10/09/2010 N 109(696)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Milli
Gündəm
Proses
Qol+
Klub
İdman
Məşqçi
V.İ.P.
DÇ-2010
DÇ-2010
DÇ-2010
Persona
Baxış
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Təhlükədə olsaq da..."
Cari mövsüm iddialı görünən Bundesliqa təmsilçilərindən biri də Leverkuzen "Bayer"idir. Doğrudur, qazandıqları nəticələr elə də qənaətbəxş sayılmır. Baxmayaraq ki, hələ mövsümün əvvəlləridir. Qabaqda çox dəyişikliyin olacağı da istisna edilmir. Skibbenin gedişindən sonra komandanın oyununda qeyri-sabitlik dövrü yaşanılır ki, bu da heyətdə təşviş yaradan əsas məqamlardan biridir.
   O cümlədən də tunis əsilli müdafiəçi Kərim Haqui komandasının düşdüyü vəziyyətdən narahatdır. 24 yaşlı futbolçunun sözlərinə əsasən, klubu qarşıya ciddi məqsədlər qoyub. Lakin arxada qalan turlarda qazanılan nəticələr ümidverici sayılmamalıdır. Afrikalı "qonaq" gələcək oyunlarda prinsipial rəqiblərdən xal alacaqlarına da az inanmır. Bundan başqa, son beynəlxalq turnirlərdə millisinin iştirakından danışan futbolçu bu cəhətdən daha arxayın olduğunu, qazandığı nailiyyətlərə görə sevindiyini bildirib. 2010-cu il isə o və komandası üçün daha xoş gələcək vəd edir. Buna kimi seçmə mərhələni uğurla keçməlidirlər.
   - Bundesliqada ilk üç tur arxada qalıb. Yavaş-yavaş əsas mübarizənin iştirakçıları önə çıxırlar. Komandanızın cari çempionatda məqsədi dəyişməyib?
   
- Əvvəlcə sonuncu mövsümdə yaşadığımız uğursuzluğu və bundan yaranan ruh düşkünlüyünü arxada qoymalıyıq. Qarşımıza ciddi məqsədlər qoyulub. Çətin sınaqlar qarşısında olsaq da, bundan məharətlə çıxacağımıza əminəm. İndi "Bayer" bir neçə istiqamətdə mübarizə aparır. Ölkə çempionatı ilə yanaşı, UEFA kubokunda da iştirak edirk. Əsas vəzifə də UEFA kubokunu qazanmaqdır. Bundan əlavə, Almaniya çempionatında minimum medalçılar sırasına düşməyə iddialıyıq. Belə də komandamız Çempionlar Liqasında iştirak edə bilər. Bunu ötən mövsüm də reallaşdıra bidərdik. Sadəcə, oyunumuz alınmadı. İndi isə vəziyyəti lehimizə dəyişə bilərik.
   - Yenidən ötən mövsümə qayıtmaq istəyirəm. Komanda uzun müddət sabit oynasa da, son on matçda yeddi məğlubiyyət aldı. Bununla yanaşı, UEFA kubokundakı uğursuzluq yaddaşınızda acı xatirə ilə qaldı...
   
- Doğrudur. Hər şey qaydasında idi. Məqsədimizə hər oyunda daha da yaxınlaşırdıq. Münhendə "Alyans Arena"da "Bavariya" ilə oyuna qədər turnir cədvəlində ikinci pillədə dayanmışdıq. Həmin məğlubiyyət (2:1) komandanı uğursuzluq zolağına saldı. Ardıcıl bir sıra oyunlarda məyusedici nəticələr komandamızın özəyini sarsıtdı. Bu, azmış kimi UEFA kubokunda da biabırçı məğlubiyyət aldıq. Bir şeyi qeyd etmək istəyirəm. Həmin görüşdə "Zenit" qələbəyə daha çox layiq idi. Ən sonda da qalib məhz ruslar oldular.
   - İki mövsümdə iki məşqçi ilə işləmisiniz. Mixael Skibbenin gedişindən sonra Bruno Labbadia ilə işləmək çətin deyil?
   
- Xeyir! Onunla da çox gözəl anlaşırıq.
   - İki mütəxəssisin metodu arasında əsas fərq nədən ibarətdir?
   
