06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Köhnə, yoxsa yeni çempion?
Kubok ilk dəfə Avropaya gətirilə bilər
Dünya tərsinə dövran edir indi... Mundial finiş xəttinə ilk baxışda bu sətirlərlə yaxınlaşır. Hərçənd belə deməzdim. Əslinə qalsa, dünya indi düzünə dövran etməyə başlayıb. Niyəsini çözməyə, sözün həqiqi və məcazi mənasında, elə bu gün və sabah baxmaq lazımdır. "Çempion kimdir?" sualı da tezliklə cavabını bu sayaq tapacaq və düzünə qalsa, cavabı artıq məlumdur: kim daha çox komanda olub əsl komanda oyunu göstərə bilsə, çempion olacaq. Planetin ən çox kollektivçilik tələb edən oyunu olan futbol üzrə ən böyük yarışın ən məntiqli yekunu da elə budur. Yarış çox bədbin notlarla başlasa da, ən layiqli sonluğuna doğru addımlayır. Əsl futbol qanunları zəfər notlarını səsləndirməyə yaxındır. Onu kim səsləndirə bilər:
   İspaniya - yarışın ötürmələr komandası. Futbolun keçmişinə də nəzər salsaq, ötürmələri belə dəqiqlik, ustalıq, məharət və incəliklə yerinə yetirən komandaya nadir hallarda rast gəlmək olar. O da, olsa-olsa, ayrı-ayrı oyunlarda mümkündür;
   Almaniya - turnirin cavan (orta hədd 25 yaş), ən optimal, ən iddialı, ən sərrast, bütün mövqelərdə güclü komandalarından birincisi. Təkcə Argentina ilə son matçda özünün fərqlənmək imkanı olan Podolskinin artıq hesabında 14 mundial qolu olan yığmada 100-cü matçına çıxmış Klozenin ilk qoluna yaratdığı şərait kollektivçilik planında nələri demir ki?
   Niderland - lideri bəlli, həm də naməlum, inadkar, ilk baxışda pərən-pərən, bəlkə də bivec görünən, lakin ən vacib məqamda toparlanıb, üstəlik də soyuqqanlılıq nümayiş etdirən heyəti. Bu heyət ulduzluğuna, potensialına, təpərinə görə 80-ci, 90-cı illər Niderlandına uduzursa, 70-ci illərdən danışmağa dəyməz. Amma indiki heyətdə 70-ci illərin qələbə əzmi və ruhu, 90-cı illərdəki komanda ovqatı var.
   Uruqvay - sanki təsadüf yarımfinalçı. Lakin onu Argentina ilə müqayisə etmək olar. Messi və Forlanın lider olduğu komandaları tərəzinin gözünə qoysaq, uruqvaylılar daha ağır gələr, sanballı və yetkin görünər. Çünki onun lideri də komanda üçün oynadı. Elə yarımfinalda Afrikanın yeganə ümidi və yarışın ən cavan perspektivli komandası ilə oyunda son anlarda topu əlləri ilə qapıdan keçməyə qoymayan hücumçu Suares də, qırmızı vərəqə bahasına olsa belə, az iş görmədi.
   Beləliklə, ən doğru finala doğru yoldayıq. Çox böyük möcüzə baş verməsə, Uruqvay 1950-ci il sensasiyasının təkrarını nümayiş etdirməsə, yəqin ki, baş mükafat ilk dəfə "Əski dünya"ya qələbə sorağı ilə gətiriləcək. Buna qədər nə Amerikada, nə də Asiyada keçirilən yarışlarda avropalılar uğur qazana bilməyiblər. Əsas məsələ isə budur: kubok indiyə qədər onu əldə etməmiş ispanlara və ya hollandlara qismət olacaq, yoxsa turnirin uzaq 1930-cu ildə ilk qalibi olmuş Uruqvaya və ya ən çox oyun keçirən daimi favoritlərdən Almaniyaya? Son söz ən uzağı bu bazar deyiləcək.
   İndi isə keçək əsas favoritlərin uğursuzluqlarının səbəblərinə. Doğrudur, ispanlar da bukmeykerlər qələbəsinə əsas namizəd idilər. Bu da daha çox onların qitə çempionu olmasına və bir də seçmələri uğurla adlamasına görədir. Lakin mundiallarda uğursuzluq irsiyyəti (indiyədək yarımfinala çıxmamışdı), üstəlik ilk oyundakı uğursuzluq bir qədər ehtiyatlanmağa vadar edirdi. Ən optimal final kimi Argentina - Braziliya dueli görünürdü. Hər ikisi 1/4-də, necə deyərlər, "janrın bütün qanunları ilə" dayandırıldı.
   Braziliya - bütün tarixi arasanız, bütün final mərhələlərinin yeganə iştirakçısının belə təpərsiz komandasını tapa bilməzsiniz. Ələlxüsus da ön xətdə. CAR-a gətirilsə, hətta yerində saysaydı belə, Ronaldo Dunqanın etimad göstərdiklərinin cəmindən də çox iş görərdi. Baş məşqçi hələ Robinyunu da CAR-a nazla aparmışdı: sadəcə, başqasını tapa bilmədi. Görünür, Skolarinin 2002-ci ildəki inadı pis nümunəyə çevrilib. Lakin onun ən azı, Ronaldo, Ronaldinyu, Rivaldosu var idi. Bəs Dunqa kimə və nəyə güvənirdi? Olmaya, hətta qonşudan da gəlməyən fitri məşqçilik istedadına?
