
Qısamüddətli fasilədən sonra növbəti möhtəşəm futbol bayramına start verildi. 2010-cu ildə Cənubi Afrika Respublikasına gedən yolun başlanğıcı qoyuldu. Söhbət Avropa zonasından gedir. Bu yolda atılan ilk addım kiminə uğur, kimisinə isə kədər gətirdi. Seçmə qrup mərhələsinin açılış oyunları, təbii ki, bütün yığmalar üçün uğurla yekunlaşa bilməzdi. Hələ qeydə alınan sensasiyaları demirəm. Hansı ki, həmin nəticələr heç kimin ağlının ucundan belə yel olub keçmzədi.
Hər halda həmişəki kimi, bu dəfə də ənənəsinə sadiq qalan futbol sürprizlərini yaddan çıxarmadı. Qısaca olaraq, sonuncu Avropa çempionatının qrup mərhələsində İtaliya və Fransa kimi nəhənglərə göz verib, işıq verməyən Rumıniya yığmasının Buxarestdə səviyyəcə qat-qat aşağı olduğu Litva millisinə məğlub olması, özü də darmadağınla, bu, lap sensasiyanın kvadratıdır. Hələ Fransanı demirəm. Yeri gəlmişkən, 13-cü qitə çempionatının yarımfavoritlərindən olan İsveç yığmasının da Tirana səfərində Albaniya ilə qolsuz bərabərə qalması gözlənilməz oldu. Eyni sözləri sonuncu Avropa çempionu - İspaniya yığmasına da aid etmək olar. Doğrudur, Visente del Boskenin komandası çətinliklə olsa da, bosniyalılardan 3 xalı qopardı. Amma doğma publika önündə Bosniya və Herseqovina kimi zəif komanda ilə oyunda 1:0 hesablı qələbə heç də Del Boskeyə haqq qazandırmır.
Yarımsürpriz-gözlənilən nəticələr
Birinci qrupun ilk oyun günündə qeydə alınan iki nəticə azarkeşlər və futbol ictimaiyyəti üçün gözlənilməz oldu. Qrupun iddialılarından sayılan İsveç və Danimarkanın xal itirməsi doğrudan da, bir qədər sürpriz nəticə idi. Dünya çempionatının final mərhələsinə çıxmağa əsas favoritlərindən olan Portuqaliya yığması isə minimal şübhə yeri qoymadan zəif rəqibə yerini göstərdi.
Səfərə favorit qismində yollanan İsveç yığmasının Tiranadan qələbə ilə dönəcəyinə ümid bəsləməyən, demək olar ki, yox idi. Lakin meydan sahiblərinin güclü müqaviməti ilə rastlaşan Skandinaviya millisi yalnız bir xalla kifayətlənməli oldu. Bu azmış kimi, albanlar hələ üç xal da qazana bilərdilər. Yaradılan qol vəziyyətləri fonunda belə düşünmək olar ki, Albaniya yığması heç də zəif rəqib deyil. Amma istənilən halda səviyyə və təcrübə başqa məqamdır. Hər nəsə, isveçlilər Tiranadan sülhlə ayrıldılar.
Qədim tarixə malik Macarıstan futbolunun son dövrlərki inkişafı göz önündədir. Doğrudur, Macarıstan - Danimarka cütünün favoriti ikincilər hesab olunurdular. Lakin gözləmək olardı ki, Budapeştdə sensasiya qeydə alına bilər. Çünki macarların doğma publika qarşısında yaxşı çıxış etdiyindən xəbərdarıq. Ona görə də danimarkalıların səfərdən bir xalla dönməsi maksimum gözlənilməzlik adlandırılmamalıdır. Oyunda rəqiblə başabaş mübarizə aparması və bir neçə epizodda qələbə topunu vurmağa yaxınlaşması Macarıstan yığmasının asan "yem" olmamasının əyani göstəricisidir.
Maltada isə hər şey gözlənilən ssenari ilə hərəkət edib, məntiqi sonluğuna qovuşdu. Təbii, Portuqaliya yığmasının iştirakı ilə. Bu qrupun Cənubi Afrikaya yollana biləcək ideal yığması səfərdə oynamasına baxmayaraq, meydan sahiblərinə heç bir şans vermədilər. Həm də Pireney yığmasının yeni baş məşqçisi Karlos Keyruşun rəsmi matçda necə debüt edəcəyi səbirsizliklə gözlənilirdi. Malta futbolçularının darmadağının əsasını elə ev sahibəlri özləri qoydular. 24-cü dəqiqədə topu öz qapısına yollayan Səid Portuqaliyaya "töhvə"sini verdi. Buna baxmayaraq, növbəti qolu vurmaq üçün çox cəhd göstərən qonaqlar arzularına bir də fasilədən sonra - 61-ci dəqiqədə çatdılar. Yığmanın əsas üzvlərindən olan "Verder"li hücumçu Uqo Almeyda meydan sahiblərini ikinci dəfə mərkəzə dəvət etməklə, Keyruşun ümidlərini doğrultdu. Ümumiyyətlə, qonaqların istənilən oyunu sərgiləyə bilməyəcəyi təxmin edilirdi. Bu da komandanın aparıcı fiquru Kriştiano Ronaldonun yoxluğu ilə əlaqələndirilirdi. Amma nəticə bir də sübut etdi ki, nailiyyət və uğursuzluq heç də bir futbolçudan asılı deyil. Simao Sabrozanın 70-ci dəqiqədə fərqlənməsi də buna sübut oldu. Qarşılaşmada son nöqtəni isə "Mançester Yunayted"in digər üzvü Luiş Nani qoydu. Malta futbolçularını doğma publika qarşısında dörd cavabsız qolla üstələyən portuqaliyalılar ənənəvi iddiasını elə ilk oyundaca ortaya qoydular.
