06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Elnur Məmmədli yenidən zədələndi
Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında cüdo üzrə 73 kq çəki dərəcəsində qızıl medal qazanıb. 22 yaşlı idmançı bildirib ki, Bakı şəhəri üzrə Yol Patrul Xidmətinə (YPX) baş müfəttiş vəzifəsinə təyin olunub. Məmmədli paytaxtın 11 rayonu üzrə yol polislərinin işinə nəzarət edəcək. Olimpiya çempionu hazırda baş leytenant rütbəsində olsa da, mayor rütbəli şəxsin daşıyacağı vəzifənin ona həvalə olunduğunu vurğulayıb: "Yeni vəzifəmdən razıyam. Rahatdır. Əsas məsələ odur ki, idmandan ayrı düşməmişəm. Yenə normal qaydada məşqlərimi davam etdirirəm".Onun sözlərinə görə, Moskvada start götürən "Böyük dəbilqə" turniri öncəsi dizindən xəsarət alıb. Bu səbəbdən, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi turnirdə çıxış edə bilmir. Artıq 81 kq çəki dərəcəsində mübarizə aparan Elnur Məmmədli "Böyük dəbilqə"də ilk görüşünü macarıstanlı Laslo Soknyayla keçirməli idi. Məmmədli Pekin olimpiadasında qızıl medal qazandıqdan sonra məhz dizindəki zədə üzündən uzun müddət heç bir yarışda iştirak etməyib.
   
 
Avropa çempionatında 7-ci oldu
Azərbaycan yığması İspaniyanın Trasona şəhərində başa çatan kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatında ümumi komanda hesabında 7-ci yeri tutub. Nüfuzlu yarışda "köhnə qitə" ölkələrindən cəmi 17-si medal qazanmağa müvəffəq olub. Ölkəmizi cəmi 2 kanoeçi - Sergey Bezuqlıy - Maksim Prokopenko dueti təmsil edib. Onlar 1000 metr məsafəyə yürüşdə qızıl, 500 metr məsafəyə yürüşdə isə gümüş medala layiq görülüblər. Bu nəticə Azərbaycanın ötən ilki Avropa çempionatı ilə müqayisədə həm medal əyarı, həm də mövqe sarıdan irəliləyişinə səbəb olub. 2009-cu ildə Almaniyanın Brandenburq şəhərində təşkil olunmuş qitə çempionatında Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə qızıl, Sergey Bezuqlıy - Maksim Prokopenko dueti isə 500 metr məsafəyə yürüşdə bürünc medal qazanmışdı. Həmin vaxt ölkəmiz 9-cu olmuşdu. İndi isə yığmamız cəmi 2 kanoeçi ilə 1 qızıl, 1 gümüş medal qazanaraq, 7-ci yeri tutub. Həm də Azərbaycan bu medalları digər ölkələr kimi, kayak və kanoedə deyil, yalnız kanoe növündə əldə edib. Azərbaycanla müqayisədə Avropa çempionatına geniş heyətlə qatılan Almaniya 15 medalla 1-ci, Macarıstan 12 medalla 2-ci, Böyük Britaniya 5 medalla 3-cü olub. Sonrakı 3 yeri Belarus, Litva və Rusiya yığmaları tutub. Əvəzində ölkəmiz medal əyarında Rumıniya, təşkilatçı İspaniya, Fransa, Polşa, Slovakiya, İsveç, Ukrayna, Çexiya, Danimarka və Portuqaliyanı geridə qoyub.
   
