06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Anri "Beşiktaş"da
"Barselona" ilə yollarını rəsmən ayırmış Fransa yığmasının veteran hücumçusu Tyerri Anri növbəti mövsüm karyrerasını Türkiyə Superliqasında davam etdirə bilər. məlumata görə, təcrübəli forvard Türkiyə nəhəngi "Beşiktaş"da çıxış edəcək. "Fanatik"ə istinadən verdiyi məlumata görə, karyerasını ABŞ-da davam etdirmək haqda düşünən Anrinin fikrindən döndərilməsi üçün istanbulluların yeni baş məşqçisi Şuster də öz əlaqələrini işə salıb. "Fənərbağça"nın da Anrini heyətinə qatmaq istədiyi, lakin "Qara qartallar"ın işə daha ciddi girişdikləri bildirilir. Artıq Şuster Fransadakı bəzi dostları ilə də danışaraq, ulduz hücumçunun razılığını almağa çalışır.
   
 
Haldun Üstünəl istefa verdi
Türkiyənin nəhəng təmsilçisi "Qalatasaray" futbol klubunda gözlənilməz istefa qeydə alınıb. Son illər gördüyü işlərlə diqqət çəkən, komanda rəhbərliyindəki əsas isimlərdən biri olan prezidentin köməkçisi Haldun Üstünəl heç kimin gözləmədiyi halda vəzifə tutduğu Futbol Şöbəsinin üzvlüyündən ayrılıb. Üstünəl Türkiyə mətbuatına açıqlamasında istefa verdiyini təsdiqləyib. Lakin istefanın səbəbləri ilə bağlı açıqlama verməkdən imtina edib: "Bununla bağlı indi heç nə demək istəmirəm. Bəlkə daha sonra danışaram". Üstünel Futbol Şöbəsindən ayrılsa da, "Qalatasaray" İdarə Heyətindəki işini davam etdirəcəyini də bildirib. "Qalatasaray"ın prezidenti Adnan Polat da Haldun Üstünelin istefası ilə bağlı açıqlama verib: "Haldun iki ildə çox yoruldu. Onun da istirahət etməsi lazımdır. İki ildə çox önəmli transferlər edib. Çox çalışdı, çox yoruldu. Haldun çox sevdiyim bir dostumdur. İstefa məktubunu ofisimə göndərib. Hələ zərfi açıb-baxmadım".
   Bu arada "Qalatasaray" azarkeşləri Üstünəlin müdafiəsinə qalxıb. "Sarı-qırmızılı" tərəfdarlar 3.5 milyon üzvü olan "Facebook"da rekord qıran "Qalatasaray"ın fan səhifəsində "Haldun Üstünəli geri istəyirik" kampaniyasına başlayıb: "Adnan başqan, duy bu səsi, geri gətir Haldun abimizi!".
 
Hakan Şükür xəstəxanaya yerləşdirildi
Türkiyənin Bodrum istirahət mərkəzində ailəsi ilə birgə dincələn Türkiyə milli komandasının sabiq futbolçusu Hakan Şükürün səhhətində problem yaranıb. "Habertürk" agentliyinə istinadən verdiyimiz məlumata görə, dənizdə üzdüyü vaxt 39 yaşlı sabiq hücumçunun halı qəflətən pisləşib. Türkiyə futbolunun canlı əfsanəsi dərhal təcili xəstəxanaya çatdırılıb. Şükürün üzərkən, özünə çox əziyyət verdiyi və bu səbəbdən, ürəyində rahatsızlıq hiss etdiyi aşkarlanıb. Hazırda veteran futbolçunun vəziyyəti normaldır. Həkimlərin dediklərinə əsasən, ciddi narahatlığa əsas yoxdur.
 
"Aslanlar" Qattuzonu gətirir
Yeni mövsümün hazırlıqlarını davam etdirən və əcnəbi transferlərlə bağlı passviliyi ilə diqqəti çəkən Türkiyə nəhəngi "Qalatasaray" susqunluba son qoymaq niyyətindədir. Qardaş ölkə mətbuatının yazdıqlarına görə, "sarı-qırmızılı" komanda axtardığı futbolçunu "Milan"da tapıb. "Tümspor.com"a istinadən verilən məlumatda bildirilir ki, Frank Raykaardın rəhbərlik etdiyi "aslanlar" İtaliya yığması və "rossonerilər"in veteran yarımmüdafiəçisi Cennaro Qattuzo ilə maraqlanır. 32 yaşlı futbolçunun da Frank Raykardın çalışdırdığı komandada oynamaq istədiyi bildirilir. "Qalatasaray"ın prezidenti Adnan Polad transferin tezliklə baş tutması barədə klub nümayəndələrinə göstəriş verib. "Qalatasaray"ın bu transfer cəhdi barədə UEFA-nın internet saytında da məlumat yayılıb.
 
Falkauya 30 milyon
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Fənərbağça" heyətini "Portu"nun kolumbiyalı hücumçusu Ramadel Falkau ilə gücləndirməyi planlaşdırır. Türkiyə klubunun futbolçunu sıralarına qatmaq fikrində qəti olduğu deyilir. "A Bola" xəbər verir ki, bunun üçün İstanbul təmsilçisi Portuqaliya klubuna 30 milyon avro ödəməyə hazır olduğunu bildirib. "Biz Falkaunu yaxşı tanıyırıq. O, yaxşı hücumçudur. Amma hələ ki transfer haqda dəqiq bir şey söyləyə bilmərəm", - deyə "Fənər"in idman direktoru Həsən Çətin bildirib. Məlumat üçün deyək ki, Falkau 2009-cu ildən "Portu"da çıxış edir. O, Portuqaliya Superliqasında meydana çıxdığı 28 qarşılaşmada rəqib qapılarına 25 dəfə yol tapa bilib.
 
