06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Everton" Araz Abdullayevi aldığını rəsmən açıqladı
"Everton" Araz Abdullayevin keçidini rəsmən təsdiqləyib. İngiltərə klubunun rəsmi saytında "Neftçi"nin 18 yaşlı yarımmüdafiəçisinin transferi barədə xəbər yer alıb. Azərbaycan futbolunun ulduzu kimi qələmə verilən Arazın "Everton"a mümkün keçidi razılaşdırılıb və bu, yüksək qiymətləndirilir: "Azərbaycan futbolunun 18 yaşlı yetirməsi vətənində, Bakının "Neftçi" klubunda oynayır. Bu yaxınlarda Liverpula gələn Abdullayev uğurla tibbi müayinədən keçib və müqavilənin şərtlərini razılaşdırıb. Bu isə Araza Böyük Britaniyada işçi vizasını alacağı halda, iki illik anlaşma imzalamağa imkan verir. Yarımmüdafiəçi olan Abdullayevin beynəlxalq miqyasda debütü cəmi 16 yaşında olub. Ancaq onun ən yadda qalan qolu 21 yaşlılardan ibarət yığmasının heyətində martda Şotlandiyaya səfər oyununda vurduğu qol olub. O, Azərbaycanda ən parlaq oyunçulardan sayılır. İlk peşəkar oyunu 2008-ci ilin oktyabrın 5-də olub. Bundan 6 gün sonra Azərbaycan milli komandasında debüt edib". Böyük Britaniyanın məşhur "Daily Mail" qəzeti də Abdullayevin "Everton"a mümkün keçidindən yazıb. Qəzet Abdullayevin yığmada 16 yaşında debüt etdiyini və 21 yaşlılardan ibarət millimizin heyətində Şotlandiyaya qol vurduğunu xatırladıb. Xəbərdə 18 yaşlı yarımmüdafiəçinin Rusiyanın "Rubin" klubunda və İtaliya A seriyası klublarında baxışda olduğu bildirilir. "Daily Mail" iddia edir ki, Abdullayevin "Everton"a keçidi üçün yalnız işçi vizasının alınması qalıb. Bununla yanaşı, "Evreton" ABŞ yığmasının hücumçusu Lendon Donovanla müqavilə bağlamaq niyyətindədir. Premyerliqa təmsilçisi gələn mövsüm səfər oyunlarında geyinəcəyi yeni formanı təqdim edib. Liverpullular keçən sezon rəqib meydanında qara rəngli formasında 14 çəhrayı rəngli nazik zolaq var idi. İndiki çəhrayı formada isə döş qəfəsi səviyyəsində tünd göy rəngdə eninə iki zolaq var.
   
