Sambo üzrə yarışa start verilib
Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər və kişilər arasında sambo üzrə Azərbaycan Kuboku uğrunda yarışa start verilib. Mübarizəyə gənc samboçular qoşulublar. On çəki dərəcəsində keçirilmiş yarışda Kənan Bünyadov (48 kq), Elmar Fərzəliyev (52 kq), Pərviz Şükürov (56 kq), Musa Xəlilli (60 kq), Zaur Babayev (65 kq), Seyran Mahmudov (70 kq), Nəsib Əmrahov (75 kq), Hikmət Alışov (81 kq), Amil Məmmədli (87 kq) və Andrey Fətiyev (+87 kq) qızıl medal qazanıb. Yarışın yeniyetmələr və gənclər arasındakı qalibləri Gürcüstanda keçiriləcək dünya birinciliyinə, kişilər isə Özbəkistanda təşkil olunacaq dünya çempionatına vəsiqə qazanacaqlar.