06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Ruhid Usubov: "Muğan"da perespektiv gördüyüm üçün bu komandanı seçdim"
"Lokomotiv"in güclülər dəstəsində oynadığı ilk və yeganə mövsümdə Ruhid Usubov bütün oyunlarda meydana çıxıb. Bir gün səhər tezdən atası ona oyadır ki, get inəkləri sağ. Yuxudan kəmşirin oyanan futbolçu nə cavab versə yaxşıdır? Deyir ki, güclülər dəstəsində oynayan futbolçu da inək sağar? Maraqlıdır, hə... Dost-tanış arasında ona "Tıkı" deyirlər. "Sarı uşaq" da olar. Bir məşqçi ilə onun barəsində danışsan, deyəcək ki, "hansı Ruhid, o sarı uşaq?" İstedadlı futbolçudur. "İnter"ə də bu niyyətlə gəlmişdi. Göz önündə olsun, istedadını hamıya göstərə bilsin. Amma Kaxaber Sxadadzenin "bankirlər"ə baş məşqçi təyin olunmasından sonra onun üçün qara günlər başladı. Gəldiyi gündən Ruhidi "qara siyahıya" salan gürcü ona heç bir şans vermədi. Əvəzedici komandaların ölkə çempionatında 17 qol vurması da yadına düşmədi. Münasibətin dəyişməyini görən futbolçu "Muğan"la müqavilə bağladı. Onunla söhbətə futbola gəlişindən başladıq.
   - Futbola çox çətinliklə gəlmişəm. Stadion evimizdən çox uzaq idi. Təxminən 8 km məsafə vardı. Hər gün ora ayaqla gedib-gəlməli olurdum. Çoxları mənə deyirdi ki, bu futbol nədir e, yapışmısan ondan. Peşəkar futbola 2000-də başladım. "Lokomotiv"in əvəzedici heyətində. Bir il sonra isə əsas komandaya keçdim. 15 yaşım vardı.
   - Səndə futbola bu qədər maraq haradan qaynaqlanırdı? O vaxt pul da yox idi...
   
- "Lokomotiv"də həmişə pulsuz oynamışam. Ən çox aldığım pul iki "şirvan" olub, yəni, 4 manat. O vaxt "Turan"ı udmuşduq, 3:2. Həmin oyunda rəqib qapıçı ilə təkbətək çıxdım, topu vurdum tirdən qayıtdı. Qol olsaydı, ölkənin futbol tarixinə düşə bilərdim. Ən gənc qol vuran oyunçu kimi.
   - Sonra da hərbi xidmətdə oldun...
   
- 2004/06-cı illərdə hərbi xidmətdə oldum, Beyləqanın "Qara Bəbir" komandasında. Gələndə də "MKT-Araz"a qoşuldum. İki il də orada çıxış etdim. İqor Nakoneçnı az qala İmişlini legionerlərlə doldurmuşdu. Mənim üçün çox çətin idi. Hərbi xidmətdən gəlmişdim, formada da deyildim.
   - Nakoneçnı niyə yerli futbolçulara üstünlük vermirdi? İmişlidən çıxan yeganə futbolçu idin ki, əsas komandada yer almışdın. Ən azından sənə şans verməli idi axı...
   
- Bir dəfə kapitan Saşa Yunisoğlunu götürüb getdim otağına. Ona dedim ki, utanıram, bütün qohum-əqrəba mənə görə stadiona gəlir ki, birdən oynayaram, amma hər dəfə də kor-peşiman qayıdırlar. Dedim, bir şans versin, oynaya bilməsəm "sumkamı" götürüb, çıxıb gedəcəm komandadan. Dedi, oynayacaqsan. Fikirləşdim ki, 15-20 dəqiqə oynadar. "Karvan"la İmişlidəki oyundan əvvəl demişdim ona bu sözləri. Həmin oyunu 3:1 uduzduq, qolu da mən vurmuşdum. Komandanın ən yaxşısı seçilmişdim. Ondan sonra yenə oynatmadıE Niyəsi odur ki, onda klubda işləyən yerlilər məni dəstəkləməli idi. Amma bunu onlardan görmədim. Klubda adını çəkmək istəmədiyim elə insan var idi, mən meydana çıxanda kinayə ilə deyirdi ki, oyna görək, necə oynayacaqsan. Mənə başqa cür dəstək verməliydilər, lakin təzyiq altında saxlayırdılar. Əsas komanda dağılandan sonra birinci dəstədə oynamalı olduq. Orada da bombardir oldum.
   - Sənin mövqeyin dayaq yarımmüdafiəçisidir. Amma hara gedirsən sol cinah yarımmüdafiəçisi kimi oynadırlar səni. Bu nə ilə bağlıdır?
   
