10/07/2012 N 070(950)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Keçid
Hadisə
Qiymət
Müsahib+
Qol+
Müxtəlif
VİP
Müxtəlif
Fikir
Xəbər
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Muğan" Samuranı da qovdu
İyulun 15-də Türkiyəyə yollanacaq "Muğan" daha bir legionerlə yollarını ayırıb. Mövsüm başa çatandan sonra bosniyalı qapıçı Edik Kurtanoviç və burkina-fasolu Narsisse Yameoqonu düşərgədən uzaqlaşdıran salyanlılar bu dəfə Kabba Samuraya da qapını göstərib. Altı ay əvvəl Azərbaycana gələn hücumçu çempionatda cəmi 2 qol vurduğundan, rəhbərlik onunla əməkdaşlığa maraq göstərməyib. Bu günlərdə bosniyalı 32 yaşlı yarımmüdafiəçi İlya Prodanski ilə anlaşan aranlıların sıralarındakı futbolçuların sayı 22-yə çatıb. Artıq qapıçı problemi də həllini tapıb. "Standard"dan Anar Nəzirovu heyətinə qatan klub Ruslan Məcidova "get" deməyə hazırlaşır. "Olimpik-Şüvəlan"ın əvəzedici heyətindən gələn Toğrul Əhmədov da, çox güman ki, burda qərar tutmayacaq. "Muğan" rəhbərliyi Elşad Quliyevi əsas komandada Almir Hurtiçin köməkçisi təyin edəndən sonra əvəzedici heyətə yeni çalışdırıcı tələb edib. Ötən mövsümün ikinci dövrəsində "Rəvan"ın sükanı arxasında dayanan Vaqif Hidayətova bu post tapşırılıb. Son 6 ayda Quliyevin vəzifəsini icra edən Fuad Fərzəliyev isə komandanın rəisi təyin edilib. Bu vaxtadək həmin yerdə işləyən Vladislav Qədirov da "Rəvan"a yollanıb.