 
Qitə birinciliyində yeni tarix
Bolqarıstanın Samokov şəhərində gənclər arasında güləş üzrə keçirilən Avropa birinciliyi başa çatıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətidən verilən məlumata əsasən, yarışın son günü yunan-Roma güləşçiləri mübarizəni davam etdirib. 55, 66, 84 və 120 kq çəkidə mübarizə aparan güləşçilərimizdən yalnız Rəsul Cunayev (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib. Təmsilçimiz ard-arda moldovalı İon Luçitanı (7:0, 1:0), latviyalı Kristaps Kalnakarklisi (5:1, 6:0), erməni Gevorg Sahakyanı (5:1), xorvat Dominik Etlingeri (5:0) hesablı təmiz qələbələrlə məğlub edərək finala yüksəlib. Finalda gürcü Saçino Davitaia üzərində də inamlı qələbə qazanan (7:0, 0:2, 7:1) Rəsul Cunayev Avropa birinciliyinin qalibi olub. Beləliklə, Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərovun da hakim kimi ölkəmizi təmsil etdiyi Avropa birinciliyində hər üç yığmamız ümumilikdə 10 medal qazanıb və güləş tariximizdə yeni bir tarix yazıb.
   4 qızıl medal
   50 kq - Eldəniz Əzizli (yunan-Roma güləşi)
   55 kq - Toğrul Əsgərov (sərbəst güləş)
   60 kq - Kamran Məmmədov (yunan-Roma güləşi)
   66 kq - Rəsul Cunayev (yunan-Roma güləşi)
   3 gümüş medal
   44 kq - Marziget Baqomedova (qadın güləşi)
   96 kq - Xangirey Asyatilov (sərbəst güləş)
   120 kq - Aslan Dzebisov (sərbəst güləş)
   3 bürünc medal
   51 kq - Patimat Baqomedova (qadın güləşi
   60 kq - Ümüd Məmmədov (sərbəst güləş)
   66 kq - David Suynucxanov (sərbəst güləş)
   
 
"Yay kuboku" başa çatıb
İyulun 3-də Novxanı qəsəbəsindəki "Sərhədçi Atçılıq İdman Klubu"nun açıq manejində Azərbaycan Atçılıq İdmanı Federasiyasının təşkilatçılığı ilə S* kateqoriyalı konkur üzrə "Yay kuboku" yarışları başa çatıb. İştirakçılar əvvəlcə maksimal hündürlüyü 125 sm olan maneələri dəf etməkdə qüvvələrini sınayıblar. "Sərhədçi" Atçılıq İdman Klubunun (AİK) idmançısı Seyid Musayev "Nabab De Belou" ləqəbli atla kuboka sahib olub. İkinci yeri "Kalinka" ləqəbli atla "Günay" atçılıq təsərrüfatının idmançısı Qennadi Qaşıbayazov, üçüncü yeri isə "Aco"s First Boy" ləqəbli atla Elmar Abdullayev tutub. Bu yarışın ümumi mükafat fondu 3 min manat olub. Daha sonra "Yay Kuboku" turnirinin final mərhələsi başlanıb. İki hissədən ibarət bu yarışda maneələrin maksimal hündürlüyü 130 və 135 sm təşkil edib. Bu yarışmanın mükafat fondu isə 7 min manat olub. Nəticədə "Sərhədçi" AİK-in jokeyi Seyid Musayev "Nabab De Belou" ləqəbli atla növbəti dəfə yarışda qalib gəlib. Bu klubun digər idmançısı - Rahib İsmayılov "Concorde 57" ləqəbli atla ikinci, Hikmət Musayev isə "Layt Limerick" ləqəbli atla ücüncü yerdə qərarlaşıb. Sonra Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev idmançıları mükafatlandırıb. İlk beş yeri tutan idmançılar diplomlar və pul mükafatları, birinci yerlərin sahibləri isə, həmçinin "Yay kuboku" ilə təltif olunublar. Yarışda qalib adı uğrunda "Sərhədçi" və "Günay" atçılıq klublarının 10 idmançısı iştirak edib.
 