- Bəlkə də qol duyumuma görə belədir. Birinci dəstədə 14 qol vurmuşdum. Sonra gəldim "İnter"ə. Burada əvəzedicilərdə birinci il 16, bu il də 17 qol vurdum. Valentin Xodukinin vaxtında əsas komandada iki qol vurmuşdum. Bunlar boş yerə deyil. Mənə nə vaxt, harada şans verilibsə, çıxıb qol vurmuşam.
   - "İnter"ə necə gəldin?
   
- Məni "Simurq" istəyirdi. Danışıb razılığa gəlmişdim. Amma "MKT-Araz" 50 min dollar istədi, "Simurq" da o pulu verə bilmədi. Xodukin oyunumu görüb bəyənmişdi. Bir dəfə yolda qabağımı kəsib dedi ki, gəl komandama. Onu tanımadağımdan, ciddiyə almamışdım. "İnter"lə müqavilə bağlayıb baş məşqçi ilə söhbətə gələndə, gördüm ki, bu, həmin kişidir. O zaman "Simurq" "Şəfa"da bir ay təlim-məşq toplanışında olmuşdu, Xodukin də gəlib məni izləyirdi. Dedi ki, sənin klubla probleminə həll edəcəm. Məndə çatışmayan çox cəhətləri düzəltdi o.
   - Ötən il kubokun finalında "Qarabağ"la görüşdə sənə 10-15 dəqiqə şans verdi. O oyun karyeranın dönüş nöqtəsi ola bilərdi...
   
- Sona yaxın bir şansım oldu, Fərhad Vəliyev topu kornerə çıxardı.
   - Kaxaber Sxadadze niyə şans vermədi bəs?
   
- "MKT-Araz"da bir futbolçu vardı, Morris Pedro. Həmişə deyirdi ki, bir insan səni sevmirsə, heç vaxt sənə güvənməyəcək. Bu sözləri Nakeneçnı barəsində demişdi. Elə mənə də aid oldu. Kaxa məni sevmədi. Əvəzedicilərdə hər oyun qol vururdum, gəlib məni dəstəkləyirdi. Ortada isə heç nə yox idi. Bir dəfə məni otağına çağırmışdı. Dedi ki, məni oynadacaq, amma bir az vaxt lazımdır. Söylədim ki, bəs o vaxt nə zaman çatacaq? Dedi, tələsmə. Formadan düşməmək üçün məcbur qalıb əvəzedicilərdə oynayırdım. Baxırdım ki, bu insan düz, sözünə sahib çıxan adam deyil. Müqaviləm də vardı, məcbur qalıb ikinci komandada oynayırdım.
   - Kaxanı necə xarakterizə edə bilərsən?
   
- Məşqçi kimi yaxşıdır, amma onda insanlıq yoxdur. O adam Xaqani Məmmədov kimi qolçu oyunçunu oynatmırsa, daha özüm barədə danışmağa dəyməz. Cavid Hüseynovu da oynatmırdı, məhv elədi o uşağı. Mən ola-ola, bir dəfə gedib əvəzedici komandadan uşaq gətirib oynatdı. O uşaq da əvəzedicilərdə necə oynayırdı, bunu hamı görürdü. Bu, ancaq düşmənçilik ola bilərdi. Kaxanı ancaq düşmən adlandıra bilərəm. Mənə qarşı çox haqsızlıq etdi. "İnter" rəhbərliyindən çox razıyam, amma baş məşqçiE O adam adi salam da vermək istəmirdi mənə. Özündən çox razı insandır, yekəxanadır.
   - Çempion da oldu, niyə özündənrazı olmasın?..
   
- Getsin "Bakı"ya dua etsin. Komandada heç kim çempion olacağımıza inanmırdı. Çünki şansımız öz əlimizdə deyildi. "Bakı"ya minnətdar olmalıyıq.
   - Qızıl medal alacaqsan?
   
- Deyiblər ki, mənə də veriləcək.
   - Artıq "Muğan"ın oyunçususan. Bu komandanı seçməyinin əsas səbəbi nədir?
   
- "Muğan"ın yaxşı komanda olduğunu bilirəm. Əsas istəyim odur ki, getdiyim komandaya xeyir verim, oynayım və artırım. Getməmişdən "Muğan" barədə düşündüm. Fikirləşdim ki, lazım olmasam, məni ora dəvət etməzdilər. İnşallah, oyunumu artırıb iddialı komandaya keçmək istəyirəm. O komandaya ki, ilk üç yer uğrunda mübarizə aparsın. Hər bir futbolçu üçün milli komandada yer almaq fəxrdir. İstəyirəm o qürur hissini mən də yaşayım. Bunun üçün hələ bir-iki ilim var. Çalışıcam bu şansı qazanım. Xavyer Zanetti mənim idealımdır. O adam özünə pşəkarcasına yanaşdığından, hələ də oynayır. Hər futbolçu belə etməlidir. "Muğan" əsasən yerli futbolçulara üstünlük verir. Məni klubun rəhbərliyi yaxşı qarşıladı, gördüm ki, bura "İnter" deyil. Gənc futbolçuya qiymət verirlər. Əsas heyətə düşməyim indi özümdən asılıdır. Bacardığımın ikiqatını edəcəm.
   - Klubun bazası ilə tanışsan?
   