 
Rəhmətlik istək
Azərbaycanda dəbdə olan çox şey var. Məsələn, yalan danışmaq, yekə-yekə cırmaq, başından yekə işlərə burun soxmaq, özünü əla-həzrət elan etmək və s. Maraqlıdı ki, bunların mütləq əksəriyyəti məhz futbol təsərrüfatımızda endemikdi. Bizim peşəkarlarımız da endemikdi, yəni yalnız bizdədi. And olsun Emin Babayevin müqəddəs "Standard"ına Fərid Quliyevə transfer vərəqi havayı verilib. "Standard"ı gah qurda, gah da quzuya həvalə edən, özünü Azərbaycan futbolunun ilhamverici qüvvəsi hesab edən Babayevin Fəridin keçidindən götürəcəyi 80 minə məncə, ehtiyacı yox idi. Elə bu səbəbdən də ölkə futboluna, millimizə kömək etmək üçün 80 minə ehtiyac duyulmadı. Bir daha qeyd edirəm, "Standard" adlanan nəmənə, əstəğfürullah, klub olduqca müqəddəsdi, safdı.
   "Olimpik-Şüvəlan" adlı komanda var. Haralıdı, nəçidi, hansı peşənin daşıyıcısıdı? Suallar cavabsızdı. Bilinən odu ki, prezidenti var, Vaqif Qasımov. Açıqlamalarından hiss olunur ki, ölkə futboluna iz salmaq istəyir. Həmişə düzünü danışmağa çalışan adama, sadəcə, başa salan yoxdu ki, əkin sahəsinə izi kotanla salsalar da, eyni şeyi futbolda etmək mümkünsüzdü. Futbol təsərrüfatını kotanın qabağına verib şumladanda dönüb olursan Fuad Musayev.
   "Olimpik-Şüvəlan" haqda çox söz-söhbətlər dolaşırdı, elə indi də dolaşır. Müasir söz-söhbətlərdən biri də Roman Qoqinaşvili ilə Afrikasayağı hesablaşmadı. Gözünə döndüyüm Qırğızıstanın OŞ vilayətinin, əstəğfürullah, Azərbaycanın OŞ komandasının rəsmiləri "Burda mənəm, Bağdadda Səddam Hüseynin məzarı" deyib, Qoqinaşviliyə fırladıblar. Qaqaşın şələ-şüləsini qoltuğuna veriblər ki, "fitillə burdan". Mən ölüm, müsibətdilər də! A kişi, dünya sənlikdi ki, ABŞ kimi lotuluq etmək istəyirsən? Lotuluq etmək istəyirsənsə, göstər Pentaqonunu, qaralaşmış Ağ Evini. Demirəm ki, Qoqinaşvili zor oğlandı. Dediyim odu ki, azca sivilizasiyalı olmaq lazımdı. Azərbaycandasansa özünü qarabalalar kimi aparmağa dəyməz. Ya Qoqinaşviliyə vaxtında xəbərdarlıq edərdiz ki, ay bala bizlik deyilsən, ya da... Qovun onu! Amma pulunu kəsərək qovmayın. Ona görə zırramalıq etmək lazım deyil ki, bir gün Azərbaycanı Avropa İnsan Haqqları Məhkəməsində biabır etməyəsiz. Ağıl lazımdı, 100 qr olsa, bəsdi.
   Qoqinaşvili söhbəti bununla yekunlaşmır. Eşıtdiyimə görə, 26 yaşlı gürcünün 2 aylıq məvacibinin üstündən qazlı su içiblər. Ona görə suyun qazlısını içiblər ki, tez həzm olunsun. Əhsən! Bax, belə xidmət etmək lazımdı Azərbaycan futboluna.
   "Neftçi" "Beşiktaş"ı ağ yuyub, qara sərib. Ona görə ki, "Beşiktaş"ın 11 futbolçusundan güclü, peşəkar vitse-prezidentə məxsusdu. Süleymanovun tapıb gətirdiyi futbolçuların əzəməti türkləri "zibilə salıb". Zibil demişkən, Cahangir Hacıyev "Şəfa" stadionunu və həndəvərini necə zibildən təmizləyibsə, başqa klub prezidentləri də təcili şəkildə analoji addımı atmalıdı. Qalan zibillər də Palma ağaclarının kölgəsinə axışacaqlar.
   P.S. Eşitdiyimə görə, "Standard" gələn ildən Bodrumu təmsil edəcək. Görəsən, Babayev nə üçün məhz Bordumu seçib?
   
