10/09/2010 N 109(696)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Milli
Gündəm
Proses
Qol+
Klub
İdman
Məşqçi
V.İ.P.
DÇ-2010
DÇ-2010
DÇ-2010
Persona
Baxış
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Olimpiyaçıların uğur estafeti paralimpiyaçılarda
İlk iki gündə 2 bürünc medal
Qızmar avqustun 17 günü ərzində bütün dünya idmansevərlərinin qəlbinə yol tapan Pekin həyəcanı yenidən bərpa oldu. Bu dəfə planetin fiziki qüsurlu idmançıları XIII Yay Paralimpiya Oyunlarının medalları uğrunda mübarizəyə qalxıblar. Ölkəmiz bu oyunlara özü üçün rekord sayda idmaçı - 18 nəfərlə qatılıb.
   İdmançılarımızın Pekin həyəcanı elə sentyabtrın 2-dən - Çin paytaxtına düşdükləri gündən başlandı. Bir günlük istirahətdən sonra paralimpiyaçılarımız yüksək əhval-ruhiyyədə onları Pekin uğurlarına aparan məşqlərin son mərhələsinə başladılar. Özü də məşqlər adaptasiya məqsədilə hər növ üzrə yarışların vaxtına uyğun olaraq aparılıb.
   Sentyabrın 5-də Pekində Azərbaycan bayrağının qaldırılma mərasimi olub. Tədbirdə paralimpiyaçılarımızla yanaşı ölkəmizin Çindəki səfiri Yaşar Əliyev, "Neftçi" İSM-nin direktoru Sadıq Sadıqov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Aydın Məmmədov və Azərbaycan Korlar Cəmiyyətinin sədri Semyar Abdullayev də iştirak ediblər. Mərasimdə Paralimpiya Oyunlarında Azərbaycan missiyasının rəhbəri Şaiq Həmidov çıxış edib. Olimpiya Oyunlarının 1 ay öncəki ecazkar tamaşasından heç də geri qalmayan əzəmətli şou sentyabrın 6-da Pekin vaxtı ilə saat 20:00-da XIII Yay Paralimpiya Oyunlarının yolunu açıb. Ertəsi isə idmançılar yarış meydanlarına çıxıblar. Ötən ay Olimpiya çempionumuz Elnur Məmmədlinin səyləri ilə Azərbaycan himninin səslənməsinin şahidi olan idman arenası bu dəfə əlil cüdoçularımızın uğur meydanına çevrilib. Elə ilk gündən himnimiz səslənməsə də, bayrağımız yüksəlib. Sentyabrın 7-də 60 kq çəki dərəcəsində yarışan dünya çempionu Ramin İbrahimov gərgin döyüş gününün sonunda fəxri kürsünün 3-cü pilləsinə qalxaraq komandamıza ilk medalı qazandırıb. İdmançımız ukraynalı İqor Zayadkoviç və rusiyalı Səid Şahmanovu məğlub etsə də, 3-cü görüşündə əlcəzairli Malud Nouraya yenilərək, qızıl medal iddiasından əlini üzüb. Bürünc medal uğrunda görüşdə britaniyalı Ben Kuilterə 27 saniyəyə qalib gələn Ramin adını mükafatçılar sırasında yazdırıb. Həmin gün 66-kq çəki dərəcəsində daha bir cüdoçumuz - İlkin Alışov yarışıb. İlkin ilk görüşdə braziliyalı Eduarco Amaralu yolundan kənarlaşdırsa da, 2-ci görüşdə əlcəzairli Sidali Lamrinin müqavimətini qıra bilməyib. Ümidini bürüncə saxlayan cüdoçumuz təsəlliverici görüşdə ukraynalı Sergey Karpenyuka yenilməklə bu şansı da əldən verib və yekunda 7-ci olub.
