10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
DÇ-nin üz qaraları
CAR-da başa çatmaq üzrə olan 19-cu dünya çempionatında bəziləri onlara bəslənən ümidləri nəinki doğrultmayıb, hətta biabırçı göstərici ilə mundialın üz qarasına çevrilib. "Terrikon.dn.ua" saytı 19-cu mundialın üz qarası olmuş "onluğ"u müəyyənləşdirib. Onların arasında tam heyətdə millilər, ayrı-ayrı oyunçular, baş məşqçilər və hətta bu çempionatda hamının narazılığına səbəb olan topa da rast gəlinir.
   "Biabırçılar reytinqi"ndə ilk pillə Fransa millisinə verilib. Səbəb hər kəsə bəllidir.
   İkinci pillədə son illər oynadığı futbolla ürəkləri fəth edən argentinalı ulduz Messidir. Mundial ərzində o, "Barselona"dakı oyununun yarısını da göstərə bilməyib. Eyni sözləri 3-cü pillədə qərarlaşmış Stiven Cerarda da aid etmək olar. İngiltərə millisinin kapitanı pərəstişkarlarını üzənlər sırasındadır.
   Beşqat dünya çempionu Braziliyanın çempionatı 1/4 finalda tərk etməsinə görə çoxları baş məşqçi Dunqanı günahlandırır. Yəqin artıq postundan istefa vermiş Dunqa da özünü uğursuzlar sırasında görür.
   Növbəti sıra daha bir yığmaya məxsusdur. Son dünya çempionatı İtaliyanın qrupda sonuncu yeri tutacağını çətin ki, mundialdan əvvəl kimsə proqnozlaşdırardı.
   Braziliyalı ulduz Kakanın ardınca İngiltərənin italiyalı baş məşqçisi Fabio Kapello gəlir. Yığmanın başına keçməklə hər kəsdə böyük ümidlər yaratmış Kapello yetirmələrinə seçmə mərhələdəki parlaq oyunu mundialda təkrarlada bilməyb.
   İngilis hücumçu Runi, Portuqaliyanın ulduzu Kriştianu Ronaldu da "üz qaraları" sırasında yer alıblar.
   Sonuncu pilləni isə əksər oyunçular və məşqçiləri narazı salmışE top tutur. Mundialda istifadə olunan "Cabulani" adlı top mundialın demək olar ki, bütün iştirakçıları tərəfindən lənətlənir.
   
   
 
FİFA sistemi dəyişəcək
Cənubi Afrika Respublikasındakı dünya çempionatı mövcud hakimlik sistemindən istifadə ediləcək sonuncu mundial olacaq. "BBC-Sport"a istinadən verilən məlumata görə, bu haqda FİFA-nın baş katibi Jerom Valke açıqlama verib. Vəd olunan hakimlikdəki islahat qapıdan topun keçib-keçmədiyini müəyyənləşdirərkən, referilərin səhvə yol verməsinin qarşısını almağa yönəldilib. Söhbət ya vurulan topları siqnalla çatdıran elektron sistemin yaradılmasından, ya da qapı xətti üzərində iki əlavə hakimin qoyulmasından gedir. Valkenin sözlərinə görə, FİFA rəhbərliyi islahatların gərəkliyini İngiltərə və Almaniya arasında keçirilən 1/8 final matçından sonra düşünüb. Həmin oyunda ingiltərəli Frenk Lempardın Almaniya yığmasının qapısına vurduğu top qeydə alınmayıb. Baş katib ümid edir ki, elektron sistem və iki cüt əlavə göz hakimlərin işinə kömək edəcək. Çox güman ki, dəyişikliklər 2014-cü ildə Braziliyada təşkil olunacaq növbəti dünya çempionatınadək qəbul olunacaq.
 
Final Uebbə tapşırıldı
19-cu dünya çempionatının finalında üz-üzə gələcək İspaniya və Niderland yığmalarının həlledici matçında ədaləti ingilis hakim Hovard Uebb qoruyacaq. FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, planetin ən yaxşı hakimləri sırasında göstərilən 38 yaşlı referi mundialda 4-cü oyununa çıxacaq. O, əvvəlki 3 görüşündə 17 sarı vərəqə göstərib. Amma Uebb nə qırmızı vərəqəyə əl atıb, nə də penalti təyin edib. İngiltərəli referi ilk təyinatını İspaniya - İsveçrə oyununa alıb. İsveçrənin 1:0 hesabı ilə qalib gəldiyi matçda Uebb bir neçə mübahisəli, amma görüşün nəticəsinə təsir etməyən qərarlarla yadda qalıb. Qalan oyunlarında o, hər hansı mübahisəli qərar verməyib. Uruqvay və Almaniya milliləri arasında keçiriləcək 3-cü yer uğrunda görüşə isə meksikalı referi Benito Arçundia təyinat alıb. Arçundia dünya çempionatında iki oyun idarə edib və 7 sarı vərəqə göstərib. Onun yönləndirdiyi yığmalar arasında nə Uruqvay, nə də Almaniya olub.
 