RƏŞAD Fərhadoğlu Farhadbayli@yahoo.com
 
Rəhman "Bakı" ilə "Altay"ı qardaşlaşdırdı
"Bakı"nın hücumameylli yarımmüdafiəçisi Rəhman Hacıyev Türkiyənin birinci dəstə təmsilçisi "Altay"ın şərəfini qoruyacaq. Paytaxt təmsilçisinin vitse-prezidenti Zeynal Məmmədovla "Altay"ın prezidenti Ahmet Taşpınar arasında imzalanmış müqaviləyə əsasən, Hacıyev 3 il müddətinə bu kluba icarəyə verilib. Keçidin baş tutmasında "Bakı"nın sabiq baş məşqçisi Cüneyt Biçərin rolu var. Biçər hazırda "Altay"ın məşqçisi vəzifəsini tutur. "Bakı" və "Altay" qardaş klublar olub. Bununla bağlı iki klubun prezidentiləri - Hafiz Məmmədov və Ahmet Taşpınar arasında Bakıda keçirilən görüşdə razılıq əldə edilib. Türkiyə mətbuatı Rəhman Hacıyevin "Altay"a icarəyə verilməsi barədə də yazıb. Məlumatda bildirilir ki, futbolçu Ahmet Taşpınar, "Altay"ın məşqçisi Cüneyt Biçer və "Bakı"nın baş meneceri Zeynal Məmmədov arasında baş tutan görüşdə Hacıyevin 3 il ərzində "Altay"da forma geyinməsi ilə bağlı razılıq əldə edilib. Anlaşmaya görə, bu müddətdə futbolçu başqa bir kluba satılacağı halda transfer haqqı iki klub arasında bərabər şəkildə bölünəcək. Rəhmanı Türkiyəyə buraxan "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov: "Biz ona görə "Altay"dan pul istəmədik. Klubdan təklif alınca, dedik ki, Rəhmanı icarəyə verməyə hazırıq, bir şərtlə ki, müqavilənin maddi tərəfini özüylə danışın. Mən belə gənclərin xaricdə oynamasının tərəfdarıyam. "Bakı" üçün fəxrdir ki, onun futbolçuları Türkiyə komandalarının maraq dairəsinə düşür. Sabah bu uşaqlar Azərbaycanın əsas millisinin şərəfini qoruyacaq və hamı biləcək ki, "Bakı"nın yetirməsidir. Digər cavan futbolçularımızın da ölkəmizdən kənarda çıxış etməsinə şərait yaratmağa hazırıq. Cüneyrt Biçər "Altay"da çalışır, mə nonu yaxşı tanıyıram. Bilirəm ki, bir gözü həmişə Rəhmanın üstündə olacaq. "Altay" futbolçumuzu heyətinə qatmaqda çox israr göstərdi. Yəqin ki, əsas heyətdə yer verəcəklər. Az keçməz, Superliqa klublarından da onu istəyərlər".
   
