"Xəzər" başladı, Ovsyannikov isə şokdadır
Yenidən ölkəmizi Avropa Liqasında təmsil edən "Xəzər-Lənkəran" bu turnirin birinci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Olimpiya"sı ilə keçirəcəyi cavab matçının hazırlıqlarına start verib. Artıq 2 gündür Lənkəran şəhər stadionunda toplanışa başlayan təmsilçimiz tam heyətlə hazırlıq keçir. "Xəzər-Lənkəran"la oyunda vura bilmədiyim qol yuxuma girəcək". Bu sözləri isə "Olimpiya"nın futbolçusu Yeqor Ovsyannikov deyib. İlk oynunun 35-ci dəqiqəsində yüz faizli qol imkanından yararlana bilməyən hücumçu bildirib ki, cavab görüşündə şansını qola çevirəcək: "Həmin an bir anlıq konsentrasiyanı itirdim. Özümü cavab görüşündə doğrultmağa çalışacağam. Bu, mənim çörəyimdir və onun əvəzini ödəyəcəm". Avroliqanın II təsnifat mərhələsində mübarizəyə başlayacaq "İskra-Stal"ın yarımmüdafiəçisi Nikolay Rudak isə deyib ki, "Xəzər-Lənkəran" haqda məlumatlıdır: "Yaxşı komandadır, çoxlu legionerləri var. "Xəzər-Lənkəran"a yaxşı pullar qoyulur. İddiaları da buna uyğundur. "Olimpiya"ya hətta evdə 0:0 hesablı nəticədən sonra səfərdə asan olmayacaq". Rudak Avroliqada görüşəcəkləri İsveçin "Elfsborq" klubunu "Xəzər-Lənkəran"la müqayisə etməkdə çətinlik çəkib: Deyə bilmərəm ki, "Elfsborq"a qarşı oynamağımız yaxşı olardı, yoxsa "Xəzər-Lənkəran"a. Bu komandaların güclərini bilmədiyimdən müqayisə edə bilmərəm. Deyilənə görə, hər ikisi rəqib yaxşıdır".