06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Tuyqun Nadirov: "Olimpiya" artıq bizdən qorxur"
Lənkəranda biletlər 2 manat olacaq
"Olimpiya" bu gün Azərbaycana gələcək. Moldovalılar Bakıdan Lənkərana yola düşəcək və iyulun 8-də keçiriləcək cavab görüşünə hazırlığını orada davam etdirəcək. Səfərdə qolsuz bərabərliyə qalan "Xəzər-Lənkəran" isə iyulun 4-dən Lənkəranda bir araya gəlib. Lənkərandakı mərkəzi arenada saat 21:00-da başlayacaq oyuna biletlər bu gündən satışa çıxarılacaq. Beltsi təmsilçisinin prezidenti Vladimir Vityuk qəzetimizə verdiyi son müsahibədə Azərbaycana səfərlərinin konkret məqsədini açıqlayıb.
   Klubun 38 yaşlı rəhbəri bildirib ki, Kişinyovda qolsuz heç-heçə qeydə alınmasına baxmayaraq, mərhələ keçəcəklərinə inamı itməyib. O, güclü azarkeş dəstəyi olan "Xəzər"lə qarşılaşmaqdan çəkinmədiklərini və futbolçularına güvəninin qaldığını iddia edib. Bəs "X-L" rəhbərliyi nə düşünür? Cənublular yeni tarix yazmağa hazırdır? Bu və digər suallara klubun vitse-prezidenti Tuyqun Nadirovla söhbətdə cavab tapdıq.
   - Mənə elə gəlir ki, komanda daha yaxşı çıxış edə bilərdi. Yaxşı olardı ki, Kişinyovda qələbə qazanıb, cütün taleyini Lənkərana saxlamazdı. Hesab edirəm ki, bu, Kitşinyovda həll olunmalıydı. bunun üçün orda yetərincə şərait də yaranmışdı. Əfsuslar olunsun ki, alınmadı. Allahın köməyi ilə cavab görüşündə gözəl bir qələbə qazanıb, növbəti mərhələyə yüksələcəyik.
   - Püşk atılandan sonra bir çox ekspertlər bildirdi ki, Azərbaycan klubları arasında ən zəif rəqib "Xəzər"ə düşüb. "Olimpiya" gözlədiyiniz səviyyədə komandadır, yoxsa ondan da zəifdir?
   
- Bundan qabaq da onların bəzi oyunlarını izləmişdik. Özümüzə lazım olan bütün məlumatları toplamışdıq. Kişinyovda göründü ki, bizim komanda moldovanlara qarşı bir qədər ehtiyatlı oynayır. İstənilən halda ilk oyun olduğu üçün.
   - "Olimpiya"nın prezidenti Vladimir Vityuk bildirib ki, 0:0-a baxmayaraq, cavab görüşündə şanslar yenə bərabərdir. Siz bu fikiri bölüşürsüz?
   
- Bu futboldur, qabaqcadan yüz faiz nəyəsə söz vermək çətindir. Dünya çempionatını izləyirsiz, görürsüz ki, hansı nəticələr qeydə alınır, böyük komandalar mübarizəni tez tərk edir. Şansa qalanda, mənə elə gəlir ki, bizim şansımız onlardan ən azı üç dəfə çoxdur. Birincisi, komandamız doğma azarkeşi qarşısında oynayacaq, dəstəyimiz böyük olacaq. İkincisi, rəqibi yaxşı tanıdığı üçün rahat oynayacaq, başqa futbol göstərəcək. Üçüncüsü, "Olimpiya" artıq "Xəzər"i tanıyıb, Kişinyovdakı kimi ciddi motivasiyaları olmayacaq. Rəqibin gözü qorxub. İlk oyundakı müqaviməti Lənkəranda göstərə bilməyəcəklər.
   - Matçdan sonra baş məqçi Ağasəlim Mircavadov bildirdi ki, heyətdə çatışmazlıqlar var. O, bunun səbəbini rəhbərlikdən soruşmağımızı məsləhət bildi...
   