- Heç birini fərqləndirmək istəmirəm. Sadəcə, bir neçə faktı nəzərinizə çatdıracam. Skibbenin dövründə komanda partlamağa hazır olan barıt kimi idi. Oyunumuz sürət və texnika üzərində köklənmişdi. Bu da istənilən rəqibə qarşı eyni səviyyədə, həmçinin daha amansız oynamağa şərait yaradırdı. Hərçənd son turlarda da nəticələr uğurlu alınmırdı. Skibbe baxımlı oyuna üstünlük verirdi. Bruno isə yalnız bir şey deyir: "Əsas sonda göstərdiyin nəticədir". Hər halda Bruno komandada yenidir. Özünü doğrultmaq üçün nəticə qazanmaq iddiasındadır. Bu yolda əl-ələ verib,
   məşqçimizə kömək etməliyik.
   - Milli ilə vəziyyət nə yerdədir?
   
- Komandamız 2010-un seçmə mərhələsinə hazırlığı davam etdirir. Necə olur-olsun, CAR-a vəsiqəni təmin etməliyik. İlkin nəticələr yığmanın təhlükəli zonada olduğunu göstərir. Doğma meydanda aldığımız məğlubiyyət işimizi mürəkkəbləşdirib. Qrupumuz da olduqca çətindir. Əsas mübarizə sona kimi davam edəcək. Qarşıdakı oyunlardan maksimum nəticə qazanmaqla mundiala vəsiqəni təmin edə bilərik.
   - Sonuncu çempionatda iştirak etsəniz də?..
   
- Bilirəm, iş təkcə yarışda iştirakla yekunlaşmır. İnanıram ki, DÇ-2010-da qazanacağımız nəticələr daha yaxşı olacaq.
   - Bu yaxınlarda millinin də baş məşqçi postunda dəyişiklik baş verdi. Əvəzləmə sizə nə vəd edir?
   
- Fransalı baş məşqçimiz Roqer Lemerin vaxtlarında Tunis yığması öz dəst-xətti ilə seçilirdi. Burada işlədiyi dörd ildə komandaya bir sıra uğurlu nəticə qazandırıb. Lakin son nəticələr federasiyanı razı salmadığı üçün onu komandadan göndərmək daha məqbul hesab olundu. Humberto Kelyo isə bizdən əvvəl Mərakeşdə və Portuqaliya çempionatında fəaliyyət göstərib. Onun komandamıza portuqaliya üslubunu gətirmək istəməsi bir qədər çətinlik yarada bilər. Bununla belə, üstünlüyü də gizlətmək doğru olmazdı. Axı indi preneylilər Avropanın ən yaxşıları sırasındadır. Buna isə sürətli oyunla nail olublar.
   - 2003-cü ildən bəri millinin şərəfini qoruyursunuz. Yadda qalan xatirəniz nə ilə bğlıdır?
   
- 2004-cü ildə Afrika kubokunun yarımfinalında Nigeriyaya qarşı oyun (1:1, 5:3). Bundan başqa, 2006-cı ildə Almaniyada təşkil onunan dünya çempionatında iştirakımız. Amma gələcəklə bağlı daha ciddi planlarım var. İstəyirəm, CAR-da daha uğurlu nəticə ilə vətənə qayıdaq. Buna qədər isə qrupdakı oyunlarımız barədə düşünməliyik.
   - Avropa klubunda forma geyinirsiniz. Bu, yığmadakı oyununuza mənfi təsir etmir?
   
- Əksinə. Bir qədər də təcrübəmi artırır. Belədə yığmaya daha çox kömək edə bilirəm.
   