Peytbol və voleybol turniri keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Stend Atıcılığı İdman Kompleksində "26 iyun - Silahlı Qüvvələr Günü"nə həsr olunmuş Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkilatları arasında peytbol turniri keçirilib. Turnirin keçirilməsində məqsəd "26 iyun - Silahlı Qüvvələr Günü"nün geniş şəkildə qeyd olunması, tələbə-gənclərin peytbol idman növü ilə müntəzəm məşğul olmağa cəlb etmək, onlara silahla davranış qaydalarını öyrətmək və onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir. Turnirdə 8 komanda iştirak edib. Yekun nəticələrə görə yarışda I yeri Azərbaycan Texniki Universitetinin komandası, II yeri Azərbaycan Dövlət Pedoqoji Universitetinin komandası, III yerə isə Əmək və Sosial Münasibətlər Akademiyasının komandası layiq görülüblər. Qalib gəlmiş komandaların üzvlərinə Bakı səhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubok təqdim olunub. "26 iyun - Silahlı Qüvvələr Günü" ilə bağlı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ rayonu Sanqaçal qəsəbəsində yerləşən "N" saylı Hərbi Hissədə voleybol turniri keçirilib. Turnirdə I, II, III yerləri tutmuş komandaların üzvləri xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlarla təltif olunmuş, hərbi hissəyə voleybol topları və torları, həmçinin hərbi xidmətdə fərqlənmiş bir qrup əsgərə hədiyyələr təqdim edilib. Tədbirin sonunda şəxsi heyət qarşısında mədəniyyət işçilərinin iştirakı ilə bayram konserti təşkil olunub.
 
Dünya kubokunda uğurlu çıxış
Portuqaliyada açıq suda üzgüçülük üzrə (10 km) Dünya kubokunun mərhələ yarışı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 21 ölkədən 70 idmançının (40 kişi, 30 qadın) qatıldığı bu yarışda Azərbaycan üzgüçüləri 3 və 4-cü yerləri bölüşüblər. Azərbaycanın şərəfini qoruyan Fesenko Sergey yarışda 3-cü, xanım üzgüçümüz İnqa Koçur isə 4-cü yerlə kifayətlənib.
 
"... London Olimpiadasına gedəcəm"
"İsti yay günləri olsa da, məşqlərimizi intensiv şəkildə davam etdiririk. Əlbəttə ki, əziyyət çəkmədən heç nəyə nail olmaq mümkün deyil. Hər şey dözüm və qətiyyət tələb edir". Bu sözləri cüdoçu Kifayət Qasımova deyib. 27 yaşlı ikiqat Avropa çempionumuz Moskva tatamisində yarışmağa hazırlaşır. Qasımova bildirib ki, "Böyük Dəbilqə" seriyalı yarışda uğur qazanmaq London Yay Olimpiya Oyunlarına getməyin ən qısa yoludur: "İyulun 3-də start götürəcək və 2 gün davam edəcək yarış mən və komanda yoldaşlarım üçün böyük əhəmiyyət kəsb edir. Bu, ən çox lisenziya balları verən yarışdır. Əgər, Moskvada uğur qazansam, London Olimpiadasında mütləq güləşəcəyəm. Yəqin ki, Londondakı birincilikdən sonra karyeramı bitirərəm".
 
AÇ-dan 1 qızıl, 3 gümüş, 2 bürünc medalla
Ukraynanın Lvov şəhərində yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyinin qalibləri müəyyənləşib. Yarışa 11 boksçu ilə yollanan Azərbaycan yığma komandası uğurlu çıxışı ilə yadda qalıb. Belə ki idmançılarımız Lvovda 6 medal qazanıblar. Komandamızın heyətində bütün rəqiblərinə qalib gələn Rəvan Əliyev (70 kq) Avropa çempionu adına layiq görülüb. Yalnız həlledici döyüşdə məğlub olan Fərid İsmayılov (52 kq), Alim Abbasov (54 kq) və Rauf Rəhimov (75 kq) gümüş medalla kifayətləniblər. Hüseyn Nərimanlı (46 kq) və Nəbi Bağırov (63 kq) isə bürünc medala layiq görülüblər. Qitənin ən mötəbər yarışında 30 ölkədən 220 boksçu mübarizə aparırdı.
 