   Sentyabrın 8-də növbəti medal atletika yarışlarında gəldi. Üçtəkanla tullanmada 5 cəhdinin ilkində 14,65 metr nəticə göstərən idmançımız - 2006-cı il dünya ikincisi Vladimir Zayets bununla medallar uğrunda mübarizə aparmaq iqtidarında olduğunu göstərdi. Növbəti iki cəhddə nəticəsini xeyli yaxşılaşdıran atletimiz əvvəlcə 14,93, sonra isə 15 metrə tullandı. Son iki cəhddə daha aşağı nəticə göstərən Zayets, yekunda ən yaxşı göstəricisi - 15 metrlə bürünc medala sahib çıxdı. Onu qızıl medalın sahibi, 15,37 metr nəticə ilə dünya rekordu vuran cəudiyyəli Osama Alşanqiti və 15,24 metrə tullanan ukraynalı İvan Kitsenko qabaqladılar.
   Həmin gün qaçış cığırına çıxan atletimiz Elçin Muradov 7-ci seçmə qrupda 4 nəfər arasında ən yaxşı nəticə göstərərək (1,35 san.), bu kvartetdən yarımfinala yeganə vəsiqəni qazandı. 19 yaşını ilk paralimpiya sınağından düz bir həftə öncə qeyd etmiş idmançımız yarımfinal mübarizəsinə bu gün çıxacaq.
   Güllə atıcımız, Sidney və Afinadan medalla dönmüş Yelena Taranova, Pekində ilk sınağından əliboş çıxdı. 10 metrə məsafəyə yarışda Yelena seçmə mərhələni 364 xalla 8-cü pillədə başa vurdu. Atıcımız finalda 2-ci nəticə göstərsə də (96,1 xal), bu ona medalçılar sırasına düşməyə imkan vermədi. Belə ki, güllə atıcılığında seçmə mərhələdəki nəticə ilə final göstəricisi cəmlənir və yekunda Taranova 460,1 xalla yalnız 6-cı oldu. İndi onu qarşıda daha iki məsafədə yarış gözləyir. 10 metr məsafədə yarışın qalibi adını isə 467,7 xalla çinli Hayyan Lin qazandı.
   Nəhayət, dünən iki medal şansı cüdoda gəldi. 73 kq çəki dərəcəsində yarışa Avropa üçüncüsü Ramin Əliyev əvvəlcə yaponiyalı Takayuki Kimuranı ipponla üstələyərək, sonra çinli Æilin Xudan aldığı ippon məğlubiyyəti ilə təsəlliverici döyüşlər seriyasına keçdi aə almana uduzdu.
   81 kq çəkidə qitə üçüncüsü Natiq Novruzzadə ilk olaraq
   ispaniyalı Salvador Qonsales üzərində ippon qələbəsi qazandı. Lakin növbəti rəqib - argentinalı Xorxe Lensina eyni fəndlə Natiqin qızıl yolunu kəsdi. Bürünc iddiası ilə təsəlliverici döyüşlərə çıxan idmançımız ilk rəqibi - yaponiyalı Kenji Oqa önünə çıxmayıb ki, bu da xəstələnməsinə görədir.
 
