"... London Olimpiadasına gedəcəm"
"İsti yay günləri olsa da, məşqlərimizi intensiv şəkildə davam etdiririk. Əlbəttə ki, əziyyət çəkmədən heç nəyə nail olmaq mümkün deyil. Hər şey dözüm və qətiyyət tələb edir". Bu sözləri cüdoçu Kifayət Qasımova deyib. 27 yaşlı ikiqat Avropa çempionumuz Moskva tatamisində yarışmağa hazırlaşır. Qasımova bildirib ki, "Böyük Dəbilqə" seriyalı yarışda uğur qazanmaq London Yay Olimpiya Oyunlarına getməyin ən qısa yoludur: "İyulun 3-də start götürəcək və 2 gün davam edəcək yarış mən və komanda yoldaşlarım üçün böyük əhəmiyyət kəsb edir. Bu, ən çox lisenziya balları verən yarışdır. Əgər, Moskvada uğur qazansam, London Olimpiadasında mütləq güləşəcəyəm. Yəqin ki, Londondakı birincilikdən sonra karyeramı bitirərəm".