
Dünya çempionatının seçmə mərhələsinin start oyununda İngiltərə səfərdə Andoranı 2:0 hesabı ilə məğlub etməyi bacardı. İngilislərin çətin qələbəsi Andora yığmasının baş məşqçisi David Rodriqonu sərt çıxışlar etməyə vadar edib. O, həmkarı Fabio Kapellonun işinə mənfi qiymət verməklə, italiyalını tənqid edib:ə"Kapellonun işi elə də görünmürdü. İngiltərə yığması zəif və heyəti o qədər tanınmayan Andoraya güclə qalib gəlib. Əgər İngiltərə yığmasının baş məşqçisi mən olsaydım, Andoranı 2:0 yox, daha böyük hesabla məğlub edərdim. Belə görünür ki, İngiltərə Kapellonun beyni ilə deyil, futbolçuların hesabına nəticə qazanıb. Belə getsə, İngiltərə qarşıdakı oyunda Xorvatiyaya məğlub olacaq". Ötən il ingilisləri Avropa çempionatından məhz xorvatlar məhrum etmişdilər.