Şahin
 
Cənubi Amerika zonası
Çili - Braziliya 0:3
   Qol: Luis Fabiano, 21, 83, Robinyo, 45.
   Çili: Bravo, Droqe (Valdivia, 40), Karmona, Sançes, Vidal (Serseda), Suazo, Qonsales (Busehor, 46), Estrada, Fernandes, Medel, Xara.
   Braziliya: Æulio Sezar, Maykon, Lusio, Luizao, Æoze, Kleber, Dieqo (Elano, 78), Æilberto, Luis Fabiano (Æo, 87), Ronaldinyo (Æuan, 53), Robinyo.
   Sarı vərəqə: Estrada, 35, Busehor, 52, Sançes, 79, Karmona, 82 - Kleber, 20, Dieqo, 32, Luis Fabiano, 52, Luizao, 60, Æilberto, 72.
   Qırmızı vərəqə: Valdivia, 62 - Kleber, 47.
   Peru - Venesuela 1:0
   Qol: Alva Nyesen, 31.
   Peru: Butron, Rodriges, Zambrano, Varqas, Solano (Kuinteros, 62), Torres, Çaves, Prado, De La Aza, Fano (Renqifo, 80), Alva Nyesen.
   Venesuela: Veqa, Çakon, Rey, Ernandes, Mea (Vielma, 72), Boada, C.Maldonado, Rinkon, Varqas (Querra, 66), Rohas (Moreno, 55), Aranqo.
   Sarı vərəqə: Rodriges, 31 - Mea, 31, Rinkon, 39.
   Kolumbiya - Uruqvay 0:1
   Qol: Equren, 15.
   Kolumbiya: Aqustin, Moskera, Veles, Varqas (Torres, 46), Quarin, Qarsiya (D.Moreno, 59), Ernandes (M.Moreno, 63), Rodalyeqa, Perea, Sançes, Suniqa.
   Uruqvay: Kastilyo, Luqano, Qodin, Fukile, Qarqano, Rodriges, Silva (Qonsales, 80), Suares (Sançes, 67), Forlan, Pereyra, Equren (Skotti, 6).
   Sarı vərəqə: Fukile, 26 Kastilyo, 75.
   Argentina - Paraqvay 1:1
   Qol: Aquero, 64 - Haynse, 13-öz qap.
   Argentina: Abondansyeri (Karrizo, 15), Zanetti, Haynse (Diaz, 65), Koloççini, Demikelis, Rikelme, Kambyasso, Maskerano, Di Mariya (Aquero, 46), Messi, Teves.
   Paraqvay: Vilyar, Kaseres, Veron, Da Silva, Rodriges (Torres, 46), Santana, Riveros, Baretto, Vera, Roke Santa Kruz, Valdes.
   Sarı vərəqə: Teves, 17, Maskerano, 62 - Kaseres, 10, Baretto, 36, Santana, 53, Torres, 76.
   Qırmızı vərəqə: Teves, 31.
   Ekvador - Boliviya 3:1
   Qol: Kaysedo, 21, Mendes, 51-pen, Benites, 72 - Botero, 41.
   Ekvador: Kevallos, Urtado, Bolanos (Urrutia, 75), Mendez, Kaysedo (Palasios, 76), Benitez, Kastilyo, Yaovi, Gerron, Espinoza, Risko (De Xesus, 28).
   Boliviya: Arias, Hoyos, İ.Qarsiya, Rivero, Qomes, R.Qarsiya, Botero (Martins, 64), Vaka (Sousedo, 89), Eskobar (Pena, 67), Robles, Raldes.
   Sarı vərəqə: Kaysedo, 22, Kastilyo, 31, Yaovi, 45 - Qomes, 6.
   Qırmızı vərəqə: Qomes, 18.
   Paraqvay 7 4 2 1 14-6 14
   Argentina 7 3 3 1 10-4 12
   Uruqvay 7 3 2 2 16-6 11
   Kolumbiya 7 2 4 1 4-3 10
   Çili 6 3 1 2 9-9 10
   Braziliya 6 2 3 1 8-4 9
   Ekvador 7 2 2 3 10-14 8
   Venesuela 7 2 1 4 9-11 7
   Peru 7 1 3 3 4-15 6
   Boliviya 7 1 1 5 8-20 4
   Asiya zonası
   Qrup 1
   Qətər, Yaponiya, Avstraliya, Bəhreyn, Özbəkistan
   Bəhreyn - Yaponiya 2:3
   Qətər - Özbəkistan 3:0
   Qrup 2
   Koreya XDR, İran, S.Ərəbistanı, Koreya, BƏƏ
   BƏƏ - Şimali Koreya 1:2
   Səudiyyə Ərəbistanı - İran 1:1
   Okeaniya
   Fici - Vanuatu 2:0
   Yeni Kaledoniya - Yeni Zelandiya 1:3
   Yeni-Zelandiya 4 4 0 0 11-3 12
   Yeni-Kaledoniya 5 2 2 1 12-7 8
   Fici 4 1 1 2 5-9 4
   Vanuatu 5 0 1 4 3-12 1
   CONCACAF
   Qrup 1
   Trinidad və Tobaqo - Qvatemala 1:1
   Kuba - ABŞ 0:1
   ABŞ 2 2 0 0 2-0 6
   Trin.Tobaqo 2 1 1 0 4-2 4
   Qvatemala 2 0 1 1 1-2 1
   Kuba 2 0 0 2 1-4 0
   Qrup 2
   Meksika - Yamayka 3:0
   Kanada - Honduras 1:2
   Meksika 2 2 0 0 5-1 6
   Honduras 2 1 0 1 3-3 3
   Yamayka 2 0 1 1 1-4 1
   Kanada 2 0 1 1 2-3 1
   Qrup 3
   El Salvador - Haiti 5:0
   Kosta Rika - Surinam 7:0
   Kosta-Rika 2 2 0 0 8-0 6
   El-Salvador 2 1 0 1 5-1 3
   Haiti 2 0 1 1 2-7 1
   Surinam 2 0 1 1 2-9 1
   Afrika zonası
   
