10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Ancaq "Qarabağ" və ancaq "Qarabağ!
UEFA "Portadaun" ilə ilk oyununun yerini dəyişdi
"METALLURQ" (MAKEDONİYA) - "QARABAĞ" (AZƏRBAYCAN) 1:1 (0:0)
   8 iyul. Skopye. "Filip II Arena" adına Milli stadion. 2000 tamaşaçı
   Hakimlər: Andri Şandor, Vitali Ponomaryov, Viktor Kravçenko, Yuri Mozarovski (hamısı Ukrayna).
   Hakim-inspektor: Vladimir Hirinak (Slovakiya).
   UEFA nümayəndəsi: Karmelo Bartolo (Malta).
   Qollar: M.Krstev 79 // E.İmaməliyev 69.
   Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
   İlk oyun: 1:4
   "METALLURQ": 12.Nokov Trajhce, 5. İgor Kralevski, 28.Miroslav Vays (k), 22.Blaqoyse Damevski, 21.Mile Petovski, 4.Ertan Demiri, 11.Vasko Mitrov, 20.Mile Kristev, 10.Milan Djuriç (18.Bojan Mihayloviç 82), 8.Marko Kostençovski, 9.Jovan Kostovski (15.Marko Simonovski 75).
   Ehtiyatda olanlar: 25.Andrey Yefremov, 3.Qoran Boqdanovski, 6.Milan İliyevski, 19.Ninoslav Dodevski.
   Baş məşqçi: Jikitsa Tasevski.
   "QARABAĞ": 1.Fərhad Vəliyev (k), 2.Qara Qarayev, 4.Zaur Həşimov, 5.Maksim Medvedev, 6.Rəşad Sadiqov, 7.Namiq Yusifov (8.Aslan Kərimov 89), 10.Emin İmaməliyev, 13.Samir Abasov, 14.Rəşad Sadıqov, 22.Əfran İsmayılov (9.Elvin Məmmədov 86), 77.Georgİ Adamiya (17.Vüqar Nadirov 83).
   Ehtiyatda olanlar: 12.Sahil Kərimov, 3.Aftandil Hacıyev, 11.Rauf Əliyev, 23.Tural İsgəndərov.
   Baş məşqçi: Qurban Qurbanov.
   Avropa yarışında "Qarabağ" ölkəmizin üzünü ağ, "Xəzər-Lənkəran" isə qara etdi. İstər maddi imkan, istər şərait, istər heyət, istərsə də azarkeş baxımından rəqibindən üstün olan Lənkəran klubu daha bir rüsvayçı oyunu ilə yadda qaldı. Bu onu göstərdi ki, klubun sahibi Mübariz Mənsimovun pulları havaya sovrulub, Ağasəlim Mircavadov isə qocalıb. "Qarabağ" "Metallurq"u tam əritməklə istəyinə nail oldu. Özü də baş məşqçi Qurban Qurbanov səfər oyununda risk atmaqla məqsədinə çatdı. İlk qarşılaşma ilə müqayisədə kapitan Aslan Kərimov, eyni zamanda Elvin Məmmədov və Rauf Əliyev ehtiyatda saxlanıldı. Avroliqada 18 yaşlı Qara Qarayevə isə debüt etmək şansı verildi. "Qarabağ" hesabı açsa da, "Metallurq" bərabərlik qolunu vurmaqla növbəti məğlubiyyətdən qaça bildi. Amma bu komandamızın mərhələ adlamasına heç bir əngəl törətmədi. Ona görə ki, Azərbaycan klubu ilk oyunda məsələni həll etmişdi. İndi "Qarabağ" Avropa yarışlarında ciddi uğuru olmayan "Portadaun"u sıradan çıxarmalıdır. Azərbaycan klubu 86 yaşa malik Şimali İrlandiya komandasını da mübarizədən kənarlaşdırmağa borcludur. Bunun üçün "Qarabağ"ın kifayət qədər inamı, gücü və təcrübəsi var. Avroliqada növbəti rəqibi olan Şimali İrlandiyanın "Portadaun" klubu Azərbaycan futbol tarixinə düşdü. Komandalarımız 1994-cü ildən çıxış etdikləri avrokuboklarda heç vaxt bu ölkənin təmsilçisi ilə görüşməyib. Bu mənada ilk olan "Portadaun"u ağdamlıların ilk mərhələdə mübarizədən kənarlaşdırdığı Makedoniyanın "Metallurq" klubundan daha təcrübəli saymaq olar. Ən azı ona görə ki, Portadaun şəhərinin eyniadlı təmsilçisi avrokuboklarda debüt mövsümünü keçirmir. 