- Mən onun dediklərini eşitməmişəm, ona görə şərh vermək istəmirəm. Bizdə başda prezident olmaqla, rəhbərlikdən heç kim məşqçilərin işinə qarışmır. Bütün Azərbaycan bunu bilir. O, istədiyi futbolçuları komandaya dəvət edir, istəmədiklərini çıxarır. Heyəti quran da yalnız odur. Rəhbərlik baş məşqçinin qarşısında hansısa problem yaratmır, məhdudiyyət qoymur.
   - Mövsümlərarası fasilədə alınan futbolçuların hamısı Mircavadovun istədikləridir?
   
- Onun stəmədiyi futbolçular alına bilərmi? Kimi deyib, almışıq. Bir başqasının istəyi ilə nə bir futbolçuyla müqavilə bağlana, nə də pozula bilər. Komandanın formalaşdırılmasını biz həmişə baş məşqçiyə həvalə etmişik. Bu, tək Mİrcavadovun deyil, ondan əvvəl işləmiş məşqçilərin vaxtında da belə olub.
   - Onda Ağasəlim bəyin bu cür açıqlama verməsi nə məna daşıyır?
   
- Bilmirəm ki, o heyətlə bağlı hansısa problemə, yoxsa nəyə toxunub. Onun fikrini bir də dəqiqləşdirərsiz ki, konkret nəyi nəzərdə tutub.
   - Yəqin demək istəyib ki, nəzərdə tutduğu transferlərin hamısını həyata keçirə bilməyib.
   
- Almaniyada baxışa xeyli futbolçu gəlib. Rumıniyanın güclülər dəstəsindən tutmuş, Braziliyanın A Seriyasınadək. Məşqçi korpusu hansısa futbolçunu bəyənir, ya bəyənmir - biz artıq ona nə deyə bilərik?.. Mənim işim nədir? Futbolçunun biletini almaq, baxışa gəlməsini təmin etmək, məşqçinin hər hansı ölkəyə gedib, futbolçunu canlı izləməsinə şərait yaratmaq. İşimiz budur. Baş məşqçinin işi də futbolçunu bəyənib-bəyənməməkdir.
   - Təlim-məşq toplanışı zamanı təqribən neçə futbolçu baxışdan keçib?
   
- Dəqiq deyə bilmərəm, hardasa 20-yə yaxın.
   - Tuyqun müəllim, siz hesab edirsizmi ki, hazırkı heyət "Olimpiya"nı keçmək üçün yetərlidir?
   
- O rəqibə görə heyətimiz çox yaxşıdır. Hazırda Azərbaycanda heyətinə görə "Xəzər-Lənkəran"la rəqabət apara biləcəka 1-2 klub var. Komandamız "Olimpiya"dan xeyli güclüdür. Növbəti mərhələyə gəlincə, prezidentimiz Mais Mənsimov da baş məşqçiyə bildirib ki, "Olimpiya"nı keçsək, heyət daha da güclənəcək. Rəqibimiz Buxarest "Dinamo"su olacaqsa, əlbəttə, komandaya cəlb olunacaq səviyyəli futbolçuların sayı artırılacaq.
   - Neçə futbolçunun alınacağı bilinir?
   
- O da asılıdır yenə baş məşqçidən. Limit qoyulmayıb ki, 3 nəfər alma, 2 nəfər al. Baş məşqçi deyir ki, filan mövqeyə futbolçu lazımdır, həmin yerə namizədlər də baxışa gəlir. Onun yoxlanışdan keçməsindən ta bütün tələblərə cavab verməsinədək - hər şey xırdalığına qədər ölçülüb-biçilməlidir. Biz futbolçu alanda, məşqçilər və həkim korpusu öz rəyini verir.
   - Lənkəranda keçiriləcəka cavab qarşılaşması öncəsi böyük rezonans yaranıb. Təşkilatçılıq baxımından hansı tədbirlər görüləcək?
   
