Potensial rəqibin planları
Avropa Liqasının II mərhələsində "Xəzər-Lənkəran" - "Olimpiya" cütünün qalibi ilə qarşılaşacaq Buxarest "Dinamo"su "Salzburqerland Cup" turnirində çıxışını davam etdirir. Rumıniya təmsilçisi artıq 2 oyunda gücünü sınayıb. Əvvəlcə Moskva "Lokomotiv"i ilə qarşılaşan "Dinamo" meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. Oyunda baş məşqçi bu futbolçuların xidmətindən istifadə edib: Kurca (Balqradean 63), Helder (Homeyi 44), Moti, Qriqore, Pulhaç (Skarlatake 65), Torje (Stanesku 80), Kone (Vranjkovic 74), N"Doye (Munteanu 61), Adrian Kristi, Andrey Kristi (Paun 69), Nikulae (Niculesku 77). Buxarest klubu turnirin çərçivəsində ikinci oyununda Avstriyanın "Red Bul Zalsburq" komandası ilə üz-üzə gəlib. Potensial rəqibimiz bu matçda da məğlub olub 1:2. Baş məşqçi bu oyunda aşağıdakı futbolçuları meydana buraxıb: Naumovski, Homeyi, Maksumik, Moti, Diabate, Torje, Marqaritesku, Munteanu, Adrian Kristi, Qanea, Nikula. "Dinamo" heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Rumıniya təmsilçisi daha bir futbolçu ilə müqavilə imzalayıb. Belə ki, ampluası hücumçu olan Kosmin Alin Nastasi qarşıdakı 5 ildə "Dinamo"nun formasını geyinəcək. 27 yaşlı oyunçu 179 sm boya, 70 kq çəkiyə malikdir. O, əvvəllər "Aqres" klubunun heyətində çıxış edib. Futbolçunun keçidi ilə bağlı fikirlərini açıqlayan "Dinamo"nun rəsmisi Stefan Mare bunları deyib: "Nastasini iki ildir izləyirdik. Onun haqqında müsbət fikirlər əldə etdik. Fikrimcə, əla transfer oldu".