Pekin Olimpiadasının maraqlı məqamları
Pekin Yay Olimpiya Oyunları tək idmançıların uğurları ilə deyil, maraqları hadisələrlə də yadda qalıb. Bu mötəbər turnirin ən diqqət çəkən məqamı aşağıdakılardır:
   1. "Dördilliy"in startından əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Æak Roqqe idmançılardan götürülən 4500 dopinq-testdən təxminən 40-nın müsbət nəticələnəcəyini proqnozlaşdırmışdı. Amma prezident təxminlərində yanıldı. Araşdırmalar istifadəsi qadağan olunmuş həblərdən cəmi 6 idmançı və 1 atın yararlandığını üzə çıxardı. Müqayisə üçün qeyd edək ki, Afina olimpiadasında 3500 dopinq-testdən 26-ı müsbət nəticələnmişdi.
   2. Olimpiadada 204 ölkədən 14268 idmançı və rəsmi şəxs iştirak edib. 350 idmançı isə özünə Çin mənşəli ad götürüb.
   3. Yarış başa çatsa da, olimpiya şəhərciyində tikilən obyektlər boş qalmayacaq. Belə ki, həmin obyektlər Pekin sakinlərinə satılacaq. Olimpiadadan əvvəl başlanan bu proses hələ bir müddət davam etdiriləcək. Olimpiya şəhərciyi Pekinin ən münasib guşələrindən birində yerləşdiyindən təşkilatçılar alıcılar baxımından problem yaşamayacaqlarına ümid edirlər.
   4. Dördilliyin ən böyük idman bayramında 36 dünya rekordu qeydə alınıb ki, bunlardan 25-ni üzgüçülər müəyyənləşdiriblər. Həmçinin atletikada 5, velosiped idmanında 2, ağırlıqqaldırmada isə 4 rekord qeydə alınıb.
   5. Olimpiadada ən çox tamaşaçı toplayan idman növü futboldur. Təşkilatçıların açıqlamalarına görə, kişi və qadınlar arasında yarışı stadionlardan 2 milyon 140 min azarkeş izləyib. Bu, yay olimpiya oyunları tarixində görünməmiş göstəricidir.
   6. Rusiyanın bədii gimnastika üzrə milli komandasının baş məşqçisi İrina Viner tarixə düşüb. Məsələ burasındadır ki, onun yetirmələri ardıcıl üçüncü olimpiadada fərdi və qrup halında ən güclü olublar.
   7. Turnirin ən gənc qadın idmançısı kamerunlu üzgüçü Antuanet Coys Quediya Muafo olub. Sərbəst üsulla 50 m məsafəyə yarışa qatılan idmançı oktyabrın 21-də 13 yaşı tamamlayacaq. Ən gənc kişi idmançı adına isə sentyabrın 11-də 14 yaşını qeyd edəcək Dueyn Benjamin Didon (Seyşel adaları) sahib çıxıb. Yaponiyalı qadın çapar Mieko Yaqi (58 yaş) isə yay olimpiya oyunlarının ən yaşlı iştirakçısı sayılıb.
   8. Olimpiadanın təntənəli açılış mərasimində dövlət bayraqları ən çox atletlərə etibar olunub - 61 nəfər. Onların ən yaxın izləyiciləri üzgüçülər (19), cüdoçular (17), ağırlıqqaldıranlar (12) və güləşçilər (10) olub.
   9. Pekin Olimpiadası tamaşaçı sayı baxımından rekord müəyyənləşdirib. "Nielsen" qrupunun hesablamalarına görə, bu nüfuzlu yarışı təxminən 4,5 milyard televiziya tamaşaçısı izləyib. Bu, dünya əhalisinin 2/3-i deməkdir. XXIX Yay Olimpiya Oyunları bu göstəricidə 2000-ci ildə Sidneydə (3,6 milyard) və 2004-cü ildə Afinada (3,9 milyard) keçirilmiş analoji yarışı üstələyib.
   10. Yay Olimpiya Oyunlarının rəsmi bağlanış mərasiminə 204 ölkə qatılıb. Maraqlıdır ki, ABŞ-ın dövlət bayrağını aparmaq SSRİ-də anadan olan gürcü əsilli oxatan Xatuna Loriqə həvalə olunub. 34 yaşlı idmançı karyerası ərzində üç ölkənin adından çıxış edib: 1992-ci ildə MDB-nin, 1996, 2000-ci illərdə Gürcüstanın, Pekində isə ABŞ-ın. Loriq üç il əvvəl ABŞ vətəndaşlığını qəbul edib. Amma o, Pekin Olimpiadasında fəxri kürsüyə yüksələ bilməyib.
   
