06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Löv özü qərar qəbul edir, Maradona isə ona deyilənlərlə kifayətlənir"
Əfsanəvi futbolçu keçirilmiş matçların sayına görə Almaniya yığmasının rekordçusu Lotar Matteus Dünya Çempionatının 1/4 finalında milli komandasının nəyin hesabına argentinalıları darmadağın edə bilməsi haqqında danışıb.
   - Bu turnirdə futbolçulardan kimsə sizdə təəssürat yarada bildi?
   
- Bəzi oyunçulardan biz gözləyirdik ki, onlar bombardir yarışına başçılıq edəcək: söhbət, məsələn, Qonsalo İquain və David Vilyadan gedir. Lakin heç kəs cəmi bir il əvvəl yaşlılar arasında futbolda görünən Tomas Müllerdən belə parlaq futbol gözləmirdi. Mən təkcə onun qollarına valeh olmamışam, həm də onun qapını hədəfə almasına və sürətinə də valehəm. Mülleri və Almaniya yığmasının bəzi digər oyunçularını parlaq gələcək gözləyir.
   - Bütövlükdə siz Yoahim Lövin çıxışlarını necə dəyərləndirirsiniz?
   
- Komanda çox gözəl futbol nümayiş etdirir. Biz şübhə etmirdik ki, onlar 1/4 finalda oynayacaqlar, lakin fikirləşmirdik ki, yığma öz gücünə görə Dünya Kubokuna sahib ola bilər. Komanda çox gəncdir, onun turnir təcrübəsi çatışmır, lakin digər tərəfdən, bu çempionatın nəticəsini qabaqcadan demək mümkün deyil. İndi biz diqqətimizi meydana yönəltməli, hücum etməliyik. Lövin komandası üçün itirilməli heç nə qalmayıb, çünki gözləntilər artıq özünü doğruldub. Ona görə də hər növbəti qələbə əlavə bonus əldə etməyə imkan yaradır. CAR-da hələ yenicə öyrənməyə başlayan gələcəyin komandası yaranır.
   - Turnir ərəfəsində komandanın kapitan itikisinə baxmayaraq, bu cür parlaq oyununu nə ilə izah edə bilərsiniz?
   
- Mən səmimi olaraq Mixail Ballak itkisindən çox məyusam, lakin deməliyəm ki, onun olmaması Almaniya yığmasına kömək etdi. Və bu qərəzli sözlər deyil. Ballaka görə indi parlayan bəzi oyunçuları əsas heyətdən kənarda saxlayırdılar. Özü də bu oyunçuların heyətə daxil edilməməsi üçün əvvəllər verilmiş qərar mübahisəyə səbəb olmuşdu. İndi isə yığmanın hər bir gənc futbolçusunun üzərinə böyük məsuliyyət düşür.
   - Nəyin hesabına Argentina yığmasına qalib gəlmək mümkün oldu?
   
- Argentinalılar daha güclü fərdi oyunçulara malikdir, lakin Almaniya yığması bir komanda kimi daha güclüdür. Ona görə də intriqa kimin qalib gəlməsi üzərinə cəmlənmişdi: güclü komanda və ya oyunçuların ustalığı öz sözünü deməli idi. Almaniyada isə komanda ruhu daha güclüdür.
   - Yoahim Löv və Dieqo Maradona - tam müxtəlif adamlar və məşqçilərdir, razısınızmı?
   
- Lövün kifayət qədər daha çox təcrübəsi var. O, komandaya qələbə tonu verə bilir. Yoahim bu komanda üçün hər bir oyunçunu özü müstəqil şəkildə seçib, oyunu modellərşdirib. Məhz o, gənclərə öz gücünə inamı aşılayıb və onu əmin edib ki, onlar Lövün üstünlük verdiyi futbolu oynayırlar. Maradona haqqında təfsilatı ilə heç nə deyə bilmərəm. O, məşqçilik fəaliyyəti ilə heç də çoxdan məşğul olmur. Heç bir şübhə olmadan demək olar ki, o, oyunun qurulmasında ona kömək edən təcrübəli oyunçular və məşqçilərlə əhatə olunub. Löv qərarı özü qəbul edir. Maradona isə öz qərargahının köməyinə arxalanır.
   - Bəs kim Dünya Çempionatının qalibi olacaq?
   
- Yaxşı olardı ki, Dünya Kubokunu Almaniya və İspaniya yığmalarının olduqları şəbəkədən olan komanda əldə edə idi, çünki onların finala gedən yolu hollandiyalıların qət etdiyi yoldan kifayət qədər çətin olub.
   
 
Fabreqas zədələnsə də, Almaniya ilə oynamağa hazırdır
Dünya çempionatının 1/4 finalının Parqvayla keçirilən matçında çiynindən zədə almış İspaniya yığmasının yarımmüdafiəçisi Sesk Fabreqas Almaniya ilə yarımfinal qarşılaşmasında öz komandasına kömək etmək üçün ağrıkəsici preparatlardan istifadə etməyə hazırdır. Bugünlərdə "Arsenal"ın yarımmüdafiəçisi öz məşqlərinin böyük hissəsini trenajor salonunda keçirir.
   "Bu ağrıdıcıdır, lakin əgər yaxşı açılışa bilsəm, buna tam dözmək olar. Mən ağrıkəsici inyesksiyalar etməyə hazıram. Əgər məşqçi mənə oynamağa icazə versə, mən meydana çıxacağam" - Fabreqas vurğulayıb.
   
