10/09/2010 N 109(696)
MÜST?Q?L ?DMAN Q?ZET?
Ana səhifə
Milli
Gündəm
Proses
Qol+
Klub
İdman
Məşqçi
V.İ.P.
DÇ-2010
DÇ-2010
DÇ-2010
Persona
Baxış
Ay-ulduz
Son Səhifə
ARX?V
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Bizi antifutbol oynamaqda suçlamasınlar"
Abdullayev Mandiçi nəyə görə qaytarıb?
Ötən mövsüm "Olimpik"in çempion olmasına nəsə çatmadı. Bu "nəsə"nin arxasında nə dayandığını Əsgər Abdullayev yaxşı bilir. Yeni mövsüm 4 turdur başlayıb. Pis gəlmirlər. İlk iki həftədə 2 xal toplayan "təyyarəçilər" son matçlarda qələbə qazanıblar. Çempionluq uğrunda mübarizə aparan komandanın baş məşqçisi götürülən sürətdən nə razıdır, nə narazı.
   Geridə qalan turları dəyərləndirən Əsgər bəy hesab edir ki, 8-dən artıq xal toplamaq olardı: "Bu il məqsədimiz birinci yeri tutmaqdır. Bir çox komandalar çempion olmaq istəsə də, biz bundan çəkinmirik. Keçən mövsüm çempionluğu son anda əldən verdik. Hazırkı təqvim lehimizə deyil. "İnter", "Qarabağ" və "Karvan"ın hədəfi ilk yeri tutmaqdırsa, "Bakılı" Premyer Liqaya yenicə vəsiqə qazanıb. Yəni, o da özünə görə iddialıdır. Birinci turda meydana buraxmağa oyunçu tapmırdım. Zədəlilərin çoxluğundan, gedib ikinci komandadan oyunçu gətirdim. "Qarabağ"la da heç nədən 2 xal itirdik. Əsasən ikinci hissədə 5-6 real qol vəziyyəti yaratdıq. Son saniyələrdə buraxdığımız qol da bir təsadüf idi. "Karvan"la oyunda düzgün taktika seçib, cinah hücumlarına üstünlk verdik. Tapşırmışdım ki, müdafiədə oturmayıb, oyunu hücumda keçirsinlər. Birinci hissədə dediyimi etdilər. İkinci hissədə "Karvan" hücuma başlayandan sonra oyunumuz dəyişdi. Halbuki mən geri çəkilməyi tapşırmamışdım. "Bakılı"nı udsaq da, bir çox futbolçulardan narazı qaldım. Sanki meydana gəzməyə çıxmışdılar. Keçənilki ilə indiki komandanı bir tərəziyə qoymayaq. Hərəsinin öz üstün və zəif cəhətləri var. Heç bir məşqçi deyə bilməz ki, komandasını çempionata 100 faiz hazırlayıb. Bizi daha antifutbol oynamaqda suçlamasınlar. Bu dəfə üstünlüyü texnikalı futbolçulara vermişik. Qələbə qazanmaq istəyən komanda eyni vaxtda həm hücuma keçməli, həm də müdafiə olunmağı bacarmalıdır. Hücum elə müdafiədən başlayır və qurtarır. Futbol kollektiv oyundur və burda bir nəfər heç nəyi həll eləmir. Ötən mövsüm bunu göstərdik. Həmişə demişəm, mənə meydanda döyüşən, psixoloji cəhətdən hazır futbolçular lazımdır. Bu yoxdursa, gərək çempionluqdan danışmayaq. 15 dəqiqəlik futbolçularla uzağa gedə bilmərik. Futbolçu vuruşmursa, gözü qələbə üçün yanmırsa, mənə lazım deyil. İndiki komanda 2 ay əvvəlkindən ən azı 30 faiz güclüdür. "Voyvodina" ilə yenə düşsəydik, mərhələni rahat keçərdik. UEFA Kuboku öncəsi komplektləşmə prosesi yaxşı getmədi. Futbolçuların hərəsi bir vaxtda gəldi, sistem pozuldu".