Kuboku Nelson Mandela verəcək
Cənubi Afrika Respublikasında təşkil olunan dünya çempionatının final matçına ən azı 14 ölkə başçısı təşrif buyuracaq. "Associated Press" agentliyinin verdiyi məlumata görə, iyulun 11-də Yohannesburq şəhərindəki "Sokker Siti" stadionunda təşkil olunacaq qarşılaşmada Lesoto kralı III Letsi, Svazilənd kralı III Msvati, Keniya, Burundi, CAR rəhbərləri iştirak edəcəklər. Dünya çempionu adı uğrunda İspaniya və Niderland yığmaları mübarizə aparacaqlar. Ona görə hər iki ölkə kralının da finalı stadiondan izləməsi istisna deyil. Çünki onlar öz ölkələrinin komandalarına yarımfinal görüşlərində də azarkeşlik ediblər. Dünya çempionuna kuboku Nelson Mandelanın təqdim edəcəyi gözlənilir. Yüksək vəzifəli rəsmi şəxslərin gələcəyini nəzərə alan Yohannesburq polisi stadion ətrafındakı küçələrin matça 6 saat qalmış bağlanacağını açıqlayıb. Həmin vaxtadək azarkeşlərin tribunalarda yerlərini alacaqları gözlənilir. Onlara arenaya səhər saatlarından xüsusi ictimai nəqliyyatla gəlmələri tövsiyə olunur.
 
Ronaldunun oğlu Ronaldu oldu
Portuqaliya yığması və "Real"ın hücumameylli yarımmüdafiəçisi Kriştianu Ronaldu iyunun 17-də dünyaya gələn oğluna öz adını qoyub. "Daily Telegraph"a istinadən verilən məlumata görə, bu haqda məşhur futbolçunun bacısı Katya açıqlama bildirib. O, uşağa bu adı qardaşının qoyduğunu bildirib: "Bu ad bizim də xoşumuza gəlir. Onların gözləri bir-birinə oxşayır. Biz uşağın anasının kim olduğunu bilmirik. Onu heç vaxt görməmişik". Qeyd edək ki, Portuqaliya milli komandasının və İspaniyanın "Real" klubunun 25 yaşlı yarımmüdafiəçisi hazırda rusiyalı model rəfiqəsi İrina Şeyklə birgə ABŞ-da məzuniyyətdədir. O, övladını anası və bacısının nəzarətinə verib.
   Bu arada ulduz futbolçu övladının anasını 10 milyon funta susdurdu. Məlumata əsasən, Ronaldu onun üçün bir oğul dünyaya gətirən qadını susdurmaq üçün 10 milyon funt xərcləməli olub. "The Sun"ın yaydığı xəbərə görə, hazırda Portuqaliyada olan körpəyə anası və futbolçunun bacısı qulluq edir. Bacısı Ronaldunun xahişi ilə uşağın adı açıqlanmayan anasına köməyə gəlib. Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçinin illik əmək haqqı 9,5 milyon funt təşkil edir. O, övladının dünyaya gəlməsini özü üçün ən əziz gün adlandırıb. Bu haqda Ronaldu şəxsi mikrobloqunda yazıb.
 
Şakira DÇ-ni "Waka-Waka" ilə bağlayacaq
CAR-da keçirilən 19-cu dünya çempionatının bağlanış mərasiminin populyar ifaçısı qismində kolumbiyalı müğənni Şakira iştirak edəcək. "Associated Press"ə istinadən verilən məlumata görə, bu haqda turnirin təşkilat komitəsinin rəsmi nümayəndəsi Cermeyn Kreyq açıqlama verib. Şakira dünya çempionatının rəsmi himni sayılan "Waka-Waka" mahnısını ifa edəcək. Məşhur müğənni artıq iyunun 11-də keçilmiş çempionatının açılış mərasimində bu mahnını oxuyub. Kreyqin sözlərinə görə, bağlanış mərasimi daha gənc üslublu və texnoloji cəhətdən daha rəngarəng olacaq.
 
Kloze etiraf etdi
Almaniya milli komandasının futbolçusu Miroslav Kloze İspaniya yığmasının dünya çempionatının finalına çıxmağa layiq olduğunu açıqlayıb. "Associated Press"ə istinadən verilən məlumata görə, Kloze Bundestimin öz oyununu sərgiləyə bilmədiyini və ispanların qələbə layiq olduqlarını etiraf edib. 32 yaşlı hücumçu deyib ki, rəqibin cərimə meydançasına yaxınlaşan kimi topu itiriblər: "Topa sahib olma üstünlüyü tamamilə İspaniyanın tərəfində idi. Bizə isə rəqibin arxasınca qaçmaq qalırdı. Ədalət naminə deməliyəm ki, rəqib qələbəyə layiq idi". İndi Almaniya millisi 4 il öncə olduğu kimi, bürünc medallar uğrunda mübarizə aparmalıdır. Baş məşqçi Yoahim Lövün komandasının rəqibi Uruqvay yığması olacaq. Oyun iyulun 10-da keçiriləcək.
 
Küyt iddialı danışdı
Niderland millisinin hücumçusu Dirk Küyt dünya çempionatının İspaniya ilə final oyunu öncəsi iddialı açıqlama verib. "Liverpul"da forma geyinən utbolçu bildirib ki, komandası həlledici matçda da yalnız qələbə haqda fikirləşəcək: "Biz heç kimdən qorxmuruq! Hamı şahid oldu ki, hücum futbolu oynayan Almaniya millisinin İspaniya ilə oyunda qol vurmağa heç bir şansı yox idi. Güman edirəm ki, almanlar rəqiblərindən qorxurdular. Biz isə İspaniya millisinin zəif yerlərini təhlil edəcəyik".