Mahir zədələndi, amma "5" aldı
Rusiya Premyer Liqasından XI turun bir oyunu keçirilib. Həmyerlimiz Mahir Şükürovun şərəfini qoruduğu "Anji" Sankt-Peterburqda "Zenit"in qonağı olub. "Petrovski" stadionunda baş tutan qarşılaşmanı moskvalı Maksim Layuşkin idarə edib. Mahirin start heyətində meydana çıxdığı gırüşdə sankt-peterburqlular artıq 15-ci dəqiqədə hesabı açıblar. 28 yaşlı müdafiəçimizin komandası ikinci hissənin ortalarında Taqirbekovun qolu ilə hesabda tarazlıq yatratmağa müvəffəq olub. Lakin qonaqların sevinci 20 dəqiqə çəkib. "Anji"nin müqavimətini qıran "Zenit" növbəti qələbəsini qazana bilib. Mahir isə uzatma dəqiqələrində meydanı tərk edib. Əvəzlənərkən axsayan müdafiəçinin xəsarət alması dəqiqləşib. Mahaçqala klubunun baş məşqçisi Hacı Hacıyev Azərbaycan millisinin üzvündən razı qalıb. Rusiyalı mütəxəssis futbolçularının heç birində günah görmür. Hacıyev 1:2 hesablı məğlubiyyətdən sonra nə Mahir, nə də yoldaşlarını qınayıb: "Komandamız qınamağa heç bir əsas yoxdur. Biz bacardığımız həddə oynadıq. Göstərdiyimiz oyundan da razıyam. Sadəcə, bu gün "Zenit" həqiqətən də güclüdür". Hazırda "Zenit" 27 xalla turnir cədvəlində 1-ci, "Anji" isə 10 xalla 12-cu yerdədir. Şükürovun növbəti oyunu 5 balla qiymətləndirilib. Əslində, ona verilən 5 val yaxşı qiymət sayılsa da, həmin oyun üçün aşağı hesab olunmalıdır. Çünki rus həmkarlarımız "Anji"də ən aşağı 5 bal verib və həmin 4 futbolçudan biri məhz Mahir olub.