- Şəhərin özündə oyuna çağırış lövhələri vurulur. Regional kanal olan "Cənub"TV-də "Xəzər"lə bağlı hər həftə verlişlər efirə verilir. Bu da klubumuzun sponsoru "Palmali" Şirkətlər Qrupunun sponsorluğu ilə həyata keçirilir. "Cənub"TV-yə 2 milyondan artıq insan baxır. Əsas azarkeşlərimizin bu zonada, xüsusən Lənkəranda yaşadığını nəzərə alsaq, komandamızın dəstək baxımından problem yaranmayacaq. İnanıram ki, fanatlar stadionu artıqlamasıyla dolduracaq. Oyun ölkə ərazisinə də canlı yayımlanacaq.
   - Hansı kanalla?
   
- Artıq danışıqlar gedir. "İdman-Azərbaycan" və Az.TV variantları var. Yəqin ki, oyun "İdman"da gedəcək.
   - Bilet satışı ilə bağlı işlər nə yerdədir?
   
- Sektorlardan asılı olmayaraq, biletlərin qiyməti 2 manatdır. Keçən mövsümdən abunə kartları olan şəxslər isə həmişəki kimi, öz yerlərində əyləşə biləcəklər. Bu, UEFA bayrağı altında Lənkəranda keçiriləcək ilk oyundur. Bilirsiz, biz artıq FİFA bayrağı altında millinin Finlandiya ilə oyununu təşkil etmişik. Təşkilatçılıq və təhlükəsizliklə bağlı tədbirlər yüksək səviyyədə qurulacaq.
   - Vurğun Hüseynovla anlaşsaz da, onun transferi rəsmiləşməyib. "Turan""la danışıqlar nə yerdədir?
   
- Onunla iki illik razılığa gəlmişik. Özü də "Xəzər"də oynamaq istəyir. "Turan"ın əvvəlki rəhbərliyi ilə danışıb, ortaq məxrəcə gəlmişdik. Musa Süleymanov prezident gələndən sonra əvvəlki rəhbərliyin mövqeyi ilə razılaşmır. Məsələ hələ açıq qalıb. Danışıqların uğurla başa çatması "Turan"ın yeni rəhbərliyindən asılıdır.
   - Yeni yerli futbolçuların alınması planda var?
   
- Limitlə bağlı hər şey ola bilər. Cavanın da, yaşlı futbolçunun da komandaya verə biləcəyi xeyir var. Peresektivli gənclə yaşlı futbolçunun aldığı məvacib eyni ola bilməz. Hər bir futbolçu layiq olduğu pulu alır. Azarkeşlər bəzən deyirlər ki, niyə filan yaşlı futbolçunu aldız. Onu bilmək lazımdır ki, "Xəzər-Lənkəran" heç kimə havayı pul vermir.
   - Ceyhun Sultanovla Ramazan Abbasovu istəyən klublar var?
   
- Hələlik yox. Onları biz transferə çıxarmışıq. Bu müddətdə istəyən olmasa, hər ikisini əvəzedici heyətə qaytaracağıq. Əsas heyətə götürüləcəklərinə inanmıram. Baş məşqçi istəmirsə, biz onu məcbur edə bilmərik. İvan Pexayla Tomas İneman da transferdədir. Adlarını çəkdiyim legionerlər üçün də hələ ki təklif almamışıq. Gedənlərdən yalnız Nizami Hacıyev "İnter"ə keçib. Dünya praktiksından da bu normal qarşılanır ki, transferə çıxarılan futbolçuları başqa klublar istəmirsə, əvəzedici heyətə göndərilirlər. Bəlkə orda özlərini elə doğrultdular ki, baş məşqçi onları təzədən əsas komandaya qaytaracaq? Bilmək olmaz. Amma öhdəlik var ki, futbolçunun müqavilə müddəti bitməyibsə, klub maaşını ödəməlidir. İnanmıram ki, İvan Svetkov və Tixon Şişov kimi millidə oynamış futbolçulara klub tapılmasın. Denis Kalinkovu da buraxmağa hazırıq. Transfer vərəqəsi bizdədir, istəyəni olsa, problem yaranmayacaq. Kalinkovla Kişinyovda da görüşdük. Onunla aramızda heç bir anlaşılmazlıq olmayıb.
   - Avroliqada birinci mərhələni adlayacağı halda, komandaya nə qədər mükafat veriləcəyi bəllidir?
   