   Argentina - qrup turnirində ulduz-liderlərin əsl komanda oyunu ilə alışıb yanan ən parlıq komandası 1/8 finalda yox idi. "Messi tufanı" Meksika ilə oyunda qopmadısa, Almaniya ilə klassik dueldə necə parlaya bilərdi? Axı onun müqayisə olunduğu Maradona uzaq-yaxın 1986, hətta 1990-cı ildə özü üçün heç oynamadı - daim komandası üçün çalışdı. Aydın məsələ idi ki, o baş məşqçi olsa da, komandada futbolun əsas sahələri üzrə işi Bilardo başda olmaqla köməkçiləri görürdülər, Maradona, sadəcə, ilham, coşğunluq, birlik və bərabərlik dirijoru idi. Bu komandada çempionluq üçün bir nəfər yandı və əriyib puç oldu - o da Maradona özü idi və məhz elə buna görə "əfsuslar, Argentina" demək olar.
   Almaniya mundialda qələbəyə iddialı iki komandanı Argentinadan əvvəl İngiltərəni darmadağın etdi. Doğrudur, hər iki rəqibi öz-özünə "töküldü". Amma etiraf edək ki, ingilislərə hakim Larrionda da köməkçi oldu. 2 top buraxdıqdan sonra qısa müddətdə dalbadal 2 qol vuran ingilislərin tirdən qapı xəttini 1 metr (!) keçən və yenidən tirə dəyib xətdən içəri düşməsini nə referinin, nə də köməkçisinin görməməsi hələ də mənə qaranlıq qalıb. Topun keçdiyini görmək üçün fizikanın qanunlarını əzbər bilmək də lazım deyil. Əsl məqamdır: bütün dünya Tofiq Bəhramovu dərhal yada saldı. Onun 1966-cı il mundial finalında elə almanlarla ingilislərin oyununda verdiyi qərarın doğru-yanlış olduğunu elə bu günün "nano" təyinli yüksək texnoloji inkişafı da təyin edə bilmir. "Keçib, ya keçməyib" sanki tarixin təkərini geri çevirəcək səfeh mübahisələrsə səngimək bilmir. Bu da Bəhramovun əvəzinə verilən cavab.
   Sovet futbolçusu, indi isə şərhçi, Yevgeni Lovçev demişkən, "indi rahat uyuya bilərsən, Tofiq Bəhramov!" - dünya özünə yeni mövzu tapdı.
   Qrup mərhələsinə də son nöqtəni qoyaq. Bax, əsl sensasiyalardan biri də budur: tarixdə ilk dəfə dünya kubokunun sahibi rüsvay olub qrupdan çıxa bilmədi. Hələ bu az imiş kimi, yarım oyunda olsa belə, qələbəyə heç yaxın düşmədi, əksinə, debütant Slovakiyadan 3 top "yedi", turniri məğlubiyyətsiz tərk edən, amma kitabı bağlanmış Yeni Zelandiya qədər də olmadı. Çünki yüksək standartlara cavab verən hücumçuları olmasa da, elə həmin zelandiyalılar qədər, sözün hər bir mənasında, komanda ola bilmədi, qələbəyə can atmadı, alışmadı-yanmadı. İmansız olmayaq, can atdı, son oyunda hakimin əlavə etdiyi dəqiqələrdə - bu, qələbəyə yetsinmi? Bu heç 2006-cı ildə Almaniya ilə matçın əlavə vaxtı da deyildi ki, yarım saat vaxtın olsun.
   Beləliklə, ilk dəfə Afrikada keçirilən və əsl komandaların qələbə əzminin təntənə yürüşünün həlledici notlarını izləmək üçün ekran başına yaxın olun.
   
 
Otto Rehageli Santuş əvəzlədi
Dünya çempionatında uğursuz çıxışdan sonra təcrübəli alman baş məşqçi Otto Rehageli istefaya yollayan Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ona əvəz tapdılar. Məlumata görə, bu, portuqaliyalı Fernandu Santuşdur. Santuş yeni vəzifədə 2001 - 2010-cu illərdə bu postda çalışmış almaniyalı Otto Rehhageli əvəzləyib. Rehhagel 2004-cü ildə Avropa çempionu etdiyi Yunanıstanın hazırkı dünya çempionatında 1/8 finala çıxa bilməməsindən sonra istefa verib. Qeyd edək ki, 55 yaşlı Fernandu Santuş məşqçi karyerasına 1987-ci ildə başlayıb. O, Portuqaliyanın "Eştoril", "Eştrela Amadura", "Portu", "Sportinq" və "Benfika", Yunanıstanın AEK, "Panatinaikos" və PAOK komandalarında çalışıb.