
"Everton" Araz Abdullayevin keçidini rəsmən təsdiqləyib. İngiltərə klubunun rəsmi saytında "Neftçi"nin 18 yaşlı yarımmüdafiəçisinin transferi barədə xəbər yer alıb. Azərbaycan futbolunun ulduzu kimi qələmə verilən Arazın "Everton"a mümkün keçidi razılaşdırılıb və bu, yüksək qiymətləndirilir: "Azərbaycan futbolunun 18 yaşlı yetirməsi vətənində, Bakının "Neftçi" klubunda oynayır. Bu yaxınlarda Liverpula gələn Abdullayev uğurla tibbi müayinədən keçib və müqavilənin şərtlərini razılaşdırıb. Bu isə Araza Böyük Britaniyada işçi vizasını alacağı halda, iki illik anlaşma imzalamağa imkan verir. Yarımmüdafiəçi olan Abdullayevin beynəlxalq miqyasda debütü cəmi 16 yaşında olub. Ancaq onun ən yadda qalan qolu 21 yaşlılardan ibarət yığmasının heyətində martda Şotlandiyaya səfər oyununda vurduğu qol olub. O, Azərbaycanda ən parlaq oyunçulardan sayılır. İlk peşəkar oyunu 2008-ci ilin oktyabrın 5-də olub. Bundan 6 gün sonra Azərbaycan milli komandasında debüt edib". Böyük Britaniyanın məşhur "Daily Mail" qəzeti də Abdullayevin "Everton"a mümkün keçidindən yazıb. Qəzet Abdullayevin yığmada 16 yaşında debüt etdiyini və 21 yaşlılardan ibarət millimizin heyətində Şotlandiyaya qol vurduğunu xatırladıb. Xəbərdə 18 yaşlı yarımmüdafiəçinin Rusiyanın "Rubin" klubunda və İtaliya A seriyası klublarında baxışda olduğu bildirilir. "Daily Mail" iddia edir ki, Abdullayevin "Everton"a keçidi üçün yalnız işçi vizasının alınması qalıb. Bununla yanaşı, "Evreton" ABŞ yığmasının hücumçusu Lendon Donovanla müqavilə bağlamaq niyyətindədir. Premyerliqa təmsilçisi gələn mövsüm səfər oyunlarında geyinəcəyi yeni formanı təqdim edib. Liverpullular keçən sezon rəqib meydanında qara rəngli formasında 14 çəhrayı rəngli nazik zolaq var idi. İndiki çəhrayı formada isə döş qəfəsi səviyyəsində tünd göy rəngdə eninə iki zolaq var.