10/09/2010 N 109(696)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Milli
Gündəm
Proses
Qol+
Klub
İdman
Məşqçi
V.İ.P.
DÇ-2010
DÇ-2010
DÇ-2010
Persona
Baxış
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Petrjela: "Azərbaycan futbolu yerində sayır"
Tağızadə cərrahiyyə əməliyyatı olunacaq
Yeni baş məşqçisinə - Hans-Yürgen Gedeyə qovuşan "Neftçi" saat 18:50-də Türkiyəyə yola düşüb. Komanda Ankara şəhəri yaxınlığındakı Qızılcahamam qəsəbəsində 10 günlük təlim-məşq toplanışında olacaq. Bakılılar gündə iki dəfə olmaqla məşq keçir. Alman çalışdırıcı "Patalya" otelinin meydançasında baş tutan hazırlıq prosesində futbolçuların dözümlülüyünü və fiziki hazırlığını yoxlamaq üçün topsuz məşqə üstünlük verib.
   Milli komandaya çağırılan futbolçularla yanaşı, zədəli Zaur Tağızadə də burda iştirak etməyib. Komandanın kapitanı həkim müayinəsindən keçməkdən ötrü bu gün İstanbula yollanıb. Ondan fərqli çiynindəki əvvəlki zədəsini yüngülcə təzələyən Svetoslav Stefanov komanda ilə tam planla məşq edir. Ayın 10-u və 15-də iki yoxlama görüşü təşkil olunacaq ki, ilk rəqib İranın birinci divizion təmsilçisi "Maşinsazi"dir. Flaqman daha sonra Superliqa iştirakçısı - "Gənclərbirliyi" və ya "Ankaragücü"nü sınağa çəkəcək. Azərbaycanın 17 yaşınadək yığması sentyabrın 18-dən 28-dək Polşada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. "Neftçi"nin yeniyetmələrdən ibarət komandasından 6 futbolçu U-17-yə dəvət olunub. Araz Abdullayev, Mirhüseyn Seyidov, Ruslan Tağızadə, Azər Məmmədov, Murad Qəmbərov və Emin Mehdiyev milliyə çağırılıb. "Neftçi" 1993, 1994, 1997, 1998, 1999 və 2000-ci il təvəllüdlü yeniyetmələr arasında seçim edir. Seçim Azadlıq prospekti 128 ("Neftçi"nin keçmiş bazası) ünvanında keçirilir.
   Zoran Vuliçlə yollarını ayıran "Luç-Energiya" Anatoli Demyanenko ilə maraqlanmır. Bu barədə Rusiya klubunun rəsmi saytında məlumat verilib. Yaxınlarda "Neftçi"dən ayrılan ukraynalı baş məşqçinin karyerasını Rusiya Premyerliqasında davam etdirməsi hələ ki real deyil. Açıqlamada bildirilir ki, Demyanenko ilə indiyədək heç bir səviyyədə danışıqlar aparılmayıb və boş qalan posta başqa namizədlər axtarılır. Son vaxtlar qeyri-stabil çıxış edən komanda rəhbərliyi dolayısı ilə Demyanenkonun perspektivinə inanmadıqlarına işarə vurub. Komandanın keçmiş baş məşqçisi Vlastimil Petrjela da hələ özünə yeni klub tapmayıb: "Hləlik dincəlirəm. Bəzi şəxsi işlərim var, onları həll edirəm. Vaxtımın çoxunu ailəmin yanında keçirirəm. Oturub təklif gözləyirəm. Yeni mövsümdə komanda çalışdırmaq istərdim. Keçən dəfə Bakıdan Ramin Musayev zəng etmişdi. Peşəkar Futbol Liqasının prezidenti olmasını bilirəm. Demyanenko artıq "Neftçi"dən gedib. Onu Berti Foqtsun millidəki köməkçisi, alman Hans-Yurgen Gede əvəzləyib. Foqtsun onu tanıması pis hal deyil. Demək ki, yerli klublara məşqçiləri yığmanın baş məşqçisi təyin etdirir? Yoxsa onların fəaliyyətinə kömək göstərmək istəyir? Belə olmasına təəssüflənirəm. Mənə pis gəlir ki, Azərbaycan futbolu yerində sayır. Belə işləməklə bütün problemləri həll etmək olmaz. Klubların çoxlu legioner alması hələ qələbə qazanmaq demək deyil. Hər legioner inkişafa kömək eləmir. Hanı uşaq futbol məktəbləri? Yeni AFFA prezidentinin bir çox problemləri həll edəcəyini gözləyirdim, amma bu gün mən o inkişafı görmürəm. Keçmiş klubarımdan biri yeni baş məşqçi gətirir, digəri UEFA Superkubokunu qazanır. "Zenit"ə görə çox şad oldum. Piterlilər "Mançester Yunayted"lə gözlədiyim oyunu sərgilədilər. "Zenit" artıq Rusiya futbolunun tarixinə düşüb".
 