 
"Maradona yaxşı oğlandır"
İspaniya yığmasının baş məşqçisi Visente Del Boske DÇ-2010-nun 1/4 final matçında Almaniyaya məğlubiyyətdən sonra (0:4) çempionatdan kənarda qalan Argentina yığmasının baş məşqçisi Dieqo Maradonanı müdafiə edib. İspaniyalı mütəxəssisin sözlərinə görə, o, Maradonaya böyük hörmət bəsləyir. "Dieqo əla oğlandır. Əlbəttə, bəzən o, bir az kobudluq edir, lakin mən ona böyük hörmət edirəm. O adam öz ölkəsinin şərəfini bacardığı qədər qorudu" - Del Boske bildirib.
 
"Hollnadiyanı məğlub etmək üçün bizim yaxşı şanslarımız var"
Uruqvay yığmasının hücumçusu Sebastyan Abreu DÇ-2010-nun Hollandiya yığmasına qarşı qarşıdaduran yarımfinal matçında öz komandasının şanslarını dəyərləndirib. Hücumçu bildirib ki, onun komandası Berta van Marveykin komandasına qalib gəlmək gücündədir. "Bizim rəqibimiz fiziki cəhətdən çox güclüdür. Hollandiya əla komanda oyunu, yüksəksəviyyəli futbol nümayiş etdirir. Bütün bunlara baxmayaraq, təvazökarlıqla güman etmək istəyirəm ki, bizim yarımfinal qarşılaşmasında qələbəyə yaxşı şanslarımız vardır" - Abreu bildirib.
 
Vətəndə Argentina futbolçularını qəhrəman kimi qarşılayıblar
Dünya Çempionatının 1/4 finalında Almaniya yığmasından aldığı biabırçı məğlubiyyətə baxmayaraq, baş məşqçi Dieqo Maradonanın rəhbərliyi altında Argentina milli komandasını vətəndə qəhrəman kimi qarşılayıblar.
   "Komandanın çoxsaylı azarkeşləri oyunçuları qərəman kimi qarşıladılar. Bəli, məhz qəhrəman kimi, çünki onlar milli komandayaya görə hər şeyi qurban verdilər.
   Azarkeşlər öz sevimlilərini qarşılamaq və onlara təşəkkür etmək üçün Buenos-Ayresdə "Eseysa" aeroportuna gəldilər. Onlar Maradonanı, Messini və bütün digərlərini şənləndirmək və təsəlli vermək üçün ağuşlarına almaq istəyirdilər.
   Yaxın gələcəkdə milli komandada öz işini müəyyən etmli olan Maradona sürəkli alqışlarla qarşılandı. Bu, həmçinin onun komana üzvləri ilə də belə oldu. Argentinalı azarkeşlərin ümumi ovqatını aşağıdakı sözlərlə ifadə etmək olar: "Dieqo, qal, buyur, istefa vermə!". Maradona yığışanların hamısına hava opüşü ilə öz təşəkürrünü bildirdi" - mənbə bildirib.
 
Rikelme öz karyerasını İtaliyada davam etdirə bilər
Argentina yığmasının sabiq yarımmüdafiəçisi Xuan Roman Rikelme, ola bilər ki, öz gücünü İtaliyada sınaqdan keçirsin. 32 yaşlı futbolçunun "Boka Xuniors"la müqaviləsinin vaxtı bitib və bu mövsümdə "A" seriyasında çıxış edəcək "Breşia" klubu ona ciddi maraq göstərir. Əvvəllər yarımmüdafiəçi İtaliyada heç vaxt oynamayıb, "Boka Xuniors"a kimi isə o, "Barselona" və "Vilyarreal"da çıxış edib.
 
"Uğur və yaxşı hakimlik bəs etmədi"
Paraqvay yığmasının hücumçusu Helson Valdes DÇ-2010-da öz milli komandasının oyunlarının nəticəsini şərh edərək qeyd edib ki, İspaniya millisinə qarşı 1/4 final matçında məğlubiyyətin (0:1) əsas səbəblərindən biri hakimin oyunda yanlışlığa yol verməsi olub. Bundan başqa, hücumçu həmçinin uğurun və bəxtin də gətirməməsini səbəb kimi göstərib.
   "Bizim oyunda və yaxşı hakimlər briqadasında bəxtimiz gətirmədi. Biz qol vuran məqamda "heç bir" oyundankənar vəziyyətdən söhbət gedə bilməzdi. Ümumiyyətlə, öz komandama görə qürur hissi keçirirəm. Kardosoya görə çox təəssüflənirəm. Ona indii çox ağırdır, hər şey onun əlində idi. Oskar bizim yığmamıza tarix yazdıra bilərdi, təəssüf ki, bu alınmadı" - Valdes bildirib.