Hər şey olduğu kimi
Qrupda qərarlaşan komandalara nəzər yetirdikdə, konkret fikir bildirmək çətinlik yaratmır. Şübhə yoxdur ki, qrupun aşkar favoriti sonuncu qitə çempionatının fiaskoya uğrayan yığması - Yunanıstandır. Odur ki, Ellada təmsilçilərinin Lüksemburq səfərindən asan qələbə ilə qayıdacağı heç kimdə şübhə doğurmurdu. Bu qrupda Yunanıstanı çıxmaq şərtilə, əsasən eynigüclü yığmalar qərarlaşdığı üçün qeydə alına biləcək nəticə barədə nəsə demək problemdir. Ona görə zamanın gedişilə qüvvələr nisbətindəki fərqi və bərabərliyi də görəcəyik. İlk baxışdan adama elə gəlir ki, keçirilən oyunlarda qeydə alınan nəticələrin hamısı əvvəldən təxmin edilən fikirləri təsdiqlədi. Belə desək, hər şey olduğu kimi yekunlaşdı.
Kişinyovun mərkəzi arenasında Baltika təmsilçisi Latviyanı qəbul edən Moldova son dəqiqələrə qədər rəqibə inamlı müqavimət göstərsə də, məğulbiyyətdən qaça bilmədi. Doğrudur, qonaqlar qolları çətinlik çəkmədən vurdular. Elə matçın debütündəcə meydan sahiblərini mərkəzə dəvət edən Karlsons 8-ci dəqiqədə hesabı açmaqla, komandasının qələbə qazanmasına yaxşı şərait yaratdı. Hesabı bərabərləşdirməyə var gücü ilə çalışan moldovalılar bir az sonra növbəti dəfə cəzalandırıldılar. Bu dəfə adını tabloya yazdıran Astafyev oldu. Düzdür, meydan sahibləri asan təslim olmaq fikrində deyildilər. İki qol buraxmasına baxmayaraq, Moldova yığması sonadək mübarizə apararaq, buraxdığı qollardan birinin əvəzini çıxa bildi. Meydan sahiblərinin istəyi yalnız sona 12 dəqiqə qalmış bəhrəsini verdi. Alexyev hesab arasındakı fərqi azaltmağa nail olsa da, bu, moldovalılar üçün yalnız təsəlli idi.
Qrupun ən maraqlı oyunu İsraildə keçirildi. Sonuncu Avropa çempionatına ev sahibliyi edən İsveçrə yığması səfərə iddialı yollansa da, çətinliklə üzləşdi. Oyunun gedişində qeydə alınan nəticəyə əsasən belə demək olardı ki, qonaqlar asanlıqla qələbə qazanacaqlar. Çünki buna qədər isveçrəlilərin türk əsilli aparıcı hücumçusu Hakan Yakın və Nkufu meydan sahiblərini iki dəfə cəzalandırmışdı. Lakin sorakı dəqiqələrdə fəallaşan israillilər hər iki topun əvəzini çıxmaqla, bir xal qazandılar.
Üçüncü qrupda keçirilən hər iki görüşdə təxmin edilən nəticələr qeydə alındı. Düzdür, Varşavada Sloveniya millisini qəbul edən Polşanın şansları yüksək qiymətləndirilirdi. Bu, oyunun gedişində əksini tapsa da, nəticədə tərəflər bir xalla kifayətlənməli oldular.
Slovakiya yığması isə doğma publikanı sevindirdi. Şimali İrlandiyanı sınağa çəkən slovaklar 2:1 hesablı qələbə qazandılar.
Qrup 1
Portuqaliya, Albaniya, İsveç, Macarıstan, Danimarka, Malta
Macarıstan - Danimarka 0:0
Macarıstan: Baboş, Bodnar, Vançak, Yuhaş, Şelesi, Vadoj, Dardai, Gera, Haynal, Cucak (Torgelle, 46), Hüşti.