8 qorl vuruldu, udan "Şahdağ" oldu
Həftəsonu birinci divizionda növbəti mövsümün startı verilib. Altı qolun qeydə alındığı ilk turda bir komanda sevinib. Fuad İsmayılovu baş məşqçi postunda saxlayan Qusar "Şahdağ"ı evdə "Göyəzən"dən üstün olub. Ötən mövsüm Premyer Liqada çıxış edən ABN-nin aşağı dəstəyə dönüşü uğurlu olmayıb. Əsas heyətin bir çox futbolçuları ilə vidalaşan bərdəlilər, ilk dəfə turnirə qatılan "Qafqaz Universiteti"nin öhdəsindən gəlməyib - 1:1. Qapıda Toğrul Əhmədova güvənən ali təhsil ocağının komandası onun sayəsində debütünü korlamayıb. İddialılardan "ANŞAD-Petrol"un Mingəçevirdə "Energetik"lə 2:2 etməsi xüsusi vurğulanmalıdır. Quba "Spartak"ı da ilk turda zərbədən qaça bilməyib. Divizionun aşkar autsayderi sayılan "Ədliyyə"dən 1 xalı güclə qoparıblar.
   Yarış 4 dövrədən ibarət olacaq. Çempionatın başlamasıyla əlaqədar, "transfer pəncərəsi" bağlanıb. "Şəmkir" və "Kəpəz"ə sponsor tapılmadığından, turnirdən kənarda qalıb. "Gənclərbirliyi"nin prezidenti İlqar Nuriyev acığa düşdüyü üçün futbolu atıb. Premyer Liqadan imtina edən "Masallı" isə öncə birinci diviziona qatılmaq istəsə də, qeyri-müəyyən səbəbdən fikrindən daşınıb. Həvəskarlar Liqasının bəzi iştirakçıları da iddiasını geri götürüb. Reqlamentə görə, ilk pilləni tutan komanda birbaşa elitaya yüksələcək. İkinci yerin sahibi isə Premyer Liqada 11-ci sırada qərarlaşan kollektivlə 2 pley-off matçına çıxacaq.
   "Energetik" (Mingəçevir) - "ANŞAD-Petrol" (Neftçala) 2:2
   Hakimlər: Əfqan Həmzəyev, Vasif Məmmədov, Vüsal Qəmbərov, Ruslan Qurbanov.
   Hakim-inspektor: Vaqif Hüseynov.
   "Şahdağ" (Qusar) - "Göyəzən" (Qazax) 2:0
   Hakimlər: Hacıəli Ağayev, Tağı Məmmədov, Ruslan Babayev, Qəzənfər Abbasov.
   Hakim-inspektor: Qürbət Həsənov.
   "Ədliyyə" (Bakı) - "Spartak" (Quba) 0:0
   Hakimlər: Venera Muradova, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Anar Göyçayski.
   Hakim-inspektor: Şamil Useynov.
   "ABN-Bərdə" (Bərdə) - "Qafqaz Universiteti" (Bakı) 1:1
   Hakimlər: Elnur Muradov, Vaqif Ayvazov, Coşqun Həsənov, Müslüm Mövludov.
   Hakim-inspektor: Füzuli Qasımov.
 
