10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Xəzər" Hafiz Əliyevə verildi
"Xəzər-Lənkəran"nın və istefa verən baş məşqçisi Ağasəlim Mircavadovun avrokuboklarda qələbə həsrəti davam edir. 63 yaşlı mütəxəssis artıq 5 ildir qitə miqyasında qələbə qazana bilmir. Təcrübəli çalışdırıcı sonuncu dəfə 2005-ci ilin yayında - "Neftçi"ni çalışdırarkən Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Bakıda Belçikanın "Anderlext" klubuna qalib gəlib - 1:0. Ancaq flaqman səfərdə ilk görüşdə 0:5 hesabı ilə uduzduğundan, mərhələ keçə bilməmişdi. ÇL-də Latviya "Skonto"sunu mübarizədən kənarlaşdırmaqla ilk mərhələ keçən (2000-ci ildə) məşqçimiz kimi tarixə düşən Mircavadov sonuncu dəfə elə həmin turnirdə "Neftçi" ilə növbəti mərhələyə adlayıb. "Xəzər-Lənkəran"ın avrokuboklarda son üç mövsümdə sükanı arxasında olan məşqçi ÇL-də Zaqreb "Dinamo"su (evdə 1:1, səfərdə 1:3), UEFA kubokunda Polşa "Lex"i (evdə 0:1, səfərdə 1:4), Avroliqada Moldova "Olimpiya"sı (səfərdə 0:0, evdə 1:1) ilə bacarmadı. "Xəzər-Lənkəran" avrokuboklarda keçirdiyi 8 oyunda nəinki mərhələ keçib, heç qələbə qazana bilməyib. Bu uğursuz seriya güclü olmayan rəqiblə görüşdə də davam etdi. Digər məqam növbəti dəfə avrokuboklarda uğursuz nəticədən dərhal sonra Mircavadovun istefa verməsidir. O, hələ "Şəmkir"i çalışdırdığı zaman 2001-ci ilin yayında ÇL-in I təsnifat mərhələsində Uelsin "Barri Taun" klubuna Bakıda 0:1 hesablı məğlubiyyətdən sonra postundan getdi və üç ildən artıq işsiz qaldı. Mircavadovun "Xəzər-Lənkəran"dan ilk gedişi yayda qitə miqyaslı turnirdə olmuşdu. Baş məşqçi iki il öncə "Lex"ə səfərdə böyük hesabla uduzandan sonra da istefa vermişdi. "Xəzər-Lənkəran" avrokuboklarda yoluna bir ildən sonra geri qaytardığı Mircavadovla davam etdi və yenə eyni ssenari təkrar olundu.
   Azərbaycan klubları üçün avrokuboklarda "Moldova kabusu" davam edir. Təmsilçilərimiz qitə miqyaslı turnirdə bu ölkənin komandalarına iki oyunun nəticəsinə əsasən həmişə uduzur. Bu uğursuz seriyanın əsası 5 il öncə "Xəzər-Lənkəran"ın "Nistru" ilə görüşündə qoyulub. Cənublular maddi imkanlarına görə xeyli üstün olduğu Ataki təmsilçisinə hər iki görüşdə uduzdu. "Xəzər-Lənkəran" həm bunun əvəzini çıxmaq, həm də Moldova sindromunu qıran ilk klub kimi tarixə düşmək üçün yaxşı fürsət əldə etmişdi. Ancaq... Klublarımız arasında moldovalılarla görüşdə ən yaxşı göstəriciyə "Bakı" imza atıb. Hər halda onlar "Daçiya"ya meydandakı mübarizə nəticəsində yox, oyun sonrası penalti zərbələri ilə uduzub. "Qarabağ" da "Bakı" kimi moldovalılarda oyunlarda əsas vaxtda 1:1 hesablı bərabərliyə qalıb. Ancaq ağdamlılar "Şəfa" stadionundakı cavab görüşündə əlavə vaxtda buraxdığı qolla yenilərək, mübarizəni dayandırdı. Fakt odur ki, klublarımız maddi imkanlarına görə Moldova təmsilçilərini qat-qat üstələsə də, uğursuzluğa düçar olur. Püşk hər dəfə onları bizə rəqib edəndə, istər-istəməz sindrom yada düşür. Əfsuslar olsun ki, bu, qırılmaq bilmir ki, bilmir və moldovalılar daim qələbəni bayram edir. "X-L"ın vitse-prezidenti Tuyqun Nadirov yaranmış durumla bağlı "Futbol+Qol"a bunları dedi: "Mən hələ Kişinyovda komandamızdan qələbə gözləyirdim. Orda heç-heçə olsa da, qətiyyən düşünmürdüm ki, öz meydanımızda bu şansı əldən verərik. Çox pis anlar keçirdik. "Olimpiya"nı asanlıqla udmaq olardı. "Nə çatışmadı" sualına mən cavab verə bilmərəm. Əlimizdəki heyət ki var, moldovanlardan azı 3 dəfə güclüdür. O cür futbolçularla birinci mərhələdən kənarda qalmaq... Ağasəlim Mircavadovun istefasını qəbul etməliydik. Çünki "Olimpiya"nı uda bilməyəndən sonra özü getmək qərarına gəldi. Klubumuzun rəhbərliyi komanda üçün ən ideal şəraiti yaratmışdı, mümkün olan hər şeyi etmişdi. "Olimpiya" bizə həsəd aparırdı ki, "Xəzər"in belə imkanı və şəraiti var. Futbolçuları cəzalandırmayacağıq. Onsuz da mərhələ keçə bilməmək və mükafatı itirmək onların ən böyük cəzasıdır".
   Ağasəlim Mircavadovun istefasından sonra baş məşqçisiz qalan "Xəzər-Lənkəran"a kimin rəhbərlik edəcəyi məlum olub. Klub rəhbərliyi vəzifənin icrasını Hafiz Əliyevə tapşırıb. Lakin qapıçılarla çalışan mütəxəssis komandaya müvəqqəti rəhbərlik edəcək. Yəni yeni baş məşqçi gələnədək. Əliyev 2008/09 mövsümünün birinci dövrəsinin son turunda Rasim Karanın istefasından sonra komandanı "Simurq"la oyuna çıxarıb və "ağ-yaşıllar" həmin dueldə məğlub olmayıb - 2:2. Nadirov boş qalmış posta təyinatla bağlı hələlik heç nə deyə bilməyəcəyini xatırlatdı: "Baş məşqçini müəyyənləşdirmək mənim səlahiyyətlərim çərçivəsində olan iş deyil. Bununla birbaşa fəxri prezidentimiz Mübariz Mənsimov və prezidentimiz Mais Mənsimov məşğul olur. Komanda bir həftəlik istirahətə buraxılıb. Yəqin ki, bu vaxt ərzində seçim edilər. İndidən kimin namizəd olacağını demək tezdir".