10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Leonardo təklif gözləyir
Ötən mövsüm "Milan"a rəhbərlik etmiş baş məşqçi Leonardo təklif gələcəyi halda Braziliya milli komandasına rəhbərlik etməyə razıdır. "Associated Press"ə istinadən verilən məlumata görə, 41 yaşlı mütəxəssis hələ Braziliya Futbol Federasiyasından təklif almadığını söyləyib. Leonardo öz vətənində keçiriləcək növbəti dünya çempionatına güclü yığma hazırlamağın vacibliyini bildirib. Onun fikrincə, Braziliya millisində baş məşqçi kimi çalışmaq heç də asan deyil: "Sənin hər bir səhvinə mikroskopla baxılır. Bununla belə, Braziliya Futbol Federasiyasından gələcək təklifə açığam". Qeyd edək ki, 2010-cu il dünya çempionatında Braziliya millisi baş məşqçi Karlos Dunqanın rəhbərliyi altında ? finaladək irəliləyib. Həmin mərhələdə isə "pentakampeonlar" Niderland yığmasına 1:2 hesabı ilə uduzublar. Bundan sonra Dunqa istefaya getməyi qərara alıb.
   
 
Kaka və Torres "Çelsi"də
Hazırkı İngiltərə çempionu "Çelsi" heyətini iki ulduz futbolçu ilə gücləndirə bilər. London təmsilçisi "Liverpul"un ispaniyalı hücumçusu Fernando Torres və Madrid "Real"ın braziliyalı yarımmüdafiəçisi Kakanı sıralarına qatmağa hazırlaşır. Baş məşqçi Karlo Ançellotinin qarşısına Çempionlar Liqasında uğurlu çıxış etmək məqsədi qoyan "Çelsi"nin prezidenti Roman Abramoviçin bunun üçün heç bir fədakarlıqdan çəkinmədiyi bildirilir. İngiltərə mətbuatının yaydığı xəbərə əsasən, klub rəhbəri Kaka üçün 75, Torres üçün isə 80 milyon avro ödəməyə hazırdır.
 
Rosetti fitlə vidalaşdı
19-cu dünya çempionatının 1/8 finalında Argentina yığmasının hücumçusu Karlos Tevesin Meksika millisinin qapısına oyundankənar vəziyyətdən vurduğu qolu qeydə alan təcrübəli italiyan FİFA referisi Roberto Rosetti karyerasını vaxtından əvvəl başa vurub. "La Republica"nın verdiyi məlumata görə, 42 yaşlı fit sahibinin yaşı 2012-ci il Avropa çempionatında da işləməsinə imkan verirdi. Çünki FİFA hakimlərə 45 yaş məhdudiyyəti qoyub. Lakin Rosetti İtaliyanın B seriyasında hakimlər komitəsinin sədri vəzifəsində çalışmağı üstün tutub. O, qərarına Tevesin "ofsayd"dan vurduğu qolu saymasının heç bir təsir göstərmədiyini bildirib. Məhz həmin səhvdən sonra italiyalı referi dünya çempionatından qovulub. Qeyd edək ki, Roberto Rosetti 2008-ci il Avropa çempionatının finalında İspaniya - Almaniya oyunun baş hakimi olub.
 
Braziliya - 2014-ün loqosu təqdim olundu
Braziliya prezidenti Luis İnasiu Lula da Silva Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburq şəhərindəki təntənəli mərasimdə 2014-cü il dünya çempionatının rəsmi loqotipini təqdim edib. Növbəti mundial məhz Braziliyada olacaq. Emblem bir-birinə sarılan əllərin tutduğu futbol topundan ibarətdir. O, Braziliyanın bayrağındakı sarı və yaşıl rənglərlə bəzədilib. Ölkə prezidenti CAR-dakı mundialıln keçirilmə səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Afrika qitəsi tarixində ilk dünya çempionatına təşkilatçılıq vəzifəsini layiqincə yerinə yetirib. Braziliya isə növbəti mundiala hazırlaşarkən, bu təcrübəni öyrənərək, tətbiq edəcək. Qeyd edək ki, öncədən Luis İnasiu Lula da Silvanın final matçında da iştirak edəcəyi bildirilirdi. Lakin Braziliya yığmasının məğlubiyyəti ölkə liderinin planlarını da pozub. Da Silva finaladək CAR-da qalmayacağını açıqlayıb.