10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Köln"ün 2,5 milyon avroluq hücumçusu "Bakı"ya lazıvm deyil
"Unio Leyriya" futbolçudan əl çəkmək istəmir"
"Bakı" Avroliqaya hazırlıq çərçivəsində Almaniyada təlim-məşq toplanışını başa vurub. Vinfred Şaferin baş məşqçisi olduğu komanda son yoxlama oyununu II Bundesliqa təmsilçisi "SV Alemaniya" ilə keçirib və 3:3 hesablı heç-heçə edib. Əvvəlcədən rəqibin "Köln" olacağı açıqlansa da, qeyri-müəyyən səbəblərdən sparrinq dəyişib. Almanlarla görüşdə "Bakı"dan qol vuranlar yeni transfer Emin Cəfərquliyev, Əziz Quliyev və Stevan Bates vurub. Şaferin yetirmələri Almaniyada keçirdikləri iki həftəlik toplanışda keçirdikləri 4 yoxlama oyununda uduzmadı. Görüşlərdən ikisi "Bakı"nın qələbəsi ilə nəticələndi, iki oyun isə sülhlə bitdi. Təmsilçimiz bu gün axşam saatlarında vətənə dönərək, son məşqlərini Bakıda keçirəcək. "Bakı" Avroliqada II təsnifat mərhələsində Çernoqoriyanın "Buduçnost" klubu ilə ilk oyunu iyulun 15-də evdə keçirəcək. Bu ilin əvvəlində "Bakı"ya transfer olunan moldovalı Vyaçeslav Safroni ölkəsinin mətbuatına Azərbaycandan və yeni klubunun hədəflərindən danışıb: "Bakıda bir həftə məşq keçəndən sonra Almaniyaya təlim-məşq toplanışının ikinci mərhələsi üçün gəldik. İndi əsas məqsəd fiziki hazırlığımızı yüksəltmək və heyəti komplekləşdirməkdir. Əlbəttə, əsas məqsədimiz Avropa Liqasına yaxşı hazırlaşmaqdır. Bizdə yeni oyunçular var. Gərək yaxşı kollektiv yaradaq. "Bakı"ya yeni baş məşqçi təyin edilib - Vinfred Şafer. Bizdə təkcə əsas çalışdırıcı eyil, bütün məşqçi heyəti dəyişib. Onların hamısı Avropanın aparıcı klublarında və milli komandalar səviyyəsində işləyiblər. Yaxşı mütəxəssislərdir. Bu mənada, dəyişikliklərə uyğunlaşmaq çətin olmadı. Məşq prosesinin əvvəlkilərdən fərqi ondadır ki, biz indi üç məşqçiylə işləyirik. Bunlar fitnes, fiziki hazırlıq üzrə məşqçi və əsas çalışdırıcıdır". Hücumçu "Rəqabətə necə tab gətirə bilirsən?" sualına belə cavab verib: "Bizdə indi çox futbolçu var və hələ bilinmir, daha neçə yeni futbolçu gələcək. Hər məşqdə ciddi rəqabət olur. Rəqabətin yüksək olması futbolçuların təcrübəsinin də artmasına gətirib çıxarır. Rəhbərlik yeni mövsüm üçün hədəflərini müəyyənləşdirib. Hətta hədəflər müəyyənləşməyibsə belə, mən bilirəm ki, "Bakı"nın məqsədi həmişə yüksək nailiyyətlər qazanmaq olub. Biz mütləq Avropa Liqasının qrup mərhələsinə düşməliyik. Daxili yarışlarda isə məqsəd çempionluğu və kuboku qazanmaqdır. Avropa Liqasında rəqibimiz Çernoqoriyanın "Buduçnost" klubudur. Hələlik bu oyun haqda nəsə demək çətindir. Biz Bakıda keçiriləcək ilk oyuna ciddi hazırlaşırıq. Mütləq qol vurmalı və öz qapımızdan top buraxmamalıyıq. Əgər bu komanda haqda az bilgi varsa, o demək deyil ki, onu qiymətləndirməməlisən. Balkan ölkələrində həmişə dinamik və yüksək səviyyəli futbolçular olub". Moldova klublarının oyunlarını izləyəcəyini söyləyən Safroni onlara azarkeşlik edəcəyini gizlətmir: "Komandalarımızın Çempionlar Liqasında və Avropa Liqasında mümkün qədər çox mərhələ keçməsini arzulayıram. Amma hər şey futbolçulardan asılıdır. İnanıram ki, onlar yaxşı, maraqlı və keyfiyyətli oyun nümayiş etdirəcəklər".