- Ən yaxşı şəraiti olan klublardan biri də "Muğan"dır. Salyanda tikilən baza barədə çox eşitmişəm. Bundan da vacibi komanda daxilində səmimiyyətin olmasıdır. Təmiz rəqabət "Muğan"da olmasaydı, futbolçular çətin anda birləşib, liqada qalmazdılar. Qoy başlayım oynamağa, "Muğan"dan danışmağa sözümüz çox olacaq.
   
Vüsal
 
Prezident xeyir-duası
"Lokomotiv"in prezidenti Asif Nəsrullayev: "İmişlidə klub yaratmaqda məqsədim o idi ki, cavanları pis vərdişlərdən uzaqlaşdırdım. Hansı kənddə perspektivli uşaq var idisə, maraqlanırdım. Ruhid komandaya götürəndə, deyəsən, 14-15 yaşı olardı. İki-üç məşqinə baxandan sonra baş məşqçi Nazir Muradova dedim ki, bir gözün onda olsun. Yaşlı futbolçulara tapşırmışdım ki, uşağa nəzarət eləsinlər. Komandada hamıdan balacaydı. Ancaq oynadığı futboldan bütün İmişli rayonunun xoşu gəlirdi. "Lokomotiv" yaşasaydı, Ruhid bu gün ən tanınan futbolçulardan biri olardı. Klubu saxlamağa pulum çatmayandan sonra onu və digər uşaqları pulsuz "Karat"a verdim. Neçə ildir futboldan uzaqlaşmışam, Ruhid bu gün də mənimlə əlaqə saxlayır, hal-əhval tutur".
   
 
Ordan-burdan
Ukrayna Futbol Federasiyasının (UFF) rəhbərliyi həmyerlimiz Vadim Şevçenkonu işdən çıxarıb. Əslən Bakıdan olan Şevçenko qurumun Hakimlər Komitəsinin sədri vəzifəsindən azad olunub. Onu ötənlərin məşhur rusiyalı hakimi Aleksey Spirin əvəzləyib. Rusiya Futbol İttifaqının İnspektorlar Komitəsinin sabiq sədri gələn bazar ertəsi Kiyevdə yeni postunda təqdim olunacaq. UFF-nin prezidenti Qriqori Surkis bu vəzifəyə xarici mütəxəssis dəvət edilməsinin vacibliyini bildirməklə, namizədlərlə danışıqlar aparıldığına işarə vurmuşdu. Vadim "Neftçi"nin sabiq futbolçusu, tanınmış mütəxəssis Vitali Şevçenkonun qardaşıdır.
   ***
   16 yaşadək futbolçulardan ibarət milli yığması Almaniyada təşkil olunmuş turnirə start verib. Komandamız Turingen əyalətinin yığması ilə qarşılaşıb və 4:0 hesabıyla qalib gəlib. Qolları Qurbanəli Əliyev, Ruslan Nəsirli, Namiq Ələsgərov və Kənan Manafov vurub. B, Almaniya Futbol İttifaqı tərəfindən keçirilən ənənəvi turnirdir və iştirakçıları Almaniyanın müxtəlif bölgələrini təmsil edən yığma komandalardır. 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu turnirə AFFA ilə Almaniya Futbol İttifaqı arasında mövcud olan əməkdaşlıq müqaviləsi çərçivəsində dəvət olunub. 22 komandanın mübarizə apardığı turnirdə yığmamız Almaniya təmsilçisi olmayan yeganə iştirakçısıdır. Duysburq şəhərində keçirilən "DFB-Şulerlager" yarışmasının ilk turunun ən böyük hesablı qələbəsini qazanan komandamız ikinci oyununda Almaniyanın Cənub-Qərb zonasının yığması ilə üz-üzə gələcək. Bu komanda ilk matçında Cənubi Baden yığmasını 3:1 hesabı ilə məğlub edib.
   ***
   İtaliyanın Liqnano şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa Liqasının seçmə mərhələ oyunları keçirilib. Çexiya yığması ilə qarşılaşan millimiz 5:4 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Elşad Quliyev, Elvin Quliyev, Zeynal Zeynalov, İlham Əzizzadə və Müslüm Hüseynov vurub. B qrupunda mübarizə aparan Azərbaycan yığması Hollandiyanı 7:4 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. Çexiya isə II turda hollandları eyni hesabla məğlubiyyətə uğratmışdı.
   ***
   Eşitməqüsurlu əlillərdən təşkil olunmuş 16 yaşadək futbolçulardan ibarət millimiz Slovakiyanın Preşov şəhərində keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.
   Ruminiya (7:1), Bolqarıstan (6:0), Makedoniya (5:1), Polşa (4:0) komandalarını məğlub edən millimiz Rusiya yığması ilə heç-heçə (2:2) oynamaqla, Ukrayna təmsilçisinə (0:5) məğlub olub. Mllimizin futbolçusu Səid Talıbzadə isə 5 qolla turnirin bombardiri olub. Bu münasibətlə ona turnirin təşkilatçıları tərəfindən xüsusi diplom təqdim edilib.
   ***
   "Beşiktaş"ın prezidenti Yıldırım Dəmirörən azərbaycanlı iş adamı Mübariz Mənsimovun onun komandası üçün ulduz futbolçular alacağı ilə bağlı vəd verməsi barədə mətbuatın iddialarına münasibət bildirib. "Neftçi" ilə oyundan əvvəl keçirilən mətbuat konfransında İstanbul klubunun rəhbəri söyləyib ki, İdarə Heyətində təmsil olunan heç bir şəxsi futbolçu alacaq deyə komandaya gətirməyib: "Mübariz Mənsimov da mənə heç bir vəd verməyib. Onlara təşəkkür edirəm. "Beşiktaş TV" üçün böyük yardımları oldu".
   ***
   Premyer Liqa, ölkə kuboku və birinci divizion oyunlarını idarə edən hakimlərin təlim-məşq toplanışı keçiriləcək. Türkiyənin Ankara şəhərində iyulun 15-dən 29-dək təşkil olunan toplanış çərçivəsində ədalət təmsilçilərimiz bir neçə yoxlama oyunlarını da idarə edəcək.
   