 
Kubokun sahibi alman legioneri baxışa çağırdı
"Mənim üçün oyunçunun adı, yaşı heç bir önəm daşımır"
Avroliqa hazırlıqlarını Almaniyada davam etdirən "Bakı" təlim-məşq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komandamızın rəqibi ikinci Bundesliqa təmsilçisi "Koblents" olub. Baş məşqçi Vinfrid Şafer start heyətində aşağıdakı futbolçulara şans verib: 1.Marko Şarliya, 6.Dare Nibombe, 7.Mahmud Qurbanov (k), 8.Ernad Skuliç, 11.Adnan Bərəkət, 12.Vyaçeslav Sofroni, 20.Fabio Luis Ramim, 21.Emin Cəfərquliyev, 32.Aleksey Savinov, 41.Henning Grieneisen, 85.Jaba. Oyuna fəal başlayan həmyerlilərimiz artıq 7-ci dəqiqədə hesabı açıb. Jaba cərimə zərbəsini dəqiq yerinə yetirib. Bundan sonra da hücumlarını davam etdirən "Bakı" bir neçə qol şansı yaxalasa da, növbəti qol 38-ci dəqiqədə meydan sahiblərindən gəlib. Beləcə, komandalar ilk yarıda hərəyə 1 dəfə fərqləniblər. İkinci yarıda da üstünlük "Bakı"nın tərəfində olub. Bunun məntiqi nəticəsi kimi Fabio Luis Ramim yenidən "Bakı"nı hesabda önə keçirib. Lakin "Koblents" növbəti dəfə status-kvonu bərpa etməyi bacarıb. Qalan dəqiqələr ərzində qol vurulmadığından gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesabı ilə başa çatıb. İkinci yarıda Vadim Borets, Xalidu Sissoko, Bəxtiyar Soltanov, Rafael Əmirbəyov və Cəmşid Məhərrəmov oynamaq imkanı qazanıblar. İlk oyunda Almaniyanın cənub zonası üzrə dördüncü dəstəsində yarışan "SG-BOB" klubuna 17:00 hesabıyla qalib gələn "Bakı" növbəti görüşünü bu gün Lüksemburqda bu ölkənin çempionu "Juness Eş"ə qarşı keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Azərbaycan kubokunun sahibi iyulun 10-dək vətənə qayıdacaq. Əhməd Ticaniylə Ceferson da burda komandanın yolunu gözləyir. Viza problemi uzandığı üçün səfərə çıxmaları alınmayıb. Braziliyalı hücumçu Kassarionun gəlişi də yubanır. Yeni mövsüm ərəfəsində heyətini formalaşdıran "Bakı" baxışa almaniyalı futbolçu dəvət edib. Şafer həmyerlisi Henninq Qrieneyseni sınaqdan keçirir. "Koblents"lə bu gün keçirilən yoxlama matçında da meydana çıxan futbolçunun taleyinə yaxın günlərdə aydınlıq gələcək. 26 yaşlı yarımmüdafiəçi "Zalskotten" klubunun yetirməsidir. 13 yaşınadək bu komandada futbolun sirlərinə yiyələnən Henninq 1997-ci ildə "Arminiya"nın seleksiyaçıları tərəfindən ələ keçirilir. Altı il bu klubun uşaq və yeniyetmə komandalarında oynadıqdan sonra o, əvəzedici heyətə cəlb olunur. 2003-05-ci illərdə "Arminiya II"də 24 matç keçirib, 2 qol vuran orta sahə oyunçusu əsas komandada da debüt edib. Lakin onun əsas komandadakı karyerası elə bir matçdan ibarət olur. Həmin oyun "Hannover"lə 2004-cü il sentyabrın 28-ə təsadüf edib. Futbolçu 90-cı dəqiqədə meydana çıxıb. Növbəti iki ili digər aşağı dəstə təmsilçisi "Holsrteyn Kyel"də keçirən Henninq 42 oyunda 2 qol vurur. 2007-ci ildən "Osnabryuk"da top qovan yarımmüdafiəçi burada 44 qarşılaşmaya çıxaraq, 1 dəfə fərqlənib. Henninqin komandası ötən mövsüm 3-cü liqada çempion olaraq, bu ildən II Bundesliqada çıxış etmək hüququ qazanıb.
   "Bakı"nın baş məşqçisi Vinfred Şafer klubun saytına verdiyi müsahibədə təlim-məşq toplanışının gedişi barədə danışıb.
   - Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Futbolçular hazırlıq prosesində bütün güclərini sərf edirlər. Bu gün səhər məşqində fiziki hazırlıqları başa çatdırdıq. Axşamdan etibarən daha çox taktiki və texniki cəhətdən çalışacağıq. Hazırlıq prosesinin qaydası belədir. İlk öncə fiziki, daha sonra taktiki çalışmalara üstünlük verilir. 20 günə yaxındır ki, komanda mənim rəhbərliyim altında çalışır. Futbolçuların məşq prosesində həvəslə işləməsi məni sevindirməyə bilməz. Hər bir oyunçu heyətdə yer almaq üçün özünü ən yaxşı tərəfdən göstərməyə çalışır.
   - Futbolçular məşqlərdə özlərini yaxşı tərəfdən göstərə bilirlərmi?
   
- İlk növbədə onu deyim ki, mənim üçün hər bir oyunçum önəmlidir. Kim özünü ən yaxşı tərəfdən göstərə bilsə, mənim etimadımı qazansa, məşqlərdə tam gücü ilə çalışsa, həmin oyunçu start heyətində yer alacaq. Amma bu o demək deyil ki, 1 oyunda forma geyən futbolçu hər görüşdə çıxış edəcək. Mənim üçün oyunçunun adı, kimliyi, yaşı heç bir önəm daşımır. İstər 37 yaşlı Mahmud Qurbanov olsun, istərsə də 23 yaşlı Əziz Quliyev. Əsas odur ki, həmin futbolçu formada olsun və yüksək xarakterə malik olsun. Hər bir futbolçu heyətdə yer almaq üçün vuruşmalıdır. Bu, onların özləri üçün də yaxşıdır. Kim meydana çıxacaqsa, özünü yaxşı tərəfdən göstərəcəksə, öz adını, hörmətini qaldıracaq. Məsələn, Emin Cəfərquliyev. O gənc oyunçudur, elə də tanınmayıb. Amma yaxşı hazırlaşacağı, komandanın uğurunda böyük pay sahibi olacağı halda, artıq hamı ondan danışacaq. Ümumi götürdükdə, komandamızın heyətində yaxşı oyunçuların olmasını qeyd etməliyəm.
   - Komandaya qoşulan yeni oyunçular barədə nə deyə bilərsiniz?
   