   Azərbaycan kubokunun son qalibinin Bundesliqadan növbəti transferi reallaşdırmağa hazırlaşdığı barədə xəbər yayılıb. Məlumata görə, Şafer "Köln"ün nigeriyalı futbolçusu Manasseh İşiakunu (28 oyun, 1 qol) almaq istəyir. Alman həmkarlarımızın yazdığına əsasən, Şafer kölnlülərin iki il əvvəl 2,5 milyon avroya aldığı 27 yaşlı hücumçuya təklif irəli sürüb. Şafer az öncə vaxtilə rəhbərliyi altında oynamış Joze Epalleni "Bohum"dan transfer edib. "Bakı"nın hücumçu axtardığını və Şaferin transferlərinin daha çox afrikalılar olduğunu nəzərə alsaq, Manassehin keçidi real görünür. 1,83 metr boya malik nigeriyalının karyerası Belçika və Almaniya klubları ilə bağlı olub. O, "Brügge" (2005-07, 52 oyuna 12 qol), "Duysburq"da (2007-08, 25 oyun 10 qol) da oynayıb. İşiaki 2007-ci ildən cəlb olduğu yığmada 4 oyuna 1 qol vurub. Xəbəri dəqiqləşdirmək istədiyimiz "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov dedi ki, nigeriyalının keçidi Almaniya mətbuatının uydurmasıdır: "Biz o adda futbolçuyla danışıqlar aparmırıq. Başqa planlarımız var. Heyəti demək olar komplektləşdirmişik. Alsaq, bir hücumçu alarıq. Ceferson burdadır, onu götürmüşük. Transfer vərəqəsi hələ gəlmədiyinə görə adını UEFA-ya göndərdiyimiz iştirak ərizəsinə sala bilməmişik. Kassarionu da Portuqaliyadan buraxmırlar. "Unio Leyriya" klubunun rəhbərliyi müqaviləsi bitmədiyi üçün futbolçudan əl çəkmək istəmir. Verirlər, amma gəlib dəyərindən qat-qat baha çıxır. Söhbəti uzadan da bu məsələdir. Yeni zelandiyalı Şeyn Şmeltslə müqavilənin bütün şərtlərini razılaşdırmışıq. Hər şey hazırdır. Bir-iki xırda iş qalıb, o da bu gün-sabahlıqdır. "Köln"də oynayan afrikalı barədə isə baş məşqçimiz rəhbərliyə heç nə deməyib. Son vaxtlar hansı futbolçunu almışıqsa, birbaşa Şaferin istəyi ilə olub". Almaniyalı baş məşqçi də vətənində verdiyi açıqlamada "Köln"ın hücumçusuyla anlaşmayacaqlarını bildirib: "İşiaku haqda eşitmişəm, mənə məlumat veriblər. Yaxşı futbolçudur, amma indi "Bakı"ya lazım deyil. Mən artıq seleksiyat işini başa çatdırıram. Başqa namizədlər də var, çətin ki, "Köln"ə müraciət edək".
   Iyulun 25-də Avropa Liqasında mübarizəyə başlayacaq "Bakı" iştirak ərizəsini UEFA-ya göndərib və orda 25 futbolçunun adı yer alır. Qapıçılar - 1.Marko Şarliya, 13.Aqil Məmmədov, 23.Xalidu Sissoko; müdafiəçilər - 3.Rəfael Əmirbəyov, 5.Stevan Bates, 6.Dare Nibombe, 14.Elvin Əliyev, 15.Cəmşid Məhərrəmov, 21.Emin Cəfərquliyev, 22.Səbuhi Həsənov, 32.Aleksey Savinov; yarımmüdafiəçilər - 4.Vadim Borets, 7.Mahmud Qurbanov, 8.Ernad Skuliç, 10.Joel Epalle, 11.Adnan Barakat, 16.Hacı Əhmədov, 20.Fabio Luis Ramim, 25.Anqulo Murilla Cefersson, 29.Əziz Quliyev, 77.Aleksandr Şoliç; hücumşular - 12.Vyaçeslav Sofroni, 27.Bəxtiyar Soltanov, 30.İbrahim Karqbo, 85.Jaba.
