06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Dogmaları düşmən edən "şah"
Futbol bəzən çox ədalətsiz olur. Onun gətirdiyi qazanc və şan-şöhrət iki qardaşı belə bir-birindən ayırır. CAR-da keçirilən dünya çempionatı da məhz daha çox bu hadisəylə yadda qaldı. Boatenq qardaşlarının fərqli yığmalarda meydana çıxması onların atalarını da çıxılmaz vəziyyətdə qoydu.
 
İngilis-irland davası
İngilis futbolunun yeni dirçəliş dövründə Qudall qardaşlarının münaqişəsi hələ də unudulmayıb. 1888-1898-ci illər arasında Con və Arxi qardaşları İrlandiyada doğulmalarına baxmayaraq, seçim qarşısında qaldılar. Con İngiltərə yığmasında, Arxi isə ölkəsində oynamağa üstünlük verincə, qardaşların da düşmənçiliyi başladı.
   Şotlandiyada dünyaya gələn Braun qardaşlarının da hekayəsi bir vaxtlar Böyük Britaniyada ajiotaj yaratmışdı. Qapıçı Con 1939-cu ildə ölkəsinin şərəfini qorusa da, onun qardaşı Cim ABŞ-a üz tutmuş və bu yığmanın heyətində mundialda iştirak etmişdi.
   Uruqvayda göz açan Andreolo qardaşlarından Maykl İtaliya vətəndaşlığını qəbul etmiş və ilk dəfə 1936-cı ildə Avstraliya yığmasına qarşı meydana çıxmışdı. Onun mükəmməl oyunu DÇ-38-də "Skuadra Adzurra"ya çempionluq sevinci yaşatmışdı və Maykl baş məşqçi Vittorio Potsonun sevimlilərindən biri olmuşdu. Digər qardaş Raymundo isə Uruqvay millisinin uğurları üçün tər töküb.
   Amerikaya səyahət üçün yollanan Beykr ailəsinin böyük oğlu Qerri 16 il ərzində ABŞ yığmasının şərəfini qoruyub. Onun ingilis və ABŞ pasportunun olmasına baxmayaraq, uzaq qitədə qalması Qerrini ailəsinə düşmən etmişdi. Ondan iki yaş kiçik olan qardaşı Cimmi isə "Liverpul" və İngiltərə yığması üçün çalışıb.
 
Boatenqlərin davamçıları: Mandandalar
Bir vaxtlar İtaliya yığmasının "vuran ayağ"ı hesab edilən Kristian Vyeri haqda danışmağa ehtiyac yoxdu. Bədəninin hər yeriylə qol vurmaq bacarığına malik olan italyan forvardın qardaşı Massimilliano İtaliyada uğur qazanmayınca Avstraliyaya yollandı. "Yaşıl qitə"də ona göstərilən etimad millinin də qapısını Maksinin üzünə açdı. Avstraliyadan söz düşmüşkən, komandanın əsas silahı Tim Keyhill bu ölkənin yığmasında oynasa da, qardaşı Kris Samoa millisində çıxış etməyi üstün tutur.
   Anqola yığmasının heyətində Afrika Millətlər Kubokunda çıxış edən Xose Karlos Fernandes Vidiqalı bəlkə də az azarkeş tanıyır. Ancaq onun qardaşı Xose Luis Vidiqalı unutmaq mümkün deyil. "Sportinq" və "Napoli"də tanınan bu futbolçu qardaşından fərqli olaraq Portuqaliya vətəndaşlığını qəbul etdi və AÇ-2000-də portəgizlərlə xarüqələr yaratdı.
   Boatenqlərdən başqa, Mandandalar da eyni anda fərqli yığmaların heyətində meydana çıxan qardaş kimi tarixə düşüblər. Fransa millisinin heyətində çıxış edən Stiv, Konqo DR-nın heyətində tər tökən qardaşı Parfeytə qarşı oynamışdı.
   Fərqli anaların dünyaya gətirdiyi qardaşların dünya çempionatına adlarını qızıl hərflərlə yazdırmasından sonra kimə təşəkkür ediləcəyi isə müəmmalıdı: anaya, yoxsa millilərini dəyişmiş futbolçulara?
   