- "Xəzər-Lənkəran" yarandığı vaxtdan bəri nə qədər oyun keçiribsə, onun 99 faizində əvvəlcədən bu barədə heç nə deyilmir. Klubda mükafatı prezident müəyyənləşdirir. Mükafat asılıdır komandanın necə oynamasından. Bütün qələbələrə mükafat verilir, amma o asılıdır, yenə dediyim kimi, komandanın yaxşı oyun göstərməsindən. Bu il ölkə çempionu olub, kuboku da qazana bilərdik. Lakin məlum səbəblərdən hər iki tituldan son anda məhrum olduq. Bununla belə, o oyunlaradək futbolçulara nə qədər lazımdırsa, mükafat verilib.
   - "Xəzər-lənkəran" Avromiqyaslı yarışlarda 4-cü dəfə qüvvəsini sınayır. "Olimpiya" səddi keçilərsə, bu, klubun tarixində ilk qələbə olacaq. Bir müddət əvvəl bildirmişdiz ki, klub rəhbərliyi komandanın qarşısına qatıldığı bu turnirdə qrup mərhələsinə düşmək vəzifəsi qoyub.
   
- Biz icraçı insanlarıq. Fəxri prezidentimiz Mübariz Mənsimov və prezidentimiz Mais Mənsimov komanda üçün istənilən şəraiti yaradıb. Mərhələ keçdikcə, heyət də güclənəcək. "Olimpiya"dan sonra "Dinamo" ilə qarşılaşsaq, yeni futbolçular görəcəksiz. İnşallah, onu da keçsək, komandaya bir başqa səviyyəli oyunçular gətiriləcək. Əlbəttə, bizim məqsədimiz Avroliqada Azərbaycanı tanıtmaqdır. "Xəzər-Lənkəran" Azərbaycan futbolunda bir çox ilklərə imza atıb və bu yolla da getməkdə davam edəcək. Mən deyərdim ki, heç Kim buna şübhə etməsin.
   
Nihad
 
Rubin axır ki, "Qarabağ"a keçdi!
"Qarabağ" daha bir "İnter"li futbolçunu heyətə cəlb etdi. Bir müddət əvvəl Ağdam təmsilçisinin latviyalı yarımmüdafiəçi Andrey Rubini transfer istəyi baş tutmamışdı. Onun "İnter"lə müqaviləsi bitmədiyi üçün paytaxt klubunun bu keçidə icazə vermədiyi məlum olmuşdu. Aldığımız xəbərə görə, artıq latviyalı "Qarabağ"la 2 illik müqaviləyə imza atıb. Hazırda yarmmüdafiəçi "Qarabağ"ın heyətində məşqlərə başlayıb. Futbolçunun Avropa Liqasının birinci təsnifat mərhələsində Makedoniyanın "Metallurq" klubuna qarşı rəqib meydanda keçiriləcək cavab qarşılaşmasında iştirak etməyəcəyi də məlumdur. 31 yaşlı Rubin Makedoniyaya aparılmayacaq. Bundan əvvəl "İnter"in müdafiəçi Samir Abbasovu transfer edən ağdamlıların yeni legionerə görə nə qədər xərcə düşdüyü açıqlanmır.
 
