10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Martins Rusiyada
Futbol üzrə son Rusiya çempionu Kazanın "Rubin" klubu heyətini gücləndirib. Klub Almaniya "Volfsburq"unda çıxış edən nigeriyalı futbolçu Obafemi Martinsi heyətinə qatıb. Futbolçunun keçidini nə "Rubin", nə də "Volfsburq" rəsmən təsdiq etməsə də, bu məlumatı Nigeriya yığmasında Martinsin komanda yoldaşı olan ÇSKA klubunun üzvü Çidi Odia açılayıb. Vaxtilə futbolçu "İnter" və "Nyukasl" klublarının formasını geyinib.
   
 
Hollandiya yığması oteldən qovuldu
Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının finalına vəsiqə qazanan Hollandiya yığması xoşagəlməz halla üzləşib. "Zambaqlar ölkəsi"nin komandası məskunlaşdığı "Sandton" otelindən qovulub.
   Dünya çempionatına gələn vaxt "narıncılar" iyulun 5-dək oteldə qalmağı sifariş ediblər. Ancaq komandanın finala vəsiqə qazanması onların planlarını pozub. Belə ki, otelin sahibi Axel Hauser iyulun 5-də vaxtları qurtaran və oteli tərk etməli olan komandaya çərşənbə gününədək vaxt verib. Otelə yeni turist qrupunun gəlməsi, hollandların əşyaların toplayıb məkanı tərk etmək məcburiyyətində qalmasına səbəb olub.
   Hollandiya Futbol Federasiyası FİFA-nın yardımı ilə bazar gününədək komandanı "Hyatt Regency" otelində məskunlaşdırıb.
 
Braziliyalı qapıçı sevgilisini öldürüb
Məşhur braziliyalı qapıçı Bruno Fernandes həbs olunub. "Flamenqo"nun qolkiperi qətldə ittiham edilir. Belə ki, bir müddət əvvəl Fernandesdən 4 aylıq oğlunun olduğunu açıqlayan və atalıq testi tələbə edən Eliza Samudio itkin düşüb. Ötən ayın ortalarından heç bir xəbər alınmayan qadının ailəsi polisə müraciət edərək, qızlarının öldürülə biləcəyindən şübhələndiklərini deyiblər.
   Şahidlər isə polisə məlumatda Samudionun Fernandes tərəfindən silahla hədələnərək maşına mindirildiyini, daha sonra isə futbolçunun sevgilisinin başına tapançanın qundağı ilə vurduğunu deyiblər. Maşından götürülən qan izləri DNT analizinə verilib. Və məlum olub ki, qan Samudioya məxsusdur. Bu səbəbdən Fernandes bir nömrəli şübhəli olaraq həbs olunub. Qeyd edək ki, 25 yaşlı braziliyalı qolkiper indiyədək "Atletiko Mineiro" və "Flamenqo" klublarının şərəfini qoruyub.
 
Mundialın ən yaxşı futbolçusu kim olacaq?
FİFA Dünya Çempionatı-2010-nun ən yaxşı futbolçu olmağa namizədlərin siyahısını açıqlayıb. Siyahıya Dieqo Forlan (Uruqvay), Asamoa Qyan (Qana), Andres İnyesta, David Vilya, Xavi (hər üçü İspaniya), Lionel Messi (Argentina), Məsut Özil, Bastian Şvaynştager (hər ikisi Almaniya), Aryen Robben, Uesli Sneyder (hər ikisi Hollandiya) daxil edilib.
   "Qızıl top"un sahibinin adına Dünya Çempionatı-2010-nun final oyunundan sonra aydınlıq gələcək.
   2006-cı dünya çempionatının yekunlarına görə "Qızıl top"un laureatı Fransa yığmasının üzvü Zinəddin Zidan olmuşdu.