1924-cü ildən yaradılan komandanın tarixi 1888-ci illərə gedib çıxır. "Portadaun" ötən əsrin sonlarından ölkəsinin ən güclülərindən olub. Belə ki, komanda həmin vaxt 4 dəfə (1989/90, 1990/91, 1995/96, 2001/02) çempionluq, üç dəfə (1990/91, 1998/99 2004/05) ölkə kubokunu qazanıb. İki dəfə - 1995/96 və 2008/09 mövsümündə ölkənin liqa kubokunun da qalibi olub. 2008-ci ildə Şimali İrlandiya futbolunda baş verən islahatlar nəticəsində köhnə liqaların əvəzinə "Premyerşhip" və "Çhampionship" yaradıldı. Ancaq "Portadaun" 2008/09 mövsümündə "Premyership"ə iştirak ərizəsini gecikdirdiyi üçün gücünə görə II divizionda - "Championship"də mübarizə apardı. Ötən mövsüm çempionatında 5-ci olan "Qarabağ"ın rəqibini Roy Makfol çalışdırır. Komanda ev oyunlarını 15 min azarkeş tutumuna malik "Şamrok Park" stadionunda keçirir. Əslində, 1996-cı ildən avrokuboklarda oynayan "Qarabağ" da ilk dəfə Böyük Britaniya təmsilçisi ilə görüşəcək. Şimali İrlandiya ilə yollarımız yalnız bir dəfə kəsişib ki, onda da yığmamız bu ölkənin millisi ilə DÇ-2006-nin seçmə mərhələsində bir qrupa düşmüşdü. Braziliyalı baş məşqçi Karlos Alberto Torres millimizlə ilk xalını məhz Şimali İrlandiya yığması ilə Bakıda rəsmi oyunda qazanıb - 0:0. Bir il sonra səfər oyununda isə artıq yığmamızın sükanı arxasında onu əvəzləyən Vaqif Sadıqov idi. Şimali İrlandiyada keçirilən görüş 0:2 hesablı məğlubiyyətimizlə nəticələnib. "Portadaun" I mərhələdə Latviyanın "Skonto" ilə evdə heç-heçə etmiş (1:1), səfərdə qazandığı qələbə hesabına (1:0) mərhələ keçib.
   "Qarabağ" britaniyalılarla ilk oyununu Şimali İrlandiyada keçirəcək. Ağdam təmsilçisi iyunun 21-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkün nəticəsinə əsasən II mərhələdə də birinci görüşünü Bakıda keçirməli olsa da, bu, mümkün deyil. Həmin gün iyulun 15-də "Bakı" Avroliqanın II mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda Çernoqoriyanın "Buduçnost" klubunu qəbul edəcək. Artıq xeyli müddətdir dəqiqləşən, hazırlıq görülən həmin oyunun zaman və məkanının dəyişdirilməsi qeyri-mümkündür. Çünki Avroliqada bütün oyunlar eyni gündə keçirilir. Bundan əlavə, ölkəmizi Çempionlar Liqasında təmsil edən "İnter" iyulun 13-də Polşanın "Lex" klubu ilə məhz Respublika stadionunda görüşəcək. Deməli, avrokuboklarda ev oyunlarını eyni stadionda keçirən "Qarabağ"la "Bakı"nın II mərhələdə ilk oyunlarını evdə keçirməsi alınmır. Belə olan halda, ən optimal variant "Qarabağ"ın "Portadaun"la ilk görüşünü rəqib meydanında keçirməsidir və UEFA-nın da belə qərar çıxaracağı gözlənilir. Hər halda belə vəziyyətlərdə məsələyə qarışan qitə futbol qurumu iki klubun razılığa əsasında yeri dəyişdirir. Necə ki, oxşar problem moldovalılarda olmuşdu və nəticədə "Olimpiya" "Xəzər-Lənkəran"la ilk oyununu püşklə nəzərdə tutulduğu kimi, səfərdə yox, evdə keçirdi. "Xəzər-Lənkəran" mübarizəni dayandırandan sonra Lənkərandakı mərkəzi stadion boşalıb. Ancaq "Bakı" ilə "Qarabağ"la UEFA-ya göndərdiklərini sifariş vərəqələrində Respublika stadionunu göstərib. Hazırda isə ölkəmizə iki arena - Respublika və Lənkəran stadionu UEFA-nın avrokubok oyunu keçirmək üçün lisenziyasına malikdir. "Portadaum" ilə qarşılaşacaq "Qarabağ"ın oyununun başlama saatı və keçiriləcəyi məkan dəqiqləşib. İyulun 15-də baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:45-də, Portadaun