10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
DÇ-2010: qrup mərhələsinin heyətləri
"A" qrupunun rəmzi yığması:
   Fernando Muslera (Uruqvay) - Karlos Salsido (Meksika), Dieqo Luqano (Uruqvay), Fransisko Rodriges (Meksika), Maksi Pereyra (Uruqvay) - Sifive Şabalala (CAR), Rafael Markes (Meksika), Xerardo Torrado (Meksika) - Covanni dos Santos (Meksika), Dieqo Forlan (Uruqvay), Luis Suares (Uruqvay).
   
   "B" qrupunun rəmzi yığması:
   Aleksandros Sorvas (Yunanıstan) - Vasilis Torosidis (Yunanıstan), Qabriel Haynse (Argentina), Li Cun Su (Cənubi Koreya), Xonas Qutyerres (Argentina) - Pak Ci Sun (Cənubi Koreya), Kim Cun Vu (Cənubi Koreya), Kalu Uçe (Nigeriya), Xuan Sebastyan Veron (Argentina) - Lionel Messi (Argentina) - Qonsalo İquain (Argentina).
   
   "C" qrupunun rəmzi yığması:
   Rəis Mboli (Əlcəzair) - Nadir Belhac (Əlcəzair), Con Terri (İngiltərə), Rafiq Alliş (Əlcəzair), Qlen Conson (İngiltərə) - Robert Koren (Sloveniya), Maykl Bredli (ABŞ), Stiven Cerrard (İngiltərə), Klint Dempsi (ABŞ), Lendon Donovan (ABŞ) - Jozi Altidor (ABŞ).
   
   "D" qrupunun rəmzi yığması:
   Riçard Kinqson (Qana) - Hans Sarpey (Qana), Con Mensa (Qana), Per Mertezaker (Almaniya), Filipp Lam (Almaniya) - Bastian Şvaynştayger (Almaniya), Andre Eyyu (Qana), Məsud Özil (Almaniya), Tomas Müller (Almaniya) - Brett Holman (Avstraliya), Asamoa Qyan (Qana).
   
   "E" qrupunun rəmzi yığması:
   Marten Stekelenburq (Niderland) - Covanni van Bronkhorst (Niderland), Nikola Nkulu (Kamerun), Yuci Nakazava (Yaponiya), Qreqori van der Vil (Niderland) - Mark van Bommel (Niderland), Uesli Sneyder (Niderland), Keysuke Honda (Yaponiya) - Dennis Rommedal (Danimarka), Niklas Bendtner (Danimarka), Samuel Eto"O (Kamerun).
   
   "F" qrupunun rəmzi yığması:
   Mark Peston (Yeni Zelandiya) - Klaudio Morel (Paraqvay), Antolin Alkaras (Paraqvay), Uinston Rid (Yeni Zelandiya), Canluka Zambrotta (İtaliya) - İvan Viseliç (Yeni Zelandiya), Kristian Riveros (Paraqvay), Enrike Vera (Paraqvay), Simone Pepe (İtaliya), Marek Hamşik (Slovakiya) - Robert Vittek (Slovakiya).
   
   "G" qrupunun rəmzi yığması:
   Eduardo (Portuqaliya) - Fabio Koentrau (Portuqaliya), Rikardu Karvalyu (Portuqaliya), Lusiu (Braziliya), Duqlas Maykon (Braziliya) - Raul Meyreleş (Portuqaliya), Yaya Ture (Kot-d"İvuar), Elano Blumer (Braziliya), Robinyu (Braziliya), Kriştianu Ronaldu (Portuqaliya) - Luiş Fabianu (Braziliya).
   
   "H" qrupunun rəmzi yığması:
   Dieqo Benalyo (İsveçrə) - Arturo Vidal (Çili), Qari Medel (Çili), Xerar Pike (İspaniya), Serxio Ramos (İspaniya) - Xabi Alonso (İspaniya), Karlos Karmona (Çili), Gökhan İnler (İsveçrə), Matias Fernandes (Çili), Xavi Ernandes (İspaniya) - David Vilya (İspaniya).
   
Elvin
 
Lam oyundan imtina etdi
Dünya çempionatının yarımfinalında İspaniya yığmasından alınmış məğlubiyyət Almaniya millisinin kapitanı Filipp Lama çox pis təsir edib. "Frans Press" agentliyinin məlumatına görə, kapitan üçüncü yer uğrunda Uruqvayla keçiriləcək qarşılaşmada oynamaq həvəsi olmadığını və meydana çıxmayacağını bildirib. "Mən çox məyusamE Son anadək mübarizə apardıq, amma heç nə alınmadı. İspaniya ilə qarşılaşmada yaratdığımız imkanlardan istifadə etməliydik. Üçüncülük uğrunda oyuna çıxmağa həvəsim yoxdur", - deyə Lam bildirib. Xatırladaq ki, Almaniya yığması ötən gecə yarımfinal mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olub.
 