Danimarka: Andersen, Laursen, Agger, Kristofer Poulsen, Yakobsen, Kristian Poulsen, D.Yensen, Vinqard (Borrinq, 61), Tomasson (Retov, 68), Rommedal, Bendtner (Niqaard, 87).
Sarı vərəqə: Cucak, 10, Torgelle, 56, Gera, 64, Baboş, 75 - Laursen, 17, D.Yensen, 60, Kristian Poulsen, 75.
Albaniya - İsveç 0:0
Albaniya: Beqay, Kurri, Vangeli, Dallku, Kana, Bakay, Lala, Hika, Duro, Skela (Kapllani, 83), Salihi (Berişa, 76).
İsveç: İsaksson, Nilsson, Mellberq, Maystoroviç, Hansson, Vendt (Stoor, 77), Linderot (S.Larsson, 5), Andersson, Çellstrem (Holmen, 83), İbrahimoviç, X. Larsson.
Malta - Portuqaliya 0:4
Qol: Səid, 24-öz qap., Almeyda, 61, Simao, 71, Nani, 79.
Malta: Aber, Səid, Dimek, Briffa, Aqius (Fenneç, 80), Sammut, Peys, Bahada, Mifsud, Vuds (Mallia, 58), Skerri (Barbara, 70).
Portuqaliya: Kim, Bosinqva, Pepe, Karvalyo, Antuneş, Meyreleş, Karluş Martinş (Manişe, 63), Deku, Nani, Simao (Moutinyo, 75), Almeyda (Nunu Qomeş, 67).
Növbəti tur. 10 sentyabr
Portuqaliya - Danimarka
İsveç - Macarıstan
Albaniya - Malta
Qrup 2
Yunanıstan, Latviya, İsrail, İsveçrə, Moldova, Lüksemburq
İsrail - İsveçrə 2:2
Qol: Benayun, 73, Saar, 90 - Yakın, 45, Nkufo, 56.
İsrail: Avat, Kozokin, Ben Xaim, Strol, Ziv, Koen, Kayyal (Onayon, 62), Toama, Benayun, Qolan (Barda, 65), Kolautti (Ben Saar, 46).
İsveçrə: Benalyo, Lixtştayner, Qrihtinq, Curu, Manin, Berami (Şpixer, 87), Hüggel, İnler, Barnetta (Fonlanten, 71), Yakın (Abdi, 75), Nkufo.
Sarı vərəqə: Qolan, 16, Koen, 63 - Hüggel, 24.
Moldova - Latviya 1:2
Qol: Alekseyev, 76 - Karlson, 8, Astafyev, 22.
Moldova: Kalança, Epuryanu, Laşenkov, Qolovatenko, Rebeja, Korneyenkov, Andronik (Alekseyev, 61), Bordiyan, Suvorov (Sıqırlaş, 68), Frunze, Pikuşak.
Latviya: Vanin, Stepanov, Astafyev, Qorks, Layzans, Klyava, Kasanov (Zirnis, 90), Solonikin, Verpakovskis (Rubin, 75), Perepletkin (Mezeskis, 83), Karlson.
Sarı vərəqə: Laşenkov, 22, Qolovatenko, 90 - Klyava, 25, Layzans, 82.
Növbəti tur. 10 sentyabr
Latviya - Yunanıstan
Moldova - İsrail
İsveçrə - Lüksemburq
Qrup 3
Slovakiya, Polşa, Sloveniya, San Marino, Çexiya, Şimali İrlandiya
Slovakiya - Şimali İrlandiya 2:1
Qol: Şkrtel, 47, Hamşik, 70 - Düriça, 81-öz qap.
Slovakiya: Seneçki, Düriça, Şkrtel, Pekarik, Petraş, Karhan (Zabavnik, 74), Kozak, Hamşik, Sapara, Yakubko (Svento, 59), Vittek.
Şimali İrlandiya: Teylor, Beyrd (Şils, 78), Hyuz, Kreyqan, Makkartni, Evans, Devis, Gillespi (Fini, 53), Klingen, Paterson (Qrant, 66), Hili.
Sarı vərəqə: Hamşik, 3 - Gillespi, 34, Evans, 69.
Polşa - Sloveniya 1:1
Qol: Æevlakov, 17-pen. - Dediç, 35.
Polşa: Fabianski, Vasilevski, Bosaçki (Yop, 51), Æevlakov, Kovalçik, Muravskiç (Bandrovskiç, 46), Levandovskiç, Krjinovek, Gereyro, Blaşikovski, Pişek.
Sloveniya: Handanoviç, Breçko, Şuler, Sezar, İliç, Şişiç, Komaç, Koren, Kirm (Birsa, 72), Dediç, Novakoviç.
Sarı vərəqə: Kovalçik, 69 - Dediç, 11, Koren, 16, Komaç, 59.
Növbəti tur. 10 sentyabr
Ş.İrlandiya - Çexiya
Sloveniya - Slovakiya
San Marino - Polşa
Shekil - alban-isvec
Shekil - polsa-sloven-1