uğur qazandıracaq. İstər insan, istərsə də futbolçu kimi Robinyonu çox bəyənirəm. Ona görə yaxşı münasibətlərimiz var. Etiraf edirəm ki, onun getməsi mənim üçün əsl sürpriz olldu. Doğrudur, komandadan getmək istədiyini bilirdim. Amma "Mançester Siti"yə keçidi ağlıma da gəlməzdi. Çünki hər şey bir anın içində həll olundu. Komandanın bütün üzvləri kimi, mən də Robinyonun qərarına hörmətlə yanaşıram. Bu, hər şeydən əlavə, bizim insani borcumuzdur.
   - Robinyo komandanı tərk etməsini belə izah edib - "Mən dünyanın ən yaxşı futbolçusu olmaq istəyirəm, amma "Real"da buna nail olmaq mümkün deyil". Onun fikrinə hansı münasibəti bildirmək istəyirsiniz?
   
- Az əvvəl dediyim kimi, müasir zamanda yaşayırıq və hamının azad seçim hüququ var. Bəlkə doğru deyir, bəlkə də əksinə. Hər halda bu, Robinyonun fikridir. "Mançester Siti" hazırda böyük layihələr üzərində işləyən klubdur. Bilirsiniz ki, yeni prezidentləri var və məqsəd böyüyüb. Bəlkə də Robinyo oraya getməklə, nə etdiyini əvvəldən planlaşdırıb. Çünki bunun düşünülməmiş addım olduğunu demək mümkün deyil.
   - Xəbirinz olub ki, Robinyo "Real" rəhbərliyi ilə görüşəndə komandadan icazə istəyib ki, onu buraxsınlar, hətta praktiki olaraq ağlayıb da...
   
- Bu çox müəmmalı məsələdir. Doğrusu, xəbərim yoxdur. Çünki belə məsələlərlə maraqlanmıram. Əgər mənə aid deyilsə, ona baş qoşmağa ehtiyac da yoxdur.
   - Multimilyonerlərin ingilis klublarını almasını necə qiymətləndirirsiniz?
   
- Burada qeyri-adi heç nə yoxdur. Çünki müasir futbol bunu tələb edir. Ona görə hesab edirəm ki, tamailə doğru seçimdir.
   - Yaxşı, tutaq ki, hansısa klubu alan biznesmen sizi komandasına dəvət edir. Onun təklifini qəbul edərsiniz?
   
- Onsuz da bu suallar son zamanlar mənə tez-tez verilir. Dəfələrlə demişəm, indi də təkrar edirəm - "Real"dan ayrılmaq fikrim yoxdur. Burada qalmaq əv yeni-yeni nailiyyətlərə qovuşmaq istəyirəm. Onsuz da digər klubların nə fikirləşdiyi mənim üçün maraqlı deyil. Çünki məni maraqlandıran ancaq "Real"dır.
   - Millidəki karyeranızı erkən başa vurdunuz. Sizcə, doğru seçim etdiniz?
   
- Bu qərar mənim üçün çox əhəmiyyətli idi. Fikrimcə, doğru olan qərarı vermişəm. Ona görə əlavə şeylərə vaxt ayırmamışam. İndiki məqamda istədiyim ancaq əvvəlki formamı bərpam etmək və uğur qazanmaqdır.
   - "Real" gəldiyiniz artıq üç ildən çoxdur. Bu müddətdə həm milli komanda, həm də "Real" üçün əlinizdən gələni etmiçsiniz. Ayrı-ayrı cəbhələrdə eyni qüvvəni saxlamaq çətin deyil?
   
- Bilirsiniz, harada olmasına baxmayaraq, futbol dəyişməz olaraq qalır. Onsuz da son on ildə yığmanın heyətində çıxış etdiyim kimi, klubda da oynayıram. Mənim üçün heç bir fərqi yoxdur. Əlbəttə, ölkənin bir nömrəli komandasında oynamaq hamımızın borcudur. Bu, eyni zamanda qürur hissidir. Amma müəyyən yaş həddi var ki, onda artıq istəyinlə hərəkət etməli olursan. Mənə elə gəlir ki, yığmadakı çıxışlarımı başa vurmaqla nəyisə itirməyəcəyəm. Çünki geridə qalan bu 10 ildə milli komanda üçün bacardığımı etmişəm.
   - Yığma karyeranızı başa vurmağınıza kokret səbəb nə oldu?
   
- Elə hallar olur ki, onu ictimaiyyətə demək istəmirsən. Yəni, onlardan gizli deyil, sadəcə olaraq, şəxsi məsələni, ailə söhbətlərini gündəmə çıxarmaqdan xoşum gəlmir.
   
Elvin ƏHƏD