   Abdullayevin sözlərinə görə, çempionatda yaranmış fasilədən istifadə edib, xaricə yollanmayacaqlar. Üç gündür Bakıda təlim-məşq toplanışı keçən gümüş mükafatçı 2 yoxlama görüşündə qüvvəsini sınamaq niyyətindədir. Sentyabrın 10-da MOİK-lə oyun nəzərdə tutulubsa, digər sparrinq hələ müəyyənləşməyib: "Futbolçulardan 6-sı yığmaya gedib. Sergey Laşenkovu Moldovaya yola salmışıq. Zədəli olanlar var. Yalnız məşq etməklə keçinə bilmərik. Kamerundan bir hücumçu gətirmişik. Emmanuel Ayuk barədə qəti qərar verməliyik. Portuqaliyanın "Deportivo" klubundan gəlib. Yaxşı futbolçuya oxşayır. "Antalyaspor"dan Sedatı da gətirəcəkdik. Gəlməkdə yubandı, biz də transferindən vaz keçdik". Keçən il "Olimpik"dən yığmalara çağırılan olmamışdı. Ona görə də hamısı eyni fiziki hazırlıq proqramını keçmişdi. Mənə 1 ay vaxt verin, komandanı fiziki cəhətdən tam hazırlayım. Fasilə lap yerinə düşdü. Nə əyər-əskiklərimiz varsa, onları aradan qaldıracağıq".
   Baş məşqçi deməsə də, bizə məlumdur ki, son vaxtlar "Olimpik"də maliyyə krizi yaşanır. İki aydır maaşlar verilmir. Mövsümlərarası fasilədə boyundan yuxarı tullanan "təyyarəçilər" bəzi bahalı transferlər ediblər ki, nəticədə büdcədə pul qurtarıb". Ən son alınan Mahir Şükürovdur ki, o da 150 min dollara başa gəlib. "Xəzər-Lənkəran" müdafiəçiyə görə əvvəlcə 300 min dollar istəsə də, sonradan qiymətdə düşüb. O da AFFA-nın köməyi və Əsgər Abdullayevin Mübariz Mənsimov yanında nüfuzuna görə. "X-L"nın şefi 1 il əvvəl necə çempion olduqlarını yaddan çıxarmayıb. Bakı klubu Mahirə görə tələb olunan pulu hissə-hissə köçürəcək ki, bu da əlavə problemlərin qarşısını alır. Əsgər bəyi dinləyək: "Şükürov yaxşı futbolçudur. Bir neçə il öncə onu yığmaya mən gətirmişdim. Onda məni qınayırdılar ki, heç yerdə oynamayan futbolçunu yığmaya çağırırsan. Görürsüz ki, mən yanılmamışam. Mahir öz mövqeyində ən yaxşılardan biridir. Revaz Qetsadze də xoşuma gəlir. Cinahda sürətli və ağıllıdır. Güclü zərbələri və iti ötürmələri var. Gürcüstandan 1-2 nəfər də gətirəcəkdim. Bəzi məşqçilər görəndə ki, Əsgər Abdullayev bir divara mıx çalır, tez papaqlarını keçirirlər ora. Draqan Mandiçi geri qaytarmağımı mətbuat müxtəlif cür yozur. O, əsl peşəkardır. Dayaq yarımmüdafiəçisi mövqeyində Draqandan çox faydalana bilərik. Məşqlərdə can qoyur, özünü kənara çəkmir. Bir müddət məşq etməyib. Az sonra formaya düşəcək".
