Ən yaraşıqlı Kannavaro, eybəcərsə Runi
Dünyanın ən məşhur saytlarından biri olan beautifulpeople.com mundialın yaraşıqlı və eybəcər futbolçularını müəyyənləşdirib. 200 min insanın iştirak etdiyi səsvermə nəticəsində italiyalı Fabio Kannavaro ən yaraşıqlı futbolçu seçilib. Səsvermədə iştirak edənlər ikinci yerə Fernando Torres, üçüncü pilləyə isə David Vilyanı layiq görüblər. Dünya çempionatında iştirak edən ən eybəcər futbolçu isə ingilis Ueyn Runi seçilib. Sizə mundialda iştirak edən ən yaraşıqlı və eybəcər futbolçuların siyahısını təqim edirik:
Ən yaraşıqlı futbolçular: Fabio Kannavaro (İtaliya), Fernando Torres (İspaniya), David Vilya (İspaniya), Lendon Donovan (ABŞ), Tyerri Anri (Fransa), Edinson Kavani (Uruqvay), Rikardo Kaka (Braziliya), Kriştianu Ronaldu (Portuqaliya), Didye Droqba (Fil Dişi Sahili), Keysuke Honda (Yaponiya).
Ən eybəcər futbolçular: Ueyn Runi (İngiltərə), Frank Riberi (Fransa), Karlos Teves (Argentina), Vladimir Stoykoviç (Serbiya), Hüggel (İsveçrə), Ştrba (Slovakiya), Səifi (Əlcəzair), Çipperfild (Avstraliya), Con Terri (İngiltərə), Nelson (Yeni Zellandiya).