   
 
"Mən futbolun xəstəsi, fanatiki deyiləm"
Türkiyədə yaşayan "Xəzər-Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov ANS-in "Zərif çərşənbə" proqramına müsahibəsində bir sıra maraqlı açıqlamalar verib. Futbolla bağlı sualı cavablandıran iş adamı atasının bu idman növünün böyük azarkeşi olduğunu söyləyib: "Atam həmişə "Neftçi"nin oyunlarını izləyirdi. Adımı da "Neftçi"nin futbolçusu olmuş Mübariz Zeynalova sevgisinə görə qoyub". Özünün futbolun xəstəsi olmadığını deyən "Xəzər-Lənkəran"ın sahibi bu idman növünə etdiyi yardımın sosial sahəylə bağlı gördükləri xeyriyə işlərinin tərkib hissəsi olduğunu bildirib: "Mən futbolun xəstəsi, fanatiki deyiləm. Futbolu çox sevmirəm. Bizdə tez-tez deyirlər ki, 22 kişi bir topun dalınca düşüb. Əlacım olsa, bu qədər əziyyətə düşməmələri üçün onların hərəsinə bir top bağışlayardım".
 
"Olimpik": 2 günə 2 oyun
Hamıdan tez növbəti mövsümün hazırlığına başlayan "Olimpik-Şüvəlan" daha bir futbolçu ilə heyətini gücləndirib. Təxminən bir həftə ərzində baxışda olan mərakeşli Zohair Behouahi ilə müqavilə bağlanıb. 1987-ci il təvəllüdlü futbolçu bundan sonra iki il müddətində "Olimpik-Şüvəlan"ın formasını geyinəcək. Zohairin sonuncu klubu Küveyt "Fehaihil"i olub. "Karvan"dan Anar Həsənovu da sıralarına qatan təyyarəçilər baxışa gələn digər legionerlər barədə qərarını qarşıdakı 2 gün içində verəcək. Bu gün saat 10:00-da Zabrat qəsəbə stadionunda "Simurq"la yoxlama görüşü keçirəcək "O-Ş" sabah da "Bakı"nı sınağa çəkəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Artıq "Olimpik-Şüvəlan"ın Türkiyədə keçirəcəyi yoldaşlıq oyunlarındakı rəqiblərindən biri müəyyənləşib. Nazim Süleymanvo komandasıi "Mersin İdman Yurdu" ilə qarşılaşacaq. Oyun iyulun 18-də baş tutacaq. Bu barədə Mersin klubunun rəsmi saytı məlumat yayıb. Saytın xəbərində həmçinin bildirilir ki, "Mersin İdman Yurdu" iyulun 22-də başqa bir Azərbaycan klubu ilə qarşılaşacaq. Həmin klubun adı açıqlanmasa da, bildirək ki, bu komanda "Muğan" olacaq. Millimizin keçmiş oyunçuları İlqar Qurbanovla Ernani Pereyra "Mersin İdman Yurdu"nda forma geyinir.
 
"Simurq" 40 mindən bahalı oyunçu almır
İlk iki yoxlama görüşündə MOİK-lə qolsuz bərabərə qalıb, Naxçıvan Dövlət Universitetinin komandasını 2:0 udan "Simurq" növbəti yoxlama görüşün keçirib. "Şəfa" stadionunda "İnter"in əvəzedici heyətini sınağa çəkən zaqatalalılar üstün gələn tərəf olub. Hər iki hissədə fərqli heyətlərin oynadığı və baş məşqçi Qyoko Hacıyevskinin ixtiyarında olan bütün futbolçuların xidmətlərindən istifadə etdiyi matç "sarı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Birinci hissədə komandanın kapitanı Rasim Ramaldanov, fasilədən sonra isə baxışda olan hücumçu Yasin Əliyev fərqlənib. Bu gün makedoniyalı başh məşqçi düşərgədə görmək istədiyi futbolçuların yekun siyahısını rəhbərliyə təqdim etməlidir. Hər halda prezident Zaur Məmmədovun ona verdiyi 3 günlük möhlət başa çatır. Ölkə xaricinə çıxmağa həvəs göstərməyən "quşçular"ın transfer strategiyası da dəyişib. "Kiçik qardaşı" olduğu "İnter"dən əvəzəedici heyətin futbolçularını sıralarına qatan "Simurq" legionerlərdən imtina edib. Ümumiyyətlə, maliyyə vəziyyəti pisləşdiyindən, klub 30-40 min dollardan bahalı oyunçu almır.