 
Adsız xəbərlər
İranda 2-ci beynəlxalq Urmiya şahmat turniri keçirlib. Yekunda 5 şahmatçı 9 xal topladığı halda, qalib adını gürcüstanlı Merab Qaqunaşvili, 2-ci mükafatı isə azərbaycanlı Rəsul İbrahimov qazanıblar. Digər təmsilçilərimizdən 8,5 xalla Ülvi Bacarani 8-ci, Fərid Abbasov 9-cu, 8 xalla Bəhruz Rzayev 15-ci, Vüqar Rəsulov 17-ci, Nicat Ağayev 21-ci, Müşfiq Əsgərov 23-cü, 7,5 xalla Vüqar Bayramov 31-ci və Asif Həsənov 40-cı olbular.
   
   * * *
   Birləşmiş Ərəb Əmirliklərinin Zaed şəəhrində başa çatmış beynəlxalq şahmat turnirində Elmar Məhərrəmov 7 xalla 114 iştirakçı arasında 3-cü olub. Digər təmsilçimiz Sərxan Quliyev eyni göstərici ilə 6-cı yeri tutub. Qalib adını 7,5 xalla misirli Fuad Əl-Tahir qazanıb.
   
   * * *
   İspaniyanın Albasete şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirdə Loğman Quliyev 7 xalla 3-cü, Rəşad Babayev 6 xalla 7-ci yerləri tutublar. Qalib adını 7,5 xalla bolqar Yulian Radulski qazanıb.
   
   * * *
   Ukraynanın Nvoyavorovsk şəhərində keçirilmiş 64-xanalı damanın Braziliya versiyası üzrə yeniyetmələrin dünya çempionatında təmsilçimiz Aslan Aslanlı 19-yaşlılar arasında 9-cu yerə çıxıb. Qalib adını moldovalı Denis Dudko qazanıb.
 
3 xala iddialıların şahmat yarışı
Müasir dünya şahmatının ən mötəbər turnirlərindən biri - "Böyük dəbilqə" seriyasının 22-ci kateqoriyalı final mərhələsi öz yenilikləri ilə İspaniyanın Bilbao şəhərində startına çıxdı. Bu yarışda şahmat tarixində ilk dəfə olaraq 3-xallın sistem tətbiq olunur. Yəni, qalibə ənənəvi 2 xal deyil, 3 xal verilir. Heç-heçə edənlər isə hərəyə 1 xal alır. Bu sistem qələbəni daha da stimullaşdırır. Lakin hələ ki, bunu şahmatçımız Teymur Rəcəbovun timsalında görmürük. Burada da sülhpərvəlliyi ilə seçilən Teymur ardıcıl olaraq, bolqar Veselin Topalov, hindistanlı Vişvanatan Anand və ukraynalı Vasili İvançukla heç-heçə edib. 4-cü görüşündə norveçli Maqnus Karlsenə yenilən Rəcəbov növbəti oyununda ermənistanlı Levon Aronyanla hərəyə 1 xal götürməyə razılaşıb. Beləcə ilk dövrədən sonra 4 xallı şahmatçımız İvançuk və Anandla bərabər autsayderlər qrupunu təşkil edir. Ön sırada 9 xallı Topalov və 8 xallı Karlsen gedirlər. Aronyanın 6 xalı var. Bu həftə keçiriləcək 2-ci dövrə oyunları 450 minlik mükafat fondunun payçılarını müəyyənləşdirməlidir. Bu məbləğdən qalib 150 min dollar qazanacağı halda, son pillənin sahibi 30 min aparacaq.
 
Avroviziyada 5-ci
Avroviziya bir incəsənət yarışmasıdır. Ancaq builki rəqs Avroviziyasına ölkəmizin aparıcı idman rəqqasları Eldar Cəfərov və Anna Sajinanın qatılması bu müsabiqəni idman prizmasından da maraq dairəsinə salıb. Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş yarışda 14 ölkənin rəqqasları mübarizə aparıblar. Təmsilçilərimiz səhnəyə Milli "Odlar yurdu" rəqsi elementli pasodobl, rumba, fokstrot və tanqo rəqsləri ilə çıxıblar. Sonda iştirakçı ölkələrdən gələn SMS-lər Avroviziya-2008-in qaliblərini müəyyən edib. Uzun müddət 6-cı olan rəqqaslarımız sonda Polşa səsverməsindən gələn 1-ciliyin 12 xalı sayəsində danimarkalıları qabaqlayaraq, yekunda 106 xall 5-ci pilləyə yüksəliblər. Qalib adını polşalı Marçin Mroçek və Edita Herbuş cütlüyü qazanıb (154 xal). İlk üçlüyə həmçinin Rusiyadan Aleksandr Litvinenko/Tatyana Navka (121), və Ukraynadan Sergey Kostetski/Liliya Podkopayeva (119) cütlükləri daxil olublar. Rəqqaslarımızı qabaqlayan daha bir cütlük Litvadan Saulyus Skambinas və Karina Krısko (110) olub.
Hazırladı: Etibar