10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Hollandiyalılara öz oyunumuzu qəbul etdirməyə çalışacağıq"
İspaniya yığmasının yarımmüdafiəçisi Xavi hesab edir ki, topa nəzarət Dünya Çempionatının almanlarla yarımfinal matçında (1:0) onun komandasının uğuru olub.
   - Mənə elə gəlir ki, biz ləyaqətlə qalib gəldik. Öz işimizi "əla" yerinə yetirdik, matçın gedişində hissediləcək üstünlüyə malik olduq və başlıcası, öz kozırımız - topa etibarlı nəzarətdən, hər şeydən əvvəl, ikinci hissədə istifadə etdik. Pyola əhsən, vaxtında qol vurdu, bundan sonra oyun bir az asanlaşdı.
   - Sizin fikrinizcə, İspaniya nədə Almaniyadan üstün oldu?
   
- Topa yiyələnməkdə, ötürmə mədəniyyətində. Almanlar oyunun gedişatının seçiminə çox vaxt sərf etdilər, biz isə ötürmələrdə, demək olar ki, səhvə yol vermədik. Bundan başqa, alman nizam-intizamını pozmaq çox çətin idi. Rəqib müdafiədə çox sıx fəaliyyət göstərirdi.
   - Əvvəlcə Paraqvay, sonra isə Almaniya ilə oynayıbsınız. Sizin finala gücünüz çatacaqmı?
   
- Çatmalıdır! Ümumiyyətlə, mənə, elə gəlir ki, bizim komandamız CAR-da matçdan-matça öz gücünü artırır, o cümlədən fiziki planda. Baxın, biz bu dəfə fasilədən sonra tempi necə işə saldıq.
   - Budur, artıq üçüncü matçda İspaniya dalbadal cəmi bir dəfə qol vura bilib...
   
- Biz daha böyük hesabla qalib gələ bilərdik. Son dəqiqələrdə bu tam real idi. Hesab 2:0 ola bildərdi və mümkündür ki, bu hesab matçın gedişinə daha çox uyğun gələrdi. Lakin olan- oldu və buna görə mən heç də daha az sevinmirəm.
   - Sizin fikrinizcə, Hollandiya ilə final necə alınacaq?
   
- Bu supermatç olacaq. Hollandların çox təcrübəli komandası vardır. Onlar əla formadadırlar. Onlarda orta xəttdə əla futbolçular vardır, lakin buna baxmayaraq, biz öz oyunumuzu qəbul etdirməyə çalışacağıq. İspanlar özlərinə inanırlar və Dünya Kuboku uğrunda axıra qədər mübarizə aparacağıq. Əgər almanlarla onadığımız kimi oynasaq, dünya çempionları olacağıq. Finalda biz qalib gələcəyik.
   - Necə fikirləşirsiniz, İspaniyanın özündən başqa indi sizin komandaya daha harada azarkeşlik edirlər?
   
- Gözəl futbolun sevildiyi hər yerdə.
   
 
"İspaniya "Barselona" üslubunda oynayır"
Əfsanəvi hollandiyalı Yohan Kroyf İspaniyanın oyun üslubunu "Barselona" üslubu adlandırıb.
   - Doğrudanmı, siz İspaniyaya belə diqqət yetirirsiniz?
   
- Bəli, artıq əvvəldən mən onları turnirin favoritlərindən biri hesab edirdim və hətta onların Hollandiya ilə görüşəcəyini qabaqcadan xəbər vermişdim. Belə alındı ki, bu, final qarşılaşması oldu. İspanların oyunu heyrətləndirməməyə bilməz. Hər bir oyunçu meydanda öz yerini dəqiq bilir. Müdafiə tam qaydasındadır. Onları finalda sındırmaq niderlandlılara çox çətin olacaq.
   - İspanların Almaniya üzərində qələbəsinin əsas səbəbini nədə görürsünüz?
   
- Almanlar birnəfəsə ingilislərə və argentinalılara qalib gəldi. Və qatar kimi irəli şütüdülər. İndi isə İspaniya onları sanki kor etdi, əl-qol açmağa imkan vermədi. Meydanın mərkəzində oyunu tam ələ keçirdi. Del Boskenin komandasının uğurunun səbəbi hər şeydən əvvəl taktiki səciyyə daşıyır. Fiziki hazırlıq isə onlarda qaydasındadır.
   - Çoxları hesab edir ki, ispanların oyun üslubu kifayət qədər qeyri-adidir...
   
- Mənim fikrimcə, o, "Barselona" üslubuna çox oxşardır. Burada, şübhəsiz ki, hansısa oxşarlıq vardır. Hətta finalçıların baş məşqçisi özünün əsas uğurlarını "Barsa"nın əsas rəqibi Madrid "Real" ilə əldə etsə də.
   - Final barədə sizin hansı fikirləriniz var?
   
- Bir az yerinə düşməyən sualdır. Aydındır ki, mən Hollandiyaya azarkeşlik edəcəyəm. Lakin əgər açıq desəm, bu halda burada heç nə fikirləşmək mümkün deyildir. Şanslar əlli əlliyədir. Kimin bəxti daha çox gətirsə, o da qalib gələcək. Ən güclünü iki bərabərsəviyyəli komandadan biri müəyyən edəcək. Lakin çoxları ispanları favorit hesab edirlər. Məlumdur ki, anlaşılan səbəblərə görə.
   - Razısınızmı, final cütlüyü finala layiq cütlükdür?
   
