06/07/2012 N 068(948)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Futboçu
Proses
Müxtəlif
İdman
İdman
Qol+
VİP
Fikir
Top
Xəbər
Top
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Benayun "Çelsi"yə keçdi
"Çelsi" klubu əzəli rəqibi "Liverpul"un futbolçusu Yossi Benayunu transfer edib. İngiltərə mətbuatının məlumatına görə, israilli yarımmüdafiəçi "zadəganlar"la 3 illik müqavilə bağlayıb. Anlaşmanın maddi tərəfləri açıqlanmır. "Çelsi"nin baş məşqçisi Karlo Ançelotti Benayunun bir çox üstünlüklərindən yararlanmaq niyyətində olduqlarını bildirib. 30 yaşlı futbolçunun özü isə böyük klubda oynayacağını bildirib. Qeyd edək ki, İsrail yığmasında da çıxış edən Yossi Benayun "Liverpul"un heyətində son 3 mövsümdə 134 dəfə forma geyinib. "Çelsi"nin sahibi yəhudi əsilli biznesmen Roman Abramoviçdir.
   
 
Quardyola müqaviləni uzadır
İspaniya çempionu "Barselona"nın vitse-prezidenti Xosep Mariya Bartomeu baş məşqçi Xosep Quardyola ilə müqaviləni uzadacaqlarını açıqlayıb. "Football365"ə istinadən verilən məlumata görə, Bartomeu Quardyolanın iyunun 30-da başa çatan anlaşmasını dünya çempionatından sonra yeniləyəcəklərini bildirib. Onun fikrincə, baş məşqçinin özü komandada fəaliyyətini davam etdirməyə razılıq verib. Klub rəhbərliyi uzunmüddətli müqavilə bağlamaq istəsə də, Quardyola 1 illik anlaşmanın əldə olunmasının tərəfdarıdır. Qeyd edək ki, "Barseolona"nın baş məşqçi postunda 2 illik fəaliyyəti dövründə Xosep Quardyola kluba 7 titul qazandırıb.
 
Yığmanın qapısı Anelkaya əbədi bağlandı
Dünya çempionatında Meksikaya 0:2 hesablı məğlubiyyətdən sonra Fransa milli komandasından qovulan Nikola Anelka bir daha yığmaya çağırılmayacaq. Məlumatına görə, bu haqda Fransa Futbol Federasiyasının sabiq prezidenti Jan-Pyer Eskalet açıqlama verib. Dünya çempionatındakı uğursuzluqla əlaqədar tutduğu postu tərk edən Eskalet bildirib ki, nə FFF-in yeni prezidenti, nə də baş məşqçi Raymon Domenekin əvəzləyicisi Loran Blan mundialda baş verənləri unutmayacaq: "Onlar Anelkanın bir daha milli forma geyməsinə icazə verməyəcəklər". Qeyd edək ki, Nikolya Anelka Fransa - Meksika matçının fasiləsində Raymon Domenekin bildirdiyi iradlara cavab olaraq, baş məşqçini təhqir edib. Bu xəbər ertəsi gün Fransanın "L Equip" qəzetinə çıxıb. FFF rəhbərliyi isə Anelkanın yığmadan qovulmasına qərar verib. Hücumçunun komanda yoldaşları millinin növbəti məşqini boykot ediblər. Yaşanan xoşagəlməz olaylar yığmanın oyununa da təsirsiz ötüşməyib. Nəticədə 2006-cı il dünya çempionatının finalçısı cari mundialda bir qələbə belə qazanmadan turnirlə vidalaşıb.
 
Ronaldu ata oldu
Portuqaliya millisinin və İspaniyanın "Real" komandasının futbolçusu Kriştianu Ronaldu ata olub. Məlumata görə, bu barədə o, özünün mikrobloqunda məlumat verib. Ronaldu oğlan atası olduğunu qeyd edib: "Uşağın anası ilə qarşılıqlı razılaşmamza görə, körpə mənim himayəmdə olacaq. Uşağın anası anonim qalmaq istəyir. Bundan əlavə heç bir informasiya verməyəcəyəm. Xahiş edirəm ki, mənim və uşağın şəxsi həyat hüququna hörmət edəsiniz". Qeyd edək ki, Ronaldu evli deyil. Amma son məlumatlara görə, o, 24 yaşlı rusiyalı fotomodel İrina Şeykə evlənməyi təklif edib. Əsl soyadı Şeyxulislamova olan tatar fotomodel hazırda Fransada yaşayır və işləyir. İrina və Kriştianu may ayında Korsikada bir yerdə dincəliblər. Bundan sonra Ronaldu onu valideynləri ilə tanış edib. Dünya çempionatı zamanı Ronaldunun barmağında nişan üzüyü olub.