 
Petrov "Muğan"da
Yeni mövsümə hazırlaşan "Muğan" məşqlərini "Ədliyyə" stadionunda həyata keçirir. Salyan təmsilçisi dünən heyətini daha bir oyunçu ilə gücləndirib. Belə ki, "Muğan" azarkeşlərin "Simurq"dan yaxşı tanıdığı Nikolay Valev Petrovla müqavilə imzalayıb. 29 yaşlı hücumçu qarşıdakı 1 il ərzində "ağ-qırmızılar"ın formasını geyinəcək. Futbolçu 2010-cu ilin fevralından etibarən Bolqarıstanın "Slavia" komandasında çıxış edirdi. Karyerasının böyük hissəsini Bolqarıstanda keçirən forvard həmin ölkənin "Spertkavitsa", "Spartak Varna", "Çerno More" və "Slavia" kimi klublarında keçirib. 2010-cu ilin qış mövsümünə qədər "Simurq"un heyətində çıxış edən futbolçu 17 matç ərzində 2 qola imza atıb. Nikolay Petrov bu gündən etibarən "Muğan"ın düşərgəsində heyətlə birgə məşqlərini davam etdirəcək. Premyer Liqada üçüncü mövsümünə başlayan aranlılar bosniyalı yarımmüdafiəçi İlya Podranskini də yoxlanışdan keçirir. Afrikadan olan legionerlər də yaxın günlərdə birbaşa müqaviləyə gələcək.
 
"Turan" Braziliyadan Markonu gətirdi
"Məşqimizi gündə iki dəfə olmaqla davam etdiririk. Əsasən fiziki planda çalışmalara yer ayırmışıq". Bu sözləri "Turan"ın baş məşqçisi Sakit Alıyev deyib. Hazırlığın birinci mərhələsini Tovuzda reallaşdıracaq əyalət təmsilçisi gündəlik məşqlərlə yanaşı, heyətini də komplektləşdirməyə çalışır. Bir müddət əvvəl gürcüstanlı futbolçuları sınayan Alıyev onları bəyənməyərək, geri qaytarıb. Amma braziliyalı yarımmüdafiəçi baş məşqçinin rəğbətini qazanmaq üzrədir: "6 legioneri geri qaytardıq. Onların hazırlığı məni qane etmədi. Yalnız braziliyalı Marko Tuyibo klubun düşərgəsindədir. Texniki imkanlarına görə seçilən cənubi amerikalı fiziki planda axsayır. Ancaq məşqlərdə can yandırır. Böyük ehtimalla onunla müqavilə imzalayacağıq". Baş məşqçi Markodan başqa, daha bir əcnəbi oyunçunu sınayır. Tümen "Geoloq"unda çıxış edən nigeriyalı yarımmüdafiəçi barədə yaxın günlərdə qərar veriləcək. "Turan"a keçidi gündəmdə olan 29 yaşlı Marko Tuyibo karyerası ərzində Macarıstanın "Debretsen", Küveytin "Kazma", Bolqarıstanın "Lokomotiv" klublarının formasını geyinib.