06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Qarabağ" abanları Makedoniyaya aparmadı
Qurban Qurbanov yenə riskə gedəcək
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 8-də Makedoniyada "Metallurq" ilə görüşəcək "Qarabağ" bu gün səhər saatlarında səfərə çıxacaq. Bakı-İstanbul-Skopye hava reysi ilə səfər edəcək təmsilçimiz Makedoniya paytaxtında "Aleksandr" otelində məskunlaşacaq. Ağdam təmsilçisi cavab oyununa ciddi itkilərlə yollanacaq. Belə ki, komandanın hər iki albaniyalı futbolçusu cavab görüşündə iştirak etməyəcək. İlk oyunda qırmızı vərəqə alaraq cəza duruma düşən mərkəz müdafiəçisi Admir Telidən başqa, müdafiənin sol cinahında yer alan Ansi Aqolli də "Qarabağ"a kömək edə bilməyəcək. Buna səbəb Ansinin ilk oyunda zədələnməsidir. Komandanın dünənki məşq prosesində də əzələsi dartılan legioner sıradan çıxıb. Buna görə də hər iki albaniyalı Makedoniyaya aparılmayacaq. Bakıdakı matç ərəfəsində zədələnən müdafiəçi Maksim Medvedyev isə qarşıdakı görüşdə meydana çıxa biləcək. Eləcə də belə problemi olan Samir Abasov cavab oyununda komandasına kömək edəcək. Baş məşqçi Qurban Qurbanovun bildirdiyinə görə, komandaya hücumçu transfer etməyəcəyik. Bakıda keçirilən oyunda 4:1 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisinin qollarını meydanda sırf hücumçu funksiyasını yerinə yetirən Rauf Əliyev deyil, yarımmüdafiəçilər və müdafiəçi vurub. Ancaq Qurbanov buna rəğmən Raufun çıxışından razıdır: "Hücumçu ən çətin seçilən oyunçulardandır. Fikir verdinizsə, Rauf "Metallurq"la oyunda daim hərəkətdə oldu və müdafiəçiləri yormağı bacardı. Hücumçunun işi ancaq qol vurmaqdan ibarət deyil. Həm də yeni hücumçu almaqla, biz Rauf kimi gənclərin yolunu kəsmiş olarıq. Üstəlik, yeni oyunçunun komandaya uyğunlaşması kifayət qədər vaxt aparacaqdı. Ona görə də hansısa futbolçunun transferini düşünmürük". Qurbanov "Metallurq"a qarşı cavab oyununda daha bir gənc futbolçuya şans vermək fikrindədir. O, Aqoliyə əvəzləyici tapılıb. Bu, "Qarabağ"ın əvəzedici heyətindən əsas komandaya cəlb edilmiş 18 yaşlı Qara Qarayevdir. Qarayev eyni zamanda 21 yaşadək milli komandanın üzvüdür: "Aqolinin yerində çox güman ki, Qara Qarayevi oynacadağam. Hazırda onun üzərində çalışırıq. Əsas namizədimiz məhz bu futbolçudur". "Qarabağ"a gələndən sonra Qurban Qurbanov bir neçə dəfə risqli addımlar ataraq gənclərə start heyətində yer verib. Tezliklə bu addım özünü doğruldub. Xüsusilə Vaqif Cavadov, Əfran İsmayılov və Rauf Əliyev müntəzəm olaraq "Qarabağ"ın heyətində yer almaqla yanaşı, həm də milliyə dəvət olunublar və komandalarının aparıcı futbolçularına çevriliblər. Birinci oyunda rəqib üçün keçilməz olan Fərhad Vəliyev bu uğurlu çıxışını Skopyedə də təkrarlamaq istəyir: "Skopyedə bizi çətin oyun gözləyir. Rəqib zəif komanda deyil. Sadəcə, biz onların səhvlərindən düzgün istifadə etdik. Amma onların da qol vurmaq üçün kifayət qədər imkanı oldu. Əlbəttə, qapımı toxunulmaz saxlamağa çalışacağam. Məqsədimiz vətənə qələbə ilə dönməkdir. Birinci oyun ərəfəsinə yüngül zədələrim olsa da, artıq hamısı keçib. Tam gücümlə oynayacam".
   Peşakar Futbol Liqasının prezidenti Ramin Musayev Makedoniya klubunu 4:1 hesabı ilə məğlub edən "Qarabağ"ın üzvləri ilə görüşüb. PFL-in şefi oyundan sonbra paltardəyişmə otağına gələrək, komandanın məşqçi və futbolçularını, həmçinin klub rəhbərliyini möhtəşəm qələbə münasibəti ilə təbrik edib: "Bütün komandalarımıza avrokuboklarda uğurlar arzu edirəm. Növbəti oyunda arxayınlaşmaq olmaz, səfər oyununa da ciddi hazırlaşmaq və Avropa Liqasında bacardığınız qədər irəli getmək lazımdır. Gələn mövsüm avrokubokların püşkü atılarkən bu il komandalarımızın topladığı xalların çox önəmi olacaq. Yəqin ki, bu oyunda hakimliyin səviyyəsindən sonra komandalarımızın öz hakimlərimizə olan rəğbəti artar".
   Vaxtilə milli komandasını, yığmamızı, "Bakı"nı çalışdırmış Qyoko Hacıyevski Avroliqanın I təsnifat mərhələsində "Qarabağ"ın "Metallurq" üzərində Tofiq Bəhramov adına Respublika stadionunda 4:1 hesablı qələbəsinə şahid oldu. Makedoniyalı mütəxəssisin sözlərinə görə, təcrübə oyunun taleyini həll edib: "Qarabağ"ın Bakıda "Metallurq"a qalib gələcəyini gözləyirdim. Əvvəl də demişdim ki, sizin komanda bu cütdə favoritdir. Ancaq açığı, həmyerlilərimin belə hesabla uduzacağı mənim üçün gözlənilməz oldu. "Qarabağ"da yaxşı futbolçular çoxdur. Ötən yay Avroliqada uğurla çıxış edən komandanın beynəlxalq təcrübəsi böyükdür. "Metallurq" isə gənc heyətə malikdir. Avrokuboklarda debüt edən komanda cəmi iki ildir yüksək liqada oynayır. "Metallurq" çoxlu səhvlərə yol verdi. Həm qapıçıları, həm də mərkəz hücumçunun xətası çox oldu. Mən "Qarabağ"ın iki top fərqi ilə qələbəsini gözləyirdim. Hesab oyuna görə olmadı. "Qarabağ" son dəqiqələrə kimi proqnozumu doğruldurdu, 2:0 hesabı ilə irəlidə idi. Ancaq həmyerlilərim belə məğlubiyyətə görə özləri günahkardır. 35-40 dəqiqə sayca üstün olduğun komandadan son dəqiqələrdə iki top buraxdı, 2:0-da mərkəz hücumçu qapıçı ilə təkbətək çıxır və yüz faizli qol imkanından istifadə edə bilmir. Bu, "Qarabağ" üçün super nəticə oldu. Hesab edirəm ki, Skopyedə sensasiya olmayacaq və komandanız növbəti mərhələyə çıxacaq". Püşkdən sonra Hacıyevski "Metallurq" üçün rəqib haqda məlumat baxımından yaxşı mənbə kimi gündəmə gəldi. Ancaq təcrübəli çalışdırıcı özünü "casus" yox, ciddi insan kimi qələmə verilməsinin zəruri sayır: "Açığı, Bakıdakı oyunda qələbəyə daha çox layiq olan komandaya azarkeş edirdim. Görüş göstərdi ki, "Qarabağ" "Metallurq"dan daha güclüdür və layiqli qələbə qazandı. Makedoniyalı olduğumdan öz ölkəmin komandasına tərəfkeşliyim normaldır. Necə ki, siz də azərbaycanlı kimi öz komandanıza azarkeşlik edirsiniz. Ancaq mənim "Metallurq"a bağlılığım olmayıb. "Vardar" olsaydı, bu, başqa məsələ. Bu, mənim üçün doğma komandadır. Uzun illərdir çalışdırdığım "Vardar"ın çılğın azarkeşiyəm. Mən son illərdə Azərbaycanda çalışıram və burada, o cümlədən "Qarabağ"da çoxlu dost-tanışlarım var. "Metallurq"un üzvləri burada olduqları müddətdə Azərbaycanda futbolunun inkişaf tempini gördülər".
   
