10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Tahir Gözəl Şimali İrlandiyaya gedəcək
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl: "Makedoniyada qələbə qazanmağı həm də ona görə istəyirdik ki, UEFA-nın reytinq cədvəlində Azərbaycanın aktivinə yeni xallar yazılsın. Vurduğumuz qol əla alındı. Bir ötürmə və zərbə - top qapıdadır! Komandamı dəstəkləmək üçün Şimali İrlandiyaya gedəcəm. Yaxşıdır ki, hazırda futbolçuların heç biri zədəli deyil. İndi sakit olmaq olar".
   "Metallurq"un baş məşqçisi Jikitsa Tasevski: "İlk oyundakı hesaba görə mərhələ keçmək şansımız möcüzəyə bağlı idi. Bununla belə hücumda oynamağı düşünürdük. Amma "Qarabağ" ağıllı oynadır, bizi demək olar, topsuz qoydu. Real qol şanslarımız da Bakıdakından çox olmadı. Azərbaycan təmsilçisi çox səviyyəli komandadır. Onlara növbəti mərhələdə uğurlar arzulayıram. Bu o deməkdir ki, Avroliqada "Qarabağ"a azarkeşlik edəcəm".
   "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov: "Cütün qalibi olsaq da, həqiqətən "Metallurq" layiqli rəqib idi. Amma Bakıda bəxtləri gətirmədi. Biz isə cütün taleyini demək olar ki, ilk oyunda həll etmişdik. Rəqibin üstümüzə gələcəyini bilirdik. Bunun üçün əks-hücum taktikasını seçmişdik və bu, öz bəhrəsini verdi. Rəqibin isə sadəcə təcrübəsi yetmədi. Onlara daxili yarışlarda uğurlar arzulayıram".
   "Portadaun"un baş məşqçisi Ronni Makfoll: "Qarabağ" haqda hələ fikirləşmirik. Bu günlərdə ancaq "Skonto" üzərində qələbənin keyfini yaşayacağıq. Rəqibin Azərbaycan klubu olmasından başqa məlumatımız yoxdur. Avropada bir mərhələ keçməyin özü bizim üçün uğurdur. "Qarabağ"la oyun necə olacaq? Vaxtı gəlsin, bir şey fikirləşərik".
   "Qarabağ"ın lideri Rəşad Sadıqov: "Skopyedə bizə çətin olacağını bildiyimiz üçün oyunu müdafiədən təşkil etdik. "Metallurq"un irəli çıxmasını gözləyirdik ki, onları əks-hücumda tutaq. Hesabı açandan sonra qələbəni qorumağa çalışdıq. Makedonlar hesabı brəabərləşdirsə də, etapı keçdiyimizə görə çox da narahat olmadıq. Əsas birinci oyunu udmaq idi. 4:1 bizi psixoloji cəhətdən gərginlikdən qurtarmışdı. Səfər oyununadək bilirdik ki, nə edəcəyik. Qarşıdan çətin oyunlar gəlir. Hər rəqibə qarşığ güclü hazırlaşmalıyıq. Fərhad Vəliyev son iki matçda əla çıxış elədi, komandamızı dəfələrlə real qol vəziyyətindən qurtardı. "Portadaun" ciddi rəqibdir. Onlarla lap çətin olacaq. "Skonto"nu keçməklə öz səviyyələrini göstərdilər. Şimali irlandların stili fərqlidir. Britaniya komandaları adətən ingilis üslubunda oynayır. Hamımız belə bilirik. Hava mübarizəsində yaxşıdırlar, fiziki cəhətdən hündür və hazırlıqlı olurlar. Mən istənilən rəqiblə oyunda qabaqcadan favoritin Kim olduğunu demirəm. Bütün komandayla gücümüzü qoyacağıq ki, bu səddi də keçək. Hər şey meydanda bilinəcək".
   "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev: "Yaxşı oyun oldu. Meydanda gücümüzü qoyduq. Təbii ki, Bakıda qələbə qazandığımızı nəzərə alıb, müdafiədən oynadıq. Ümumi hesabda 5:1 öndə olmağımız bizi bir qədər arxayınlaşdırdı. Sona yaxın qol buraxdıq. Əsas odur ki, mərhələdə adladıq. "Portadaun" ilə qarşılaşacağıq. Səfərdə yaxşı oynayıb, Bakıya sərfəli nəticə ilə dönməliyik. Elə etməliyik ki, cavab qarşılaşmasında işimiz asan olsun".