10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Nə onlar mənə lazımdır, nə də mən onlara..."
Babək Quliiyev yeni araşdırma tələb etdi
Azərbaycan hakimlərinin "İstedadlar qrupu"nda yeganə təmsilçisi Babək Quliyevin hakimlikdən kənarlaşdırmasından sonra UEFA onun yerinə erməni hakim təyin edib. Edqar Amirxyandan "Top-15"də təmsil olunacaq. Məsələ barədə sabiq FİFA referisinin fikirlərini öyrəndik. O da çox təəssüfləndiyini bildirdi: "Xaqani Məmmədovu bu münasibətlə təbrik edirəm, Azərbaycanda hakimliyin kökü kəsildi. Çox pis baxarım bu işə. Orada Ermənistandan bir baş hakim, bir də yan hakimə yer veriblər. Həqiqətən biri mənim yerimi doldurub. Xaqani Məmmədovu yoxlamaq lazımdır, görəsən, o, doğrudan azərbaycanlıdır? Bir şeyi də qeyd etmək istəyirəm. Anar Salmanova niyə oyun gəlmir? O, çox gənc və savadlı hakimdir. Birinci il bizə 6-7 oyun gəlmişdi. Onun da birinci ilidir. Ona niyə oyun gəlmir? Bəlkə Anar Salmanova da Babək Quliyev kimi oyun verməməyi tapşırıblar? Məndə olan məlumata görə Hakimlər Komitəsi məktub ünvanlayıb ki, Anar Salmanova oyun gəlməsin. Sizdən bir vətəndaş kimi xahiş edərdim ki, Xaqani Məmmədovdan soruşasız, niyə Anar Salmanova oyun gəlmir? Xaqani Məmmədov hakim yetişdirmir, hakimlərin kökünü kəsir". Babək Quliyevə yenidən hakimliyə qayıtmaq barədə Hakimlər Komitəsindən təklif belə gəlməyib. Sabiq baş hakim: "Hələ ki işsizəm. Mənə heç kim təklif eləməyib. Mən də gedib kiminsə qapısında yatası deyiləm. Babək Quliyev kimə lazımdır ki? Nə onlar mənə lazımdır, nə də mən onlara... Ona görə gedib özümə başqa iş tapacağam. Hər halda acından öləsi deyiləm. Allah özü kömək olar". Babək Quliyevdən DÇ-nın oyunlarındakı hakim idarəçiliyi barədə fikrirni soruşmaq istədik, o isə buna maraqlı cavab verid: "Biz kimik ki, onların oyununu dəyərləndirək? Onlar dünya çempionatını idarə edir, biz nəyi idarə edirik? Ona görə bizim onların qərarlarını müzakirə etməyə haqqımız yoxdur". Quliyev bu ayın 20-də mətbuat konfransı keçirəcəyini də bildirdi: "İnşallah, iyulun 20-də konfrans keçirəcəm. Orada hər şeyi açıqlayacam. Hakimlikdə nələrin baş verdiyini və hakimliyin kökünü kəsənlərin kimliyi haqda danışacam".
   
 
Demetradzeyə 2 aylıq həbs kəsildi
Tanınmış gürcüstanlı futbolçu Georgi Demetradze həbs olunub. 2008/09 mövsümündə "Bakı"nın heyətində Azərbaycan çempionu olan 34 yaşlı hücumçu bu gün Gürcüstanda terrora qarşı mübarizə mərkəzinin əməkdaşları tərəfindən saxlanılıb. Demetradze kriminalla əlaqələrdə və gizli totalizatorlarda iştirakda ittiham olunur. Məlumata görə, Georgi oğurluq edən şəxslərlə birgə totalizatorda udanlardan pul alırmış. Söhbət 100 min ABŞ dollarından artıq məbləğdən gedir. Faktla bağlı cinayət işi açılıb və istintaq gedir. Əgər Demetradzenin günahı sübut olunarsa, onu uzun müddətli - 3 ildən 10 ilədək həbs cəzası gözləyir. Tiflis şəhər məhkəməsi Demetradzeyə iki aylıq ilkin həbs cəzası kəsib. "Pirveli" agentliyinin verdiyi məlumata görə, hakim Demetradzenin vəkilinin 34 yaşlı hücumçunu azadlığa buraxmaq haqda vəsatətini təmin etməyib. Futbolçu ilə birgə saxlanılan David Qaqnidze və Kaxa Misirelinin aqibəti haqda hələlik məlumat verilmir. Gerogi Demetradze, David Qaqnidze və Kaxa Misireli oğru ənənələrinə bağlılıqları ilə əlaqədar həbs olunublar. Cinayət işində sabiq "qanuni oğru", hazırda Ukraynada yaşayan Vato Kipiani də iştirak edib. Tutulan şəxslər David Peikrişvili adlı şəxsdən 140 min dollar udublar. Uduzandan pul qoparmaq üçün onlar Ukraynada yaşayan qanuni oğru Vato Kipianiyə müraciət ediblər. Kipiani də Gürcüstandakı bəzi şəxslərlə əlaqə quraraq, qurbandan pulu qoparıb və bir hissəsini oğru "obşak"ına qoyublar. Faktla bağlı cinayət işi qaldırılıb. Məhkəmədə günahı sübuta yetiriləcəyi halda Demetradzeni 3 ildən 10 ilədək həbs cəzası gözləyir. Demetradze son 10 ildə Gürcüstanın aparıcı klublarında, eləcə də "Feyenord" (Hollandiya), "Alaniya", "Lokomotiv" (Rusiya), "Dinamo" Kiyev, "Metallurq" Donetsk, "Arsenal" (Ukrayna), "Real-Sosyedad" (İspaniya), "Makkabi" Təl-Əviv (İsrail) klublarında da forma geyinib. 2008-ci ilin sentyabrında "Bakı" ilə 2 illik müqavilə bağlayan gürcüstanlı forvard cəmi bir mövsüm sonra komandanı tərk edib. Bundan sonra 34 yaşlı Demetradze həbs olunanadək Tsxinvalinin "Spartak" komandasında oynayıb.
 