- Əlbəttə, bütövlükdə və tamamilə. Hər iki yığma əla futbol nümayiş etdirdi. Futbol meydanında özlərinin nəyə qadir olduğunu sübut etdi. Onlar öz oyunlarına görə buna layiqdr. Hətta bu barədə danışmaq da yersizdir.
   - Bütövlükdə Dünya Çempionatı xoşunuza gəldi?
   
- Ayrı-ayrı yığmalar xoşuma gəldi, bəziləri isə açıq desəm, məni məyus etdi. Fikirləşirəm ki, kim haqda danışdığımı siz başa düşürsünüz. Beləliklə, mundialdan aldığım təəssürat ikilidir. Lakin ümumilikdə bayram yaxşı alındı. Əsas odur ki, azarkeşlər razı qaldılar. Axı hər şeydən, əvvəl futbol onlar üçün yaradılıb.
   
 
"Mənim ürəyim bölünüb"
Braziliya futbolunun əfsanəsi Romario dünya çempionatının final matçı ərəfəsində etiraf edib ki, qarşıda duran matçın favoritini müəyyən edə bilmir. Hücumçu həm Hollandiyada, həm də İsaniyada oynayıb. Ona görə də indiyə qədər kimi dəstəkləyəcəyini müəyyənləşdirə bilməyib. "Tale mənə hər iki ölkədə oynamağı bəxş edib. Beş il yarmı Holandiyada, bir il yarım isə İspaniyada oynamışam. Mənim ürəyim iki hissəyə bölünüb. Görünür ki, bu məqamda ondar dünyanın iki ən yaxşı yığmalarıdır. Çempionun kim olacağını demək çətindir. Hesab edirəm ki, meydanda iki bu cür komanda görüşən vaxt həmişə qalib futbolun özü olur"- Romario bildirib.
 
"Mançester Siti" Didye Droqbanı almaq niyyətindədir
"Mançester Siti" hücumçu Didye Droqbaya görə "Çelsi"yə 20 milyon funt sterlinq təklif etməyə hazırdır. "Şəhərlilər"in baş məşqçisi Roberto Mançini hücumçunu öz komandasının sıralarında görmək arzusunu bildirib. Klub Droqbaya üç illik müqavilə təklif etməyə hazırdır. Müqavilənin şərtinə görə, afrikalı hücumçu 18 milyon funt qazanacaq.
   Xatırladaq ki, Droqba İngiltərə Primerliqasında 2004-cü ildən çıxış edir və "Çelsi"nin heyətində 166 matç keçirərək, 84 qol vurub. 32 yaşlı hücumçu DÇ-da Kot-d"İvuar yığmasının sifarişinə daxil edilib və doğma qitənin stadionlarında iştirak edərək qol vurub.
 
Kamuranezi "Olimpiakos"a keçə bilər
"Yuventus"un yarımmüdafiəçisi Mauro Kamuranezi yaxın vaxtlarda "Olimpiakos"un oyunçusu olacaq. Yarımmüdafiəçi karyerasını Yunanıstan klubunda davam etdirməyə razılıq verib. Bu həftə o, tibbi müayinədən keçməli və müqavilə imzalamalıdır. Güman edilir ki, 32 yaşlı futbolçunun transferinin məbləği 2 milyon funt sterlinq təşkil edəcək. Kamuranezi "Qoca Sinyora"da 8 mövsüm keçirib. Əvvəllər ona "Milan" tərəfindən ciddi marağın oludğu danışılırdı.
 
"Liverpul" Yovanoviçin alınmasını təsdiq etdi
Serbiya yığmasının hücumçusu Milan Yovanoviç rəsmi olaraq "Liverpul"a keçib. Hücumçu klubla üçillik müqavilə bağlayıb. Bütün lazımi sənədləri imzaladıqdan sonra 29 yaşlı futbolçu komanda üzrə bəzi partnyorları ilə tanış olmaq üçün gedib.
   "Dünya futbolunda ən məşhur klublardan biri ilə müqavilə imzalamaq mənim üçün şərəfdir. Məşqlərin başlamsını gözləyə bilmirəm. Səbirsizliklə İsveçrədə toplantıda özümün yeni komanda yoldaşlarıma qovuşmaq məqamını gözləyirəm" -Yovanioviç bildirib.
 
Mensa karyerasını İngiltərədə davam etdirmək niyyətindədir
Qana yığmasının kapitanı və "Lion"un müdafiəçisi Con Mensa karyerasını İngiltərə Primerliqasında davam etdirmək arzusunu bildirib. 27 yaşlı futbolçu ötən mövsümü "Sanderlend"də icarə əsasında keçirib və Qana yığması CAR-da keçirilən DÇ-nin 1/4 finalına gəldikdən sonra Fransaya qayıtmaq məcburiyyətində qalıb.
   "Əgər mən özüm qərar qəbul edə bilsəydim, İngiltərədə qalardım. Lakin indiki məqamda mən "Lion"la müqavilə öhdəlikləri ilə bağlıyam. Ümid edirəm ki, klubda məni başa düşəcəklər və başqa komandaya keçməyimə mane olmayacaqlar, həm də mən özümü Fransada göstərə bilməmişəm" - Mensa vurğulayıb.