   Xorvatiyadan İvao Katuşiçi ölkəmizə dəvət edən "Olimpik" onunla 1 aylıq müqavilə bağlayıb. Balkanlı mütəxəssis futbolçuların fiziki hazırlığına cavabdehlik daşıyacaq. Deyilənə görə, Katuşiçi kluba Yovan Drobnyak məsləhət bilib. Ötən mövsüm bakılıların şərəfini qoruyan hücumçu Əsgər bəylə barışıb. Araları düzələndən sonra umu-küsü də unudulub. Abdullayev Drobnyakla münasibətlərini bərpa etdiyini təsdiqləsə də, xorvatiyalı çalışdırıcısının onun kanalıyla gəldiyini təkzib edir: "Xorvatiya klubları fiziki hazırlıq sarıdan həmişə güclü olub. Onlarla bir neçə dəfə oynamışam, bilirəm. Bizdə bir neçə məşqçi çalışır, İvaonu gətirməklə onların üstündən xətt çəkmirəm. Mənə Gəray Qarayev kimisi lazımıydı. "Bakı"da bir yerdə çalışmışıq, işinə bələdəm. Zəng vurdum ona, dedi ki, Türkiyədəyəm. Gələ bilmədi. Xorvatiyalı da tipik Qarayev stilində işləyir. Özü kənarda dayanıb futbolçulara göstəriş vermir, onlarla birgə qaçır, tapşırıqları necə yerinə yetirməyin lazım gəldiyini göstərir".
   Nduka "Neftçi"yə getməyib
   Yayda "Neftçi"dən mənə dəvət vardı, lakin "Olimpik"dən getmədim. Əsgər Abdullayevin rəhbərliyi altında oynamaq yaxşıdır. Mən bu komandaya lazım olduğumu sübut eləmişəm. Hələ potensialımı tam açmamışam. Yaxşı oyunlarımız qabaqdadır. Sonuncu turda "Bakılı"nı çətinlik çəkmədən udduq. Əsas qələbədir, fərq eləmir, 2:1, yoxsa 5:0. Çempionatın favoritləri çoxdur. "Xəzər-Lənkəran", "Neftçi", "İnter" və "Bakı" birinci yerə göz dikib. Bu marafonda biz də varıq. Mübarizə heç kim üçün asan keçməyəcək.
 
Azarkeş tribunası Salam, oxucu!
Bu guşə sənin üçün ayrılıb. İstədiyini yaza bilərsən, təki etik çərçivədən çıxmasın! Sual ver, bacardığımız qədər cavablandırmağa çalışaq. Biz sual verəndə sən öz fikrini de. Konkret mövzu qoyaq, yaxud heç bir məhdudiyyət olmasın, nə haqda istəyirsən yaz.
   Fikrini de! De ki, varlığın hiss olunsun! Dərdini de, qoy stadiona gəlməməyinin səbəbini klub rəsmiləri, jurnalistlər də bilsin. Qoy azarkeşə fərd kimi yanaşmağı öyrənsinlər!
   Mən illər əvvəl daha təcrübəsiz olanda belə guşəni sınaqdan keçirmişəm. Məncə, bəzi şeylər kökündən dəyişməlidi. Sırf futboldan yox, başqa mətləblərdən də danışa bilərik. Məsələn, sevgidən, hisslərdən, qadınlardan və kişilərdən, onların münasibətlərindən, ən nəhayət, futboldan.
   Maraqlandığın futbol adamının adını ver, biz onu sənin hüzuruna gətirək. Sualını ver, cavabını kəlbətinlə də olsa, dilindən çıxaraq. Mən futbolda sənin sözünü yerə sala biləcək oğlan tanımıram. Yaz, gəlsin, əziz oxucum, yaz!
   Sənin ixtiyarında xüsusi meyl ünvan da var. Görürsən, biz sənin dilində danışırıq, elektron ünvan yox, meyl yazırıq. Biz həmişə sənin sözünü demişik, indi də deyirik, gələcəkdə də bu ənənənin pozulmaması üçün qələmimiz və klaviaturamızdan gələni eləyəcəyik.
   fan_zone@mail.ru
   nailiyyet@mail.ru
   Bizler-1@mail.ru