 
Dunqanın yerini Skolari tutacaq
Dünya çempionatında uğursuz çıxış edən Braziliya milli komandasının baş məşqçisi Karlos Dunqa rəsmən qovulub. Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən verilən məlumata görə, Dunqa və onun rəhbərliyi altında çalışan bütün məşqçilər heyəti ilə müqavilə pozulub. Yeni baş məşqçi iyulun sonlarında təyin olunacaq. Mümkün namizədlər arasında daha çox Luis Felipe Skolarinin adı çəkilir. 2002-ci il dünya çempionatında Braziliya yığmasına qızıl medal qazandıran Skolari sonradan Portuqaliya millisində, İngiltərənin "Çelsi" və Özbəkistanın "Bunyodkor" klublarında çalışıb. O, hazırda Braziliya "Palmeyras"ının baş məşqçisidir. Qeyd edək ki, Karlos Dunqa Braziliya millisinə 2006-cı ildən rəhbərlik edirdi. "Pentakampeonlar" Cənubi Afrika Respublikasında davam edən dünya çempionatında ? finalda Niderland yığmasına 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıblar. 2014-cü il dünya çempionatı Braziliyada təşkil olunacaq.
 
FİFA-dan sərt hədə
FİFA Fransa və Nigeriyada dövlətin yerli futbol federasiyasının işinə müdaxiləsi faktı ilə əlaqədar araşdırmalara başlayıb. "İTAR-TASS"a istinadən verilən məlumata görə, ali futbol qurumu hər iki ölkəni sərt sanksiyalarla hədələyib. Bura onların FİFA sıralarından xaric edilmə variantı da daxildir. Fransada yığma komandanın dünya çempionatındakı uğursuz çıxışının təhlili ilə şəxsən ölkə prezidenti Nikolya Sarkozi məşğul olub. Fransa parlamenti isə az öncə millinin sabiq baş məşqçisi Raymon Domeneklə Fransa Futbol Federasiyasının eks-prezidenti Jan-Pyer Eskalettin hesabatlarını dinləyib. Hər iki şəxs komandanın zəif çıxışının ardından istefa verib. Hökumətin ölkə futboluna müdaxilə faktı sübuta yetirilsə, Fransa yığması bütün turnirlərdən kənarlaşdırılacaq. Nigeriya prezidenti Qudlak Conatanın şəxsən özü isə millini CAR-dakı uğursuzluqdan sonra 2 il müddətinə beynəlxalq yarışlardan kənarda saxlamağa qərar verib. Qudlak qərarını 3 oyunda cəmi 1 xal toplayaraq, qrup sonuncusu olan Nigeriya yığmasını və ümumiyyətlə, ölkə futbolunu yenidən təşkil etmək istəyi ilə izah edib. O, yerli futbol federasiyasında korrupsiya şübhəsi ilə araşdırmalara başlamağı tapşırıb. Öz növbəsində, FİFA rəsmisi Nikolya Menqo bildirib ki, Nigeriya prezidenti iyulun 4-də axşamadək əmrini geri götürməlidir. Əks halda, Nigeriya Futbol Federasiyası FİFA üzvlüyündən məhrum ediləcək.
 
Siqaretdən sonra fiasko
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona siqar çəkə-çəkə öz futbolçuları ilə birgə ikitərəfli oyunda iştirak edib. "Goal.com"a istinadən verilən məlumata görə, bu olay ikiqat dünya çempionlarının iyulun 1-də keçirilən məşqində baş verib. Argentina yığması hazırda davam edən dünya çempionatı ilə məhz həmin məşqdən sonra keçirdiyi görüşlə vidalaşdı. Argentinalılar Almaniya millisinə biabırçı şəkildə məğlub oldular - 4:0.