5 legioner "Gəncə"də
"Gəncə" Türkiyədə təlim-məşq toplanışı keçirməyi planlaşdırıb. Lakin heyəti komplektləşdirə bilməyən əyalət klubu qardaş ölkəyə getməyə də bilər. 4 illik fasilədən sonra yenidən Premyer Liqada çıxış edəcək "Gəncə" heyətini gücləndirməyə çalışır. Birinci divizionda komandaya kömək edən əksər futbolçuları heyətdə saxlayan əyalət təmsilçisi Ramal Hüseynov, Murad Ağakişiyev və Kənan Kərimovla da ortaq məxrəcə gəlib. Onlarla yaxın günlərdə müqavilə imzalanacaq. Maraqlıdır ki, "Gəncə" rəsmisi əvvəlcə heyətə legioner oyunçu cəlb etməyəcəklərini açıqlamışdı. Lakin sonradan komanda fikrini dəyişib. Buna səbəb istənilən sayda səviyyəli futbolçunun heyətə cəlb edilməməsidir. Klubun prezidenti Elmir Əliyev: "Sabah baxışa 5 legioner gələcək. Onlar arasında Bosniya və Herseqovina, Rusiyadan olanlar da var. Bəli, demişdim ki, legionerlərin xidmətindən istifadə etməyəcəyik. Ancaq sonradan fikrimizi dəyişdik. Çünki axtardığımız oyunçuları tapa bilmədik. Ola bilsin, bu da seleksiya işlərinə bir qədər gec başlamağımızla əlaqədardır". "Neftçi"dən ayrılan Samir Əliyevlə maliyyə şərtlərinə görə razılığa gələ bilməyən qərblilər hazırda Vasif Haqverdiyevlə Ramiz Hüseynovu, həmçinin İrakli Berayanı sınaqdan keçirir. Son iki futbolçu Şahin Diniyevin baş məşqçi postunu tutduğu müddətdə komandanın şərəfini qoruyub. Vasifin sonuncu klubu isə "Olimpik-Şüvəlan"dır. Türkiyədə "Kartalspor"un şərəfini qoruyandan sonra "Muğan" və "Standard"da özünü göstərə bilməyən Mikayıl Yusifov da debütantla dil tapmayıb. Qapıçı axtarışında olan komanda "Muğan"ın transferə çıxardığı Edis Kurtanoviçlə yaxından maraqlanır.
 
"Turan" yenə baş məşqçisini dəyişəcək?
"Turan" təlim-məşq toplanışını xaricdə keçirəcək. Çox güman ki, Tovuz klubunun baş məşqçisi Naci Şensoy çalışdıracaq. Prezident Musa Süleymanovun verdiyi məlumata görə, komanda Latviyada hazırlıq keçəcək. Latviyaya iyulun 20-də yola düşəcəklər və orada 12 gün qalacaqlar: "Biz məşqlərə bir az gec başlamışıq. Amma təlim-məşq toplanışı üçün bizim komanda da xaricə gedəcək. Baxışa bir neçə futbolçu çağırmışıq. Legionerlər arasında Braziliyadan, Kamerundan, Gücrüstandan futbolçular var. Amma onlarla hələ müqavilə bağlamaq fikrimiz yoxdur. Çünki hamısı baxışdadır". Musa müəllim "Turan"nın keçmiş baş məşqçisi Naci Şensoyun yenidən Tovuz klubuna qayıtması barədə yayılan xəbərlərə də aydınlıq gətirdi: "Biz Naci Şeysoya təklif göndərmişik. Amma hələ tam qərara gəlinməyib. Hal hazırda bizdə baş məşqçi var. Amma o razılaşsa, baş məşqçi kimi komandaya gələcək. İnanmıram ki, bu il alınar. Yəqin ki, gələn il gələr. Amma yenə deyirəm, bu məsələ tam həll olunmayıb". Hazırlığını Tovuzda həyata keçirən "Turan" fiziki çalışmalara üstünlük verir. Eyni zamanda heyətini komplektləşdirməyə çalışan qərb təmsilçisi legioner futbolçuları baxışdan keçirir. Baş məşqçi Sakit Alıyev artıq 4 gürcü oyunçunun düşərgəyə təşrif buyurduğunu bildirməklə yanaşı, onların hazırlığından narazı olduğunu da gizlətməyib: "Məşqlərimiz planauyğun şəkildə davam edir. Hər gün baxışa yeni futbolçular gəlir. Təbii ki, onların hamısı əcnəbilərdir. Hazırda 4 gürcü futbolçunu sınayıram. Ancaq etiraf edim ki, gələnlər çox zəifdir. Onlardan hələlik birinin hazırlığı məni qane edir. Axşam ikitərəfli oyunda yenidən həmin oyunçuları sınayacağam. Cavan uşaqların yanında cılız görünürlər".