06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Kaka vargücü ilə çıxış edə bilmədi"
Braziliya yığmasının həkimi Joze Luiz Runko etiraf edib ki, yarımmüdafiəçi Kaka Dünya Çempionatında vargücülə çıxış etməyə hazır deyildi. Həkimin sözlərinə görə, Kaka aldığı ardıcıl zədələrdən sonra hələ özünü gələ bilməmişdi. Runko bildirib: "Əgər Dünya Çempionatı olmasyda Kaka hələ meydana çıxası deyildi. Onun fiziki durumunu 85% kimi qiymətləndirmək olardı. Lakin Kaka yaxşı çıxış emək üçün əlindən gələni əsirgəmədi".
   Braziliyalılar 1/4 finala qədər çatsalar da, Hollandiyaya 1:2 məğlub olaraq çempionatı tərk ediblər. Kaka 4 matçda çıxış edib, lakin bir dəfə olsa qol vurmayıb.
   
 
"Çelsi" və "Bavariya"nın birgə maraqları
"Çelsi" və "Bavariya" Braziliya yığmasının və "Benfika"nın yarımmüdafiəçisi Ramiresin xidmətlərindən yararlanmaq arzusundadırlar. 23 yaşlı futbolçu Dünya Çempionatında 4 matçda çıxış edib, lakin komandanın Hollandiya ilə qarşılaşmasında (1:2) oyundan çıxış etməkdə məhrum olunduğundan oyunu kənardan izləməli olub. Futbolçunun agenti Luiz Karlin bildirib: "Ramires bir neçə klubun hədəfindədir. Hətta "İnter" və "Real" futbolçuya maraq göstərir. "Çelsi" və "Bavariya" artıq "Benfika"ya təkliflə müraciət ediblər. Lakin futbolçu maraq dairəsində olsa da, onun klubla müqaviləsinin başa çatmasına hələ 4 il var".
 
İbrahimoviçin keçidi baş tutmadı
"Milan"ın vitse-prezidenti Adriano Qalliani etiraf edib ki, onlar "Barselona"nın hücumçusu Zlatan İbrahimoviçi heyətlərinə qatmayacaqlar. Bir müddət əvvəl bildirilirdi ki, "qırmızı-qaralar" katalonlara 30 milyon funt sterlinq ödəyərək onun transferini reallaşdıracaqlar. Lakin son məqamda bu baş tutmayıb. "Biz İbrahimoviçi ala bilmədik. "Barselona" ona görə çox böyük pullar istəyir, buna isə gücümüz çatmaz. Komandada hələ ciddi dəyişiklər etmək niyyətində deyilik" - Adriano vurğulayıb.
 
Kyer "Volfsburq" yolunda
"Paleromo"nun idman direktoru Valter Sabatini bildirib ki, sisiliyalıların müdafiəçisi Kyer yaxın günlərdə "Volfsburq"un heyətinə qatılacaq. Bir müddət əvvəl futbolçunun "Tottenhem"ə keçidi və onun "Mançester Yunayted", "Barselona" və "Yuventus" və "Bavariya" kimi komandaların maraq dairəsində olduğu deyilirdi.
   "Hələ "Volfsburq"la Kyerin keçidi ilə bağlı heç bir kağıza imza atmamışıq, lakin danışıqlar aparırıq. Danışlar müsbət nəticələnsə transfer məbləği təxminən 14 milyon avro təşkil edəcək. Düzdür Kyerin özü "Mançester Yunayted"də və ya "Yuventus"da çıxış etmək arzusundadır. Düşünürəm ki, o buna qarşıdakı illərdə nail olacaq" - Sabatini açıqlamasında bildirib.
 
Xennessi ilə yola davam
"Vulverhemton"un qapıçısı Ueyn Xennessi klubla müqaviləsini yeniləyib. Futbolçu 2015-ci ilə qədər "Vulverhemton"un qapılarının keşiyini çəkəcək. Cari mövsümdə valliyalı İngiltərə çempionatında 13 matçda çıxış edib. Komandanın baş məşqçisi Mik MakKarti futbolçunun heyətdə qalmasına belə münasibət bildirib: "Mən çox şadam ki, Ueyn bizimlə yeni razılaşmaya imza atdı. Bizə komandanın ən yaxşı oyunçulardan birini klubda saxlamaq nəsib oldu. Mən inanıram ki, o gələcəkdə özünü daha yaxşı göstərəcək. Həmçinin komandada üç yaxşı qapıçının olmağı müsbətdir, çünki onlar bir-birilərinə lazım gəldikdə əvəz edirlər".