Demetradze meydana çıxmadı
Türkiyədə təlim-məşq toplanışında olan "Bakı" ilk yoxlama oyununu keçirib. "Serene Davras" otelinin meydançasında "Antalyaspor"la qarşılaşan Qyoko Hacıyekvskinin komandası yalnız ilk 10-15 dəqiqədə Superliqa təmsilçisi ilə başabaş mübarizə aparıb. Sərt mübarizə şəraitində keçən görüşdə "Bakı"dan Ramazan Abbasov, meydan sahiblərindən Ertuğrul sarı vərəqə alıb. Superliqada 18 komanda arasında 16-cı pillədə qərarlaşan antalyalılar yoldaşlıq matçını 2:0 öz xeyirlərinə başa vurublar. Hər iki qolu Əli Zitouni vurub ki, 27 yaşlı tunisli hücumçu hər hissədə bir dəfə fərqlənib. Moldova yığmasına çağırılan Aleksey Savinov, millinin tərkibində Uelsə yollanan Fabio Luis Ramim və son transfer - Georgi Demetradze matçda iştirak etməyib. Ramim sabah yoldaşlarına qoşulacaq. "Bakı" daha bir yoxlama görüşü planlaşdırır.
 
"Qarabağ" Qaxda
"Qəbələ" ilə oyunun hazırlığını davam etdirən "Qarabağ" gündə 2 dəfə məşq edir. Sentyabrın 13-də, saat 17:30-da MOİK-lə yoxlama görüşü keçirəcək kollektiv, rəqibini
   Suraxanı qəsəbə stadionunda sınağa çəkəcək. Daha bir oyun planlaşdırılır. Komanda çalışmalarını Bakıda keçirsə də, tezliklə paytaxtdan ayrılacaq. Buna səbəb qarşılaşacaqları rəqibin təmsil etdiyi rayonun fərqli hava iqliminə malik olmasıdır ki, baş məşqçi Qurban Qurbanov yerli şəraitə uyğun yerdə təlim-məşq toplanışı keçirməyin lazım gəldiyini rəhbərliyə bildirib. Sentyabrın 14-də Qaxa yollanan ağdamlılar oyun gününə qədər burda qalacaq. Yalnız matç günü səhər Qəbələyə gediləcək. Bu arada "Qarabağ"ın rəsmi saytında yeni sorğu keçirilib. Mövsümlərarası fasilədə 5-i əcnəbi olmaqla, 9 transfer gerçəkləşdirən klub azarkeşlərin buna münasibətini öyrənib. Səsverməyə qatılanların 49,3 faizi yenilərin çıxışından razı qaldığını açıqlayıb. Narazıların sayı isə 13,2-ni keçmir. Suala cavab tapmağa çətinlik çəkənlər də azdır (2,53 faiz). Respodentlərin 12,6 faizi belə hesab edir ki, komandaları daha yaxşı futbolçular ala bilərdi. Mövsümün gedişində hər şeyin məlum olacağını proqnozlaşdıranlar 22,1 faizdir. Növbəti sorğu klubun çıxışıyla əlaqədardır. Çempionata uğursuz start verən "Qarabağ"ın yarışın sonunda hansı pilləni tutacağını müəyyənləşdirmək lazımdır.
 
Subaşiç məşqçisiz qaldı
Branimir Subaşiçin şərəfini qoruduğu "Srvena Zvezda" başsız qalıb. Serbiya təmsilçisinin rəhbərliyi Zdenek Zemanı istefaya göndərib. Buna komandanın UEFA Kubokunda mübarizəni erkən dayandırması və daxili birincilikdə zəif start götürməsi səbəb olub. Artıq "Srvena Zvezda"nın baş məşqçisi olmağa namizədlər də müəyyənləşib. Bunlar komandanın sabiq futbolçusu Vladimir Petroviç və George Hacidir. "Qalatasaray" klubunun heyətində UEFA Kubokunu və Superkubokunu qazanan rumıniyalı bir mövsüm İstanbul nəhənginə başçılıq edib.
 
Son oyun
Rremyer Liqada yaranan fasilə "Simurq" üçün sentyabrın 10-da başa çatacaq. Artıq çərşənbə günü komanda Zaqatalaya toplaşaraq, Olimpiya İdman Kompleksində bir araya gəlməli və "İnter"lə oyunun hazırlıqlarına başlamalıdır. Matç sentyabrın 21-də Qax şəhər stadionunda keçiriləcək. Şimallılar bundan sonra rəqiblərini doğma arenada qəbul edəcək. Bu tarixə qədər hər hansı yoxlama görüşü nəzərdə tutulmayıb.
 