Kiprə gedirlər
"Crescent Beach" çımərliyində çimərlik voleybolu üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda "Xətai-1", "Xətai-2", "Lokomotiv-1", "Lokomotiv-2", "Sabunçu", "RİOEUGİM", "Nəqliyyatçı", "Sumqayıt", "Sərhədçi" və s. komandalar iştirak edib. Ümumilikdə yarışa 50-dən çox idmançı qatılıb. Nəticələrə görə, oğlanlar arasında 1-ci yerə "Sərhədçi" komandası, 2-ci yerə "Sumqayıt" komandası, 3-cü yerə isə "Sabunçu" komandası, qızlar arasında 1-ci yerə "Lokomotiv-2" komandası, 2-ci yerə "Lokomotiv-1" komandası, 3-cü yerə isə "Xətai-1" komandası layiq görülüblər. I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar. Çimərlik voleybolu üzrə 23 yaşa kimi oğlan və qızlardan ibarət yığma komandalar isə Kiprdə keçiriləcək reytinq xarakterli beynəlxalq turnirdə iştirak edəcək. İyulun 14-17-də keçiriləcək yarışda ölkəmizin idman şərəfini İqor Kutukovun rəhbərliyi altında Fəridə Rəsulova, Olqa Ajgibiceva, Vadim Kutukov və Arif Tağıyev qoruyacaqlar. Voleybolçularımız səfərə iyulun 12-də yola düşəcəklər. Bu turnirdən sonra yığma komandalarımızı daha çətin sınaq gözləyir. Onlar avqustun 12-24-də baş tutacaq Avropa çempionatında mübarizə aparacaqlar.
 
Millinin kapitanı məşqçisi ilə nişanlandı
Voleybol üzrə Azərbaycan yığmasının kapitanı Oksana Parxomenko subaylığın daşını atıb. Moskva "Dinamo"sunda forma geyinən həmyerlimiz bu klubda statistika üzrə məşqçi Onat Kurtla nişanlanıb. 2 ildir bir-birini sevən türkiyəli çalışdırıcı Kurtla millimizin kapitanı Parxomenkonun nişan mərasimi Bakıda baş tutub. Onların toy mərasimi 2011-ci ilin yaz aylarına planlaşdırılır. Bu cütlüyün tanışlığı 2008-ci ilə təsadüf edir. 2008/2009-cu illər mövsümündə "Fənərbaxça"nın heyətində çıxış edən və komanda ilə çempion olan Parxomenko, həm də Türkiyənin ən yaxşı voleybolçularından biri adına layiq görülüb. Bu vaxt isə Onat Kurt da klubda məşqçilik edib.
 
Gəncə Olimpiya Kompleksi yandı
Gəncədə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nizami rayonunda yerləşən İdman və Olimpiya Kompleksinin ərazisində 1 hektar sahədə quru ot yanıb. Yanğın saat 16.29-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbi araşdırılır.
 
Fərid Mansurov yığmaya baş məşqçi təyin olundu
İkiqat dünya və Olimpiya çempionu Fərid Mansurov yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi təyin olunub. Yığma komandanın bazasında bununla əlaqədar olaraq 30 iyun tarixində tədbir keçirilib. Tədbirdə yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov və digər federasiya rəsmiləri iştirak ediblər. Cəfərov komandaya yeni baş məşqçini təqdim edərək, Mansurova yeni vəzifəsində uğurlar arzulayıb. O, Mansurovun son Avropa çempionatında aldığı zədəyə görə idmançı kimi karyerasının bitdiyini və federasiya rəhbərliyinin güləşçini bu vəzifəyə layiq gördüyünü bildirib. Vitse-prezident, həmçinin, böyüklərdən ibarət yığmanın sentyabr ayında dünya çempionatında, gənclərdən ibarət yığma komandanın yaxın günlərdə Avropa çempionatında, yeniyetmələrdən ibarət yığma komandanın isə Tiflisdə beynəlxalq turnirdə iştirak edəcəyini qeyd edib. Daha sonra isə çıxış edən Mansurov federasiya rəhbərliyinə göstərilən etimada görə minnətdarlığını bildirib. O, idmançı karyerasının bitməsinə baxmayaraq, ürəyinin həmişə idman və idmançılarla olacağını deyib. Sonda yunan-Roma güləşi üzrə yığma komandanın bütün üzvləri xatirə şəkli çəkdiriblər.
 
Motosikletçilər Türkiyədə
Türkiyənin Ankara şəhərində motosikletçilərin beynəlxalq festivalı keçiriləcək. Mərmərə Motosiklet Kulubunun təşkilatçılığı ilə baş tutacaq festivalda dünya idmançıları sərbəst şəkildə motokros hərəkətləri nümayiş etdirəcəklər. İdmançılar akrobatik hərəkətlərdən istifadə edəcəklər. Fetival 9 gün davam edəcək.