şəhərindəki 15 min tamaşaçı tutumuna malik "Şamrok Park" stadionunda keçiriləcək. Qarşılaşmanı izləmək istəyən böyüklər 10 avrosundan keçməli olacaq. Uşaqlar və qocalar üçün isə biletlər güzəştli qiymətlərlə satılacaq. Belələri bileti 6 avroya da əldə edə biləcək. Görüşü idarə edəcək hakimin də adı açıqlanıb. Avstriyadan olan Oliver Draxta ədaləti qoruyacaq. "Baş məşqçi Ronni MakFollsın qəhrəmanlarının latışlar üzərində qələbəni qeyd etməyə çox vaxtları yoxdur. İndi bütün diqqət qarşıdakı oyunlara yönəlib. Komandamız Azərbaycan klubu ilə matçda Latviya təmsilçisi üzərində uğurun təsadüfi olmadığını sübut etməlidir" - bu sözlər də rəqib klubun saytında yer alıb. "Qarabağ"ın direktoru Əmrah Çəlikəl vəziyyətin belə alınmasının onların əleyhinə işləyəcəyinə inanmır: "Adətən Avrokuboklarda ilk oyunu səfərdə keçirmək müsbət hesab olunur. Rəqib meydanında necə oynayacağını bilirsən. Birinci növbədə müdafiə və qol buraxmamaq barədə düşünürsən. Evdə keçiriləcək cavab görüşünədək oynadığın komandanı tam tanımaq olur. Bakıda yaranan stadion problemi bizə göprə olmadı. UEFA belə məsləhət bilibsə, lap yaxşı. Düzünü deyim ki, biz Şimali İrlandiyaya gedəcəyimizi gözləmirdik. Bütün işlərimizi Latviya üzərində qurmuşduq. "Skonto"nun Riqada uduzmasına təəccübləndik. Planımız beləydi ki, tezliklə ora öz nümayəndəmizi göndərək. "Portadaum" haqda hələ yetərincə bilgi toplamamışıq. Növbəti mərhələyə çıxıblarsa, "Skonto"dan güclü olarlar yəqin".
   Son iki mövsümdə şərəfini qoruduğu "İnter"i tərk edən Andrey Rubin Avroliqada oynayan "Qarabağ"a keçməyə üstünlük verdi. Düzdür, təcrübəli sol cinah yarımmüdafiəçisinin sözlərinə görə, hələ də keçidi baş tutmayıb və son danışıqlar üçün "İnter"in prezidenti Georgi Nikolovla "Qarabağ"ın Bakıya dönməsini gözləyir. Andrey uzun illər çıxış etdiyi "Skonto"ya qarşı oynaya bilməyəcəyinə görə üzülür: "Skonto"nun məğlubiyyəti mənim üçün gözlənilməz oldu. Mən "Qarabağ"a keçidimin tezliklə baş tutub, həmyerlilərimə qarşı oynamaq istəyirdim. Riqa təmsilçisinin zəif rəqibə yeniləcəyi inandırıcı görünmürdü. Deməzdim ki, həmin görüş prinsipial xarakter daşıyardı. Sadəcə, ilk klubum, futbola başladığım "Skonto" ilə görüş mənim üçün xüsusi bir oyun olardı. Ancaq iş elə gətirdi ki, keçmiş komandam "Portadaun"la bacarmadı. Riqadakı cavab görüşünü görməsəm də, oradakı dostlarım yazırlar ki, "Skonto" bütün oyun boyu hücum etsə də, qol vura bilməyib. Rəqib isə öz şansından istifadə edərək, qələbə topunu vurub. Futbolda belə də olur. Riqalılar hər iki oyunda tam üstünlüyünə malik olsa da, mərhələni keçən onlar olmadı". Rubin müqavilə bağlamağa hazırlaşdığı "Qarabağ"ı "Portadaun"la görüşdə favorit sayır. Onun fikrincə, şimali irlandiyalıların bəxt limiti tükənib: "Əslində, "Qarabağ"a "Skonto" da düşsəydi, keçmək şansı yüksək idi. Çünki "Qarabağ"ın heyəti güclüdür, yaxşı futbolçulara malikdir. Beynəlxalq təcrübəsi də böyükdür ki, bu da vacib amildir. Futbolda hər dəfə bəxti gətirməyəcək ki... Mən "Potradaun"un "Skonto"nu bəxt hesabına keçdiyini düşünürəm. Əlbəttə, "Qarabağ"ın yenə mərhələ keçmək şansı yüksəkdir. Komanda "Portadaun"u mütləq keçməlidir".
   
İlkin