İLKin
 
Ağdam klubu 289-cu yerdə
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Planetin 350 ən güclüsü arasında Azərbaycanın 1 təmsilçisi yer alıb. Bu, 70,5 xala malik "Qarabağ"dır. Təmsilçimiz Makedoniyanın "Rabotniçki", Sinqapurun "Sinqapur Armed Forses" və Kolumbiyanın "Atletiko Medelyin" klubları ilə 289-cu yeri bölüşür. Qurban Qurbanovun yetirmələri ötən ayla müqayisədə 7 pillə irəliləyiblər. Belə ki, onlar İFFHS-ın bir ay əvvəlki sıralamasında 296-cs yerdə idilər. Dünya klublarının reytinqinə Çempionlar liqasının son iki mövsümünün qalibləri "Barselona" (İspaniya) və "İnter" (İtaliya) başçılıq edirlər. Hesablarında 297 xal olan liderlər üçüncü olan Almaniyanın "Bavariya" klubunu 40 xal arxada qoyurlar.
 
İki türkiyəli inspektor ölkəmizdə
UEFA iki türkiyəli futbol funksionerini Azərbaycan klubları ilə görüşə yollayır. Türkiyə Futbol Federasiyanın Hakimlər Komitəsinin sədri Oğuz Sarvanla Hasan Ceylan Avroliqada ölkəmizi təmsil edən "Qarabağ"la "Xəzər-Lənkəran"ın oyunlarına təyinat alıb. II təsnifat mərhələsinə çıxmaq vəzifəsini böyük ölçüdə həll edən "Qarabağ"ı növbəti sınağı "Portdaun" (Şimali İrlandiya) - "Skonto" (Latviya) cütünün qalibi ilə olacaq. Sarvan Ağdam klubunun iyulun 22-də səfərə oyununa UEFA nümayəndəsi təyin edilib. Seylan isə bu həftə Lənkərana gələcək. O, bu şəhərdə "Xəzər-Lənkəran" Moldovanın "Olimpiya" klubu ilə Avroliqanın I təsnifat mərhələsində cavab görüşündə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
 
90 dəqiqəlik qələbə
Emin Ağayevin formasını geyindiyi "Volqa" növbəti oyununu keçirib. Rusiya çempionatının ikinci divizionunda mübarizə aparan "Tver" təmsilçisi "Tekstilşik"lə qarşılaşıb. Oyun 2:0 hesabı ilə başa çatıb. Qələbəni "Volqa" bayram edib. Tver klubunun qollarını Serbin və Korçaqin vurub. Yıbmamızın sabiq müdafiəçisi 90 dəqiqə meydanda olub.