
İki günlük fasilənin ardından, bu gün dünya çempionatı həyəcanı davam edəcək. Tarixində 19-cu dəfə keçirilən mundial artıq yekunlaşmaq üzrədi. 32 millidən hazırda dörd yığmanın mübarizəni davam etdirdiyi birincilikdə Uruqvayı, çıxmaq şərtilə digər üç komandanın qızıl meldalları qazanmaq şanslarıf yüksək qiymətləndirilir. Hər halda təcrübəli mütəxəssislər, futbolun mahir asları belə hesab edirlər ki, Niderland, Almaniya və İspaniya ilə müqayisədə, vaxtı ilə iki dəfə dünya çempionu adını qazanmış Cənubi Amerika yığmasının çempion olmaq imkanları aşağıdır. Bu gün baş tutacaq birinci yarımfinal görüşdə ilk finalçının adı məlum olacaq. Bu, ya finalda sonuncu dəfə 1978-ci ildə çıxış edən Bert van Marveykin Niderlandı olacaq, ya da 60 il bundan əvvəl çempionluq zirvəsinə yüksələn Uruqvay. Mütəxəssislər "Zambaqlar ölkəsi"nin həlledici matça vəsiqə əldə etmək şanslarını yüksək dəyərləndirsələr də, qətiyyən tələsmək olmaz. Çox uzağa getmədən, elə bu mundialda qeydə alınan gözlənilməz nəticələri yada salmaq kifayətdir. Odur ki, 90, 120, bəlkə də penaltilər seriyası başa çatmayanadək əminliklə heç nə söyləmək olmaz.
Növbəti gün keçiriləcək digər yarımfinal cütlüyü barədə isə, ümumiyyətlə, nəsə demək mümkün deyil. Bircə onu söyləmək olar ki, almanlar iki il əvvəl Avstriya və İsveçrədə təşkil edilən 13-cü Avropa çempionatının finalında məhz İspaniya yığmasına məğlub olmuşdular. Fernando Torresin vurduğu qol Pireney millisini Avropa çempionu etdi. Qisas üçün əsl məqamdır. Yeri gəlmişkən, axır illərdə tarix əksər hallarda təkrarlanmır.
DÇ-2010: 1/4 final
2 iyul. Port-Elizabet.
NİDERLAND - BRAZİLİYA 2:1
Qollar: Uesli Sneyder, 53, 68 - Robinyu, 10.
Stadion: "Nelson Mandela Bay"
Tamaşaçı: 40 min 186 nəfər
Baş hakim: Yuiti Nişimura (Yaponiya).
Niderland: Stekelenburq, Qreqori van der Vil, Conni Heytinqa, Andre Oyer, Covanni van Bronkhorst, Mark van Bommel, Naycel de Yonq, Uesli Sneyder, Dirk Küyt, Robin van Persi, (Klaas-Yan Huntelaar, 87), Aryen Roben.
Braziliya: Juliu Sezar, Duqlas Maykon, Lusiu, Juan, Mişel Baştuş, (Jilbertu, 62), Daniel Alveş, Felipe Melu, Jilbertu Silva, Rikardo Kaka, Luiş Fabianu, (Nilmar, 77), Robinyu.
2 iyul. Yohannesburq.
URUQVAY - QANA 1:1 (pen. ilə 4:2)
Qollar: Salli Muntari, 45+2 - Dieqo Forlan, 55.
Stadion: "Sokker Siti"
Tamaşaçı: 84 min 17 nəfər
Baş hakim: Oleqariu Benkerensa (Portuqaliya).
Uruqvay: Muslera, M.Pereyra, Luqano (Skotti, 38), Viktorino, Fusile, A.Fernandes, (Lodeyro, 46), Peres, Arevalo, Forlan, Suares, Kavanyi (Abreu, 76).
Qana: R.Kinqson, Peyntsil, Vorsa, Con Mensa, Sarpey, İnkum. (Appya, 74), Annan, Muntari (Adiya, 88), Asamoa, K.Boatenq, Qyan.
3 iyul. Keyptaun.
ARGENTİNA - ALMANİYA 0:4
Qollar: Tomas Müller, 3, Miroslav Kloze, 68, 89, Arne Fridrix, 74.
Stadion: "Qrin-Poynt"
Tamaşaçı: 64 min 100 nəfər
Baş hakim: Rövşən İrmətov (Özbəkistan).
Argentina: Romero, Otamendi, (Pastore, 70), Demikelis, Burdisso, Haynse, M.Rodriges, Maskerano, Messi, Di Mariya, (Aquero, 75), İquain, Teves.
Almaniya: Noyer, Lam, Mertezaker, Fridrix, J.Boatenq, (Yansen, 72), Müller, (Troxovski, 84), Hedira, (Kroos, 77), Şvaynştayger, Özil, Podolski, Kloze.
3 iyul. Yohannesburq.
PARAQVAY - İSPANİYA 0:1
Qollar: David Vilya, 83.
Stadion: "Ellis Park"
Tamaşaçı: 55 min 359 nəfər
Baş hakim: Karlos Batres (Qvatemala).
Paraqvay: Vilyar, Veron, Da Silva, Alkaras, Morel, E.Barreto (Vera, 64), V.Kaseres (Barrios, 84), Riveros, Santana, Kardoso, Valdes (Roke Santa Krus, 72).
İspaniə: İker Kasilyas, Serxio Ramos, Xerar Pike, Karles Puyol (Karlos Marçena, 84), Xuan Kapdevilya, Serxio Buskets, Xabi Alonso (Pedro Rodriges, 75), Xavi Ernandes, Andres İnyesta, Fernando Torres (Fransesk Fabreqas, 56), David Vilya.
DÇ-2010: 1/2 final
6 iyul. Keyptaun.
Uruqvay - Niderland
Stadion: "Qrin-Poynt"
Başlanma saatı: 23:30
7 iyul. Durban.
Almaniya - İspaniya
Stadion: "Durban"
Başlanma saatı: 23:30