
"Çelsi" klubu əzəli rəqibi "Liverpul"un futbolçusu Yossi Benayunu transfer edib. İngiltərə mətbuatının məlumatına görə, israilli yarımmüdafiəçi "zadəganlar"la 3 illik müqavilə bağlayıb. Anlaşmanın maddi tərəfləri açıqlanmır. "Çelsi"nin baş məşqçisi Karlo Ançelotti Benayunun bir çox üstünlüklərindən yararlanmaq niyyətində olduqlarını bildirib. 30 yaşlı futbolçunun özü isə böyük klubda oynayacağını bildirib. Qeyd edək ki, İsrail yığmasında da çıxış edən Yossi Benayun "Liverpul"un heyətində son 3 mövsümdə 134 dəfə forma geyinib. "Çelsi"nin sahibi yəhudi əsilli biznesmen Roman Abramoviçdir.