- Joel Epalle çox tanınmış oyunçudur. Onun komandamızda çıxış etməsi bizim üçün çox yaxşı haldır. Epalle Almaniya Bundesliqasında xeyli müddət forma geyib. Epallenin bizim komandamızda olmasını eşidənlər dərhal təəccüblənir, onun məhz nəyə görə "Bakı"nı seçməsini düşünürlər. O həm peşəkar futbolçu, həm də gözəl insandır. Eyni sözləri Dare Nbomba haqda da deyə bilərəm. İnanıram ki, onların hər ikisi avrokuboklarda "Bakı"ya böyük fayda verəcək. Juninyo və Emin Cəfərquliyev də yaxşı futboçulardır.
   - Daha hansı futbolçuların komandaya keçidi gündəmdədir?
   
- Transfer çalışmalarımızı davam etdiririk. Dünyanın hər yerindən bizə xeyli sayda oyunçu təklif olunur. Amma biz xeyli götür-qoy edib, ən yaxşı varianta üstünlük verməyə çalışırıq. Çünki komandamıza gələn yeni futbolçu mütləq hazırkı heyətdəki oyunçulardan güclü olmalıdır. Əks halda transferin nə mənası var? Legioner futbolçuya pul verib, onu ehtiyatda oturtmaq düzgün deyil. Günü bu gün eyni anda 7 oyunçu ilə müqavilə bağlamaq olar. Amma biz ad xatirinə iş görmürük. Əsl komanda qurmalıyıq. Mənə yaxşı futbolçu deyil, yaxşı komanda lazımdır. Dünya çempionatına diqqət yetirin. İtaliya, Fransa, İngiltərənin heyətində xeyli sayda yüksək səviyyəli futbolçu olsa da, onlar vahid komanda kimi birləşə bilmədilər. Oyunu hər hansı futbolçu deyil, komanda udur.
   - "Bakı" qeyri-rəsmi də olsa sizin rəhbərliyiniz altında ilk oyununa artıq çıxıb. Həmin qarşılaşmada futbolçular tapşırıqlarınızı nə dərəcədə düzgün yerinə yetirə bildilər?
   
- İlk oyunda zəif rəqiblə qarşılaşmaq daha məqsədəuyğundur. Çünki futbolçular güclü komandaya qarşı mübarizə aparmalı olsaydılar, o zaman əzələlərində problemlər yarana bilərdi. Oyunu komanda yaxşı keçirdi. Biz hətta 17 deyil, 25 qol da vura bilərdik. Lakin ikinci hissədə tamamilə heyəti dəyişərək, gənclərə şans verdik. Bu oyun yoldaşlıq xarakteri daşısa da, mən futbolçulara daha çox qol vurmağı tapşırmışdım. Tam səmimi deyirəm, 10:0 hesabı ilə qələbə qazansaydıq, mən komandadan narazı qalacaqdım. Futbolçular peşəkar olmalıdırlar. Mən öz işimi sevirəm, onlar da eyni hissləri keçirməlidirlər. Futbol da onların işidir. Futbolçuların hamısı hər oyuna qələbə qazanmaq üçün çıxmalıdırlar. Fərqi yoxdur, qarşındakı rəqib səndən nisbətən zəifdir, ya güclü. Ayın 6-da Lüksemburqda bu ölkənin çempionu, 8-də isə "Köln"lə qarşılaşacaq. Bu oyunlar əvvəlkinə nisbətən çətin keçəcək. Amma mən inanıram ki, komandamız həmin matçlarda da yaxşı oyun göstərəcək. İyulun 15-də avrokuboklarla ilk matçımızı keçirəcəyik. Həmin vaxtadək tam hazır olmalıyıq.
   
Şahin