Xristov Bakıda özünü Avropadakı kimi hiss edir
Qyoko Hacıyevski "Bakı"ya baş məşqçi təyin ediləndən sonra Çudomir Çakarovu Bolqarıstandan Bakıya gətirdi. Çudomir komandanın fiziki hazırlığına cavabdeh idi. Məlum səbəblərdən bu vəzifəyə Borçe Xristov gətirildi. Xristov Makedoniyada "Pro" kateqoriyalı azsaylı məşqçilərdən biridir.
   - Özünüzü burada necə hiss edirsiniz?
   
- Makedoniyadan kənarda işləməmişəm. İlk dəfədir ki, vətənimi uzunmüddətli tərk etməyə razılaşmışam. Bura gəldiyim ilk gündən özümə qarşı doğmalıq, isti münasibət gördüm. Azərbaycanlılar çox mehribandır. Özümü Avropanın mərkəzində hiss edirəm. Darıxmamaq üçün internet və peyklə Makedoniya kanallarını izləyirəm. Məncə, hər şey yaxşı olacaq.
   - "Bakı"da işləməyə necə razılaşdınız?
   
- Həmvətənim və dostum Hacıyevskinin Azərbaycanda çalışması, bura barəsində Makedoniya mətbuatının tez-tez yazması məndə maraq yaratdı. Qyoko burda işləməyi mənə təklif edəndə, fikirləşdim ki, niyə razılaşmayım? O, Azərbaycanda futbolun inkişafı üçün ölkə rəhbərliyi səviyyəsində qayğının olduğunu bildirəndə, sevindim. Futbolun yeni inkişaf etdiyi belə bir yerdə olmaq, bu inkişaf üçün hansısa köməkliyim məni həvəsləndirir.
   - Makedoniyanın 17 yaşlılardan ibarət milli komandasını çalışdırırdınız?
   
- Bu komandaya ölkənin ən istedadlı gənclərini dəvət etmişdim. Onların hamısı Makedoniya çempionatında öz komandalarının əsas heyətində yer alırdılar. Təəssüf ki, seçmə mərhələdə yalnız bir qələbə qazandıq. Avstriyanı məğlub etdik. Qrupda birinci yeri də onlar tutdu.
   - Komandanın fiziki hazırlığı sizi qane edir?
   
- Biz komandanın çempionata hazırlığı üçün xüsusi proqram hazırlamışıq. Fiziki gücüylə rəqiblərindən üstün olan bir komanda formalaşdırmaq istəyirik. İnanıram ki, heyətimizdə olan futbolçularla bunu bacaracağıq.
   - Hansı futbolçuları yüksək fiziki hazırlıq səviyyəsinə görə digərlərindən fərqləndirərdiniz?
   
- Fiziki cəhətdən rəqabətə davam gətirən, 90 dəqiqə meydanda eyni səviyyədə oynaya bilən futbolçularımız çoxdur. Mövsümün gedişində siz bunu görəcəksiniz. Baş məşqçinin klubun konsepsiyasına uyğun olaraq, gənc futbolçuların yetişdirilməsinə xüsusi əhəmiyyət verdiyini görürsünüz. Bu tendensiya davam etdiriləcək. Gənclərə baxdım. İstedadlı olmalarına şübhəm yoxdur.
   - "Bakı" bu il çempion ola biləcək?
   
- Klub rəhbərliyinin yaratdığı sağlam mühit, komanda ruhu çox mühümdür. Futbolçularımızın potensial gücü də Azərbaycanda uğur qazanmağa inamımı artırıb. Hər şey yaxşı olacaq.
   Nizam
   Dosye:
   Doğum tarixi: 02.10.1970 Skopye
   Futbolçu karyerası: "Balkan", "Stokokomerc", FC "Zivila Naklo" (Sloveniya), "Rudar Velenje" (Sloveniya), "Cementarnica 55", "Madjari Solidarnost".
   Məşqçi karyerası: "Skopye", U-12 (məşqçi), "Cementarnica 55" (baş məşqçinin köməkçisi), "Vardar" (fitness məşqçisi), Makedoniya milli komandası (U-14, baş məşqçi), U-15 (baş məşqçinin köməkçisi), "Cementarnica 55" (baş məşqçi), "Vardar" (15 yaşlılar, baş məşqçi), Makedoniya milli komandası (U-17, baş məşqçi), "Shkendiya" (baş məşqçi), Makedoniya futbol federasiyasının tədris mərkəzinin instruktoru.