
"Olimpiya"nın baş məşqçisi Nikolay Bunya: "Azərbaycanda gördüyüm qonaqpərvərliyə görə minnətdaram. Sonuncu dəfə 5 il əvvəl Azərbaycana gəlmişdim. Onda mən "Nistru"da məşqçi işləyirdim. Yenidən "Xəzər" üzərində qələbə qazanmaqdan məmnunam. Kişinyovda qol vurmasaq da, bunu bu dəfə etdik. Hesabın erkən açılması xeyrimizə oldu. Uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər. Rəqibin heyətində fərdi keyfiyyətlərə görə fərqlənən futbolçular var idi. Məsələn, Lalin, Opaera, Souza. "Xəzər-Lənkəran" yaxşı komandadır. Amma biz onlardan daha yaxşıyıq. "Dinamo" ilə oyuna yollandığımıza görə çox şadıq. Mərhələ keçməyimiz sürpriz olsa da, mən bunu böyütməzdim. İstərdim ki, "Xəzər"də çalışım. "Olimpiya" ilə müqaviləm mövsümün sonunda bitir. Yəqin ki, rəhbərlik indi məni buraxmaz. Amma mən dəvət gələrsə, "hə" deyəcəyimi istisna etmirəm. Lənkəranlı azarkeşlər ikinci hissədə komandamızı dəstəklədi. Onlara "sağ ol" deyirəm. Stadiondakıların dilindən "Olimpiya" sözünü eşitmək xoşdur. Futbolçularımın tez-tez yerə yıxılmasına gəlincə, məncə, bu, oyunun nəticəsinə təsir eləmədi. Siz bundan incidizsə, üzr istəyirəm. Yenə təkrar edirəm, sizin yaxşı komandanız olsa da, bizdən çox zəifdir. Biz sensasiya etdik, amma çox qol da vura bilərdik. "Xəzəl-Lənkəran" fərdi oyuna görə çox güclüdür".
"Olimpiya"nın sahibi Sergey Kiselyov: "Xəzər-Lənkəran" yaxşı komandadır. Ancaq püşk atıldıqdan sonra Ağasəlim Mircavadovun komandamızı zəif sayması barədə açıqlaması, onun fikirləri bizi qıcıqlandırmışdı. Sübut etdik ki, "Xəzər-Lənkəran"dan güclüyük. Rəqib komandanın vitse-prezidenti Tuyqun Nadirovu Buxarest "Dinamo"su ilə keçirəcəyimiz oyunlara dəvət edirəm".
Azərbaycan klublarının Moldova
təmsilçiləri ilə avrokuboklarda oyunları
2005/06 mövsümü. UEFA kuboku, I təsnifat mərhələsi
14 iyul. Kişinyov. "Nistru" - "Xəzər-Lənkəran" 3:1
Qol: Zaur Ramazanov
28 iyul. Bakı. "Xəzər-Lənkəran" - "Nistru" 1:2
Qol: Samir Əliyev
2006/07 mövsümü. İntertoto kuboku, I mərhələ
17 iyun. İmişli. "MKT-Araz" - "Tiraspol" 1:0
Qol: Marçel Reşikta
24 iyun. Tiraspol. "Tiraspol" - "MKT-Araz" 2:0
UEFA kuboku, I mərhələ
13 iyul. Kişinyov. "Zimbru" - "Qarabağ" 1:1
Qol: Samir Musayev
20 iyul. Bakı. "Qarabağ" - "Zimbru" 1:1 (əlavə vaxtda 1:2)
Qol: Samir Musayev
2007/08 mövsümü. İntertoto kuboku, I mərhələ
23 iyun. Bakı. "Bakı" - "Daçiya 1:1
Qol: Maksim Andronik, öz qapısına
30 oyun. Kişinyov. "Daçiya" - "Bakı" 1:1 (penaltilərlə 3:1)
Qol: Amiran Muciri
2010/11 mövsümü. Avroliqa, I mərhələ
1 iyul. Kişinyov. "Olimpiya" - "Xəzər-Lənkəran" 0:0