Almaniya - İspaniya matçı rekord vurdu
Dünya çempionatının yarımfinal mərhələsində ötən axşam baş tutmuş Almaniya-İspaniya matçı mundiallar tarixinə özünəməxsus rekordla düşüb. "Sports.ru" saytına istinadən verilən məlumata əsasən, qarşılaşmanı 31 milyon alman izləyib. Bununla da, Almaniyanın iştirakı ilə 2006-cı ildə qeydə alınmış rekord yenilənib. Həmin turnirdə İtaliya-Almaniya matçını 29,7 milyon alman izləmişdi. DÇ-2010-un ? final mərhələsində Almaniyanın Argentina ilə keçirdiyi qarşılaşmanı 27,7 milyon alman izləmişdi. Maraqlıdır ki, qarşılaşmaya İspaniyada cəmi 13,5 milyon tamaşaçı baxıb. Xatırladaq ki, oyun ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
"Narıncılar" final sevincini paylaşır
Dünya çempionatının yarımfinalında Uruqvay üzərində qələbə qazanan Niderland millisinin üzvləri finala çıxmağın sevincini yaşayır. "Sport ekspress"ə istinadən verilən xəbərə görə, 3 gün əvvəlki qələbədən sonra mehmanxanaya dönən Niderlandlı oyunçular burada qələbə sevincini həyat yoldaşları və ya sevgililərilə bölüşüblər. Mehmanxananın qarşısında bəzilərinin həyat yoldaşları, digərlərininsə sevgililərilə qucaqlaşıb öpüşməsi fotoqrafların əlinə yaxşı fürsət verib.
 
Löv İspaniya deyir
"Biz gələcək dünya çempionuna uduzduq". RİA "Novosti"yə istinadən verilən məlumata görə, bunu CAR-da keçirilən Dünya Çempionatının yarımfinalında komandasını məğlub edən İspaniya millisi haqda Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib. Xatırladaq ki, ötən gecə Almaniyanı 1 qolla məğlub edən ispanlar mundialın finalına yüksəlib. Finalda onlar Niderland yığması ilə qarşılaşacaq. "Əminəm ki, İspaniya dünya çempionu olacaq", - deyə Löv bildirib: "İspanlar topa o qədər yaxşı nəzarət edirdi ki, biz sadəcə heç nə edə bilmirdik".
 
Benzema üçün 38 milyon
"Mançester Yunayted" "Real"ın fransalı hücumçusu Kərim Benzemanı heyətinə qatmaq istəyir. İngiltərə mətbuatının yazdığına görə, bu məqsədlə ingilislər "Real"a 25 milyon funt sterlinq (təxminən 38 milyon dollar) təklif edib. Məlumatda bildirilir ki, "Qırmızı şeytanlar"ın baş məşqçisi Aleks Ferqüsson 22 yaşlı hücumçunun alınmasını israrla istəyir. "Real"ın da səmərəli təklif olacağı təqdirdə Benzemanı satmağa hazır olduğu bildirilir.
 
"Jabulani" NASA-nı da yanıldır
Dünya çempionatında istifadə olunan "Jabulani" topunu Amerika Milli Kosmik Agentliyinin (NASA) ekspertləri də tənqid edib. "Mirrorfootball.co.uk" xəbər verir ki, agentlik ekspertləri topun sürətinin saatda 70 kilometri ötdüyü zaman onun traektoriyasını proqnozlaşdırmağın mümkün olmadığını bildirirlər. Xatırladaq ki, çempionatda iştirak edən komandaların bir çoxunun baş məşqçiləri və oyunçuları topdan şikayətçidir. Bəzi favorit komandalar uğursuzluqlarını az qala bu səbəblə əsaslandırmağa çalışır.
 
Kasilyasdan yeni rekord
İspaniya yığmasının kapitanı İker Kasilyas yeni rekord müəyyənləşdirib. "Real"ın şərəfini qoruyan 29 yaşlı qapıçı dünya çempionatında artıq 313 dəqiqədir qol buraxmır. O, pley-off oyunlarının hamısından qapısının toxunulmazlığını qoruyub. İspan qapıçılar arasında buna qədərki rekord İqnasio Eyzaqerreyə məxsus idi. Onun 1950-ci ildə Braziliyada keçirilən dünya çempionatında "quru seriya"sı 282 dəqiqə təşkil etmişdi. Qeyd edək ki, DÇ-2010-da iki qol buraxan Kasilyas qrup mərhələsində İsveçrə və Çili yığmaları ilə görüşlərdə qapısında bir top görüb.
 
Şvaynştayger qəzəblənib
Avropa çempionu İspaniyaya məğlub olan Almaniya yığma komandasının yarımmüdafiəçisi Bastian Şvaynştayger belə deyib. Məşhur "Kicker"ə istinadən məlumata görə, futbolçu komandasının rəqibdən geri qaldığını etiraf edib: "Finalın bir addımlığında büdrədik. Bu, məni qəzəbləndirdi. Komandamız öz oyununu göstərə bilmədi. Bunun nəticəsində çox əsəbləşdik. Təəssüf ki, qol vəziyyətlərini boşa verdik. Belə oyunlarda şanslar az olur. İspaniya çox yaxşı təsir bağışladı və bizi topsuz qoydu".
 
"Tottenhem" sponsor tapdı
İngiltərənin "Totenhem" klub yeni sponsor tapıb. London klubunun rəhbərliyi titullu sponsor olan "Autonomy" kompaniyası ilə 2 illik müqavilə bağlayıb. Kompaniya ölkənin biznes strukturunda ən tanınmış proqram təmnatçısıdır. Müqavilənin şərtlərinə əsasən kompaniya kluba yalnız Premyer Liqa oyunlarında sponsorluq edəcək. Eyni zamanda "Autonomy" yeni stadionun tikintisində də yaxından iştirak edəcək.