   Qrup 1
   Mavrikiy - Tanzaniya 1:4
   Kapo-Verde - Kamerun 1:2
   Kamerun 5 4 1 0 9-2 13
   Kapo-Verde 5 3 0 2 6-5 9
   Tanzaniya 5 1 2 2 6-5 5
   Mavrikiy 5 0 1 4 3-12 1
   Qrup 2
   Keniya - Namibiya 1:0
   Zimbabve - Qvineya 0:0
   Keniya 5 3 1 1 6-2 10
   Qvineya 5 2 2 1 6-3 8
   Zimbabve 5 1 3 1 2-2 6
   Namibiya 5 1 0 4 3-10 3
   Qrup 3
   Benin - Anqola 3:2
   Niger - Uqanda 3:1
   Benin 5 4 0 1 11-6 12
   Anqola 5 2 1 2 8-7 7
   Uqanda 5 2 1 2 6-8 7
   Niger 5 1 0 4 4-8 3
   Qrup 4
   CAR - Nigeriya 0:1
   Syerra-Leone - Ekvatorial Qvinea 2:1
   Nigeriya 5 5 0 0 7-0 15
   Syerra-Leone 5 2 1 2 3-4 7
   CAR 5 1 1 3 4-5 4
   Ekvatorial-Qvineya 5 1 0 4 4-9 3
   Qrup 5
   Liviya - Qana 1:0
   Lesoto - Qabon 0:3
   Liviya 5 4 0 1 7-3 12
   Qabon 5 3 0 2 7-3 9
   Qana 5 3 0 2 8-5 9
   Lesoto 5 0 0 5 2-13 0
   Qrup 6
   Əlcəzair - Seneqal 3:2
   Qambiya - Liberiya 3:0
   Əlcəzair 5 3 0 2 7-4 9
   Qambiya 5 2 2 1 5-2 8
   Seneqal 5 2 2 1 8-6 8
   Liberiya 5 0 2 6 4-12 2
   Qrup 7
   Madaqaskar - Botsvana 1:0
   Mozambik - Kot-d"İvuar 1:1
   Kot-d"İvuar 5 2 3 0 7-2 9
   Madaqaskar 5 1 3 1 2-4 6
   Mozambik 5 1 2 2 6-5 5
   Botsvana 5 1 2 2 3-7 5
   Qrup 8
   Mavritaniya - Ruanda 0:1
   Ruanda 5 4 0 1 9-4 12
   Mərakeş 4 3 0 1 10-4 9
   Efiopiya 4 2 0 2 8-6 6
   Mavritaniya 5 0 0 5 2-15 0
   Qrup 9
   Seyşellər - Burundi 1:2
   Burkina Faso - Tunis 0:0
   Burkina-Faso 5 4 1 0 11-4 13
   Tunis 5 3 1 1 6-3 10
   Burundi 5 2 0 3 4-6 6
   Seyşellər 5 0 0 5 4-12 0
   Qrup 10
   Sudan - Çad 1:2
   Konqo - Mali 1:0
   Mali 5 3 0 2 11-7 9
   Konqo 5 3 0 2 7-6 9
   Çad 4 2 0 2 5-6 6
   Sudan 4 1 0 3 4-8 3
   Qrup 12
   Cibuti - Malavi 0:3
   Konqo DR - Misir 0:1
   Misir 5 4 0 1 9-2 12
   Konqo-DR 5 3 0 2 13-4 9
   Malavi 5 3 0 2 12-4 9
   Cibuti 5 0 0 5 2-26 0
   Gənclərin Avropa Çempionatı
   Şotlandiya - Sloveniya 3:1
   Rusiya - Gürcüstan 4:0
   Bolqarıstan - İrlandiya 2:0
   Finlandiya - Danimarka 2:1
   Qazaxıstan - İspaniya 1:2
   Slovakiya - Belçika 1:1
   Fransa - Malta 5:0
   Xorvatiya - Albaniya 4:0
   Lüksemburq - İsrail 0:5
   Niderland - Norveç 1:1
   Almaniya - Şimali İrlandiya 3:0
   Avstriya - İslandiya 1:0
   San Marino - Latviya 0:1
   İngiltərə - Portuqaliya 2:0
   İtaliya - Yunanıstan 1:1
   Azərbaycan - Farerlər 2:2
   Bosniya və Herseqovina - Rumıniya 1:1
   Türkiyə - Çexiya 2:0
   Serbiya - Macarıstan 8:0