"Cim-Bom" mövsümə start verdi
Geridə qalan mövsümdə çempionluğu son əmqamda əldən buraxan Türkiyənin "Qalatasaray" klubu yeni mövsümün ilk məşqinə çıxıb. Dünən Bakı vaxtı ilə 12:30 başlayan açıq məşq klubun bazasında keçirilib. "Sarı-qırmızılar"ın yeni transferləri - Əli Turan, Sərdar Özqan, Çağlar Birinci, Məhmət Batdal və Musa Çağıran ilk məşqində azarkeşlərin böyük dəstəyi ilə qarşılaşıb. Dünya çempionatında iştirak edən digər futbolçular - Braziliya yığmasının üzvü Elano Blumer, qanalı Əbdül Qədir Keyta ve avstraliyalı Lukas Neylin təlim-məşqdə iştirak edəcəyi gözlənilsə də, gecikdikləri bildirilir. "Cim-bom"lu azarkeşlər ilginc şüarlarla diqqət mərkəzində olublar. "::En büyük transfer Haldun Üstünel"::, "::Sportif direktör Haldun Üstünel"::, "::Adnan başkan duy sesimizi Üstüneli getir bize":: deyə klub rehberliyine mesaj yollayıblar. Qalatasaraylı azarkeşlər Caner Erkinidə yaddan çıxarmayıb.
 
Qyan Türkiyədə
"Qalatasaray" Qana yığmasının üç oyunçusuna elçi düşüb. Dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən ABŞ - Qana oyununu "Qalatasaray"lı yönəticilər və konqres üzvləri ilə birlikdə izləyən prezident Adnan Polad Afrika təmsilçisinin ulduzları - Əbdül Rəhim Eyyu, Asamoa Qyan və Entoni Annanı komandada görmək istəyir. Matçı canlı izləyən Polat yanındakılara bunları deyib: "Bu üç oyunçunun Dünya çempionatının əvvəlindən izləyirəm. Tək kəlmə ilə möhtəşəmdirlər. Üstəlik də gəncdirlər. Onları "Qalatasaray"da görmək istəyirəm. Komandamızı havaya uçurdarlar". Bununla kifayətlənməyən Polad İdman Şöbəsinin müdiri Adnan Sezginə zəng edərək "Qanalıları gördünmü Adnan? Bu Qyan, Annan və Eyyu çox yaxşı futbolçudur. Vəziyyətlərini araşdır. Transfer haqqları yüksək deyilsə, üçün də birdən alaq" deyə tapşırıq verib.
 
Gerets Mərakeş yığmasını çalışdıracaq
"Qalatasaray" klubunun sabiq baş məşqçisi Erik Gerets iş yerini dəyişib. Təcrübəli belçikalı mütəxəssis Mərakeş yığmasının yeni baş məşqçisi təyin edilib. Gerets bu postda Fransa yığmasını 2000-ci ildə Avropa çempionu edən Roje Lemyeri əvəzləyib. O, yeni işinə bu ilin noyabrında başlayacaq. Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna rəhbərlik edən Gerets "Qalatasaray"ı 2005-07-ci illərdə çalışdırıb. 56 yaşlı mütəxəssis 2006-cı ildə "Cim Bom"la Türkiyə çempionluğunu qazanıb.
 
Dünya nəhənglərindən öndə
"Qalatasaray" dünyanın ən çox izlənən idman klubları siyahısında ikinci yerdədir. "Milliyət" qəzetinin məlumatına görə, internetdə "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdə aparılan sorğunun nəticəsi bunu ortaya çıxarıb.
   Virtual dünyada ən çox izlənilən idman klubu isə ABŞ-da son iki ildə basketbol üzrə ölkə çempionu titulunu qazanmış Los Ancelsin "Lakers" klubu olub. "Lakers"i 1 milyon 512 min 390 "Facebook", 1 milyon 574 min 55 "Twitter" istifadəçisi izləyir. ABŞ-ın bu basketbol klubunun populyarlığı 49,48 faizdir. Yəni "Facebook" və "Twitter"ə üzv olan hər 2 nəfərdən biri "Lakes"in azarkeşidir. "Qalatasaray"ın isə "Facebook"da 3 milyon 363 min 585 azarkeşi var. Yəni Türkiyə klubu "Facebook" "Lakers"i açıq fərqlə üstələyib. "Qalatasaray"ın hələ 3 həftə əvvəl "Twitter"də açılmış səhifəsinə isə 15 min 384 nəfər daxil olub. Bu istifadəçilərin sayının sürətlə artacağı və "Qalatasaray"ın bu sosial şəbəkədə də liderliyə yüksələcəyi proqnozlaşdırılır. Hazırda isə hər iki sosial şəbəkədəki rəqəmlər cəmləndikdə, "Qalatasaray" 38,39 faiz göstərici ilə populyarlığına görə "Lakers"dən sonra ikinci sırada yer alıb. "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdə aparılan sorğu göstərib ki, 38,39 faiz populyarlıqda "Qalatasaray" elə indidən dünyanın ən çox izlənən futbol klubudur. "Qalatasaray"ı "Real", "Barselona" və "Liverpul" futbol komandaları izləyir. "Beşiktaş" klubu 6-cı sırada yer alıb.