"Xəzər" başladı, Ovsyannikov isə şokdadır
Yenidən ölkəmizi Avropa Liqasında təmsil edən "Xəzər-Lənkəran" bu turnirin birinci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Olimpiya"sı ilə keçirəcəyi cavab matçının hazırlıqlarına start verib. Artıq 2 gündür Lənkəran şəhər stadionunda toplanışa başlayan təmsilçimiz tam heyətlə hazırlıq keçir. "Xəzər-Lənkəran"la oyunda vura bilmədiyim qol yuxuma girəcək". Bu sözləri isə "Olimpiya"nın futbolçusu Yeqor Ovsyannikov deyib. İlk oynunun 35-ci dəqiqəsində yüz faizli qol imkanından yararlana bilməyən hücumçu bildirib ki, cavab görüşündə şansını qola çevirəcək: "Həmin an bir anlıq konsentrasiyanı itirdim. Özümü cavab görüşündə doğrultmağa çalışacağam. Bu, mənim çörəyimdir və onun əvəzini ödəyəcəm". Avroliqanın II təsnifat mərhələsində mübarizəyə başlayacaq "İskra-Stal"ın yarımmüdafiəçisi Nikolay Rudak isə deyib ki, "Xəzər-Lənkəran" haqda məlumatlıdır: "Yaxşı komandadır, çoxlu legionerləri var. "Xəzər-Lənkəran"a yaxşı pullar qoyulur. İddiaları da buna uyğundur. "Olimpiya"ya hətta evdə 0:0 hesablı nəticədən sonra səfərdə asan olmayacaq". Rudak Avroliqada görüşəcəkləri İsveçin "Elfsborq" klubunu "Xəzər-Lənkəran"la müqayisə etməkdə çətinlik çəkib: Deyə bilmərəm ki, "Elfsborq"a qarşı oynamağımız yaxşı olardı, yoxsa "Xəzər-Lənkəran"a. Bu komandaların güclərini bilmədiyimdən müqayisə edə bilmərəm. Deyilənə görə, hər ikisi rəqib yaxşıdır".
 
Potensial rəqibin planları
Avropa Liqasının II mərhələsində "Xəzər-Lənkəran" - "Olimpiya" cütünün qalibi ilə qarşılaşacaq Buxarest "Dinamo"su "Salzburqerland Cup" turnirində çıxışını davam etdirir. Rumıniya təmsilçisi artıq 2 oyunda gücünü sınayıb. Əvvəlcə Moskva "Lokomotiv"i ilə qarşılaşan "Dinamo" meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Oyunda baş məşqçi bu futbolçuların xidmətindən istifadə edib: Kurca (Balqradean 63), Helder (Homeyi 44), Moti, Qriqore, Pulhaç (Skarlatake 65), Torje (Stanesku 80), Kone (Vranjkovic 74), N"Doye (Munteanu 61), Adrian Kristi, Andrey Kristi (Paun 69), Nikulae (Niculesku 77). Buxarest klubu turnirin çərçivəsində ikinci oyununda Avstriyanın "Red Bul Zalsburq" komandası ilə üz-üzə gəlib. Potensial rəqibimiz bu matçda da məğlub olub 1:2. Baş məşqçi bu oyunda aşağıdakı futbolçuları meydana buraxıb: Naumovski, Homeyi, Maksumik, Moti, Diabate, Torje, Marqaritesku, Munteanu, Adrian Kristi, Qanea, Nikula. "Dinamo" heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Rumıniya təmsilçisi daha bir futbolçu ilə müqavilə imzalayıb. Belə ki, ampluası hücumçu olan Kosmin Alin Nastasi qarşıdakı 5 ildə "Dinamo"nun formasını geyinəcək. 27 yaşlı oyunçu 179 sm boya, 70 kq çəkiyə malikdir. O, əvvəllər "Aqres" klubunun heyətində çıxış edib. Futbolçunun keçidi ilə bağlı fikirlərini açıqlayan "Dinamo"nun rəsmisi Stefan Mare bunları deyib: "Nastasini iki ildir izləyirdik. Onun haqqında müsbət fikirlər əldə etdik. Fikrimcə, əla transfer oldu".